Məhkəmə qərarları › İş №2(103)-5393/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5393/2022

07.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5393/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh ("xxxx") ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı “boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(004)-1698/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Cavabdeh ("xxxx") ASC Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin 08 avqust 2005-ci il tarixli, 251-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Kommersiya Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh ("xxxx") ASC ilə İddiaçı arasında bağlanmış 20 fevral 2006-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Gəncə Gil-Torpaq İstehsalat sahəsi üzrə idxal ixrac şöbəsinin idxal-ixrac əməliyyatları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 3.Cavabdeh ("xxxx") ASC Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin 18 oktyabr 2007-ci il tarixli, 488-K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir.

4. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 27 fevral 2009-cu il tarixli, 39-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Material Planlama və Təchizat Departamentinə logistika üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

5. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 31 mart 2009-cu il tarixli, 49-K nömrəli əmrindən görünür ki, Sumqayıt GilTorpaq İstehsalat Sahəsinin işçiləri olan X1, X6, İddiaçı və X5 xx.xx.2009-cu il tarixindən iki aylıq ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

6. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 11 iyun 2009-cu il tarixli, 148-K nömrəli, 11 avqust 2009-cu il tarixli, 219-K nömrəli, 30 sentyabr 2009-cu il tarixli, 262-K nömrəli, 26 noyabr 2009-cu il tarixli, 362-K nömrəli əmrindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2009-cu il tarixindən, xx.xx.2009-cu il tarixindən və xx.xx.2009-cu il tarixindən iki aylıq ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

7. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 29 yanvar 2010-cu il tarixli, 22-K nömrəli, 31 mart 2010-cu il tarixli, 69-K nömrəli, 30 iyul 2010-cu il tarixli, 2082-K nömrəli, 30 sentyabr 2010-cu il tarixli, 255-K nömrəlivə 30 noyabr 2010-cu il tarixli, 331-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2010-cu il tarixdən, xx.xx.2010-cu il tarixdən,xx.xx.2010-cu il tarixdən, xx.xx.2010-cu il tarixdən və xx.xx.2010cu il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir. 8.Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 31 yanvar 2011-ci il tarixli, 45-K nömrəli, 31 mart 2011-ci il tarixli, 115-K nömrəli, 31 may 2011-ci il tarixli, 162-K nömrəli, 01 avqust 2011-c1 il tarixli, 202-K nömrəlivə 30 sentyabr 2011-ci il tarixli, 245-K nömrəli və 29 noyabr 2011-ci il tarixli, 281-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixdən,xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixdən, xx.xx.2011-ci il tarixdən və xx.xx.2011-ci il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir.

9. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 31 yanvar 2012-ci il tarixli, 20-K nömrəli, 30 mart 2012-ci il tarixli, 54-K nömrəli, 31 may 2012-ci il tarixli, 94-K nömrəli, 31 iyul 2012-ci il tarixli, 128-K nömrəli, 28 sentyabr 2012-ci il tarixli, 174-K nömrəli və 30 noyabr 2012-ci il tarixli, 210-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixdən,xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixdən, xx.xx.2012-ci il tarixdən və xx.xx.2012- ci il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir.

10. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 31 yanvar 2013cü il tarixli, 17-K nömrəli, 29 mart 2013-cü il tarixli, 53-K nömrəli, 31 may 2013-cü il tarixli, 83-K nömrəli, 31 iyul 2013-cü il tarixli, 110-K nömrəli, 30 sentyabr 2013-cü il tarixli, 136-K nömrəli və 29noyabr 2013-cüil tarixli, 166-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2013-cü il tarixdən, 01.04. 2013-cü il tarixdən,01.06. 2013-cü il tarixdən, 01.08. 2013-cü il tarixdən, 01.10. 2013-cü il tarixdən və 01.12. 2013-cü il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir.

11. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 31 yanvar 2014cü il tarixli, 14-K nömrəli, 31 mart 2014-cü il tarixli, 32-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixdən iki aylıq ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir.

12. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin 30 may 2014-cü il tarixli, 55-K nömrəli, 11 iyul 2014-cü il tarixli, 76-K nömrəli, 22 avqust 2014-cü il tarixli, 94-K nömrəli, 03 oktyabr 2014-cü il tarixli, 116-K nömrəli, 14 noyabr 2014-cü il tarixli, 128- K nömrəli və 26 dekabr 2014-cü il tarixli, 149-K nömrəli əmrlərindən görünür ki, İddiaçı müvafiq olaraq 01.06. 2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixdən,xx.xx.2014-cü il tarixdən, xx.xx.2014-cü il tarixdən və 28.12. 2014-cü il tarixdən qırx iki təqvim günü ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir.

13. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin xx.xx.2015-ci il tarixli, 13-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən qırx iki təqvim günü ödənişsiz məzuniyyətə buraxılması əmr edilmişdir.

14. Cavabdeh ("xxxx") ASC Sumqayıt Gil-Torpaq İstehsalat Sahəsinin xx.xx.2015-ci il tarixli, 18-K nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılması və onun bağlanmış əmək müqaviləsinə Azərbaycan respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xx.xx.2015-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

15. Azərbaycan Alüminiumu” ("xxxx") ASC-nın HİK-nin xx.xx.2009-cu il tarixli, 26 nömrəli, xx.xx.2009-cu il tarixli, 28 nömrəli, xx.xx.2009-cu il tarixli, 3 nömrəli, xx.xx.2009-cu il tarixli, 6 nömrəli, xx.xx.2010-cu il tarixli, 11 nömrəli, xx.xx.2010-cu il tarixli, 13 nömrəli, xx.xx.2010-cu il tarixli, 17 nömrəli, xx.xx.2010-cu il tarixli, 21 nömrəli, xx.xx.2010-cu il tarixli, 25 nömrəli, xx.xx.2010-cu il tarixli, 29 nömrəli,xx.xx.2011-ci il tarixli, 31 nömrəli, xx.xx.2011-ci il tarixli, 35 nömrəli, xx.xx.2011-ci il tarixli, 39 nömrəli, xx.xx.2011-ci il tarixli, 43 nömrəli, xx.xx.2011-ci il tarixli, 47 nömrəli, xx.xx.2011-c1 il tarixli, 50 nömrəli,xx.xx.2012-ci il tarixli, 53 nömrəli, xx.xx.2012-ci il tarixli, 54 nömrəli, xx.xx.2012-ci il tarixli, 3 nömrəli, xx.xx.2012-ci il tarixli, 6 nömrəli, xx.xx.2012-ci il tarixli, 8 nömrəli, xx.xx.2013-cü il tarixli, 9 nömrəli, xx.xx.2013-cü il tarixli, 11 nömrəli, xx.xx.2013-cü il tarixli, 12 nömrəli, xx.xx.2013-cü-ci il tarixli, 13 nömrəli, xx.xx.2013-cü il tarixli, 14 nömrəli xx.xx.2014-cü il tarixli, 16nömrəli, xx.xx.2014-cü il tarixli, 17 nömrəli, xx.xx.2014cü il tarixli, 19 nömrəli, xx.xx.2014-cü-ci il tarixli, 20 nömrəli, xx.xx.2014-cü il tarixli, 24 nömrəli, xx.xx.2014-cü il tarixli, 28 nömrəli, xx.xx.2014-cü il tarixli, 30 nömrəli və xx.xx.2015-ci il tarixli, 31 nömrəli protokollarından görünür ki, İddiaçı yuxarıdakı əmrlərdə qeyd olunan tarixlərdə ödənişsiz məzuniyyətə göndərilməsinə razılıq verilmişdir.

16. İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin nəzdində olan Gəncə “Giltorpaq” İstehsalat Sahəsinin Kommersiya Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ərizəsi ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Daha sonra xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-də Satınalmalar Departamentinin logistika şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmiş və həmin vəzifədən öz ərizəsi ilə xx.xx.2009-cu il tarixdə azad olunmuşdur. İddiaçı xx.xx.2009-cu il tarixdən Material Planlama və Təchizat Departamentinə logistika üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdə isə əlavə iş yeri olaraq "xxxx" Sığorta Şirkətinin qərb rayonu üzrə satışların idarəetməsi şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. İddiaçı əsas iş yeri üzrə "xxxx" ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə isə əsas iş yeri olaraq "xxxx" Sığorta Agentliyinə işə qəbul olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı Cavabdeh ("xxxx") ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2009-cu ilin iyun ayından xx.xx.2015-ci il tarixədək boşdayanmaya görə əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq Cavabdeh ("xxxx") ASC-dən iddiaçının xeyrinə tutulması, həmçinin 50 manat dəyərində mediasiya xərcinin, məhkəmə ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ("xxxx") ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif vaxtlarda Cavabdeh ("xxxx") ASC-də çalışmışdır. xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək sonuncu vəzifəsi Material Planlama və Təchizat Departamentində loqistika üzrə mütəxəssis olmuşdur. Əmək müqaviləsinə əsasən onun əmək haqqı 518,07 manat məbləğində olmuşdur. İllərlə Cavabdeh ("xxxx") ASC fəaliyyət göstərməmiş və o, bu müddət ərzində faktiki olaraq boş dayanmışdır. Boşdayanmaya görə isə qanunvericiliklə nəzərdə tutulmuş ödənişləri almamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh ("xxxx") ASC tərəfindən ona əmək haqqı və son haqq hesaba görə 177,26 manat pul ödənilmişdir. Ödənilən pul düzgün hesablanmadığı üçün o, Cavabdeh ("xxxx") ASC-nin özünə və Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etmişdir. Lakin Cavabdeh ("xxxx") ASC-yə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(004)- 1698/2022 saylı qətnaməsi iddia tələbi rədd edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-nin Kommersiya Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əsas iş yeri olaraq xx.xx.2015-ci il tarixədək həmin cəmiyyətdə müxtəlif vəzifələrdə işləmişdir. İşin faktiki hallarından göründüyü kimi "xxxx" ASC 2009-cu ildən faktiki olaraq fəaliyyətini dayandırmış, işçilər isə, o cümlədən iddiaçı Qurbanov X4 İttifaqının razılığı ilə ödənişsiz məzuniyyətə buraxılmışdır. Bu müddət ərzində iddiaçı tərəfindən ödənişsiz məzuniyyətə buraxılması, həmçinin boşdayanmaya görə ona əmək haqqının ödənilməsi ilə hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. O cümlədən iddiaçı xx.xx.2011-ci il tarixdən "xxxx" Sığorta Şirkətində əlavə iş yeri üzrə işə qəbul edilmiş və orada işləməyə başlamış, xx.xx.2015-ci il tarixdən isə həmin şirkətdə əsas iş yeri olaraq çalışmağa başlamışdır. İddiaçı "xxxx" ASC-dən işdən azad olunduğu tarixdən əmək kitabçasını almasına baxmayaraq iddia olunan hüququnun pozulması ilə bağlı nə cəmiyyətə, nə də məhkəməyə müraciət etməmişdir. İddiaçı yalnız 2021-ci ilin oktyabr ayında cəmiyyətə ona son haqq-hesabın ödənilməsi ilə bağlı müraciət etmiş və cəmiyyət tərəfindən ona 177,2 manat ödəniş edilmişdir. Lakin iddiaçı xx.xx.2015ci il tarixdən məhkəməyə müraicət etməməsi bağlı üzrlü səbəbləri barədə mötəbər sübut təqdim etməmiş və bunu kifayət qədər əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir. Qeyd olunan müddət ərzində isə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olmuşdur. Bundan əlavə iddiaçı işdən azad edildiyi xx.xx.2015-ci il tarixdən bir illik müddəti buraxaraq 7 il sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir illik müddət ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir illik müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə iddia tələbi təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 50, 57, 68, 296 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

22. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə çıxaran zaman qanunvericilikdə qeyd olunduğu kimi işçiyə əmək kitabçasından başqa haqq hesab sənədinin verildiyi günü hüququnun pozulmasının aşkar edildiyi gün kimi nəzərə almadan bu halı işə qəbul etməmiş və iddia müddətini bitmiş hesab edərək iddianı rədd etmişdir. Məhkəmənin qətnaməsindədə qeyd edildiyi kimi, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən işdən azad olunduğu zaman ona yalnız əmək kitabça təqdim edilmişdir. Qanunvericilikdə qeyd edildiyi kimi, işçi əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar ərizə verdiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Qanunvericiliyə əsasən son haqq hesabın aparılması tələbi ilə əlaqədar, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizəsinin verildiyi gündən bir təqvim ayı bitdikdən sonra hər hansı bir dövr qeyd edilmədiyindən onun, 2021-ci ildə son haqqhesabının aparılmasını "xxxx" ASC-dən tələb etmək hüququ vardır və Əmək Məcəlləsinə əsasən haqq hesab sənədlərinin təqdim edilməsi günü işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab olunur. Əmək Məcəlləsinə əsasən son haqq hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzindən, işçiyə ödənilməli əmək haqqından və digər ödəmələrdən ibarətdir. xx.xx.2021 tarixdə ona son haqq hesab ödənilərkən 2009- 2015-ci illər üzrə boşdayanma müddəti üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanıb ödənilməmişdir. İşçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2022 tarixdə göndərdiyi onlayn müraciətinə əsasən xx.xx.2022 tarixində cavab olaraq bir mənalı olaraq bildirilmişdir ki, boşdayanma əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox davam edərsə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən ümumi ödənişsiz məzuniyyətin müddəti 6 ay olmaqla, işçilər növbəti ödənişsiz məzuniyyətə göndərilə bilər. Əmək Məcəlləsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir (işçi üçün müəyyən edilmiş dərəcənin tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir). Bu onu deməyə əsas verir ki, xx.xx.2009 tarixdən xx.xx.2015 tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət ərzində onun xx.xx.2009 tarixdən xx.xx.2015 tarixədək ödənişsiz məzuniyyətə buraxılması yolverilməzidir və bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir. Əmək Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı son haqq hesabı aldığı zaman hesablanıb ona ödənilməlidir, lakin son haqq hesabı aldığı zaman ona cəmi 177.2 manat ödənilmişdir. Məhkəmənin qətnaməsində qeyd olunan Cavabdeh (Azəralüminium) ASC Sumqayıt İstehsalat Sahəsinin xx.xx.2015-ci il tarixli, 18-K nömrəli əmrindən göründüyü kimi, o, xx.xx.2015-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış və xx.xx.2015-ci il tarixdən öz xahişi ilə işdən azad olunması barədə əmr verilmişdir. Onun hüququnun pozulduğunun aşkar edildiyi gün qanunvericilikdə göstərilən sənədlərdən biri hesab olunan haqq-hesab sənədinin ona verildiyi gün xx.xx.2021 tarix hesab olunur və iddianın məhkəmə tərəfindən rədd edilməsi düzgün əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 69cu maddəsində qeyd edildiyi kimi, işçi əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar ərizə verdiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Qanunvericilikdə son haqq hesabın aparılması tələbi ilə əlaqədar, işçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ərizəsinin verildiyi gündən bir təqvim ayı bitdikdən sonra hər hansı bir dövr qeyd edilmədiyindən onun, 2021ci ildə son haqq hesabının aparılmasını "xxxx" ASC-dən tələb etmək hüququ vardır. xx.xx.2021 tarixdə ona son haqq hesab olaraq 177.2 manat verildikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Əmək Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı son haqq hesabı aldığı zaman mənə ödənilməli idir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesab istifadə edilməmiş əmək məzüniyyətinə görə pul əvəzindən, işçiyə ödənilməli əmək haqqından və digər ödəmələrdən ibarətdir. Həmçinin növbəti ödənişsiz məzuniyyətə buraxılmamışdan əvvəl ən azı 5 gün işdə olmalı idi. O, isə nə əvvəlcədən məlumatlandırılmış, nə də ödənişsiz məzuniyyətlərə buraxılması ilə əlaqədar əmrlərlə tanış edilməmişdir. Məhkəmə iclası zamanı cavabdeh Azərbaycan Alüminiumu ASC-nin nümayəndəsi Əhəmdzadə Telman ödənişsiz məzüniyyətin əmək müqaviləsi ilə müəyyən edilən şərtləri ilə əlaqədar heç bir sübut təqdim etməmişdir. Belə ki onunla Azərbaycan Alüminiumu ASC-i arasında xx.xx.2009 tarixdə fərdi qaydada bağlanmalı olan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Əmək müqaviləsinin ona təqdim edilməsi ilə əlaqədar xx.xx.2022 tarixdə Azərbaycan Alüminiumu ASC-nə məktub ünvanlamışdır. Lakin əmək müqaviləsi nə ona nə də ki məhkəmənin tələbi ilə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı isə cavabdeh Azərbaycan Alüminiumu ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, əmək müqaviləm Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təqdim edilmişdir. xx.xx.2022 tarixdə Milli Arxiv İdarəsinə onunla Azərbaycan Alüminiumu ASC-i arasında bağlanan əmək müqaviləmin nüsxəsinin təqdim edilməsi ilə əlaqədar müraciət etmiş və xx.xx.2022 tarixli məktubla cavab olaraq bildirildi ki, qeyd olunan "xxxx" ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Bu onu deməyə əsas verir ki, ödənişsiz məzuniyyət şərtlərini və qaydalarını əks etdirən əmək müqaviləsi onunla "xxxx" ASC-i arasında bağlanmamışdır. Eyni zamanda 2009-cu ildən 2015-ci ilə kimi məhkəmənin qətnaməsində də qeyd olunduğu kimi, yeni əmrlər verilməklə hər 42 gündən bir ödənişsiz məzuniyyətlərə buraxılmışdır. Bundan başqa iddia müddətinin ötməsini məhkəmə yalnız əmək kitabçasının ona təqdim edildiyi günü nəzərə alaraq iddianı rədd etmişdir. Məhkəmə prosesi zamanı ödənişsiz məzuniyyət şərtlərini və qaydalarını əks etdirən əmək müqaviləsinin onunla "xxxx" ASC-i arasında 2009-cu ildə bağlanması sübut olunmamışdır, məhkəməyə "xxxx" ASC-nin nümayəndəsi Telman Əhmədzadə tərəfindən işə aid olmayan sübut kimi 2005-2007 illərdə "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində işlədiyim müddətdə bağlanılan əmək müqaviləsi təqdim edilmişdir. Həmçinin məhkəmənin qətnaməsində bildirilir ki, 2021-ci ilin oktyabr ayında cəmiyyətə ona son haqq-hesabın ödənilməsi ilə bağlı müraciət etmiş və cəmiyyət tərəfindən ona 177.2 manat ödənilmişdir. Lakin son haqq-hesabın ödənilməsi ilə bağlı 2015-ci ildə işdən azad olunan zaman müraciət etmişdi və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Telman Əhmədzadənində məhkəmə zamanı ifadəsindən də məlum olduğu kimi işdən azad olunduğu müddətdə "xxxx" ASC-nin ona son haqq-hesabın ödənilməsi imkanı yox idi. "xxxx" ASC-nin Sumqayıt, Gəncə və Daşkəsən şəhərlərində yerləşən struktur vahidlərinin onda daxil olmaqla keçmiş işçilərinə 2009-2021-ci illər üzrə son haqq hesabları yalnız Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 2570 saylı Sərəncamı qüvvəyə mindikdən sonra, 2021-ci ilin sentyabr ayında məlumat verilərək xx.xx.2021 tarixdə ödənilmişdir. Buna sübut olaraq onun tərəfindən məhkəməyə xx.xx.2022 tarixdə “Rabitə” Bankın hesabdan çıxarışı təqdim edilmişdir. Belə ki, hesabdan çıxarışda ödənişin təyinatı kimi “Gəncə və Daşkəsən əmək haqqı və son haqq hesab borcları” qeyd olunmuşdur. Məhkəmə prosesi zamanı xx.xx.2022-ci il tarixdə işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə online müraciət etmişdi. Lakin müraciətimə cavabı xx.xx.2022 tarixdə aldığı üçün Nazirliyin məktubunu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ona ünvanladığı cavab məktubunu yeni sübut olaraq Bakı Apellyasiya Məhkəməsinə təqdim edir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh ("xxxx") ASC apellyasiya şikayətinə etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi dövrə aid ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 171 manat hesablanaraq özünün də təsdiq etdiyi kimi ödənişin verilməsi təmin edilmişdir. Cəmiyyətin hal-hazırda iddiaçıya əmək haqqı və ya əmək haqqına bərabər hər-hansı borcu yoxdur. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür.

c) Proses iştirakçılarının izahatı

25. məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ("xxxx") ASC-nin etibarnamə üzrə nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, təqdim edilmiş etirazın dəlillərinə uyğun izahat verməklə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasını - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir.

29. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir.

30. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

31. Həmin Məcəllənin 296-cı maddəsinin 4-ci hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Apelyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-nin Kommersiya Departamentinin logistika şöbəsinə dəmiryol üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əsas iş yeri olaraq xx.xx.2015-ci il tarixədək həmin cəmiyyətdə müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin iddiaçı xx.xx.2011-ci il tarixdən "xxxx" Sığorta Şirkətində əlavə iş yeri üzrə işə qəbul edilmiş və orada işləməyə başlamış, xx.xx.2015-ci il tarixdən isə həmin şirkətdə əsas iş yeri olaraq çalışmağa başlamışdır. 38.Göründüyü kimi iddiaçı "xxxx" ASC-dən işdən azad olunduğu tarixdən əmək kitabçasını almasına baxmayaraq iddia olunan hüququnun pozulması ilə bağlı nə cəmiyyətə, nə də məhkəməyə müraciət etməmişdir.

39. İddiaçı apellyasiya şikayətində 2021-ci ilin oktyabr ayında cəmiyyətə ona son haqqhesabın ödənilməsi ilə bağlı müraciət etməsinə və cəmiyyət tərəfindən ona 177,2 manat ödəniş edilməsinə istinad etsə də, işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən "xxxx" Sığorta Şirkətində əsas iş yeri olaraq çalışmağa başlamışdır. Həmçinin məhz iddiaçının da apellyasiya şikayətində bildirdiyinə əsasən, iddiaçı son haqqhesabın ödənilməsi ilə bağlı 2015-ci ildə işdən azad olunan zaman müraciət etmiş və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Telman Əhmədzadənində məhkəmə zamanı ifadəsindən də məlum olduğu kimi işdən azad olunduğu müddətdə "xxxx" ASC-nin ona son haqq-hesabın ödənilməsi imkanı olmamışdır. Göründüyü kimi iddiaçı artıq 2015-ci ildən, yəni cavabdehlə əmək münasibətlərinə son qoyulduğu vaxtdan hüquqlarının pozulmasını bilmişdir, çünki son haqq-hesabın ödənilməsi üçün iddiaçı 2015-ci ilə cavabdeh ASC-yə müraciət etmişdir, lakin ödənişsiz məzuniyyətə buraxılması, həmçinin boşdayanmaya görə ona əmək haqqının ödənilməsi ilə hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Halbuki "xxxx" ASC 2009-cu ildən faktiki olaraq fəaliyyətini dayandırmış, işçilər isə, o cümlədən iddiaçı Qurbanov X4 İttifaqının razılığı ilə ödənişsiz məzuniyyətə buraxılmışdır.

40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

41. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 16 fevral 2015-ci il tarixdən artıq hüquqlarının pozulmasını bildiyindən, həmin tarixdən bir il ərzində məhkəməyə müraciət etməli idi.

42. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-ci hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

43. Lakin iddiaçı xx.xx.2015-ci il tarixdən məhkəməyə müraicət etməməsi bağlı üzrlü səbəbləri barədə mötəbər sübut təqdim etməmiş və bunu kifayət qədər əsaslandıra bilməmişdir. Cavabdeh tərəfindən isə birinci instansiya məhkəməsi baxışı zamanı iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edilmişdir.

44. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir illik müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələbinə əsasən iddianın təmin edilə bilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.

46. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

48. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə ləğv edilə görə bilməz.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q ət e t d i :

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(004)-1698/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar