Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5392/2025 19.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə dair və İddiaçı cavabdeh X5 qarşı “pul tələbi”nə mülki iş üzrə (Açar sözlər: “ işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” və pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Əyyub oğlu, Cavabdehlər X9 və Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1938/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər X9 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Birinci iş üzrə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi yalan məlumatların onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən məlumatlar olaraq həqiqəti əks etdirməyən məlumatlar hesab edilməsi, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pulun tutulması və cavabdehlərin onun barəsində verdikləri məlumatların cavabdehlərin özləri tərəfindən müraciət etdikləri orqanlara (AR Daxili İşlər Nazirliyi və AR Baş Prokurorluğu) rəsmi məktub vasitəsilə təkzib edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq vəzifəsində polis mayoru rütbəsində işləmişdir. Ümumilikdə daxili işlər orqanlarında 16 il iş stajı vardır. Hazırkı iş üzrə hər iki cavabdehlə 2015-2016-cı illərdə tanış olmuşdur. Cavabdehlərlə tanışlığı da əməliyyat müvəkkili vəzifəsində işləyərkən xidməti işlərlə əlaqədar olmuşdur. 2018-ci il tarixdən o, Sabunçu rayon polis idarəsinə istintaq şöbəsinə müstəntiq vəzifəsində işləməyə başladığından cavabdehlərlə əlaqələri demək olar ki kəsilmişdi. Arabir özləri zəng edərək hal-əhval tuturdular. Daha sonra o, Xətai Rayonuna Polis İdarəsində işlədiyi dövrdə X10 ilə yenidən ünsiyyəti bərpa olundu. Belə ki, Cavabdeh1 ona zəng edərək 20-30 min manat borc pula ehtiyacı olduğunu bildirdi. O, da uzun müddətdir ki, onu tanıdığı üçün ona 2022-ci ilin mart ayında bir həftə ara ilə 9000 (doqquz min) və 13.000 (on üç min) manat ümumilikdə 22.000 (iyirmi iki) manat pul vermişdir. Borc pulu alarkən qısa müddət ərzində pulu qaytaracağını söz versə də Cavabdeh1 pulu qaytarmaq əvəzinə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır və hər dəfə vaxtı uzadırdı. O, bir neçə aydan sonra yenə də ondan pulu qaytarmasını tələb etdiyi üçün cavabdeh ona qarşı aqressiv və həqiqətə uyğun olmayan yalan məlumatlar verəcəyini bildirib pulu ondan istəməməyi bildirdi. Razı olmayacağı təqdirdə polis əməkdaşı olduğu üçün AR Daxili İşlər Nazirliyinə barəsində yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verəcəyini bildirdi. O, onun bu hədələrinə baxmayaraq pulu tələb etməyə davam etmişdir. Cavabdeh1 puldan imtina etməyəcəyinə əmin olduqdan sonra ona bildirdiyi kimi yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatları aidiyyəti üzrə polis və prokurorluq orqanlarına ünvanlamağa başladı. Belə ki, əvvəlcə Bakı şəhəri Nərimanov rayon prokurorluğuna, daha sonra Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək guya onun ondan şantaj və hədə-qorxu yolu ilə il ərzində 250.000 (iki yüz əlli min) manat, digər şikayət ərizələrində 375.000 (üç yüz yetmiş min) manat pul aldığını və qaytarmadığını bildirən həqiqətə uyğun olmayan, yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verməyə başlamışdır. Həmin məlumatları verən zaman hazırkı iş üzrə Cavabdeh2 da digər cavabdehə qoşulub mövcud olmayan puldan guya onun da 62.500 manatın ona məxsus olduğunu və ona da zərər dəydiyini əsassız olaraq bildirmişdir. Bundan əlavə Cavabdeh2 Nurlana Quliyevanın şantaj xarakterli videolarının çəkilməsini də həyata keçirmişdir. O, şikayət ərizələrinin daxil olduğu aidiyyəti orqanlarda izahatlarını vermiş və araşdırmaların hər biri üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Cavabdehlərin məlumatlarının heç biri həqiqəti əks etdirdirmədiyindən Sabunçu rayon prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi şikayət ərizələri üzrə müvafiq qərarlar qəbul edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi yalan məlumatlar onun polis zabiti olaraq işgüzar nüfuzunu ləkələyən və həqiqəti əks etdirməyən məlumatlar hesab edilməli, cavabdehlərin əməli nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq hər cavabdehdən 20.000 (iyirmi min) manat olmaqla cəmi 40.000 (qırx min) manat pul tutulmalı və cavabdehlərin onun barəsində verdikləri məlumatlar onların özləri tərəfindən müraciət etdikləri orqanlara rəsmi məktub vasitəsilə təkzib edilməlidir. Mənəvi zərərlə əlaqədar isə cavabdehlərin əsassız və işgüzar nüfuzunu ləkələyən məlumatları hüquq-mühafizə orqanlarına bildirməsi ilə əlaqədar barəsində başladılmış xidməti yoxlama və hüquq-mühafizə orqanlarındakı yoxlamalar zamanı işgüzar nüfuzunu ləkələnməklə yanaşı sarsıntı hissi də keçirmiş və uzun müddət bununla əlaqədar stress vəziyyətində qalmışdır. İkinci iş üzrə:
3. İddiaçı cavabdeh X5 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış şifahi müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 22.000 (iyirmi iki min) manat pulun və 156 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində müstəntiq vəzifəsində polis mayoru rütbəsində işləmişdir. Ümumilikdə daxili işlər orqanlarında 16 il iş stajı vardır. Hazırkı iş üzrə cavabdehlə 2015-2016-cı illərdə tanış olmuşdur. Cavabdehlə tanışlığı da əməliyyat müvəkkili vəzifəsində işləyərkən xidməti işlərlə əlaqədar olmuşdur. 2018-ci il tarixdən o, Sabunçu rayon polis idarəsinin istintaq şöbəsinə müstəntiq vəzifəsində işləməyə başladığından cavabdehlərlə əlaqələri demək olar ki, kəsilmişdi. Arabir özləri zəng edərək hal-əhval tututdular. Daha sonra o, Xətai rayonuna polis idarəsində işlədiyi dövrdə Cavabdeh1 ilə yenidən ünsiyyəti bərpa olundu. Belə ki, Cavabdeh1 ona zəng edərək 20-30 min manat borc pula ehtiyacı olduğunu bildirdi. O, da uzun müddətdir ki, onu tanıdığı üçün ona 2022- ci ilin mart ayında bir həftə ara ilə 9000 (doqquz min) və 13.000 (on üç min) manat ümumilikdə 22.000 (iyirmi iki) manat pul vermişdir. Borc pulu alarkən qısa müddət ərzində pulu qaytaracağını söz versə də Cavabdeh1 pulu qaytarmaq əvəzinə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınır və hər dəfə vaxtı uzadırdı. O, bir neçə aydan sonra yenə də ondan pulu qaytarmasını tələb etdiyi üçün cavabdeh ona qarşı aqressiv və həqiqətə uyğun olmayan yalan məlumatlar verəcəyini bildirib pulu ondan istəməməyi bildirdi. Razı olmayacağı təqdirdə polis əməkdaşı olduğu üçün AR Daxili İşlər Nazirliyinə onun barəsində yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatlar verəcəyini bildirdi. O, onun bu hədələrinə baxmayaraq pulu tələb etməyə davam etmişdir. Cavabdeh1 puldan imtina etməyəcəyinə əmin olduqdan sonra ona bildirdiyi kimi yalan və işgüzar nüfuzuna xələl gətirən məlumatları aidiyyəti üzrə polis və prokurorluq orqanlarına ünvanlamağa başladı. Bu səbəbdən də hazırda ona qarşı pul tələbi ilə müraciət etməyə məcbur olmuşdur.
5. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1938/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X2 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyi qoyulmuş, cavabdeh X1 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı və cavabdehlər ayrı-ayrlıqda qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, mənəvi zərər bilavasitə əsas iddia tələbi ilə yəni, işgüzar nüfuzun ləkələnməsi ilə bağlı olduğundan əgər iddia tələbində göstərilən işgüzar nüfuzun ləkələnməsi faktı təsdiqini tapırsa, mənəvi zərərin təmin edilməsinə zərurətin olmaması ilə əsaslandırıla bilməz. İddia həmin hissədə tam və düzgün araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində uzun illər daxili işlər orqanlarında zabit olaraq qüsursuz xidmət göstərmiş bir əməkdaşın rəhbər şəxsi heyətin gözündə yalnış fikir formalaşdırması və bunu ləyaqətli bir şəxs kimi qəbul edə bilməyən iddiaçının öz ərizəsi ilə daxili işlər orqanından ərizə yazaraq xidmətdən xaric olunmasına səbəb olmuşdur. Bütün bunlar birbaşa olaraq şəxsə mənəvi zərərin dəyməsini sübut edən aşkar faktlardır.
8. İddiaçının iddiasının qismən təmin olunması zamanı məhkəmə cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının AR Daxili İşlər Nazirliyinin rəhbəri şəxsi heyəti və ya digər xidmət yoldaşlarının yanında düşdüyü vəziyyəti və bunun nəticəsində polis zabitinin mənəvi zərərin nə dərəcədə ağır olduğunu araşdırmamışdır. Həmin məqamı tam araşdırmayan məhkəmə mövcud olan sübutlara münasibətdə yalnış hüquqi nəticəyə gəldiyindən, məhkəmənin sözügedən qətnaməsi iddianın təmin olunmayan hissədə ləğv olunmalı və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
9. Qətnamədə məhkəmə cavabdehlərin hərəkətlərinin işgüzar nüfuza ləkə gətirən və əsassız olduğu üçün təkzib edilməli olan məlumat olaraq qəbul olunduğu halda, mənəvi zərərin təmin edilməməsi işin hallarına uyğun deyildir. Məhkəmə heç bir sübut və qanuni əsas olmadan iddia tələbinin qismən təmin edilməsi, yəni mənəvi zərərə aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Odur ki, qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Birinci iş üzrə Cavabdeh2 və hər iki iş üzrə cavabdeh N. Quliyeva qətnamədən ayrılıqda apellyasiya şikayətləri vermiş, eyniməzmunlu olan apellyasiya şikayətlərində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini bildirmiş, “mənəvi zərərlə” bağlı hissədə iddia tələbinin təmin edilən hissəsi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, hər bir şəxs dövlət orqanlarına müraciət etmək hüququna malikdir. İş üzrə cavabdeh kimi o, konstitusion hüququndan istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazılı formada şikayətlər ünvanlamışdır. Lakin nəticədə Sabunçu Rayon Məhkəməsi həmin müraciətləri "şəxsi və işgüzar nüfuzu ləkələyən məlumatlar" kimi qiymətləndirməklə, faktiki olaraq müraciət hüququnu cəzalandırmış, vətəndaşların hüquqi müdafiəyə çıxışını qadağan edilə bilən davranış kimi təqdim etmişdir. Bu yanaşma həm vahid məhkəmə təcrübəsinə, həmçinin aşağıdakı AİHM presedentlərinə ziddir: “X6rşı” qərarında AİHM vurğulayır ki, dövlət orqanlarına edilən müraciətlər ifadə azadlığı kontekstində qorunur və bu müraciətlərə görə cəzalandırma “demokratik cəmiyyət” anlayışına ziddir. “Buşan Ruminiyaya qarşı” qərarında göstərilir ki, şəxsin hüquq-mühafizə orqanlarına şikayəti böhtan hesab edilə bilməz, belə yanaşma vətəndaşın hüquqi yardım axtarmaq imkanını məhdudlaşdırır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-22/2-1748/2025 nömrəli rəsmi məktubu açıq şəkildə göstərir ki, İddiaçı iş üzrə digər Cavabdeh1 2016-2019-cu illər ərzində müxtəlif məbləğlərdə pul almış və qaytarmamış, pul tələb edilərkən isə gərginlik yaranmış və nəticədə İddiaçı onun ailəsində gərginlik yaratmaqla ona mənəvi zərər vurmuşdur. Bu barədə müraciətlər məhz onun tərəfindən tərtib olunmaqla Cavabdeh1 adından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmışdır. Məhkəmə isə özünün verdiyi sorğu əsasında əldə etmiş olduğu sözügedən məktubu qəsdli şəkildə nəzərə almamış, düzgün hüquqi qiymət verməmişdir. Sözügedən məktub İddiaçı barəsində xidməti araşdırmanın Cavabdeh1 müraciətləri əsasında başlandığını və nəticə olaraq işdən azad etmənin göstərilən səbəblərə görə baş verdiyini təsdiqləyir. Belə olan halda, bu məlumat hüquq-mühafizə orqanına edilən qanuni müraciət olmaqla yanaşı, həqiqətə uyğun informasiya kimi qiymətləndirilməli idi və həmin müraciətə görə hər iki cavabdehin “təkzib məktubu” yazmağa məcbur edilməsi qanunsuz və hüquqazidd tədbirdən başqa bir şey deyil.
11. Məhkəmə qətnaməsi qanuna, sübutlara və faktlara əsaslanmadan, tərəflərin hüquqi bərabərliyi təmin edilmədən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-22/2-1748/2025 nömrəli məktubu qətnamədə məhkəmə tərəfindən qərəzli və birtərəfli şəkildə şərh olunmuşdur: Həmin məktubda açıq şəkildə göstərilir ki: vətəndaş Cavabdeh1 tərəfindən İddiaçı barəsində edilmiş çoxsaylı şikayətlər əsasında xidməti yoxlama aparılmış; Bu müraciətlərdə onun müxtəlif miqdarlarda borc alaraq qaytarmaması, habelə şəxsi və mənəvi təzyiq göstərməsi barədə faktlar qeyd edilmiş; Araşdırmanın nəticəsi olaraq İddiaçı daxili işlər orqanlarında xidmət etməsi məqsədəuyğun sayılmamış və o, DİN rəhbərliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Lakin məhkəmə bu məktubu iddiaçının xeyrinə sübut kimi təqdim etmiş, onun lehinə olan bütün faktiki və hüquqi nəticələri ya nəzərə almamış, ya da təhrif etmişdir. Məktubda iddiaçının cavabdehdən külli miqdarda borc aldığı, onu qaytarmadığı və bu səbəbdən DİN rəhbərliyinə edilən şikayətlər nəticəsində vəzifəsindən kənarlaşdırıldığı göstərildiyi halda, məhkəmə həmin məktubu sanki əsassız böhtan sübutu kimi dəyərləndirmişdir.
12. Cavabdeh1 birləşdirilmiş “pul tələbi” barədə iddia üzrə qeyd etmişdir ki, DİN-in Daxili Təhqiqatlar İdarəsinin 01 aprel 2025-ci il tarixli məktubu İddiaçı borc alma faktını təsdiqləyir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 3- 13-22/2-1748/2025 saylı, xx.xx.2025-ci il tarixli rəsmi cavab məktubunda qeyd olunur: “Vətəndaş Cavabdeh1 2016–2019-cu illərdə İddiaçı ondan müxtəlif məbləğlərdə pul alıb, lakin geri qaytarmadığına dair müraciət etmişdir. Həmin məlumat müraciət əsasında xidməti araşdırma aparılmış və nəticədə İddiaçı tutduğu vəzifədən azad edilmişdir.” Bu məktub rəsmi orqanın rəsmi araşdırması nəticəsində verilmiş hüquqi nəticəni əks etdirir. Beləliklə, İddiaçı Cavabdeh1 borc alması təsdiq edilmişdir.
13. Bundan əlavə, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 01 aprel2025-ci il tarixli 3-13-22/2-1748/2025 nömrəli məktubundan da göründüyü kimi, Cavabdeh1 İddiaçı ondan müxtəlif vaxtlarda pul alıb qaytarmadığını bildirib, Nazirlik isə bu əsnada Həsənovun izahatını alıb və xidməti araşdırma nəticəsində onu vəzifədən azad edib. Əgər əsl borclu Cavabdeh1 idisə, necə olur ki, Nazirlik – yəni dövlət orqanı – öz əməkdaşına qarşı bu qədər ciddi nəticə doğuran tədbir görür? Məntiqlə və hüquqla bu mümkün deyil və absurd səslənir. Əksinə, bu hal iddiaçının sonradan ortaya çıxan borc tələbinin saxta, onu qorxutmaq və təkzibə məcbur etmək məqsədi güddüyünü sübut edir.
14. Birinci iş üzrə Cavabdeh2 qətnamənin onunla bağlı olan hissəsində tam ləğvi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Birinci iş üzrə Cavabdeh1 qətnamənin onunla bağlı olan hissəsində tam ləğvi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehlərin apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Cavabdeh1 iddiaçıdan ümumilikdə 22.000 manat aldığını, lakin həmin pulu iddiaçıya qaytardığını bildirmişdir.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
20. Nərimanov rayon prokurorunun 10 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPİnin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edən İddiaçı 2015-ci ildən 2022-ci ilin avqsust ayına kimi hissə-hissə olmaqla Cavabdeh1 ümumilikdə 375000 manat pul alaraq ələ keçirməsi yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
21. Sabunçu rayon prokurorunun 23 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Bakı şəhəri Nərimanov RPİnin istintaq şöbəsinin müstəntiqi vəzifəsində xidmət edən İddiaçı 2015-ci ildən 2022-ci ilin avqsust ayına kimi hissə-hissə olmaqla Cavabdeh1 ümumilikdə 250.000 manat pul alaraq ələ keçirməsi yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-22/2-5818/2024 nömrəli məktubdan görünür ki, X7 102 nömrəsinə zəng edərək intihar edəcəyini bildirmişdir.
23. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15 may 2024-cü il tarixli 49-1/2-9443 nömrəli məktubundan görünür ki, Cavabdeh2 102 nömrəyə zəng edərək intihar edəcəyini bildirmişdir.
24. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 05 mart 2024-cü il tarixli 50/2-6563 nömrəli məktubundan görünür ki, Cavabdeh1 102 nömrəyə zəng edərək intihar edəcəyini bildirmişdir.
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-13-22/2-5818/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, vətəndaş Cavabdeh1 müraciəti əsasında Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin sabiq müstəntiqi İddiaçı həmin qadınla uzun müddət əxlaq normalarına zidd münasibət qurmaqla sonuncunun ailəsində gərginliyə zəmin yaratmışdır. Yaxınlıq əlaqəsindən istifadə edən İddiaçı 2016-2019-cu illərdə ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış, eləcə də “Kontakt Home” mağazasından kreditə götürdüyü mobil telefonun ödənişlərini Cavabdeh1 həyata keçirmişdir. Pulunun qaytarılmaması zəmnində aralarında baş vermiş mübahisə zamanı İddiaçı Cavabdeh1 qarşı kobud davranmışdır. Bundan başqa polis mayoru İddiaçı səlahiyyət həddini aşaraq Cavabdeh1 borclu olan şəxslərdən pulun geri qaytarılmasını əsassız tələb etmişdir. Yol verdiyi nöqsanlara görə E.X21 Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Sərəncamda olan İddiaçı sonradan öz arzusu ilə xx.xx.2025-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
26. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1939/2025 nömrəli 27 may 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X8 qarşı “borc” tələbinə dair mülki iş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatda olan İddiaçı cavabdehlər Cavabdeh2, X8 qarşı “şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair e-2(008)-1938/2025 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
27. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğulardan görünür ki, Cavabdeh1 müraciəti əsasında Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsində aparılmış araşdırılma nəticəsində alınmış İddiaçı izhatının surəti məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
28. İddiaçı tərəfindən təqdim edilən diskdə olan “Ayka Aliyeva” adlı istifadəçi tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanladığı şikayət ərizəsində qeyd edilmişdir ki, “Hörmətli cənab nazir, mən X9, Sizə müraciət edərək bildirirəm ki, Nərimanov rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyən İddiaçı ilə bağlı şikayət etmişəm, lakin İddiaçı məndən şantaj edərək hissə-hissə küllü miqdarda götürdüyü pullarımı qaytarmaq əvəzində hər yerdə bildirir ki, pulları qaytarmayacaq, mənim və rəfiqəm Cavabdeh2 ailəsində problemlər yaradacağını və bizi məhv edəcəyini. Hörmətli cənab nazir Azərbaycan polisi bizi qoruyan bir orqan olduğunu bilirəm, lakin İddiaçı əksinə bizə qotrxuducu və təhlükə yatardığı ismarıclar göndərir. Sizdən köməklik etməyinizi xahiş edirəm.
29. İddiaçı tərəfindən təqdim edilən diskdə olan “Ayka Aliyeva” adlı istifadəçi tərəfindən Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanladığı digər bir müraciətində qeyd edilmişdir: “Hörmətli cənab nazir, mən Sizə hər dəfə Nərimanov rayon polis idarəsinin müstəntiqi vəzifəsində işləyən İddiaçı ilə bağlı şikayətimi bildirirəm. İnan ki, özüm etdiyim əməli dərk edirəm, bilirəmki yoldaşıma qarşı çox böyük səhv və günah etmişəm. Odur ki bugün cəzasını çəkirəm. Sizə yalvarıram sığınıram, bilirəmki siz çox ədalətli və mərhəmətli bir insansınız. İnan ki, mən İddiaçı şər atmıram. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz, elə bilin ki, bir yetimə dəstək oldunuz, bir yetimi çuxurdan çıxartdınız. Onsuz da abrım gedib, Elşən pulları danmaqla deyil, sosial şəbəkəyə çıxıb onun da abrını apararam, lakin sizi böyük bilib artıq hərəkət etmək istəmirəm”.
30. İddiaçı tərəfindən təqdim edilən diskdə Cavabdeh2 məxsus video görüntülərin Cavabdeh2 kimə göndərməsi və bunun yayılmamasını təsdiq edən sübutlar olmadığından həmin görüntülər sübutlar siyahısından çıxarılmışdır.
31. Birinci instansiya məhkəmə iclasına şahid qismində dəvət edilmiş X3 izahat verərək bildirmişdir ki, o Cavabdeh1 ilə qonşu olmuşdur. İddiaçı ilə isə birlikdə lotereya oynayarkən tanımışdır. Nurlanə onunla hələ də lotereya oynayır. Bir nəfər Raya adlı qadın Nurlanədən pul almış sonra isə qaytarmamışdr. Nurlanə Elşəni onunla tanış etmiş və bildirmişdir ki, Elşən onun dostudur, müstəntiqdir, Rayadan pulun alınmasında ona kömək edəcəkdir. 2018-ci ildə Elşən ilə Nurlanə birlikdə olanda o avtobusdan çönüb arxaya baxanda Nurlanənin Elşənə pul sayıb verdiyini görmüşdür.
32. Birinci instansiya məhkəmə iclasına şahid qismində dəvət edilmiş X14 izahat verərək bildirmişdir ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşıdır. Onun İddiaçı Nurlanəyə borc verməsi ilə bağlı məlumatı olmamışdır. O evdə olan zaman İddiaçı Cavabdeh1 zənglər gəlmişdir. Bundan sonra Nurlanə ona bildirmişdir ki, onunla Elşən arasında pul haqq-hesabı olmuşdur. O evə qoyduğu pulları Nurlanə götürüb Elşənə vermişdir. Bunu ona qonşuluqdakı qadın məlumat vermişdir. Belə ki, onun evdə olan pulunun harda olduğunu soruşarkən Nurlanə həmin pulu qonşuya verdiyini bildirmiş, bundan sonra o qonşudan pulu tələb edərkən qonşu ona bildirmişdir ki, Nurlanə pulu Elşən adlı şəxsə verir.
33. Birinci instansiya məhkəmə iclasına şahid qismində dəvət edilmiş X11 izahat verərək bildirmişdir ki, İddiaçı onunla onun evində əvvəl kirayədə qalan Pərviz adlı şəxs tanış etmişdir. O Elşəni tanıdığdan sonra ona bildirmişdir ki, onun qonşusu Nurlanə adlı qadının başqalarından alacağı var, lakin borclular pulu qaytarmadığını buna görə də ona kömək etməsini xahiş etmişdir. Elşən ilə Nurlanə arasında pul haqq- hesabından məlumatı olmadığını, sonrdan Nurlanə ona bildirmişdir ki, o Elşənə xeyli məbləğdə borca pul vermişdir. O Elşənin Nurlanəyə və ya Nurlanənin Elşənə pul verməsini heç vaxt görməmişdir, sadəcə eşitmişdir.
34. Birinci instansiya məhkəmə iclasına şahid qismində dəvət edilmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, İddiaçı Sabunçu polis İdarəsindən tanıdığını, Nurlanəni isə onunla Elşən tanış etmişdir. 2022-ci ildə Elşən Nurlanəyə onun yanında 13000 manat pul vermişdir. Pul verilən zaman o da Nurlanənin yanında olmuş, Elşənin də yanında Turqay adlı şəxs olmuşdur. Elşən Nurlanəyə 13000 manatı verərkən onu da zamin qoymuşdur. Həmin pulu qaytarmaq üçün o öz evini satmış və pulunu Nurlanəyə vermişdir ki, Elşənin borcunu qaytarsın. O evlərin alqı-satqısı ilə məşğul olduğunu və əldə etdiyi qazancı Nurlanəyə saxlamağa vermişdir. Nurlanə isə həmin pulu Elşənə vermişdir. Məhkəmə xərci:
35. Mülki iş materiallarına əlavə edilmiş ********* nömrəli xx.xx.2024-cü il tarixli və ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 271 manat və 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Birinci iş üzrə: Azərbaycan Respublikası Konstitusiyasının:
36. 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
37. Azərbaycan Respublikası Konstitusiyasının 57.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
38. Azərbaycan Respublikası Konstitusiyasının 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.
40. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
41. 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarı:
43. 3-cü bənddə tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.
44. 4-cü bənddə qeyd edilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.
45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndi: Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
46. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
47. İkinci iş üzrə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
48. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
49. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
50. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
52. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
55. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
56. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
58. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
60. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
61. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
62. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. 384.0. Apellyasiya instansiyası məhkəməsi:
65. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
66. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
67. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
68. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
70. Hazırkı halda Məhkəmə qətnaməni iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, birinci iş üzrə iddia tələbinin təmin edilməyən, birinci iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətlərinə əsasən, iddia tələbinin təmin edilən, ikinci iş üzrə Cavabdeh1 apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, birinci tələb üzrə cavabdehlərin apellyasiya şikayəti təmin edilərək, qətnamə qismən, “mənəvi zərərin əvəzinin ödənilməsinin qismən təmin edilməsi” hissədə ləğv edilməli, həmin hissədə qətnamə ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilməməli, “pul tələbi” hissədə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Məhkəmə birləşdirilmiş “pul tələbi” ilə bağlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini nəzərdən keçririb, hesab edir ki, onun apellyasiya şikayətinin dəlilləri əsassızdır.
73. İlk növbədə qeyd edilir ki, rayon məhkəməsinin də müəyyən etdiyi kimi, Cavabdeh1 iddiaçıdan ümumilikdə 22.000 manat alması mübahisəsiz qaydada müəyyən edilmişdir. Cavabdeh1 pulu aldığını, lakin qaytardığını qeyd etsə də, bunun təsdiqi kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir.
74. Bununla bağlı qeyd edilir ki, qanunda birbaşa göstəriş olmadıqca istənilən öhdəliyin icra edildiyini borclu sübut etməlidir. Başqa sözlə desək, öhdəliyi icra etdiyini bildirən borclu bununla bağlı sübutları təqdim etməlidir.
75. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində iddiaçının ona borclu olduğunu bildirmiş, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 3-13-22/2-1748/2025 saylı, xx.xx.2025-ci il tarixli rəsmi cavab məktubuna istinad etmişdir. Həmin məktubda qeyd olunur: “Vətəndaş Cavabdeh1 2016– 2019-cu illərdə İddiaçı ondan müxtəlif məbləğlərdə pul alıb, lakin geri qaytarmadığına dair müraciət etmişdir. Həmin məlumat müraciət əsasında xidməti araşdırma aparılmış və nəticədə İddiaçı tutduğu vəzifədən azad edilmişdir.” Cavabdeh1 apellyasiya şikayətində bu məktuba əsasən, iddiaçının ondan borc almasının təsdiq edildiyini bildirir.
76. Bununla bağlı qeyd edilir ki, hazırda MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən, İddiaçı Cavabdeh1 qarşı “pul tələbi”nə baxılır, odur ki, cavabdehin şikayət və izahatında qeyd etdiklərinin hazırkı mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. tərəflər arasında ixtilafın uzun müddət davam etməsinə baxmayaraq, hal-hazıradək Cavabdeh1 İddiaçı qarşı borc tələbinə dair bir iddiası olmamışdır.
77. Digər tərəfdən, MPM-in 82.4-cü maddəsinə görə, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
78. Göründüyü kimi, Cavabdeh1 istinad etdiyi Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin həmin araşdırmasının nəticəsinin Məhkəmə üçün məcburiliyi prosessual qanunda müəyyən edilməmişdir.
79. Beləliklə, “pul tələbi” hissədə rayon məhkəməsinin gəldiyi qənaətə əsaslı olduğundan, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməlidir.
80. Məhkəmə cavabdehlərin apellyasiya şikayətlərinin “mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi üzrə dəlilləri ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
81. İddianı həmin tələb üzrə qismən təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-13-22/2-5818/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, vətəndaş Cavabdeh1 2016-2019-cu illərdə İddiaçı ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış olduğuna dair məlumatlar vermiş və sözügedən məlumatlar əsasında İddiaçı barəsində xidməti araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Lakin, nə cavabdehlər, nədəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi İddiaçı Cavabdeh1 pul almasını və onu qaytarmaması təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aparılmış xidməti araşdırılma zamanı izahatı alınmış İddiaçı izahatının surəti tələbi olunmuş, lakin məhkəmənin sorğusu aidiyyatı orqan tərəfindən cavabsız saxlanılmışdır. Beləliklə məhkəmə iclasında İddiaçı Cavabdeh1 pul almasını təsdiq edəcək hər hansı bir sübut olmadığından əksinə Cavabdeh1 İddiaçı 22000 manat məbləğində pul alması müəyyən edildiyindən Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə İddiaçı Cavabdeh1 pul alıb lakin qaytarmaması barədə vermiş olduğları məlumat həqiqətəuyğun hesab edilməməlidir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında izahat verən cavabdeh X4 Həsənovun ona hazırda borcu olduğunu bildirsə də, həmin borcun İddiaçı Cavabdeh1 aid olan borca görə yaranmış olduğunu, onun İddiaçı hər hansı bir pul məbləği vermədiyini məhkəmənin diqqətinə çatdırmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, nə qədər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaçının iş yeri olmuşdur cavabdehlərin həqiqətə uyğun olmayan məlumatın iddiaçının iş yerinin rəhbərinə vermiş olması iddiaçının şəxsi və işgüzar nüfuzunun ləkləyən məlumat hesab edilməli və cavabdehlər X2 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduğları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyi qoyulmalıdır.
82. Göründüyü kimi, rayon məhkəməsi cavabdehlərin iddiaçının onlara borclu olması barədə sübutlar təqdim etməməsinə, sözügedən məlumatlar əsasında İddiaçı barəsində xidməti araşdırılma aparılması və Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə onun tutduğu vəzifədən azad olunmasın, ən əsası isə, həmin həqiqətə uyğun olmayan məlumatın iddiaçının iş yerinin rəhbərinə verilmiş olmasına, nəticədə həmin məlumatların iddiaçının şəxsi və işgüzar nüfuzunu ləkləyən məlumat hesab edilməli olması qənaətinə gəlmişdir.
83. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 14 may 1999-cu il 7№-li Qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: -məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; -həmin məlumatların doğru olmaması; -bu məlumatların yayılması.
84. MM-in 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
85. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. 4-cü bənddə qeyd edilir ki, qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.
86. Azərbaycan Respublikası Konstitusiyasının 57.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
87. Azərbaycan Respublikası Konstitusiyasının 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
88. “Vətəndaşların müraciətləri haqqında” xx.xx.2015-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır (maddə 1.1).
89. Qüvvədə olan Qanunlara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına müraciət etmək hüququ var.
90. Bu hüququndan istifadə edən cavabdehin iddiaçının hazırda istinad etdiyi həmin mülahizə xarakterli məlumatları iddiaçının keçmiş iş yeri üzrə rəhbərliyinə ünvanlanmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-13-22/2-5818/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, müraciət əsasında aparılmış xidməti təhqiqat zamanı müəyyən edilmişdir ki, Nərimanov Rayon Polis İdarəsinin sabiq müstəntiqi İddiaçı həmin qadınla uzun müddət əxlaq normalarına zidd münasibət qurmaqla sonuncunun ailəsində gərginliyə zəmin yaratmışdır. Yaxınlıq əlaqəsindən istifadə edən İddiaçı 2016-2019-cu illərdə ondan müxtəlif məbləğlərdə pul alıb qaytarmamış, eləcə də “Kontakt Home” mağazasından kreditə götürdüyü mobil telefonun ödənişlərini Cavabdeh1 həyata keçirmişdir. Pulunun qaytarılmaması zəmnində aralarında baş vermiş mübahisə zamanı İddiaçı Cavabdeh1 qarşı kobud davranmışdır. Bundan başqa polis mayoru İddiaçı səlahiyyət həddini aşaraq Cavabdeh1 borclu olan şəxslərdən pulun geri qaytarılmasını əsassız tələb etmişdir. Yol verdiyi nöqsanlara görə E.X21 Nazirliyinin xx.xx.2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Sərəncamda olan İddiaçı sonradan öz arzusu ilə xx.xx.2025-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
91. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə borclu olması barədə mülahizə xarakterli məlumatlar şərəf və ləyaqəti ləkələyən məlumatlar sayılmır, odur ki, onun həqiqətə uyğun olub-olmamasının şərəf və ləyaqətin ləkələnməsi ilə bağlı mənəvi zərərin əvəzinin ödənilməsi tələbi üzrə əhəmiyyəti yoxdur.
92. Bundan başqa, tərəflər arasında uzun müddətli qeyri-sağlam münasibətlərin, eləcə də pul haqq-hesabının olması da hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilir. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçı məhz cavabdehlərlə münasibətində yol verdiyi pozuntulara, o cümlədən də pul alınıb-verilməsi və s. bağlı olaraq işindəki pozuntulara görə vəzifəsindən azad edilmişdir. Demək ki, iddiaçının hərəkətləri (əməlləri) barədə cavabdehlərin müvafiq dövlət orqanlarına müraciətləri əsassız olmamışdır.
93. Beləliklə, Cavabdeh1 iddiaçı ilə aralarında olan münasibətlər zəmnində iddiaçının onun barəsində yol vermiş olduğunu və hüquq pozuntusu hesab etdiyi məlumatlar barədə mülahizə xarakterli dəlilləri ilə müvafiq hüquq mühafizə orqanına müraciət etmişdir ki, bununla da cavabdehin yuxarıda istinad olunan qanunların müvafiq normalarının ona verdiyi imkanlardan istifadə edərək və qeyd olunan normaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verdiyi məlumatlar heç bir halda iddiaçının şərəf, ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması hesab edilə bilməz.
94. Beləliklə, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən, rayon məhkəməsinin “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” barədə iddia tələbinin qismən əsaslı hesab edilməsi barədə qənaəti əsaslı olmamışdır, odur ki, həmin hissədə cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, “cavabdehlər X2 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduğları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyinin qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri təmin edilməməlidir.
95. Məhkəmə qeyd edir ki, iddiaçının “işgüzar nüfuzun ləkələnməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və məlumatların yalan hesab edilərək təkzib edilməsi” tələbinə cavabdehlərin apellyasiya şikayətlərinə əsasən, müvafiq hüquqi mövqe bildirilərək, cavabdehlər tərəfindən iddiaçının işgüzar nüfuzunun ləkələnməsi barədə həqiqətə uyğun olmayan məlumatların yayılması müəyyən edilmədiyindən, eləcə də prosessual qənaət prinsipi baxımından iddiaçının apellyasiya şikayətinin əsaslığının əlavə olaraq müzakirəsinə lüzum qalmır.
96. Məhkəmə onu da qeyd edir ki, rayon məhkəməsi iddiaçının cavabdehlərə qarşı iki fərqli iddia tələblərini birləşdirərək bir icraatda baxmışdır.
97. MPM-in 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
98. Məhkəmə hesab edir ki, rayon məhkəməsinin həmin işləri birləşdirməsi MPM-in tələblərinə uyğun olmuşdur.
99. Bununla belə, rayon məhkəməsi hər iki iddia tələbi üzrə iddianın təmin edilibedilməməsini ayrılıqda qeyd etmək əvəzinə, həmin işlər üzrə fərqli iddia tələblərinə bir iddia tələbi kimi yanaşaraq “iddianın qismən təmin edilməsini” qeyd etmişdir ki, bu da doğru olmamışdır.
100. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 8.1-ci maddəsinə görə, işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia üzrə məhkəmənin mövqeyi ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə, qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir.
101. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhz bu baxımdan Məhkəmə hesab edir ki, prosessual əsaslara görə qətnamənin tamamiylə ləğv edilməsi qaçılmaz deyildir. Nəticə:
102. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, odur ki, həmin hissədə cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, “cavabdehlər X2 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyinin qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri təmin edilməməli, birləşdirilmiş “pul tələbi” ilə bağlı hissədə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
103. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
104. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin olunmadığından, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edildiyindən, şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməli, Cavabdeh2 apellyasiya şikayəti təmin edildiyindən, onun apellyasiya şikayəti verilməsi üçün ödədiyi 186,00 manat dövlət rüsumu iddiaçıdan alınaraq ona verilməlidir.
105. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2., 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti qismən, Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1938/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən –“cavabdehlər X2 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə “Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı Cavabdeh1 onu şantaj edərək hissə-hissə küllü miqdarda pul almış olmasına” dair vermiş olduqları məlumatların həqiqətə uyğun olmayan məlumat olmasına dair təkzib məktubu yazmaq öhdəliyinin qoyulması” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbləri təmin edilməsin. Qətnamənin birləşdirilmiş “pul tələbi” ilə bağlı hissəsindən cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun apellyasiya şikayətinə əsasən həmin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı və Cavabdeh1 özlərinə aid edilsin. Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün ödədiyi 186,00 (yüz səksən altı) manat dövlət rüsumu İddiaçı alınaraq ona verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.