Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5396/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və ünvan 2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5396/2025 (Açar sözlər: etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Əkbərov X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və ünvan 2 qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)- 1260/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə 19 noyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cəlb edilməklə cavabdehlər Cavabdeh3 və ünvan 2 qarşı “etibarnamənin və alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X4 adından, Zeynalova Yeganə tərəfindən imzalanaraq və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək, Cavabdeh3 adına verilmiş 11 may 2020-ci il tarixli AR-İİ № 043295 nömrəli etibarnamənin və həmin etibarnamə əsasında Bakı şəhəri 32 saylı notariat ofisi tərəfinin xüsusi notariusu X17i tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2025-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, X4 adından Zeynalova Yeganə tərəfindən imzalanaraq və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək Cavabdeh3li oğlunun adına verilmiş 11 may 2020-ci il tarixli AR-İİ № 043295 saylı etibarnamənin verildiyi andan etibarsız sayılması və həmin etibarnaməyə əsasən X8 (təmsilçisi Cavabdeh3li oğlu) ilə Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsızlığının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2025-ci il tarixdə iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin sonuncu hissəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X8 ilə (təmsilçisi Cavabdeh3li oğlu) Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etbarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anası X4 şəxsi mülkiyyətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin **********39- 10301 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Lahıc qəsəbəsində 0,03 ha torpaq sahəsinin üzərində 96,10 kv.m sahəsi olan fərdi yaşayış evi olub. Anası xx.xx.2022-ci il tarixdə ölüb. Onlar 2023-cü ildə Bakı şəhəri 32 saylı notariat ofisindən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən və 9 saylı Qəbələ Ərazi İdarəsindən eyni məzmunda rəsmi cavab aldıqdan sonra məlumatları olub ki, analarına məxsus Lahıc qəsəbəsindəki ev xx.xx.2022-ci il tarixdə oğlu Cavabdeh3 tərəfindən Cavabdeh2 Bakı şəhəri 50 saylı notariat ofisinin təsdiqlədiyi AN-1 № ******* saylı alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilib. Özgəninkiləşdirmə prossesi etibarnamə əsasında aparılıb. Etibarnamə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənib. Etibarnamə analarının adından oğlu Cavabdeh3 verilib. Onlar həmin evə dair vərəsəlik hüququ olduğuna görə alğısatqının qanuniliyini yoxlamaq qərarına gəliblər. Məlum olub ki, anasının adından Cavabdeh3 2020-ci ildə 50 saylı notariat kontorunun xüsusi notariusu Nümayəndə təsdiqlədiyi baş etbarnamə verilib. Həmin etibarnamə əsasında analarına məxsus Lahıc qəsəbəsində yerləşən evin alğısatqısı barədə Cavabdeh2 simvolik qiymətə (evin dəyəri 80-100 min manat olduğu halda, cəmi 10 min manata) uydurma, nəticə əldə etmək niyyəti olmadan alğı-satqı müqaviləsi bağlayıbr. Alıcı bu günədək evə yiyələnməyib. Onlar həmin evə hələ də gedib-gəlirlər. Hazırda da anasının şəxsi və ev əşyaları həmin evdə saxlanılır. Həmin evə dair onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmayıb və qeydiyyata dair çıxarış verilməyıb. Alıcı Qüdrət satıcı İsanın qonşusudur. Şübhəsiz ki, alıcı işin mahiyyətindən, evin qanunsuz satıldığından və alğısatqı müqaviləsinin uydurma olduğundan, nəticə əldə etmək niyyətinin olmadığından, evin faktiki dəyərindən çox aşağı rəsmiləşdirildiyindən yaxşı məlumatlıdır. Alğı-satqı müqaviləsinin əsasını təşkil edən etibarnamə qanunun bir çox normalarının tələblərinin pozulması ilə, anasının iştirakı və xəbəri olmadan verildiyindən, həm də aşağıda qeyd etdiyi digər qanun pozuntuları ilə verildiyindən, ləğv edilməlidir. Habelə, həmin etibarnamənin nəticəsindən doğan, mahiyyəti üzrə uydurma olan və Cavabdeh3 əsl niyyətini pərdələnək məqsədi ilə bağlanmış alğı-satqı müqaviləsi də eyni zamanda ləğv edilməlidir. İddiaçı2 anası X8 ilə eyni mənzildə, ünvan 1 ünvanında birlikdə yaşayıblar. Etbarnamənin məzmunundan görünür ki, notariat hərəkətləri həmin B.Nuriyev küçəsi, ev 27, mənzil 54 ünvanında aparılıb. O, həmin mənzildə yaşadığına görə və əlil olduğu üçün daima evdə qaldığından evə gəlib-gedənlər barəsində dəqiq məlumatı olub. Bu səbəbdən də şübhəsiz bildirir ki, anasının yanına həmin vaxtlarda hər hansı notarat ofisinin işçisi gəlməyib. Etbarnamənin anasının yanında və iştirakı ilə verilməsi həqiqətə uyğun deyil. Etibarnamədə göstərilib ki, guya anası Fatma savadsız olduğuna görə etibarnaməni başqa şəxs imzalayıb. Bu tamailə yalandır. Həmin vaxtlarda anası "ASAN" xidmət mərkəzindən şəxsiyyət vəsiqəsi alıb. Həmin şəxsiyyət vəsiqəsini özü imzalayıb. Anası oxumağı və yazmağı bilməsə də, imza etməyi bilirdi. Anasına imza etməyi onlar öyrədiblər. Onun nümünə kimi çəkib saxladığı imzaları da hazırda evdə saxlanılır. Bundan başqa, həmin vaxtlarda təsadüfən ailədə qeydə alınmış video-çəkiliş saxlanılıb. Kadrdan görünür ki, anası Fatma sərbəst danışır, əli ilə sərbəst hərəkətlər edir. Yəni fiziki və əqli cəhətdən də imza etmək qabiliyyəti olub. Anasının yalnız ölümünə bir neçə ay, təqribən 3- 4 ay qalmış özünü idarə etmək qabiliyyəti olmayıb. Anası Fatmanın ölüm vaxtının yaxınlaşdığını bilən Cavabdeh3 tələm-tələsik qaydada evə dair uydurma alğı-satqı müqaviləsi bağlayıb. Analarının əvəzinə etibarnamədə imzası olan şəxs etibarnamənin nəticəsində birbaşa maraqları olan şəxsdir. Belə ki, etibarnaməni Yeganə Zeynalova adlı şəxs imzalayıb. X14 adına etibarnamə verilmiş Cavabdeh3 vətəndaş nikahında olduğu arvadıdır. Onlar rəsmi nikah qeydə aldırmadan ər-arvad olaraq həmin mənzilə, yəni B.Nuriyev küçəsi 27, mənzil 54 ünvanına anası vəfat etməmişdən daha əvvəl köçüb və bugünədək də orada yaşayırlar. Yeganə Zeynalovanın etibarnamədəki imzası, əri Cavabdeh3 imzasına bərabər tutulmalı və eyni maraqları əhatə etdiyi kimi qiymətləndirilməlidir. Etibarnamədə etibarnamənin məzmunu haqqında analarının tanış edilməsi barədə qeydlər mövcud deyil. Belə ki, bir halda ki, notarius göstərib ki, etibarnaməni başqa şəxsin imzalamasının səbəbi, Fatmanın, guya ki, savadsızlığı olub, o halda Notariat hərəkətlərinin aparılması qaydaları haqında təlimatın 22-ci bəndinin 2-ci hissəsinə görə notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs görmə qabiliyyəti tam məhdud və savasızdırsa notarius ona sənədin mətninin oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat imzalanıb. Həmin təlimat qanunvericilik aktları sırasına daxil olan sənəddir. Həmin təlimatın İİ fəsli notariat hərəkətlərinin aparılmasının əsas qaydalarını müəyyən edir. Təlimatın İİ fəslinin 15-ci maddəsinə görə şəxs notariat ofisinə gələbilmədiyi hallarda notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. Notariat hərəkətləri videoyazı vasitəsi ilə həyata keçirildikdə, tərəfin öz ifadəsini əks etdirən video və audio materiallar tərtib olunur və notariat hərəkətlərinin "Elektron notariat" informasiya sistemindəki nömrəsinə bağlanaraq, məlumat bazasında saxlanılır. Tərtib olunmuş video materialda tərəfin üz təsviri aydın görünməli, kadrda başqa şəxs olmamalıdır. Göründüyü kimi, 2000-ci ildə qəbul edilən və həmin vaxtdan tətbiq edilən qanunun (təlimat) normasına əsasən şəxs notariat ofisinə gələbilmədiyi hallarda notariat hərəkətləri notariat ofisindən kənarda, yalnız videoyazı vasitəsi ilə aparılmalı olduğu halda, mübahisəli etibarnamə videoyazı aparılmadan, həmin qanunun tələbinin pozulması ilə müşayət edilməklə həyata keçirilib, habelə başqa şəxs tərəfindən deyil, işdə maraqlı şəxs tərəfindən imzalanıb. Təlimatın 22-ci maddəsinə görə "şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hərhansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər". Mübahisəli etibarnaməni anaları Fatmanın əvəzinə Zeynalova Yeganənin imzalaması səbəbi, Fatmanın savadsızlığı kimi etibarnamədə qeyd edilib. Bu qeydin tamamilə əsasssız, uydurma və yalan olduğunu qəti surətdə bildirir. Əvvəla şəxsin savadsızlığı onun sənədi imza etməsi üçün maneə törədə bilməz. Savadsızlıq imza edə bilməməyə dəlalət etmir. Bundan əlavə, sənədi lazım olduğu halda, anaları Fatmanın özü sərbəst surətdə imzalamaq iqtidarında olub. Ona görə ki, özünə aid sənədləri həm həmin etibarnamə tərtib edilənədək, həm də etibarnamə tərtib edildikdən sonra özü imzalayıb. Həm də Təlimatda sənədi imzalamağa mane olan hal kimi savadsızlıq birbaşa göstərilməyib. Təlimatın tələbinə görə "şəxs əqdi özü imzalaya bilmədikdə " ifadəsi yazıllb. Savadsızlıq imzalaya bilməmək kimi qiymətləndirilə bilməz. Bir qayda olaraq, imza etməyə şəxsin savadı imkan vermədiyi halda, şəxs hətta barmaq izini basmaqla da imza edə bilər və edir. Lakin, anaları Fatma üçün isə buna ehtiyac olmayıb. Onun şəxsiyyət vəsiqəsinə baxdıqda məlum olur ki, imza etmək bacarığı olub. Psixoloji və fiziki sağlamlığına gəldikdə isə, etibarnamə verildikdən sonra təsadüfən qeydə alınıb və saxlanılmış ailə səhnəsinin videoçəkilişindən də görünür ki, onun fiziki və psixoloji sağlamlığı tamamilə imkan verirdi ki, sənədi şəxsən özü imzalasın. Odur ki, anaları Fatmanın savadsızslıq səbəbindən imza edə bilməməsi tamailə əsassız və absurddur. Bundan başqa, məsələnin qeyd olunan hallarından görünür ki, Əliyeva Fatma ölümünə bir neçə ay qalmış özünü idarə edə bilməyib, yataq xəstəsi olub. Onun əvvəllər hərhansı əlilliyi qeydə alınmayıb. Əliyeva Fatmaya məxsus əmlaka dair alğı-satqı müqaviləsi 05.10 2022-ci ildə bağlanılıb. Həmin vaxtdan cəmi 48 gün sonra Fatma vəfat edib. Bu o deməkdir ki, Cavabdeh3 analarının əmlakının satılması nəticəsində əldə etdiyi pulu ona verməyib, habelə verə bilməzdi. Həmin pul Cavabdeh3 qalıb. Halbuki, Mülki Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan vəkalət verənə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan vəkalət verənə tapşırığın icrası ilə bağlı əldə olunanların hamısını verməyə borcludur. Yuxarıda qeyd olunalardan əlavə olaraq qeyd edilməlidir ki, hətta əmlakın dəyəri də vərəsəlik hüququ ilə əhatə olunan predmetdir. Ona görə ki, həmin vəsait vəkalət alan İsanın özündə qalıb. Beləliklə görünən odur ki, əgər Cavabdeh3 qanunsuz yolla anaları Fatmanın adından özünün adına etbarnamə əldə etmiş olmasaydı və qanunsuz yolla ona məxsus əmlakı satmasaydı, həmin əmlak miras kimi qalmış olardı və onlar vərəsəlik hüquqlarını həyata keçirə bilərdilər. Bir halda ki, cavabdeh 50 saylı notariat kontorunun xüsusi notariusu Nümayəndə mübahisəli etibarnaməni qanunun tələblərinə əməl etmədən təsdiqləyib,Cavabdeh3 mübahisələndirilən etibarnaməni qanunsuz üsulla əldə edib və İİİ şəxs Cavabdeh2 əmlakın dəyərinin əsl dəyərindən dəfələrlə az olduğunu biləbilə və əmlaka faktiki sahib çıxmaq niyyəti olmadan, özgəninkiləşdirənin niyyətini pərdələmək üçün uydurma alğı-satqı müqaviləsi imzalayıb, mübahisələndirilən etibarnamə və həmin müqaviləyə əsasən bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməlidir.
5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 cavabdeh kimi işə cəlb edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1260/2025 nömrəli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 329.1, 329.2, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 354.1, 354.2, 372.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi əhəmiyyətsiz əqdə münasibətdə əsassız olaraq Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddət tətbiq edərək iddianı rədd etmişdir. Halbuki iddiaçının tələbi əqdin əhəmiyyətsizliyin təsbiti ilə bağlı olmuşdur. Lakin məhkəmə bu istiqamətdə araşdırma aparmadan, əqdə və etibarnaməyə hüquqi qiymət vermədən 1 illik kəsici müddət tətbiq edərək işini bitmiş hesab etmişdir, bununla da mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış və düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında izahat verən İddiaçı1 verilmiş apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, videonun çəkildiyi telefon hazırda qızındadır. 2023-cü ildə evin satıldığından xəbərdar olmamışdır. Evə girəndə cəftə qarışıq çıxarıb girirlər. Evin çöl darvazasının açarları qonşuda var.
12. Məhkəmə iclasında izahat verən İddiaçı2 verilmiş apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya baxışı zamanı İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 verilmiş apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bağlanmış əqd uydurmadır, görünüş üçün bağlanmışdır. İş materiallarında olan videoya münasibətdə bildirmək istəyir ki, həmin video alqı-satqı baş tutduqdan 7-8 ay sonra çəkilmişdir. Əmlakın qiyməti 10.000 manat olmamışdır. Alqı-satqı müqaviləsində əmlakın 10.000 manata satıldığı qeyd edilmişdir. Mübahisə predmeti olan əqd əhəmiyyətsiz əqddir. Evin açarlarını iddiaçıya vermədiklərindən iddiaçı evə girəndə qapının cəftəsini qıraraq evin qapısını açmışdır.
14. Məhkəmə iclasında izahat verən Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf evə girmək üçün cəftəni çıxarmış, çəkiliş etmişlər. Əgər evin açarları qarşı tərəfdə varsa, təqdim etsinlər. Qonşuda evin çöl darvazasının açarı vardır. Anası qonşuya çöl darvazanın açarlarını özü vermişdir. Evin bir açarı olmuş, nüsxəsi olmamışdır. Anası borcları oluduğuna və Qüdrətin də boyüyü olduğunu, namaz qılan adam olduğunu bildirərək evin ona satılmasını istəyib və özü bundan xəbərdar olmuşdur. Çəkilən videogörüntülərdə iddiaçı tərəf aşağı otağı çəkməyiblər, çünki aşağıdakı otaqda Qüdrətin əşyaları olmuşdur.
15. Apellyasiya baxışında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəfdə açar yoxdur, onlarda olması mümkün də deyildir. Əgər qarşı tərəf ödədiyi 40.000 manat pulu verirsə, evi verə bilər. Hətta notariusu da zərurət varsa, dindirə bilərlər. Evdə yayda qalmışdır. Elə bir yerdir ki, orada daimi yaşamaq mümkün deyildir. 3-cü videoda əks olunan otaq onun öz qaldığı otaqdır. Hətta orada əşyaları, şəkilləri də vardır.
16. Apellyasiya baxışı zamanı Cavabdeh3 nümayəndəsi və vəkili Əkbərov X15 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
21. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
22. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin yenidən təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
33. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən, iddianın mahiyyəti üzrə əsaslılığına münasibət bildirməmiş, yalnız kəsici müddəti tətbiq edərək həmin əsasla iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
34. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçılar və Cavabdeh3 mərhum X4 övladlarıdır. X2 məxsus olmuş İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə hüquqları dövlət qeydiyyatına alınmışdır. AR-İİ seriyalı № 043295 saylı xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən X8 etibarnamə üzrə harada yerləşəməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. Savadsız olma səbəbindən X4 tapşırığı ilə etibarnaməni X7 notariusun iştirakı ilə imzalayıb. Bundan sonra X8 (əvəzində Cavabdeh3) ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən X1 rayonu, Lahıc qəsəbəsi, ev - ünvanında yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsini Cavabdeh2 sataraq, onun mülkiyyətinə vermişdir. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, X4 adından Zeynalova Yeganə tərəfindən imzalanaraq və Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu Nümayəndə tərəfindən təsdiqlənərək Cavabdeh3li oğlunun adına verilmiş 11 may 2020-ci il tarixli AR-İİ № 043295 saylı etibarnamənin verildiyi andan etibarsız sayılması və həmin etibarnaməyə əsasən X8 ilə (təmsilçisi Cavabdeh3li oğlu) Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etbarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
36. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında isə qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər... Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir.
37. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunmuş normaları və müqavilə şərtləri baxımından X8 ilə Cavabdeh2 arasında İsmayıllı rayonu, Lahıc qəsəbəsi, ev - ünvanında yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,03 ha torpaq sahəsi barəsində baş tutmuş daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və daşınmaz əmlakın alqı-satqısı bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən iddia həmin hissədə əsassızdır.
38. Belə ki, iddiaçı ilkin olaraq müqavilənin etibarsız hesab edilməsini onun imzalanması üçün verilmiş etibarnamənin mötəbər olmaması ilə əsaslandırmışdır. Göstərilən mövqeyə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
39. AR-İİ seriyalı № 043295 saylı xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, X8 etibarnamə üzrə harada yerləşəməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri Cavabdeh3 etibar etmişdir. Etibarnamə 10 il müddətinə xx.xx.2030-cu il tarixədək qüvvədədir. Savadsız olma səbəbindən X4 tapşırığı ilə etibarnaməni X7 notariusun iştirakı ilə imzalamışdır.
40. İddiaçı həmin etibarnaməni mərhum X4 əvəzinə savadsız olması səbəbindən gəlini X3 imzalamasına istinad edərək etibarnamənin mötəbərliliyini mübahisələndirmişdir. Kollegiya göstərilən arqumentə münasibətdə qeyd edir ki, etibarnamənin verildiyi tarixə (xx.xx.2020-ci il) qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.
41. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən notarial hərəkətini aparmaq istəyən şəxsin adından başqa şəxsin əməliyyat apara bilməsi üçün savadsız olması ilə eyni zamanda kar, kor, kar-lal olması da şərt deyil. Yəni şəxs cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə bu barədə səbəb qeyd edilməklə sənəd başqa şəxs tərəfindən də imzalana bilər ki, savadsızlıq da bu punkt üzrə təkbaşına əsas kimi çıxış edə bilər. Hazırki iş üzrə də mərhum X4 əvəzinə savadsız olması səbəbindən gəlini X7 tərəfindən etibarnamənin imzalanması adı çəkilən təlimatın tələblərinə uyğun olmuşdur.
42. Həmçinin iddiaçı mərhum X4 etibarnamənin verilməsində, ümumiyyətlə, iştirak etmədiyini bildirsə də, apelyasiya baxışı zamanı ünvan 2 ünvanlanmış cavaba münasibətdə daxil olan xx.xx.2025-ci il tarixli məktuba cavabda həmin etibarnamə rəsmiləşdirilən zaman “Elektron notariat” informasiya sistemində etibarnamələrdə fotoşəklin çəkilməsinin nəzərdə tutulmadığı qeyd edilmişdir.
43. Göründüyü kimi mərhum X8 əmlakı özgəninkiləşdirilmə səlahiyyətinin də nəzərdə tutulduğu baş etibarnaməni könüllü olaraq vermiş və bu zaman verilməsini istəmədiyi səlahiyyətlər və şəxslər dairəsini seçmək onun öz imkanı daxilində olmuşdur. İddiaçı tərəfindən istinad olunan hallar isə öz təsdiqini hər hansı mötəbər dəlillə tapmamışdır.
44. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93).
45. Bundan əlavə iddiaçı X8 ilə Cavabdeh2 arasında bağlanmış əqdin etibarsız sayılması barədə tələbini onunla əsaslandırır ki, mərhum X4 əmlakı özgəninkiləşdirmək niyyəti olmamış, onun adından cavabdehlər çıxış etmiş və cavabdehlər də əmlakı satmaq məqsədi güdməmiş, əslində, əmlak heç satılmamış, bu əqd uydurma olmaqla görüntü yaratmaq məqsədilə bağlamışdır. Göstərilənlərə münasibətdə kollegiya aşağıdakıları qeyd edir.
46. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir.
47. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Bütün bunlar onu deməyə əsas verir ki, uydurma əqd bağlanarkən tərəflərin pərdələmək istədikləri başqa bir əqd və ondan doğan öhdəliklər mövcud olmur, sadəcə cari müqavilə sırf görüntü yaratmaq məqsədi daşıyır.
48. Həmçinin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində uydurma əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, ilk növbədə, hazırki iş üzrə iddiaçı tərəflərin arasında görüntü üçün alqı-satqı müqaviləsinin bağlandığını və əslində, əmlakın satılmadığını, Cavabdeh2 əmlaka heç sahiblik və istifadə hüququ həyata keçirmədiyini bildirsə də, bu dediklərini təsdiq edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş video görüntülərdən, həmçinin həm iddiaçı, həm də cavabdehlərin izahatlarından görünür ki, iddiaçılar mübahisəli evin qapısının cavabdeh tərəfindən qoyulan kilidini qıraraq içəri daxil olmuş və video qeydə almış, həmin görüntülərdə Cavabdeh2 həmin fərdi yaşayış evində özünə məxsus əşyalarının olduğu əks olunmuşdur. Bu halda iddiaçı müqavilənin real olmadığını və görüntü yaratmaq üçün bağlandığını bildirsə də, qeyd edilənlər öz təkzibini tapmış olur.
49. Halbuki müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
50. Nəticə etibarilə kollegiyanın qənaətinə görə iddiaçının öz iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına əsas vermir.
51. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yenidən rədd edilməlidir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
53. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
55. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
57. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 387, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-1260/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev