Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5424/2025 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsinadə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi tələbinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi (əri) X1, Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsinadə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ######## 2024cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tərəflər arasında bağlanmış BRCB*******B*** nömrəli ##.##.2023-cü il tarixli X8 Kart Müqaviləsinə əsasən, bank İddiaçı ##.##.2026-cı il tarixədək ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli “X8 kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği illik 27 faiz ödəmək şərtilə 6.039 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı müraciəti cavablandırılması üçün aidiyyəti üzrə Cavabdeh ASC-yə göndərilmiş, müraciətə baxılması nəticəsi barədə Mərkəzi Banka və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli məktuba əsasən, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. ##.##.2024-cü il tarixdə İddiaçı istifadəsində olan plastik kartdan 6 dəfə ayrı-ayrılıqda 990 manat və bir 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3 D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir. Abşeron Rayon Polis İdarəsinin ##.##.2024-cü il tarixli qərarına əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k bina 73, mənzil 24-də yaşayan İddiaçı ##.##.2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək özünü Cavabdeh ASC-nin əməkdaşı kimi təqdim etmiş şəxsin onun kart məlumatlarını əldə etdikdən sonra 4169 7388 1565 **** saylı hesabından 6.000 manat pulun naməlum şəxs(lər) tərəfindən çıxarılmasını aşkar etməsi barədə məlumat vermiş və bu barədə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı ##.##.2024-cü il tarixli ****/***/***** saylı məktuba əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə - Bank) daxil olmuş ##.##.2024-cü il tarixli sorğuya cavab olaraq bildiririlir ki, aşağıda qeyd olunanlara əsasən X8 Kart müqaviləsi bağlandıqdan sonra müvafiq müqavilənin şərtlərinə əsasən həmin müştəriyə məsafədən kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparılması mütləq şərt kimi müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırki məhsul üzrə tərəflər arasında bağlanılan X8 Kart müqaviləsinin müvafiq şərtinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Qanunvericiliyin normalarına əsasən tərəflər kredit xəttindən istifadə edilməsi məqsədi ilə bağlanılacaq müqavilənin və ya razılaşmanın bağlanılması zamanı şəxsi imzanın başqa analoqundan istifadə edilməsi imkanını X8 Kart müqaviləsində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, sözügedən məhsul üzrə bağlanılmış X8 Kart müqaviləsinə nəzər yetirdikdə müəyyən edilir ki, müqavilədə kredit şərtləri (illik faiz dərəcəsi, taksit və qeyri-taksit əməliyyatlarına dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Bu səbəbdən həmin kartlarda kredit xəttinin limiti 0 olaraq müəyyən edilir. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və onlayn qaydada videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmadan kredit xəttini yeniləyə (kredit xəttinin limitini artıra) bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı tərəfindən də kredit xəttindən istifadə edilməsi məqsədi ilə Banka edilmiş müraciəti müqavilə şərtlərinə əsasən texnoloji vasitələrlə edilmiş, şəxsi imza analoqundan istifadə edilməklə müvafiq razılaşma imzalanmış və onun kredit xətti yenilənərək, yəni kredit xəttinin limiti artırılaraq 6039 AZN müəyyən olunmuşdur və bu zaman yuxarıda qeyd olunanlara əsasən tələb olunmadığından, həmçinin müştəri eyniləşdirilmiş müştəri olduğundan (belə ki, X8 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılır, həmçinin birbank mobil tətbiqindən qeydiyyatdan keçərkən eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edilir) videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı ## ###### 2026-cı il tarixli, *-*-**/*-Ə-**-****/**** nömrəli məktubundan görünür ki, məhkəməyə təqdim olunmuş rəydə video çəkilişlə bağlı, habelə müştərinin şəxsiyyət vəsiqəsi barədə məlumatların və fotoşəklinin xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən əldə olunması, videoda olan müştərinin üz siması ilə şəxsiyyət vəsiqəsindəki üz simasının uyğunluğunun eyniləşdirilməsi prosesi üzrə təqdim edilmiş rəy qərardadda göstərilmiş sual (CavabdehASC ilə İddiaçı arasında bağlanması göstərilmiş ##.##.2024-cü il tarixli “X8 kart’’ müqaviləsi bağlanarkən Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə əməl edilmişdirmi?) əsasında Cavabdeh ASC tərəfindən müqavilənin bağlanması zamanı (##.##.2023) müvafiq qaydaların tələblərinə riayət olunub-olunması ilə bağlı olmuşdur. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş mütəxəssis rəyində vətəndaşın təqsirkar kimi qeyd olunması öz əksini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən qərardadda göstərilmiş müqavilə üzrə ayrılan pul vəsaitinin hesabdan silinməsinə vətəndaşın hərəkətlərinin səbəb olub-olmaması barədə suala cavab olaraq rəydə bildirilmişdir ki, aparılan əməliyyatların vətəndaşın özü və ya onun iradəsindən kənar qaydada həyata keçirilib-keçirilməməsi barədə münasibət bildirilməsi üçün məhkəmə kompyuter-texniki ekspertizanın keçirilməsi tələb olunur. Məktubda qeyd edilən suallara dair cavablar. Bank hesablarının açılması ilə bağlı suallara dair Sual 1: Debet karta məsafədən onlayn kredit ayrılan zaman həmin anda bank müştərinin video çəkilişini istəməli və ya video görüntülü zəng vasitəsilə müştərinin kredit istəyi üçün azad iradə ifadəsini almalı və şəxsiyyətini dəqiqləşdirməlidirmi? (Qeyd: ##.##.2024-ci il tarixində mənim adıma dələduzların müraciəti əsasında kredit rəsmiləşməsi zamanı bu proseslərin heç biri tətbiq edilməyib). Cavab: Bildiririk ki, kredit xəttinin yenilənməsi zamanı bankla müştəri arasında istehlak krediti müqaviləsi ilə bağlı münasibətə diqqət yetirilməlidir. Belə ki, Mülki Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu baxımdan, mövcud müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqavilənin tərəfi olan müştəriyə yeni hüquq və vəzifələr yaradır və mahiyyət etibarilə bu razılaşma müqavilə anlayışına uyğun gəlir. Eyni zamanda, Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə görə qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 746- 2.6-cı maddəsinə görə də məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mülki Məcəllədə qeyd edilənlərdən başqa digər tələblərin müəyyən edilməsi Mərkəzi Bankın səlahiyyətinə aid edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin ##.##.2023-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinin tələbinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və Mərkəzi Bankın İdarə Heyətinin ##.##.2022-ci il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (bundan sonra - Qayda) 5ci hissəsinin tələblərinə əməl edilməlidir. Qaydanın həmin dövrdə qüvvədə olan 5-ci hissəsinə əsasən fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsi bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza (GEİ) və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video çəkiliş əsasında həyata keçirilə bilər. Bu zaman bank video çəkiliş üsulunu riskli hesab etdikdə video zəngi tətbiq edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin GMA yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Əlavə olaraq bildirilir ki, GMA müqavilənin bağlanması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu üsul bank hesabı mövcud olan müştəriyə münasibətdə video çəkiliş ilə müşayiət edilməli idi. Məsafədən bank hesablarının açılması üçün video zəng və video çəkilişə dair tələblər isə Qaydanın həmin dövrdə qüvvədə olan * nömrəli Əlavəsi ilə tənzimlənir. Qaydanın 5.7-ci bəndinə əsasən GMA dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mərkəzi Bank tərəfindən müəyyən edilən xüsusi tələblər müqavilənin dəyişdirilməsinə də şamil edilir. Sual 2: Əgər 1-ci sualda qeyd edilən heç bir tədbir bank tərəfindən həyata keçirilməyibsə, bu bank tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarının tələblərinin pozulması halıdırmı və burada bank tərəfindən hansı qayda pozuntuları edilib? Cavab: Bank tərəfindən müvafiq tədbirlərin həyata keçirilməməsi Mərkəzi Bankın 2022-ci il # ###### tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilən “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 1-ci sualın cavabında qeyd olunan tələblərinin pozuntusu hesab edilir. Sual 3: Bank ##.##.2023-cü il tarixində debet kart sifarişi üçün banka video çəkilişlə olunan müraciəti əsas gətirərək, ##.##.2024-cü il tarixində həmin ana heç bir video çəkiliş tətbiq etmədən və müştərinin şəxsiyyətini dəqiqləşdirmədən ona digər bir bank məhsulu olan kredit məbləği rəsmiləşdirə bilərmi? Cavab: Mülki Məcəllənin 746-2.3-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir. Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il ## ######## tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinin tələbinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və Mərkəzi Bankın İdarə Heyətinin ##.##.2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Qayda bank hesablarının açılması, aparılması və bağlanması məsələlərini tənzimləsə də, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın istinad olunan müddəasına əsasən məsafədən istehlak kreditlərinin bağlanması da Qaydanın 5-ci hissəsində göstərilən qaydada həyata keçirilir. Odur ki, kredit limitinin yenilənməsi üçün istehlakçı ilə kredit müqaviləsinin məsafədən bağlanması Mülki Məcəllənin istehlak kreditləri ilə bağlı tələbləri, eləcə də Mərkəzi Bankın adıçəkilən qaydalarının tələbləri nəzərə alınmaqla bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün GEİ və ya GMA və video çəkiliş əsasında baş tutmalı idi. Sual 4: Məsafədən onlayn kedit rəsmiləşməsi prosesi zamanı müştərinin video çəkilişi, video zəngi, kredit müraciəti üçün azad iradə ifadəsi olmadan və bank tərəfindən müştərinin şəxsiyyətinin dəqiqləşdirilməyərək ayırmış olduğu kedit məbləğinə görə müştəri məsuliyyət daşıyırmı? Cavab: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin # ##### 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəlləyə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Odur ki, müqavilənin etibarsızlığı məsələsinə məhkəmə tərəfindən baxılması və bu barədə qərar verilməsi zəruridir. Sual 5: 3D təhlükəsizlik kodu kredit rəsmiləşdirilmə prosesinə aiddir, yoxsa kartdan (hesabdan) hər hansısa karta (hesaba) edilən pul köçürmələri əməliyyatlarına? Cavab: “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunun 35.1-ci bəndinin tələblərinə əsasən, ödəyici ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda, ödəyici ödəniş əməliyyatını elektron formada apardıqda, ödəyici ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər suiistifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyənləşdirilmiş hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısı GMA tətbiq etməlidir. GMA-nın tətbiqi yalnız ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən iki və ya daha çoxunun istifadəsi nəticəsində həyata keçirilir. Mərkəzi Bankın İdarə Heyətinin ## #### 2024-cü il tarixli Qərarı ilə təsdiqlənmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 2.1-ci bəndinə əsasən, GMA-nın tətbiqi yalnız ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən iki və ya daha çoxunun istifadəsi nəticəsində həyata keçirilir. GMA üzrə müştərinin “sahib olduğu” elementlər qrupuna birdəfəlik şifrə - OTP də daxildir. Odur ki, Qaydanın tələbləri çərçivəsində, “3D Secure” xidməti vasitəsilə təqdim olunan birdəfəlik şifrə - OTP ödəniş xidməti istifadəçisinin eyniləşdirilməsini təmin edən autentifikasiya elementlərindən biri kimi istifadə oluna bilər. 3D təhlükəsizlik kodu praktikada əsasən beynəlxalq kart təşkilatları üzrə beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi onlayn pul köçürmə əməliyyatları ilə yanaşı kartdan karta köçürmə əməliyyatlarına da şamil olunur. Qeyd edək ki, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən GMA-nın kredit müqavilələrinin məsafədən bağlanması zamanı da istifadə edilməsi mümkün olduğundan, GMA-nı təşkil edən elementlərdən biri kimi OTP tətbiq edilə bilər. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, *-**-**-*/*-***/**** saylı məktubundan görünür ki, 2(103)-****/**** №-li mülki iş üzrə məhkəmə tərəfindən ## ###### 2026-cı il tarixdə təyin edilmiş məhkəmə kompütertexniki ekspertizasının aparılması aşağıdakı səbəblərə görə mümkün deyildir: ekspertizanın qarşısında qoyulmuş “##.##.2024-cü il tarixli “X8 kart” müqaviləsinə əsasən ayrılan pul vəsaitinin hesabdan silinməsinə İddiaçı hərəkətləri səbəb olmuşdurmu? və “Əgər olmuşdursa bu hərəkətlər hansılardır?” məzmunlu suallar məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi xüsusi bilik dairəsinə aid deyildir. Belə ki, məhkəmə kompüter-texniki ekspertizasının predmetinə müxtəlif rəqəmsal məlumatların, o cümlədən smartfonlarda mövcud olan faylların, müxtəlif proqram məhsullarının müəyyən edilməsi, onların mübadiləsi nəticəsində yaranan rəqəmsal izlərin, pozulmuş (notebookda, kompüterdə və sairə) məlumatların bərpası, rəqəmsal hesablama sistemlərində baş vermiş hadisələrin təhlili və yaddaşın fəaliyyətinə aid digər bu tipli suallar aiddir. Vətəndaş tərəfindən ekspert qarşısında qoyulmuş “Debet karta məsafədən onlayn kredit ayrılan zaman həmin anda bank müştərinin video çəkilişini istəməli və ya video görüntülü zəng vasitəsilə müştərinin kredit istəyi üçün azad iradə ifadəsini almalı və şəxsiyyətini dəqiqləşdirməlidirmi? (Qeyd: ##.##.2025-ci il tarixində mənim adıma dələduzların müraciəti əsasında kredit rəsmiləşməsi zamanı bu proseslərin heç biri tətbiq edilməyib).”, “Əgər 1-ci sualda qeyd edilən heç bir tədbir bank tərəfindən həyata keçirilməyibsə bu bank tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarının tələblərinin pozulması halıdırmı və burada bank tərəfindən hansı qayda, pozuntuları edilib”, “Bank, ##.##.2023-cü il tarixində debet kart sifarişi üçün banka video çəkilişlə olunan müraciəti əsas gətirərək, 14,03.2024-cü il tarixində həmin ana heç bir video çəkiliş tətbiq etmədən və müştərinin şəxsiyyətini dəqiqləşdirmədən ona digər bir bank məhsulu olan kredit məbləği rəsmiləşdirə bilərmi?”, “Məsafədən onlayn kredit rəsmiləşməsi prosesi zamanı müştərinin video çəkilişi, video zəngi, kredit müraciəti üçün azad iradə ifadəsi olmadan və bank tərəfindən müştərinin şəxsiyyətinin dəqiqləşdirilməyərək ayırmış olduğu kredit məbləğinə görə müştəri məsuliyyət daşıyırmı?” və “3D təhlükəsizlik kodu kredit rəsmiləşdirilmə prosesinə aiddir yoxsa kartdan (hesabdan) hər hansısa karta (hesaba) edilən pul köçürmələri əməliyyatına” məzmunlu sualların cavablandırılması, Məhkəmə tərəfindən müəyyən olunur, yəni hər hansı bir Bank əməliyyatlarının aparılmasının müəyyən edilməsi müvafiq Banklar tərəfindən həll edilə bildiyi üçün ixtisaslaşmış mütəxəssislərə müraciət edilməsi tövsiyyə olunur. Eyni zamanda məlumat üçün bildirilir ki, Mərkəzdə aparılan məhkəmə ekspertizasının növləri və ekspert ixtisasları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012ci il 29 noyabr tarixli **-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi haqqında Əsasnamə”yə * nömrəli əlavədə göstərilən siyahı əsasında müəyyən edilmişdir. “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən ekspertiza təyin edilərkən ekspert qarşısına qoyulan suallar “Ekspertizanın növü və ixtisas sahəsi” üzrə tərtib edilməlidir. Gələcəkdə bu növ ekspertiza təyin etdikdə yuxarıda qeyd olunan tövsiyyələri nəzərə alınması xahiş olunur. Göstərilənlərin nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizalarının aparılmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC (bundan sonra “cavabdeh” və ya “Bank”) ilə ## #### 2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi, vurulan maddi və mənəvi zərərə görə 100.000 manat və dövlət rüsumuna görə ödənilmiş 390 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin kartına müdaxilə edərək kredit götürəcəyini bildirmişdir. İddiaçı təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Dərhal Cavabdeh ASC-nin qaynar xəttindən iddiaçıya zəng gələrək ona kredit xətti üçün müraciət etdiyini bildirmişlər. İddiaçı isə kredit istəmədiyini, bunun üçün müraciət etmədiyini söyləmiş, lakin bir neçə dəqiqədən sonra 6.039 (altı min otuz doqquz) manat kredit xətti ayrıldığını və həmin pulun başqa karta yükləndiyinin əks olunduğunu görmüşdür. İddiaçı dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat verdikdə, bu barədə polisə məlumat verməli olduğu bildirilmişdir. Bundan sonra iddiaçı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının kartına onun videgörüntülü icazəsi olmadan kredit xətti ayrılması mümkünsüzdür. İddiaçı Cashback kartını debet kart üçün istifadə edirdi və Banka kredit yox, debet kart üçün müraciət etmişdir. Onun təqsiri olmadan 6.039 manat kredit xətti ayrılmış, tanımadığı insanlar tərəfindən çəkilməsinə baxmayaraq iddiaçının adı qanunsuz şəkildə borclu kimi gedir. 3 aydır ki, bir çox yerə və polisə rəsmi ərizə ilə müraciət etsə də, pozulmuş hüququnu bərpa edə bilməmişdir. Buna görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazda qeyd edilib ki, iddiaçının özünün də bildirdiyi kimi, ona özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs zəng etmiş və o, eyniləşdirmə məlumatlarını, özünə məxsus kart məlumatlarını, müvafiq əməliyyatların aparılması üçün onun qeydiyyatda olan mobil nömrələrinə göndərilmiş 3D Secure kodlarını həmin şəxsə, yəni üçüncü şəxsə bildirmişdir (iş materiallarına diskdə təqdim edilmiş səs yazısından da müəyyən edilir). Nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə banklar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB*******B*** nömrəli ##.##.2023cü il tarixli X8 Kart Müqaviləsinin 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə bank məsuliyyət daşımır. İddiaçı bankı mobil bank tətbiqi olan "Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +************ mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SMG990B2 cihazında istifadə etmişdir. Lakin ##.##.2024-cü il tarixdə onun Birbank qeydiyyatı başqa cihaza (Samsung SMM225FV) dəyişmişdir. Qeyd edilməlidir ki, "Birbank” mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +************ mobil nömrəsinə ##.##.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur (təsdiqedici müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir). Bundan sonra "Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB*******B*** nömrəli ##.##.2023-cü il tarixli X8 Kart Müqaviləsinin 4.1ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti X8 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 6.039 AZN müəyyən olunmuşdur. BRCB*******B*** nömrəli ##.##.2023-cü il tarixli X8 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15.000 artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı bildirir ki, bankın əməkdaşı tərəfindən ona limit artımı ilə bağlı zəng edilmiş və o, onun tərəfindən belə bir müraciətin edilmədiyini bildirmiş, müraciətin ləğv edilməsini xahiş etmiş və bankın əməkdaşı tərəfindən müraciət ləğv edilmişdir. Bunun üçün limit artımı baş verməməli idi. Bununla əlaqədar bildirilir ki, bank tərəfindən həmin zəng ilə əlaqədar müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, limit artımı ilə bağlı onlayn qaydada müraciət ##.##.2024-cü il tarixdə saat 12:24:11PM-də edilmiş və uğurla yekunlaşmışdır. Bundan sonra limit artımı ilə bağlı yenidən həmin tarixdə saat 12:34:58 pm-də müraciət edilmiş və əməliyyatın aparılması zamanı xəta baş verdiyi üçün həmin müraciət əməkdaşa yönəldilmişdir. Əməkdaş tərəfindən ##.##.2024-cü il tarixdə saat 12:37:38 PM-də iddiaçıya zəng edilmiş və zəngə cavab verilməmiş, bundan sonra əməkdaş tərəfindən 12:38:23 PM-də təkrarən zəng edilmiş, zəngə cavab verilmiş və iddiaçı tərəfindən zəngə cavab olaraq onun tərəfindən belə bir müraciətin edilmədiyini bildirildiyi və həmin müraciətin ləğv edildiyi üçün bankın əməkdaşı tərəfindən müraciət ləğv edilmişdir (qeyd olunanları təsdiq edən sübutlar (səs yazısı, sistemdən zənglərin edilməsinə dair məlumatı əks etdirən çıxarış, “Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarış) diskdə təqdim edilir). Məhkəmənin nəzərinə çatdırılır ki, "Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət ##.##.2024-cü il tarixdə saat 12:24:11 PM-də edilmiş, yəni proses başladılmış, 12:24:51 PM-də isə yekunlaşmışdır. Bununla da kredit xəttinin məbləği 6.039 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçıya məxsus +************ möbil nömrəyə ##.##.2024-cü il tarixdə saat 12:25:40, 12:29:50, 12:30:33, 12:31:10, 12:32:29, 12:32:05, 12:33:03, 12:33:55-də göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri "M10” elektron pul kisəsinə köçürülmüşdür (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir). İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılması baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların edilməsi yolu ilə aparılmışdır. Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyinin qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: Törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Odur ki, məhkəmədən iddianın rədd olunması xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh ilə iddiaçı arasında bağlanması göstərilmiş “X8 kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair ##.##.2024cü il tarixli Əlavə razılaşmanın etibarsız hesab edilməsi və iddiaçının adının kredit reyestrindən silinməsi ilə bağlı cavabdeh tərəfindən tədbirlərin görülməsi, ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə, autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Cavabdeh iddiaçı ilə ##.##.2023-cü il tarixdə X8 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparıldığını, bundan sonra həmin müştəri tərəfindən həyata keçirilən istənilən əməliyyatın məhz onun tərəfindən icra edilmiş kimi qəbul edildiyini bildirərək, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və buna görə də ##.##.2024-cü il tarixli müqavilə bağlanarkən bank tərəfindən qaydalara əməl olunmasını iddia edir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. ##.##.2023cü il tarixli müqavilə bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətlənməklə bank ##.##.2024-cü il tarixli müqavilə əsasında ona 6.039 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə Bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh Bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar ##.##.2024-cü il tarixdən etibarən aidiyyəti orqanlara – Bankın 196 qaynar xətt xidmətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına, Abşeron Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı ##.##.2024-cü il tarixli kredit müqaviləsinin onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bankın özünün də iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubda “dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədi ilə mütəmadi olaraq sosial paylaşımlar edilir” bildirməsi artıq onun müvafiq müqavilələr bağlanarkən aldadılma hallarından xəbərdar olmalı olduğunu təsdiq edir və bunun nəticəsidir ki, iddiaçı kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 6.039 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, ##.##.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən diqqətə çatdırmışdır ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Birinci instansiya məhkəməsi etibarsız hesab edilən ##.##.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görməmiş və fikrini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən iddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Bununla belə cavabdehə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Eyni zamanda məhkəmə tərəfindən pulun kimin hesabına köçürülməsinin müəyyənləşdirilməsindən ötrü müvafiq araşdırmalar aparılmış, Bankdan, habelə "xxxx” MMCdən iddiaçının adına olan (X6 416973******2163) kartdan ##.##.2024-cü il tarixdən halhazıradək aparılan maliyyə əməliyyatları barədə məlumatların götürülməsi ilə bağlı qərardadın icrası nəticəsində məbləğin “xxxx” KB ASC tərəfindən verilmiş 4 ayrı-ayrı kartlara köçürülməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi” hissəsinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən iddiaçının yuxarıda adı qeyd olunan reyestrdə Bank qarşısında ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın maddi və mənəvi zərərə görə 100.000 manatın ödənilməsi hissəsinə münasibətdə göstərmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cavabdeh tərəfindən ona maddi ziyan vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mənəvi zərərlə bağlı isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminatla təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda məhkəmə tərəfindən müqavilə etibarsız sayıldığından mənəvi zərərin təsirinin azalması və ya aradan qalxması labüddür. Belə olan halda iddianın maddi və mənəvi zərər hissəsinin təmin edilməməsi məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125, 129-cu maddələrinə, Mülki Məcəllənin 5, 331, 337, 339, 406.3, 746- 2.5, 746-2.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci bəndinə, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na * nömrəli əlavənin 3 və 6-cı bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsinin ləğv, həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisələndirilən əməliyyatların (“Birbank” mobil tətbiqinin qeydiyyatının dəyişdirilməsi, hesab üzrə sərəncam verilməsi ilə əlaqədar və s. əməliyyatların) aparılması məxfi saxlanılmalı olan məlumatların daxil edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə mümkündür. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, məxfi saxlanılmalı olan məlumatlar daxil edilmiş, təhlükəsizlik kodları göndərilmiş və təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir. İddiaçı həmin əməliyyatların onun tərəfindən aparılmamasını bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin əməliyyatların özü tərəfindən deyil, üçün şəxs tərəfindən aparılması halı öz təsdiqini tapsa belə, nəzərə alınmalıdır ki, bu halın baş verməsi iddiaçının təqsiri ucbatından baş vermiş olacaqdır. Belə ki, həmin məxfi saxlanılmalı olan məlumatlar və onun tərəfindən təqdim edilən və onun istifadəsində olan mobil nömrələrə smslə göndərilmiş birdəfəlik təhlükəsizlik kodları yalnız iddiaçıya məlumdur, üçüncü şəxs tərəfindən daxil edilirsə, bu o deməkdir ki, iddiaçının özü təqdim edib və ya iddiaçının özü həmin məlumatların əldə edilməsinə şərait yaratmışdır. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi ilə etibarsız hesab edilmiş ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X8 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən iddiaçının istifadəsində olan kart üzrə ayrılmış kredit xəttinin məbləği 6039 AZN müəyyən olunmuş və istifadəçinin sərəncamına verilmişdir. Bundan sonra iddiaçı tərəfindən istifadəsində olan həmin kart üzrə ayrılmış kredit xəttindən istifadə edilərək iddiaçının istifadəsində olan +************ mobil nömrəyə 3D təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə “M10” elktron pul kisəsinə köçürmə əməliyyatları aparılmışdır. Yəni iddiaçı olan müştəri Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən özünə məxsus hesaba sərəncam vermişdir. Göründüyü kimi faktiki olaraq kredit xətti Bank tərəfindən üçüncü şəxsin deyil, hazırki iş üzrə iddiaçı olan müştərinin özünə məxsus və ##.##.2023-cü il tarixdən açılmış və mövcud olan hesabına ayrılmış, bununla da kredit vəsaiti müştərinin sərəncamına verilmiş və müştəri tərəfindən həmin hesaba sərəncam verilməklə kredit vəsaiti hesabına köçürmə əməliyyatları icra edilmişdir. Həmçinin ##.##.2024-cü il tarixli Birbank cashback kredit xətti “X8 kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma etibarsız hesab edilirsə, bu zaman həmin razılaşmaya əsasən iddiaçının sərəncamına verilmiş krediti vəsaiti Banka iddiaçı tərəfindən qaytarılmalı idi. Belə ki, həmin pul vəsaitlərinə sərəncam iddiaçının özü tərəfindən təhlükəsizlik kodlarının təsdiq edilməsi yolu ilə verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi əqdi etibarsız hesab etmiş, lakin əqdin etibarsızlığının nəticəsi olaraq restitusiya qaydasında tərəflərin ilkin vəziyyətə qaytarılması məsələsini düzgün həll etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov). Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı işin faktiki hallarına əsasən ##.##.2024-cü il tarixdə özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin onun kartına müdaxilə edərək kredit götürəcəyini bildirmiş, iddiaçı da təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Bundan sonra üçüncü şəxs tərəfindən ##.##.2024-cü il tarixdə limit artımı ilə bağlı onlayn qaydada müraciət edilmiş və iddiaçının istifadəsində olan plastik kartdan 6 dəfə ayrıayrılıqda 990 manat və bir dəfə 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. ##.##.2024-cü il tarixli kredit müqaviləsi əsasında Bank iddiaçıya məxsus 416973********** nömrəli plastik kart hesabına 6.039 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə başqa hesablara köçürülmüşdür. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bundan sonra limit artımı ilə bağlı yenidən həmin tarixdə müraciət edilmiş və əməliyyatın aparılması zamanı xəta baş verdiyi üçün həmin müraciət bankın əməkdaşına yönəldilmişdir. Əməkdaş iddiaçı ilə əlaqə saxladıqda iddiaçı tərəfindən onun tərəfindən belə bir müraciətin edilmədiyi bildirildiyi və həmin müraciətin ləğv edildiyi üçün Bankın əməkdaşı tərəfindən limit artımı ilə bağlı sonuncu müraciət ləğv edilmişdir. (Bankın əməkdaşı tərəfindən edilən zəng zamanı iddiaçı tanımadığı şəxs tərəfindən bundan qabaq ona edilən zəngin həqiqətən bank əməkdaşı tərəfindən edildiyinə və sanki real bank əməkdaşı tərəfindən dələduzluq halından xilas edildiyinə inanmaqda davam edirdi). Bankın əməkdaşı ilə danışıqdan bir neçə dəqiqə sonra iddiaçı ona 6.039 manat kredit xətti ayrıldığını görmüş və həmin pulun başqa karta yükləndiyi əks olunmuşdu. Dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat verdikdə, bu barədə polisə məlumat verməli olduğu bildirilmişdir. Hazırda iddiaçı ## #### 2024-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi və ona vurulan maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir və iddiasını ##.##.2024-cü il tarixdə 6.039 manat kreditin götürülməsinin onun tərəfindən icra edilmədiyini, kredit götürmək niyyətinin olmadığını, ona zəng edən şəxs tərəfindən aldadılmaqla, yəni, onun bank əməkdaşı olmasına inandırılmaqla təhlükəsizlik kodunu ötürməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılmasının baş verdiyini, həmin əməliyyatların məxfi saxlanılmalı olan məlumatların və 3D Secure kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparıldığını, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyətin müştəriyə aid olmasını, debet kartın verilməsinə dair iddiaçı ilə bank arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşımasına dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.) Bundan başqa, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Cavabdeh bank iddiaçı ilə ##.##.2023-cü il tarixdə X8 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparıldığını, bundan sonra həmin müştəri tərəfindən həyata keçirilən istənilən əməliyyatın məhz onun tərəfindən icra edilmiş kimi qəbul edildiyini bildirərək, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və buna görə də ##.##.2024-cü il tarixli müqavilə bağlanarkən bank tərəfindən qaydalara əməl olunmasını iddia edir. Yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, ##.##.2023cü il tarixli müqavilə bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətlənməklə bank ##.##.2024-cü il tarixli müqavilə əsasında ona 6039 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə Bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, kimi elementlərdən istifadə təmin edilməmişdir. Nəticədə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı tərəfindən OTP kodun verilməsi sonuncu ilə Bank arasında kreditin ayrılmasına dair müqavilə bağlanması üçün iradə ifadəsinin mövcudluğuna dəlalət eləmir. Belə olan halda Bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə yükləməklə, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda Bankın müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da saysız-hesabsız məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmışdır. Halbuki Qaydaya * saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməsi, eləcə də tərəflər arasında daha əvvəl bağlanmış ##.##.2023-cü il tarixli müqavilənin 8.2-ci yarımbəndində “Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir” müddəası nəzərdə tutulmuşdur. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar ##.##.2024-cü il tarixdən etibarən aidiyyəti orqanlara Cavabdeh ASC-nin 196 qaynar xətt xidmətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına, Abşeron Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı ##.##.2024-cü il tarixli kredit müqaviləsinin onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Bankın özünün də iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubda “dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir” bildirməsi artıq onun müvafiq müqavilələr bağlanarkən aldadılma hallarından xəbərdar olmalı olduğunu təsdiq edir və bunun nəticəsidir ki, iddiaçı kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 6.039 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab etmişdir ki, ##.##.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Qanunvericiliyin tələbi baxımından qeyd edilməlidir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən ##.##.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görmür. Belə ki, qanunvericiliyin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən iddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Beləliklə, apelyasiya instansiyası belə qənaətə gəlmişdir ki, əqdin etibarsız hesab edilməməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən, yəni hazırki məsafədən bağlanan müqavilə üzrə cavabdeh tərəfindən qaqnunvericiliyin tələblərinə riayət edilməməklə həyata keçirildiyindən, iddiaçının iradə ifadəsi heç bir halda mövcud olmadığından həmin müqavilə üzrə öhdəlikləri qəbul etmiş hesab edilməməklə həmin öhdəliyinin icrasına da cavabdeh olmamaqla iddiaçının cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3, 406.3, 746-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv, həmin hissələrdə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator şikayətini belə əsaslandırmışdır ki, iddiaçının məlumat və iradəsi olmadan mübahisəli əməliyyatların aparıldığı iddia edilsə də, iş materialları bunun əksini sübut edir. Belə ki, Kredit limiti artımı və 3D Secure əməliyyatları iddiaçının şəxsi məlumatları və onun istifadəsində olan mobil nömrəyə göndərilmiş birdəfəlik 3D təhlükəsizlik kodları vasitəsilə həyata keçirilmişdir. Bu əməliyyatlar gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə baş tutmuşdur. İddiaçının SMS bildirişləri aldığı və bu kodların daxil edilərək təsdiqləndiyi sistem çıxarışları ilə sübuta yetirilmişdir. Mülki Məcəllənin 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Hazırkı vəziyyətdə isə əməliyyatlar kart sahibi olan iddiaçının sərəncamı əsasında və qanuni autentifikasiya ilə icra edilmişdir. Həmçinin kredit vəsaiti tərəflər arasında razılaşmaya əsasən iddiaçının sərəncamına verilmişdir və üçüncü şəxsə deyil, iddiaçının öz kart hesabına köçürülərək onun tərəfindən istifadə olunmuşdur. Bu səbəbdən, müqavilə etibarsız hesab edilirsə belə, məhkəmə restitusiya qaydasında həmin kredit vəsaitinin Banka qaytarılması məsələsini həll etməli idi. Aşağı instansiya məhkəmələrinin bu məsələni qiymətləndirməməsi qanunun tələblərinə ziddir. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz vermişdir. Etirazda işin faktiki hallarına istinad edilməklə, kassasiya şikayətinin əsassız olması qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X9 və X16) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçı cavabdehlə bağlanmış ##.##.2024-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının tələbinin əsaslarından görünür ki, iddiaçını kredit götürmək niyyəti olmayıb, özünü Bankın əməkdaşı kimi təqdim edən şəxs iddiaçını aldadıb, Bank isə müqavilə bağlanarkən zəruri tədbirlər görməyib, iddiaçının ilə eyniləşdirilməsi ilə bağlı vəzifələrini yerinə yetirməyib. Cavabdehin iddiaya etirazının ümumi mahiyyəti ondan ibarətdir ki, iddiaçı özünə məxsus kart məlumatlarını, müvafiq əməliyyatların aparılması üçün onun qeydiyyatda olan mobil nömrələrinə göndərilmiş 3D Secure kodlarını ona özünü Bankın əməkdaşı kimi təqdim etmiş üçüncü şəxsə bildirmiş, bununla da iddiaçı müavilənin bağlanmasına razılıq vermiş və bunun nəticələrinin məsuliyyətini də iddiaçı daşıyır. Birinci instansiya məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı üçüncü şəxs tərəfindən aldadılmış, həmçinin Bank Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda nəzərdə tutulan vəzifələrini yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə bu hissədə tam razılaşmışdır. İşdən görünür ki, məhkəmələr iddianın hüquqi əsası kimi Mülki Məcəllənin digər normaları ilə yanaşı, 339.2 və 339.3-cü maddələrinə istinad etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dəlilləri baxımından hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələri təşkil etsə də, məhkəmələr tələbi həmin normalar baxımından qiymətləndirməmiş, yalnız ona istinad etməklə kifayətlənərək qeyd edilən hüquq normalarını pozmuşlar. Belə ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər (Mülki Məcəllənin 399.2-ci maddəsinin birinci cümləsi). Üçüncü şəxs tərəfindən aldadılma halında isə əqd o halda etibarsız hesab oluna bilər ki, bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun (Mülki Məcəllənin 339.3cü maddəsi). Göründüyü kimi, qeyd olunan maddi hüquq normaların dispozisiya şərtlərinə görə, əqd o halda etibarsız hesab oluna bilər ki, 1) tərəf əqdin bağlanması məqsədi ilə üçüncü şəxs tərəfindən aldadılsın; 2) əqdin digər tərəfi bu əqddən fayda götürsün; 3) o, aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının üçüncü şəxs tərəfindən əqdin bağlanması məqsədi ilə aldadıldığını iddia etdiyi halda məhkəmələrin araşdırmalı olduğu məsələlər yuxarıda qeyd edilən 2 və 3-cü şərtlərin mövcudluğu olmalı idi. Mülki Məcəllənin 743.1-ci maddəsinə görə, kredit müqaviləsi üzrə borcalan pul vəsaitinə mülkiyyət hüququnu aldığından, borcverən isə pul vəsaitinə görə faizlər və müqavilədə göstərilən digər ödənişləri almaq hüququna malik olduğundan, müqavilənin hər iki tərəfinin bu müqavilədən fayda götürmələri nəticəsinə gəlmək olar. Bununla belə, Mülki Məcəllənin 339.3cü maddəsinin 3-cü şərti hazırki mübahisəyə tətbiq edilməklə, cavabdeh Bankın iddiaçının əqdin bağlanması məqsədi ilə aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) da sübut olunmalıdır. Apellyasiya məhkəməsi cavabdehin bundan xəbərdar olması ilə bağlı halı, ümumiyyətlə, diqqətdən qaçırmış, bu yöndə hər hansı qiymətləndirmə aparmamışdır. Halbuki, məhkəmə cavabdeh Bankın aldatmadan xəbərdar olması (və ya ola bilməli olması), bu faktla nəticə arasında səbəbli əlaqənin mövcudluğunu adı çəkilən maddi hüquq norması baxımından əsaslandırmalı idi. Bundan əlavə, mübahisələndirilən müqavilə bağlanarkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»na əməl edilməməsi ilə bağlı gəlinən nəticə də əsaslı deyil. Qeyd olunmalıdır ki, elektron-informasiya texnologiyalarının inkişafı və bunun ictimai münasibətlərinin bütün sahələrinə təsir etməsi hamıya bəlli olan haldır. O cümlədən, banklarla müştərilər arasında bank xidmətləri haqqında müqavilələrin məsafədən bağlanması, internet resursları vasitəsi ilə quraşdırılmış proqramlardan istifadə edilməklə bank hesablarının idarə olunması, əməliyyatların həyata keçirilməsi hər kəs üçün gündəlik adi hərəkətlərə çevrilmişdir. Təsadüfi deyil ki, qanunvericilik də bu istiqamətdə inkişaf etməklə, Mülki Məcəllədə istehlak kredit müqaviləsinin məsafədən, bir və ya bir neçə rabitə vasitəsindən istifadə edilməklə bağlanmasını nəzərdə tutmuşdur (Mülki Məcəllənin 746-2.5, 746-2.6-cı maddələri). İş materiallarından müəyyən olunur ki, cavabdeh Bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsi ilə bağlanmasını, bu məqsədlə iddiaçının bir neçə prosedurları icra etməsini göstərmiş və dəlilinin təsdiqi kimi işə əlavə edilən 3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarışa istinadən qeyd etmişdir ki, iddiaçı tərəfindən limit artımı ilə bağlı uğurlu müraciət ##.##.2024-cü il tarixdə saat 12:24:11 PM-də edilmiş, yəni proses başladılmış, 12:24:51 PM-də isə yekunlaşmışdır. Bununla da kredit xəttinin məbləği 6039 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçıya məxsus +************ möbil nömrəyə ##.##.2024-cü il tarixdə saat 12:25:40, 12:29:50, 12:30:33, 12:31:10, 12:32:29, 12:32:05, 12:33:03, 12:33:55də göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri "M10” elektron pul kisəsinə köçürülmüşdür. İddiaçının istifadəsində olan plastik kartdan 6 dəfə ayrı-ayrılıqda 990 manat və bir 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3 D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. İşdən görünür ki, nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə və bununla bağlı təqdim etdiyi sənədlərə istinad etməmiş, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozaraq həmin sənədlərdə əks olunan məlumatları, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Həmçinin iddiaçının özünün məxfi olan məlumatları üçüncü şəxsə verməmək, verdiyi halda bunun məsuliyyətini daşımalı olması barədə vəzifəsi olmasına baxmayaraq, onun istər müqavilənin bağlanmasına, istərsə də sonradan vəsaitin silinməsinə dair 3D təhlükəsizlik kodlarını üçüncü şəxsə verməsi kimi işin mühüm xüsusatına qiymət verilməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin kartına müdaxilə edərək kredit götürəcəyini bildirmiş, iddiaçı təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Başqa sözlə, iddiaçı özü də ərizəsində şübhələnməsinə baxmayaraq, təhlükəsizlik kodunu kənar şəxsə verdiyi bildirmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»nın 5.1-ci bəndinə əsasən Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Məhkəmə kollegiyasının qənaətinə görə, işin halları baxımından mübahisələndirilən müqavilənin bağlanmasında cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»na əməl edilməməsi X7 ilə təsdiq olunan Qaydalara uyğun olub-olmaması barədə Mərkəzi Bankdan mütəxəssis rəyinin alınması işin düzgün və ədalətli həlli üçün əhəmiyyətli ola bilərdi. Buna görə də Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin işə cəlb olunmaqla qeyd olunan məsələ ilə bağlı müvafiq mütəxəssis rəyi alınmalı, hətta cavabdeh tərəfindən həmin qaydalara əməl edilmədən müqavilənin bağlanması müəyyən edildiyi halda da müqavilənin etibarsızlığına həmin hallar kontekstdə qiymət verilməli idi. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclaslarında cavabdeh Cavabdeh ASC-nin nümayəndələri X11 oğlu və Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və nümayəndəsi (əri) X1 apellyasiya şikayəti ilə razılaşmayıb, iddia ərizəsinin və məhkəməyə təqdim etdikləri yazılı mülahizənin məzmununa uyğun izahat vermişlər. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisi X4 iş üzrə tərəfindən tərtib olunan mütəxəssis rəyini müdafiə edib, rəyin məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə rəsmi qaydada məlumat verilmiş, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1.Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 746-2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Maddə 746-2.6. İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Mütəxəssis tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli 04/2№-li qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” Bənd 5. 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün: 5.5.2.1. gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.5.2.2. gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.6.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza; 5.6.2. aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası ilə: 5.6.2.1. ilk hesabını fiziki olaraq (bankın inzibati binasına yaxınlaşmaqla) açmış müştəri; 5.6.2.2. bu Qaydanın 5.5.2.1-ci yarımbəndində göstərilən qaydada hesab açmış müştəri; 5.6.2.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limiti aradan qaldırmış müştəri; 5.6.2.4. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və həmin hesab üzrə mədaxil əməliyyatlarının qalıq limiti daxilində növbəti hesab açmaq istəyən müştəri; 5.6.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və mədaxil əməliyyatlarına limit olmayan növbəti hesab açmaq istəyən rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6-1. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş yeni apellyasiya baxışına qaytarıldığından, hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin və mütəxəssisin izahatını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(102)-2360/2025-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri rədd edilməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Tədqiq olunan sübutlardan görünür ki, iddiaçı cavabdehlə bağlanmış ##.##.2024-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edərək tələbini onunla əsaslandırmışdır ki, onun kredit götürmək niyyəti olmamış, özünü bankın əməkdaşı kimi təqdim edən şəxs onu aldatmış, bank isə müqavilə bağlanarkən zəruri tədbirlər görməmiş, iddiaçının eyniləşdirilməsi ilə bağlı vəzifələrini yerinə yetirməmişdir. Cavabdeh iddia tələblərinə qarşı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus kart məlumatlarını, müvafiq əməliyyatların aparılması üçün onun qeydiyyatda olan mobil nömrələrinə göndərilmiş 3D Secure kodlarını ona özünü bankın əməkdaşı kimi təqdim etmiş üçüncü şəxsə bildirmiş, bununla da iddiaçı müavilənin bağlanmasına razılıq vermiş və bunun nəticələrinin məsuliyyətini də iddiaçı daşıyır. Birinci instansiya məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı üçüncü şəxs tərəfindən aldadılmış, həmçinin bank Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda nəzərdə tutulan vəzifələrini yerinə yetirməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının dəlilləri baxımından hazırki iddianın hüquqi əsasını MMin 339.2 və 339.3-cü maddələri təşkil edir. Mülki qanunvericiliyin tələblərinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər (Mülki Məcəllənin 399.2-ci maddəsinin birinci cümləsi). Üçüncü şəxs tərəfindən aldadılma halında isə əqd o halda etibarsız hesab oluna bilər ki, bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun (Mülki Məcəllənin 339.3-cü maddəsi). Beləliklə, istinad olunan maddi hüquq normaların dispozisiya şərtlərinə görə, əqd o halda etibarsız hesab oluna bilər ki, 1) tərəf əqdin bağlanması məqsədi ilə üçüncü şəxs tərəfindən aldadılsın; 2) əqdin digər tərəfi bu əqddən fayda götürsün; 3) o, aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun. Göründüyü kimi qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən iddiaçının üçüncü şəxs tərəfindən əqdin bağlanması məqsədi ilə aldadıldığını iddia etdiyi halda araşdırmalı olan məsələlər yuxarıda qeyd edilən 2 və 3-cü şərtlərin mövcudluğudur. Mülki Məcəllənin 743.1-ci maddəsinə görə, kredit müqaviləsi üzrə borcalan pul vəsaitinə mülkiyyət hüququnu aldığından, borcverən isə pul vəsaitinə görə faizlər və müqavilədə göstərilən digər ödənişləri almaq hüququna malik olduğundan, müqavilənin hər iki tərəfinin bu müqavilədən fayda götürmələri mümkündür. Lakin cavabdeh bankın əqdin bağlanması məqsədi ilə borcalanın aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) halı da sübuta yetirilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin bundan xəbərdar olması ilə bağlı halı, ümumiyyətlə aparmamışdır. Halbuki, məhkəmə cavabdeh bankın aldatmadan xəbərdar olmasını (və ya ola bilməli olması), bu faktla nəticə arasında səbəbli əlaqənin mövcudluğunu adı çəkilən maddi hüquq norması baxımından əsaslandırmalı idi. Daha sonra mübahisələndirilən müqavilə bağlanarkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»na əməl edilib-edilməməsinin yoxlanması ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, 2(102)-2360/2025-ci il tarixli qərarında qeyd olunan göstərişə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəsində hazırkı mülki iş üzrə aparılan ikinci icraat zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri işə cəlb olunmaqla qeyd olunan məsələ ilə bağlı müvafiq mütəxəssis rəyi alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2025-ci il tarixli 6-1-06/2- 18417/2025 məktubu ilə məhkəməyə təqdim olunan mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: İddiaçı İddiaçı və cavabdeh Cavabdeh ASC arasında iqtisadi mübahisə zəminində aparılan mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli Qərardadının icrası məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli məktubla Mütəxəssis (Mərkəzi Bank) müraciət edilmişdir. Qərardadda mübahisələndirilən iş üzrə Mərkəzi Bankın mütəxəssis rəyinin bildirilməsi qeyd olunmuşdur. Məhkəmə tərəfindən Mərkəzi Banka təqdim olunan sənədlərə əsasən Qərardadda göstərilən suallar və cavabları aşağıda diqqətinizə təqdim olunur: Sual 1: Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş ##.##.2024-cü il tarixli “X8 kart” müqaviləsi bağlanarkən Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə əməl edilmişdirmi? Cavab: Cavabdeh ASC ilə İddiaçı arasında ##.##.2024-cü il tarixli “X8 kart” müqaviləsinin məsafədən yenilənməsi Mərkəzi Bankın İdarə Heyətinin ## ###### 2022-cü il tarixli **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (Qayda) həmin dövrdə qüvvədə olan 5-ci hissəsinin tələblərinə əməl edilməklə video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası (GMA) əsasında aparılmışdır. Bununla belə, video çəkilişə dair Qaydanın * nömrəli Əlavəsinin 6.2-ci bəndinə tam əməl edilməyərək video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini əldə etməmişdir. Təqdim olunan materiallara əsasən aydın olur ki, Bank müştərinin şəxsiyyət vəsiqəsi barədə məlumatlarını və şəxsiyyət vəsiqəsində olan fotoşəklini xüsusi təyinatlı dövlət informasiya resursu olan İAMAS sistemindən əldə edərək, video çəkiliş zamanı videoda olan müştərinin üz siması ilə şəxsiyyət vəsiqəsindəki fotoşəkildə olan üz simasını “Face recognition” sistemi (CavabdehASC-yə məxsus olan element) vasitəsi ilə uyğunluğunu 99.4% eyniləşdirmişdir. Sual 2: Əgər əməl edilməmişdirsə Cavabdeh ASC tərəfindən yol verilmiş qayda pozuntusu hansılardır? Cavab: Qaydanın video çəkilişə dair * nömrəli Əlavəsinin 6.2-ci bəndinə əsasən video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini əldə etmək əvəzinə müştərinin şəxsiyyət vəsiqəsi barədə məlumatlar elektron qaydada əldə olunmuşdur. Sual 3: Aşkar olunmuş pozuntular hazırkı mübahisənin (hesabdan pulun üçüncü şəxs təfindən silinməsinə) yaranmasına səbəb ola bilərdimi? Cavab: Qaydanın video çəkilişə dair * nömrəli Əlavəsinin 6.2-ci bəndinə əsasən video çəkiliş zamanı bank tərəfindən müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərinin çəkilməməsi hesabdan pul vəsaitinin üçüncü şəxs təfindən silinməsinə hər hansı formada təsiri mümkün hesab olunmur. Sual 4: ##.##.2024-cü il tarixli “X8 kart” müqaviləsinə əsasən ayrılan pul vəsaitinin hesabdan silinməsinə İddiaçı hərəkətləri səbəb olmuşdurmu? Cavab: Məhkəmə işində olan materiallara əsasən ##.##.2024-cü il tarixdə kredit xəttinin yenilənməsi iddiaçının +************ nömrəli mobil nömrəsinə (##.##.2023-cü il tarixdə iddiaçı “Birbank” mobil tətbiqində qeydiyyatdan keçmişdir) göndərilmiş SMS vasitəsilə məlumatlandırılaraq saat 12:25:03-də uğurla tamamlanmışdır. Bundan sonra iddiaçının 416973********** nömrəli kartı üzrə 3D təhlükəsizlik xidmətinin aktiv edildiyi, tərəflər arasında bağlanmış hesab, kart və kredit üzrə ##.##.2024-cü il tarixli, BRCB*******B*** nömrəli X8 Kart Müqaviləsinin yenilənməsini 5.2-ci bəndində öz əksini tapmış və iddiaçının istifadəsində olan +************ nömrəli mobil nömrəyə SMS vasitəsilə ##.##.2024cü il tarixdə aşağıda göstərilən əməliyyatların aparılması üçün saat 12:29:50 (990 manat), 12:30:33 (990 manat), 12:31:10 (990 manat), 12:32:05 (990 manat), 12:32:29 (990 manat), 12:33:03 (990 manat) və 12:33:55-də (100 manat); 7 halda ümumilikdə 6040 manat məbləğdə göndərilmiş birdəfəlik 3D təhlükəsizlik kodları göndərilmişdir. Qeyd edilən əməliyyatların İddiaçı özü və ya onun iradəsindən kənar qaydada həyata keçirilib-keçirilməməsi barədə münasibət bildirilməsi məsələsinə gəldikdə isə bildiririk ki, bunun üçün kompyuter-texniki ekspertizanın keçirilməsi tələb olunur. Mərkəzi Bankın belə bir funksiyası yoxdur və buna münasibət bildirilməsi onun səlahiyyətləri xaricindədir. Sual 5: Əgər olmuşdursa bu hərəkətlər hansılardır? Cavab: Kompyuter-texniki ekspertizanın keçirilməsi nəticəsində iddiaçıya məxsus mobil nömrəyə göndərilmiş birdəfəlik 3D təhlükəsizlik kodlarının özü tərəfindən təsdiq olunması halında əməliyyatların aparılması. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsi ilə bağlanmasını, bu məqsədlə iddiaçının bir neçə prosedurları icra etməsini göstərmiş və dəlilinin təsdiqi kimi işə əlavə edilən 3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarışa istinadən qeyd etmişdir ki, iddiaçı tərəfindən limit artımı ilə bağlı uğurlu müraciət ##.##.2024-cü il tarixdə saat 12:24:11 PM-də edilmiş, yəni proses başladılmış, 12:24:51 PM-də isə yekunlaşmışdır. Bununla da kredit xəttinin məbləği 6039 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçıya məxsus + 994552856629 möbil nömrəyə ##.##.2024-cü il tarixdə saat 12:25:40, 12:29:50, 12:30:33, 12:31:10, 12:32:29, 12:32:05, 12:33:03, 12:33:55-də göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri "M10” elektron pul kisəsinə köçürülmüşdür. İddiaçının istifadəsində olan plastik kartdan 6 dəfə ayrı-ayrılıqda 990 manat və bir 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3 D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. İddiaçı və onun nümayəndəsi Məhkəmə kollegiyasının iclasında da, iddiaçıya göndərilən məxvi olan məlumatların üçüncü şəxsə iddiaçı tərəfindən ötürülməsini inkar etməmişlər. Kollegiya qeyd edir ki, iddiaçının özünə məxsus məxfi olan məlumatları üçüncü şəxsə verməmək, verdiyi halda isə bunun məsuliyyətini özü daşımalı olacağı barədə vəzifəsini bilməli olduğundan, hazırkı mübahisədə iddiaçının özünün davranışı, yəni ona verilmiş və verilərkən də kənar şəxslərlə paylaşmalı olmaması barədə bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq məxvi məlumatları üçüncü şəxsə ötürməsi, bankın isə bundan məlumatının olmaması öz təsdiqini tapdığından apellyasiya şikayətinin dəlilləri əsaslıdır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi isə iddiaçının özünün hərəkətlərinin nəticəsinə görə, yəni məxvi məlumatları üçüncü şəxsə verməsinə görə ayrılmış kreditin hesabdan silinməsinin mümkün olduğuna diqqət yetirməmişdir. Belə ki, iddia ərizəsindən, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarından müəyyən olunur ki, özünü bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin kartına müdaxilə edərək kredit götürəcəyini bildirmiş, iddiaçı təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, iddiaçı kodu dedikdən sonra telefon söndürülmüşdür. Başqa sözlə, iddiaçı özü də ərizəsində və izahatında şübhələnməsinə baxmayaraq, təhlükəsizlik kodunu kənar şəxsə verdiyinı təsdiq edir. Bundan başqa işdə olan Abşeron Rayon Polis İdarəsinin ##.##.2024-cü il tarixli qərarından İddiaçı zərərçəkmiş şəxs qismində tanınması, onun ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması müəyyən olunur. Göründüyü kimi iddiaçıya ziyanın vurulması, cavabdehin hərəkətləri nəticəsində deyil, iddiaçının özünün, yalnız ona aid olan məxvi məlumatları üçüncü şəxsə verilməsi nəticəsində mümkün idi və bu hərəkət baş verdiyi üçün iddiaçının kart hesabında olan vəsait üçüncü şəxs tərəfindən silinmişdir. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iş üzrə tədqiq olunan sübutlarla, alınmış mütəxəssis rəyi ilə cavabdehin hərəkətlərinin iddiaçıya məxsus hesabdan pul vəsaitinin üçüncü şəxs təfindən silinməsinə hər hansı formada təsirinin mümkün olması halı müəyyən olunmadığından, cavabdehin iddiaçının üçüncü şəxs tərəfindən aldadılmasından xəbərdar olması (və ya ola bilməli olması) faktı da öz təsdiqini tapmır. On görə də, apellyasiya şikayəti təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. İddiaçı İddiaçı dövlət rüsumuna görə 195 manat cavabdeh Cavabdeh ASC-in xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5424/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5424/2025
25.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver