Məhkəmə qərarları › İş №2(103)-779/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-779/2025

19.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-779/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3148/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X6 Kart Müqaviləsinə əsasən, bank İddiaçı xx.xx.2026-cı il tarixədək ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır.

2. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı müraciəti cavablandırılması üçün aidiyyəti üzrə Cavabdeh ASC-yə göndərilmiş, müraciətə baxılması nəticəsi barədə Mərkəzi Banka və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur.

3. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği illik 27 faiz ödəmək şərtilə 6039 manat müəyyən olunmuşdur.

4. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k bina 73,mənzil 24-də yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək özünü Cavabdeh ASCnin əməkdaşı kimi təqdim etmiş şəxsin onun kart məlumatlarını əldə etdikdən sonra 4169 7388 1565 2163 saylı hesabından 6.000 manat pulun naməlum şəxs(lər) tərəfindən çıxarılmasını aşkar etməsi barədə məlumat vermiş və bu barədə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır.

5. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

6. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində olan plastik kartdan 6 dəfə ayrı-ayrılıqda 990 manat və bir 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3 D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir.

7. Cavabdeh ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 2024/111/25678 saylı məktuba əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə - Bank) daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildiririlir ki, aşağıda qeyd olunanlara əsasən X6 Kart müqaviləsi bağlandıqdan sonra müvafiq müqavilənin şərtlərinə əsasən həmin müştəriyə məsafədən kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparılması mütləq şərt kimi müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırki məhsul üzrə tərəflər arasında bağlanılan X6 Kart müqaviləsinin müvafiq şərtinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Qanunvericiliyin normalarına əsasən tərəflər kredit xəttindən istifadə edilməsi məqsədi ilə bağlanılacaq müqavilənin və ya razılaşmanın bağlanılması zamanı şəxsi imzanın başqa analoqundan istifadə edilməsi imkanını X6 Kart müqaviləsində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, sözügedən məhsul üzrə bağlanılmış X6 Kart müqaviləsinə nəzər yetirdikdə müəyyən edilir ki, müqavilədə kredit şərtləri (illik faiz dərəcəsi, taksit və qeyri-taksit əməliyyatlarında dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Bu səbəbdən həmin kartlarda kredit xəttinin limiti 0 olaraq müəyyən edilir. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və onlayn qaydada videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yeniləyə (kredit xəttinin limitini artıra) bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı tərəfindən də kredit xəttindən istifadə edilməsi məqsədi ilə Banka edilmiş müraciəti müqavilə şərtlərinə əsasən texnoloji vasitələrlə edilmiş, şəxsi imza analoqundan istifadə edilməklə müvafiq razılaşma imzalanmış və onun kredit xətti yenilənərək, yəni kredit xəttinin limiti artırılaraq 6039 AZN müəyyən olunmuşdur və bu zaman yuxarıda qeyd olunanlara əsasən tələb olunmadığından, həmçinin müştəri eyniləşdirilmiş müştəri olduğundan (belə ki, X6 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılır, həmçinin birbank mobil tətbiqindən qeydiyyatdan keçərkən eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edilir) videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit reyestrindən adının silinməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə 14 mart 2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi və ona vurduğu maddi və mənəvi zərərə görə 100,000 manat maddi zərərin və 390 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə özünü Cavabdeh ASC-nın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin kartına müdaxilə edərək kredit götürəcəyini bildirmişdir. İddiaçı təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Dərhal Cavabdeh ASC-nin qaynar xəttindən ona zəng gələrək ona kredit xətti üçün müraciət etdiyini bildirdilər. O isə istəmədiyini, kredit xətti üçün müraciət etmədiyini söylədiyi bir neçə dəqiqədən sonra ona 6039 ( altı min otuz doqquz) manat kredit xətti ayrıldığını görmüş və həmin pulun başqa karta yükləndiyi əks olunmuşdu. Dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat verdikdə, bu barədə polisə məlumat verməli olduğu bildirilmişdir. Bundan sonra Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun kartına onun videgörüntülü icazəsi olmadan kredit xətti ayrılması mümkünsüzdür. Cavabdeh ASC-nin Cashback kartını debet kart üçün istifadə edirdi və banka kredit yox, debet kart üçün müraciət etmişdir. Onun təqsiri olmadan 6039 manat kredit xətti ayrılmış, tanımadığı insanlar tərəfindən çəkilməsinə baxmayaraq onun adı qanunsuz şəkildə borclu kimi gedir. 3 aydır ki, bir çox yerə və polisə rəsmi ərizə ilə müraicət etsə də, pozulmuş hüququnu bərpa edə bilməmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir.

10. Cavabdeh ASC iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, ona özünü Cavabdeh ASC-nin əməkdaşı kimi təqdim etmiş şəxs zəng etmiş və o, eyniləşdirmə məlumatlarını, ona məxsus kart məlumatlarını, müvafiq əməliyyatların aparılması üçün onun qeydiyyatda olan mobil nömrələrinə göndərilmiş 3D Secure kodlarını həmin şəxsə, yəni üçüncü şəxsə bildirmişdir (iş materiallarına diskdə təqdim edilmiş səs yazısından da müəyyən edilir). Nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X6 Kart Müqaviləsinin: 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İddiaçı Cavabdeh ASCnin mobil bank tətbiqi olan "Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +**********33 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SMG990B2 cihazında istifadə etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun Birbank qeydiyyatı başqa cihaza (Samsung SM-M225FV) dəyişmişdir. Qeyd edilməlidir ki, "Birbank” mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +**********33 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur (təsdiqedici müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir). Bundan sonra "Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X6 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 6039 AZN müəyyən olunmuşdur. BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X6 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15000 artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, sMs vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı bildirir ki, Bankın əməkdaşı tərəfindən ona limit artımı ilə bağlı zəng edilmiş və o, onun tərəfindən belə bir müraciətin edilmədiyini bildirmiş, müraciətin ləğv edilməsini xahiş etmiş və Bankın əməkdaşı tərəfindən müraciət ləğv edilmişdir. Bunun üçün limit artımı baş verməməli idi. Bununla əlaqədar bildirilir ki, Bank tərəfindən həmin zəng ilə əlaqədar müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, limit artımı ilə bağlı onlayn qaydada müraciət xx.xx.2024-cü il tarixdə saat 12:24:11PM-də edilmiş və uğurla yekunlaşmışdır. Bundan sonra limit artımı ilə bağlı yenidən həmin tarixdə saat 12:34:58 pM-də müraciət edilmiş və əməliyyatın aparılması zamanı xəta baş verdiyi üçün həmin müraciət əməkdaşa yönəldilmişdir. Əməkdaş tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:37:38 PM-də iddiaçıya zəng edilmiş və zəngə cavab verilməmiş, bundan sonra əməkdaş tərəfindən 12:38:23 PMdə təkrarən zəng edilmiş, zəngə cavab verilmiş və iddiaçı tərəfindən zəngə cavab olaraq onun tərəfindən belə bir müraciətin edilmədiyini bildirildiyi və həmin müraciətin ləğv edildiyi üçün Bankın əməkdaşı tərəfindən müraciət ləğv edilmişdir (qeyd olunanları təsdiq edən sübutlar (səs yazısı, sistemdən zənglərin edilməsinə dair məlumatı əks etdirən çıxarış, “Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarış) diskdə təqdim edilir). Məhkəmənin nəzərinə çatdırılır ki, "Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət xx.xx.2024-cü il tarixdə saat 12:24:11 PM-də edilmiş, yəni proses başladılmış, 12:24:51 PM-də isə yekunlaşmışdır. Bununla da kredit xəttinin məbləği 6039 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçıya məxsus +**********29 möbil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 12:25:40, 12:29:50, 12:30:33, 12:31:10, 12:32:29, 12:32:05, 12:33:03, 12:33:55-də göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri "M10” elektron pul kisəsinə köçürülmüşdür (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir). İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılması baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların edilməsi yolu ilə aparılmışdır. Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: Törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Odur ki, məhkəmədən iddianın rədd olunması xahiş olunur.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3148/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş “X6 kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli Əlavə razılaşmanın etibarsız hesab edilməsi və İddiaçı adının kredit reyestrindən silinməsi ilə bağlı Cavabdeh ASC tərəfindən tədbirlərin görülməsi, Cavabdeh ASC-yə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğunun izah edilməsi, ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsinin Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3).

12. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli müqavilə bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətlənməklə bank xx.xx.2024-cü il tarixli müqavilə əsasında ona 6039 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar xx.xx.2024-cü il tarixdən etibarən aidiyyəti orqanlara – Cavabdeh ASCnin 196 qaynar xətt xidmətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına, Abşeron Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Belə ki, MM-in 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən İddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Bununla belə cavabdehə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir. Eyni zamanda məhkəmə tərəfindən pulun kimin hesabına köçürülməsinin müəyyənləşdirilməsindən ötrü müvafiq araşdırmalar aparılmış, Kapital Bank" ASC-dən, habelə "Pasha Pay” MMC-dən İddiaçınun adına olan (X8 416973******2163) kartdan xx.xx.2024-cü il tarixdən hal-hazıradək aparılan maliyyə əməliyyatları barədə məlumatların götürülməsi ilə bağlı qərardadın icrası nəticəsində məbləğin “Unibank “KB ASC tərəfindən verilmiş 4 ayrı-ayrı kartlara köçürülməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi” hissəsinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən İddiaçının yuxarıda adı qeyd olunan reyestrdə Cavabdeh qarşısında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın maddi və mənəvi zərərə görə 100.000 manatın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi cavabdeh tərəfindən ona maddi ziyan vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mənəvi zərərlə bağlı məhkəmə bildirmişdir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən müqavilə etibarsız sayıldığından mənəvi zərərin təsirinin azalması və ya aradan qalxması labüddür. Belə olan halda iddianın maddi və mənəvi zərər hissəsinin təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, 125-ci, 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci, 331-ci, 337-ci, 339-cu, 406.3-cü, 746-2.5-ci, 746-2.6-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1 217.2-ci və 217.4-cü maddələrinə. Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” 5-ci bəndinə, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavənin 3-cü, 6-cı bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3148/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsinin ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisələndirilən əməliyyatların (“Birbank” mobil tətbiqinin qeydiyyatının dəyişdirilməsi, hesab üzrə sərəncam verilməsi ilə əlaqədar və s. əməliyyatların) aparılması məxfi saxlanılmalı olan məlumatların daxil edilməsi, təhülkəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə mümkündür. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, məxfi saxlanılmalı olan məlumatlar daxil edilmiş, təhülkəsizlik kodları göndərilmiş və təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir. İddiaçı həmin əməliyyatların onun tərəfindən aparılmamasını bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin əməliyyatların özü tərəfindən deyil, üçün şəxs tərəfindən aparılması halı öz təsdiqini tapsa belə, nəzərə alınmalıdır ki, bu halın baş verməsi iddiaçının təqsiri ucbatından baş vermiş olacaqdır. Belə ki, həmin məxfi saxlanılmalı olan məlumatlar və onun tərəfindən təqdim edilən və onun istifadəsində olan mobil nömrələrə smslə göndərilmiş birdəfəlik təhlükəsizlik kodları yalnız iddiaçıya məlumdur, üçüncü şəxs tərəfindən daxil edilirsə, bu o deməkdir ki, iddiaçının özü təqdim edib və ya iddiaçının özü həmin məlumatların əldə edilməsinə şərait yaratmışdır. , hal-hazırda mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən iddiaçının istifadəsində olan kart üzrə ayrılmış kredit xəttinin məbləği 6039 AZN müəyyən olunmuş və istifadəçinin sərəncamına verilmişdir. Bundan sonra iddiaçı tərəfindən istifadəsində olan həmin kart üzrə ayrılmış kredit xəttindən istifadə edilərək iddiaçının istifadəsində olan +**********29 mobil nömrəyə 3D təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə “M10” elktron pul kisəsinə köçürmə əməliyyatları aparılmışdır. Yəni iddiaçı olan müştəri tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 957.3-cü maddəsinə əsasən özünə məxsus hesaba sərəncamvermişdir. Göründüyü kimi faktiki olaraq kredit xətti Bank tərəfindən üçüncü şəxsin deyil, hazırki iş üzrə iddiaçı olan müştərinin özünə məxsus və xx.xx.2023-cü il tarixdən açılmış və mövcud olan hesabına ayrılmış, bununla da kredit vəsaiti müştərinin sərəncamına verilmiş və müştəri tərəfindən həmin hesaba sərəncamverilməklə kredit vəsaiti hesabına köçürmə əməliyyatları icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq əgər xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanı etibarsız hesab edilirsə, bu zaman həmin razılaşmaya əsasən iddiaçının sərəncamına verilmiş krediti vəsaiti Banka iddiaçı tərəfindən qaytarılmalı idi. Belə ki, həmin pul vəsaitlərinə sərəncam iddiaçının özü tərəfindən təhlükəsizlik kodlarının təsdiq edilməsi yolu ilə verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi əqdi etibarsız hesab etmiş, lakin əqdin etibarsızlığının nəticəsi olaraq restitusiya qaydasında tərəflərin ilkin vəziyyətə qaytarılması məsələsini düzgün həll etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir k, Kapital Bank müştərilərinə bank xidmətini Birbank tətbiqi vasitəsi ilə həyata keçirir. Birbank tərbiqindən qeydiyyatdan keçmək üçün müştəri üztanıma sistemindən istifadə etməli və ya kartın 16 rəqəmli kodunu daxil etməlidir. Həmçinin bir məsələyə də aydınlıq gətirmək istərdim ki, müştəri debet kartını almaq üçün müqaviləyə razılıq verərkən, o həmdə həmin kartın hesab, debet və kredit kartı kimi istifadəsinə razılıq vermiş hesab edilir. Qarşi tərəfin əsaslandığı digər hal isə xanımın analıq məzuniyyətində olmasıdır. İddiaçı analıq məzuniyyətində olsada, onun faktiki olaraq iş yeri mövcuddur. Mübahisəyə gəldikdə isə bank tərəfindən kredit alınması üçün tətbiq olunan bütün qaydalara riayət olunaraq, İddiaçı 6039 manat məbləğində kredit ayrılmışdır. Xanımdan üz kredit razılaşmasına dair üztanımadan keçməsi tələb edilməməsi onun artıq Birbank proqramında verifikasiyadan keçməsinin nəticəsidir. Yəni İddiaçı dair bütün məlumatlar tətbiqdə artıq mövcuddur. OTP-kodların göndərilməsi məsələsinə gəldikdə isə, bank o məsələ ilə məşğul olmur. OTP-kodlar bankın əməkdaşlıq etdiyi proqramlaşdırma şirkətləri tərəfindən göndərilməkdədir. O kodların istifadəsi müştərinin öz səlahiyyətindədir. Təhlükəsizlik meyarlarına gəldikdə isə, OTP-kodlar müştəriyə göndərilərkən koddan əlavə, göndərilmiş mesajın mətnində müştəriyə OTP-kodu başqa şəxslərə verməmək barədə xəbərdarlıq edilir. Üztanıma hər dəfəsində istifadə edilmir. Belə ki, müştəri ilə bir dəfə debet kartının alınmasına dair müqavilədə həmin kartın gələcəkdə kredit kartı kimi istifadə edilməsi üçün razılıq alınması hesab olunur. Mülki Məcəllənin 957-ci maddəsinə əsasən OTP- kod müştərinin öz sərəncamında olur. Yəni onun OTP-kodu başqasının istifadəsinə verməsi yaranmış mübahisənin müştərinin öz təqsiri ucbatından olmasına dəlalət edir. İddiaçı tərəfindən kredit götürülməsinə dair müraciət edilərkən üztanıma sistemi Tətbiq edilməli idi. Lakin bu edilməmişdir və tərəflərindən bank inkar edimir. Lakin iddiaçı tərəfindən də kodlar verilməsəydi həmin məbləğ çıxarıla bilməzdi.

18. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi qeyd etmişdir ki, dəfələrlə başqa nomrələrdən özü tərəfindən bankın rəsmi nomrəsinə zəng etməklə kreditin məhz üztanıma olmadan rəsmiləşdirilməsini istəsə də bunun heç bir halda mümkün olmayacağı barədə məlumat verilmişdir.

d) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 337.1-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-cü maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-cü maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-ci maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 746-2.5-cü maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cü maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”: 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir. 5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir.

21. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir.

2. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4. Bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2. Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsini xahiş etdiyindən, qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

28. Hazırki işin faktiki hallarına əsasən xx.xx.2024-cü il tarixdə özünü Cavabdeh ASC-nın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin onun kartına müdaxilə edərək kredit götürəcəyini bildirmiş, iddiaçı da təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Bundan sonra üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə limit artımı ilə bağlı onlayn qaydada müraciət edilmiş və İddiaçı istifadəsində olan plastik kartdan 6 dəfə ayrıayrılıqda 990 manat və bir dəfə 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh ASC iddiaçıya məxsus 416973******2163 nömrəli plastik kart hesabına 6039 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə başqa hesablara köçürülmüşdür. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bundan sonra limit artımı ilə bağlı yenidən həmin tarixdə müraciət edilmiş və əməliyyatın aparılması zamanı xəta baş verdiyi üçün həmin müraciət bankın əməkdaşına yönəldilmişdir. Əməkdaş iddiaçı ilə əlaqə saxladıqda iddiaçı tərəfindən onun tərəfindən belə bir müraciətin edilmədiyi bildirildiyi və həmin müraciətin ləğv edildiyi üçün Bankın əməkdaşı tərəfindən limit artımı ilə bağlı sonuncu müraciət ləğv edilmişdir. (Bankın əməkdaşı tərəfindən edilən zəng zamanı iddiaçı tanımadığı şəxs tərəfindən bundan qabaq ona edilən zəngin həqiqətən bank əməkdaşı tərəfindən edildiyinə və sanki real bank əməkdaşı tərəfindən dələduzluq halından xilas edildiyinə inanmaqda davam edirdi). Bankın əməkdaşı ilə danışıqdan bir neçə dəqiqə sonra iddiaçı ona 6039 manat kredit xətti ayrıldığını görmüş və həmin pulun başqa karta yükləndiyi əks olunmuşdu. Dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat verdikdə, bu barədə polisə məlumat verməli olduğu bildirilmişdir.

29. Hazırda iddiaçı Cavabdeh ASC ilə bağlanmış 14 mart 2024-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi və ona vurulan maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir və iddiasını xx.xx.2024-cü il tarixdə 6039 manat kreditin götürülməsinin onun tərəfindən icra edilmədiyini, kredit götürmək niyyətinin olmadığını, ona zəng edən şəxs tərəfindən aldadılmaqla, yəni, onun bank əməkdaşı olmasına inandırılmaqla təhlükəsizlik kodunu ötürməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılmasının baş verdiyini, həmin əməliyyatların məxfi saxlanılmalı olan məlumatların və 3D Secure kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparıldığını, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyətin müştəriyə aid olmasını, debet kartın verilməsinə dair iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşımasına dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək iddianın rədd olunmasını xahiş edir.

30. Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.)

31. Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.

32. Cavabdeh bank iddiaçı ilə xx.xx.2023-cü il tarixdə X6 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparıldığını, bundan sonra həmin müştəri tərəfindən həyata keçirilən istənilən əməliyyatın məhz onun tərəfindən icra edilmiş kimi qəbul edildiyini bildirərək, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və buna görə də xx.xx.2024-cü il tarixli müqavilə bağlanarkən bank tərəfindən qaydalara əməl olunmasını iddia edir.

33. Yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətlənməklə bank xx.xx.2024-cü il tarixli müqavilə əsasında ona 6039 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, kimi elementlərdən istifadə təmin edilməmişdir. Nəticədə isə məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı tərəfindən isə OTP kodun verilməsi sonuncu ilə bank arasında kreditin ayrılmasına dair müqavilə bağlanması üçün iradə ifadəsinin mövcudluğuna dələlət eləmir.

34. Belə olan halda bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə yükləməklə, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda bank müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da saysız-hesabsız məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmışdır.

35. Halbuki Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzərə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməsi, eləcə də tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 8.2-ci yarımbəndində “Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir” müddəası nəzərdə tutulmuşdur.

36. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar xx.xx.2024-cü il tarixdən etibarən aidiyyəti orqanlara Cavabdeh ASC-nin 196 qaynar xətt xidmətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına, Abşeron Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir.

37. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.

38. Bankın özünün də iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda “dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir” bildirməsi artıq onun müvafiq müqavilələr bağlanarkən aldadılma hallarından xəbərdar olmalı olduğunu təsdiq edir və bunun nəticəsidir ki, iddiaçı kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 6039 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

39. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır.

41. Qanunvericiliyinh tələbi baxımından qeyd edilməlidir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görmür.

41. Belə ki, qanunvericiliuyin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən İddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir.

42. Beləliklə, əqdin etibarsız hesab edilməməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən, yəni hazırki məsafədən bağlanan müqavilə üzrə cavabdeh tətəfindən qaqnunvericiliyin tələblərinə riayət edilməməklə həyata keçirildiyindən, iddiaçının iradə ifadəsi heç bir halda mövcud olmadığından həmin müqavilə üzrə öhdəlikləri qəbul etmiş hesab edilməməklə həmin öhdəliyinin icrasına da cavabdeh olmamaqla İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3148/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3148/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar