Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2360/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, məsafədən kredit müqaviləsinin bağlanması, aldadılma, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-77 9/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X2 Kart Müqaviləsinə əsasən, bank İddiaçı xx.xx.2026-cı il tarixədək ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır.
2. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanması göstərilmiş xx.xx.2024-cü il tarixli “X2 kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği illik 27 faiz ödəmək şərtilə 6039 manat müəyyən ol unmuşdur
3. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı müraciəti cavablandırılması üçün aidiyyəti üzrə Cavabdeh ASC-yə göndərilmiş, müraciətə baxılması nəticəsi barədə Mərkəzi Banka və müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur
4. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində olan plastik kartdan 6 dəfə ayrı-ayrılıqda 990 manat və bir 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3 D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir.
5. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k bina 73,mənzil 24-də yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək özünü Cavabdeh ASCnin əməkdaşı kimi təqdim etmiş şəxsin onun kart məlumatlarını əldə etdikdən sonra 4169 7388 1565 2163 saylı hesabından 6.000 manat pulun naməlum şəxs(lər) tərəfindən çıxarılmasını aşkar etməsi barədə məlumat vermiş və bu barədə fakta görə Azərbaycan Respublika sı CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilməklə ibtidai istintaqın aparılması qərara alınmışdır.
6. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.
7. Cavabdeh ASC-nin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 2024/111/25678 saylı məktuba əsasən, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə - Bank) daxil olmuş xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq bildiririlir ki, aşağıda qeyd olunanlara əsasən X2 Kart müqaviləsi bağlandıqdan sonra müvafiq müqavilənin şərtlərinə əsasən həmin müştəriyə məsafədən kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparılması mütləq şərt kimi müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırki məhsul üzrə tərəflər arasında bağlanılan X2 Kart müqaviləsinin müvafiq şərtinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Qanunvericiliyin normalarına əsasən tərəflər kredit xəttindən istifadə edilməsi məqsədi ilə bağlanılacaq müqavilənin və ya razılaşmanın bağlanılması zamanı şəxsi imzanın başqa analoqundan istifadə edilməsi imkanını X2 Kart müqaviləsində müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, sözügedən məhsul üzrə bağlanılmış X2 Kart müqaviləsinə nəzər yetirdikdə müəyyən edilir ki, müqavilədə kredit şərtləri (illik faiz dərəcəsi, taksit və qeyri-taksit əməliyyatlarında dair məlumat, faizlərin hesablanma sı, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Bu səbəbdən həmin kartlarda kredit xəttinin limiti 0 olaraq müəyyən edilir. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və onlayn qaydada videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yeniləyə (kredit xəttinin limitini artıra) bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, İddiaçı tərəfindən də kredit xə ttindən istifadə edilməsi məqsədi ilə Banka edilmiş müraciəti müqavilə şərtlərinə əsasən texnoloji vasitələrlə edilmiş, şəxsi imza analoqundan istifadə edilməklə müvafiq razılaşma imzalanmış və onun kredit xətti yenilənərək, yəni kredit xəttinin limiti artırılaraq 6039 AZN müəyyən olunmuşdur və bu zaman yuxarıda qeyd olunanlara əsasən tələb olunmadığından, həmçinin müştəri eyniləşdirilmiş müştəri olduğundan (belə ki, X2 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılır, həmçinin birbank mobil tətbiqindən qeydiyyatdan keçərkən eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu aparılır, daha sonra tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edilir) videogörüntü üsulundan i stifadə edilməklə üztanıma əməliyyatı aparılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC (bundan sonra “cavabdeh” və ya “Bank”) ilə 14 mart 2024-cü il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi, vurulan maddi və mənəvi zərərə görə 100000 manat və dövlət rüsumuna görə ödənilmiş 390 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin kartına müdaxilə edərək kredit götürəcəyini bildirmişdir. İddiaçı təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Dərhal Cavabdeh ASC-nin qaynar xəttindən iddiaçıya zəng gələrək ona kredit xətti üçün müraciət etdiyini bildirmişlər. İddiaçı isə kredit istəmədiyini, bunun üçün müraciət etmədiyini söyləmiş, lakin bir neçə dəqiqədən sonra 6039 ( altı min otuz doqquz) manat kredit xətti ayrıldığını və həmin pulun başqa karta yükləndiyinin əks olunduğunu görmüşdür. İddiaçı dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat verdikdə, bu barədə polisə məlumat verməli olduğu bildirilmişdir. Bundan sonra iddiaçı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müra ciət etmişdir. İddiaçının kartına onun videgörüntülü icazəsi olmadan kredit xətti ayrılması mümkünsüzdür. İddiaçı Cashback kartını debet kart üçün istifadə edirdi və Banka kredit yox, debet kart üçün müraciət etmişdir. Onun təqsiri olmadan 6039 manat kredit xətti ayrılmış, tanımadığı insanlar tərəfindən çəkilməsinə baxmayaraq iddiaçının adı qanunsuz şəkildə borclu kimi gedir. 3 aydır ki, bir çox yerə və polisə rəsmi ərizə ilə müraciət etsə də, pozulmuş hüququnu bərpa edə bilməmişdir. Buna görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir.
10. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazda qeyd edilib ki, iddiaçının özünün də bildirdiyi kimi, ona özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs zəng etmiş və o, eyniləşdirmə məlumatlarını, özünə məxsus kart məlumatlarını, müvafiq əməl iyyatların aparılması üçün onun qeydiyyatda olan mobil nömrələrinə göndərilmiş 3D Secure kodlarını həmin şəxsə, yəni üçüncü şəxsə bildirmişdir (iş materiallarına diskdə təqdim edilmiş səs yazısından da müəyyən edilir). Nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə banklar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X2 Kart Müqaviləsinin: 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kar tın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İddiaçı Bankı mobil bank tətbiqi olan "Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +**********33 mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təy inatı üzrə Samsung SMG990B2 cihazında istifadə etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun Birbank qeydiyyatı başqa cihaza (Samsung SMM225FV) dəyişmişdir. Qeyd edilməlidir ki, "Birbank” mobil tətbiqinin qeydiyyatını dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutmaması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +**********33 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur (təsdiqedici müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir). Bundan sonra "Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X2 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq limit artımı üçün müraciət edilmiş və xx.x x.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X2 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən kredit xəttinin məbləği 6039 AZN müəyyən olunmuşdur. BRCB0640065B299 nömrəli xx.xx.2023-cü il tarixli X2 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15000 artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı bildirir ki, Bankın əməkdaşı tərəfindən ona limit artımı ilə bağlı zəng edilmiş və o, onun tərəfindən belə bir müraciətin edilmədiyini bildirmiş, müraciətin ləğv edilməsini xahiş etmiş və Bankın əməkdaşı tərəfindən müraciət ləğv edilmişdir. Bunun üçün limit artımı baş verməməli idi. Bununla əlaqədar bildirilir ki, Bank tərəfindən həmin zəng ilə əlaqədar müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, limit artımı ilə bağlı onlayn qaydada müraciət xx.xx.2024-cü il tarixdə saat 12:24:11PM-də edilmiş və uğurla yekunlaşmışdır. Bundan sonra limit artımı ilə bağlı yenidən həmin tarixdə saat 12:34:58 pm-də müraciət edilmiş və əməliyyatın aparılması zamanı xəta baş verdiyi üçün həmin müraciət əməkdaşa yönəldilmişdir. Əməkdaş tərəfindən xx.xx.2024-cü il tarixdə saat 12:37:38 PM-də iddiaçıya zəng edilmiş və zəngə cavab verilməmiş, b undan sonra əməkdaş tərəfindən 12:38:23 PM-də təkrarən zəng edilmiş, zəngə cavab verilmiş və iddiaçı tərəfindən zəngə cavab olaraq onun tərəfindən belə bir müraciətin edilmədiyini bildirildiyi və həmin müraciətin ləğv edildiyi üçün Bankın əməkdaşı tərəfindən müraciət ləğv edilmişdir (qeyd olunanları təsdiq edən sübutlar (səs yazısı, sistemdən zənglərin edilməsinə dair məlumatı əks etdirən çıxarış, “Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarış) diskdə təqdim edilir). Məhkəmənin nəzərinə çatdırılır ki "Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət xx.xx.2024-cü il tarix də saat 12:24:11 PM-də edilmiş, yəni proses başladılmış, 12:24:51 PM-də isə yekunlaşmışdır. Bununla da kredit xəttinin məbləği 6039 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçıya məxsus +**********29 möbil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 12:25:40, 12:29:50, 12:30:33, 12:31:10, 12:32:29, 12:32:05, 12:33:03, 12:33:55-də göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri "M10” elektron pul kisəsinə köçürülmüşdür (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir). İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılması baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanı lmalı olan məlumatların edilməsi yolu ilə aparılmışdır. Hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, delikt öhdəliyinin qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: Törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hər əkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (sə bəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Odur ki, məhkəmədən iddianın rədd olunması xahiş olunur.
11. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3148/2024 nömrəli 18 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdeh ilə iddiaçı arasında bağlanması göstərilmiş “X2 kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli Əlavə razılaşmanın etibarsız hesab edilməsi və iddiaçının adının kredit reyestrindən silinməsi i lə bağlı cavabdeh tərəfindən tədbirlərin görülməsi, ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdehə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. (hakim Həbibə Miriyeva).
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X1 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası VƏ video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. Bundan başqa bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə, autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.
13. Cavabdeh iddiaçı ilə xx.xx.2023-cü il tarixdə X2 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparıldığını, bundan sonra həmin müştəri tərəfindən həyata keçirilən istənilən əməliyyatın məhz onun tərəfind ən icra edilmiş kimi qəbul edildiyini bildirərək, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və buna görə də xx.xx.2024-cü il tarixli müqavilə bağlanarkən bank tərəfindən qaydalara əməl olunmasını iddia edir.
14. Birinci instansiya məhkəməsi göstərmişdir ki, yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. xx.xx.2023-cü il tarixli müqavilə bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətl ənməklə bank xx.xx.2024-cü il tarixli müqavilə əsasında ona 6039 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə Bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh Bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar xx.xx.2024-cü il tarixdən etibarən aidiyyəti orqanlara – Bankın 196 qaynar xətt xidmətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına, Abşeron Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bankın özünün də iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda “dələduzluq hallarının qarşısının alınması üçün müştər ilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir” bildirməsi artıq onun müvafiq müqavilələr bağlanarkən aldadılma hallarından xəbərdar olmalı olduğunu təsdiq edir və bunun nəticəsidir ki, iddiaçı kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 6039 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır.
16. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır.
17. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən diqqətə çatdırmışdır ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir.
18. Birinci instansiya məhkəməsi etibarsız hesab edilən xx.xx.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görməmiş və fikrini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə birbirindən aldıqlarına münasibətdə tətbiq o luna bilər. Hazırkı işin hallarından isə mübahisələndirilən müqavilə bağlanarkən iddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir. Bununla belə cavabdehə restitusiya qaydasında faktiki krediti götürmüş şəxs(lər)ə qarşı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilir.
19. Eyni zamanda məhkəmə tərəfindən pulun kimin hesabına köçürülməsinin müəyyənləşdirilməsindən ötrü müvafiq araşdırmalar aparılmış, Bankdan, habelə "Pasha Pay” MMC-dən iddiaçının adına olan (X4 416973******2163) kartdan xx.xx.2024-cü il tarixdən hal-hazıradək aparılan maliyyə əməliyyatları barədə məlumatların götürülməsi ilə bağlı qərardadın icrası nəticəsində məbləğin “Unibank “KB ASC tərəfindən verilmiş 4 ayrıayrı kartlara köçürülməsi müəyyən edilmişdir.
20. Birinc i instansiya məhkəməsi iddia tələbinin “kredit xəttinin bağlanması, kredit reyestrindən adının silinməsi” hissəsinə münasibətdə qeyd edir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən iddiaçının yuxarıda adı qeyd olunan reyestrdə Bank qarşısında xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Bu səbəbdən iddia həmin hissədə təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi iddianın maddi və mənəvi zərərə görə 100.000 manatın ödənilməsi hissəsinə münasibətdə göstərmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cavabdeh tərəfindən ona maddi ziyan vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
22. Mənəvi zərərlə bağlı isə birinci instansiya məhkəməsi hesab e tmişdir ki, mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminatla təmin etməklə keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Hazırkı halda məhkəmə tərəfindən müqavilə etibarsız sayıldığından mənəvi zərərin təsirinin azalması və ya aradan qalxması labüddür. Belə olan halda iddianın maddi və mənəvi zərər hissəsinin təmin edilməməsi məqsədəmüvafiqdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 125, 129-cu, Mülki Məcəllənin 5, 33 1, 337, 339, 406.3, 746-2.5, 7462.6, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Mərkəzi X1 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5-ci, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavənin 3 və 6-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilən hissəsinin ləğv, həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstər ilmişdir ki, mübahisələndirilən əməliyyatların (“Birbank” mobil tətbiqinin qeydiyyatının dəyişdirilməsi, hesab üzrə sərəncam verilməsi ilə əlaqədar və s. əməliyyatların) aparılması məxfi saxlanılmalı olan məlumatların daxil edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə mümkündür. İş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, məxfi saxlanılmalı olan məlumatlar daxil edilmiş, təhlükəsizlik kodları göndərilmiş və təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir. İddiaçı həmin əməliyyatların onun tərəfindən aparılmamasını bildirsə də, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin əməliyyatların özü tərəfindən deyil, üçün şəxs tərəfindən aparılması halı öz təsdiqini tapsa belə, nəzərə alınmalı dır ki, bu halın baş verməsi iddiaçının təqsiri ucbatından baş vermiş olacaqdır. Belə ki, həmin məxfi saxlanılmalı olan məlumatlar və onun tərəfindən təqdim edilən və onun istifadəsində olan mobil nömrələrə smslə göndərilmiş birdəfəlik təhlükəsizlik kodları yalnız iddiaçıya məlumdur, üçüncü şəxs tərəfindən daxil edilirsə, bu o deməkdir ki, iddiaçının özü təqdim edib və ya iddiaçının özü həmin məlumatların əldə edilməsinə şərait yaratmışdır. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X2 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən iddiaçının istifadəsində olan kart üzrə ayrılmış kredit xəttinin məbləği 6039 AZN müəyyən olunmuş və istifadəçinin sərəncamına verilmişdir. Bundan sonra iddiaçı tərəfindən istifadəsində olan həmin kart üzrə ayrılmış kredit xəttindən istifadə edilərək iddiaçının istifadəsində olan +**********29 mobil nömrəyə 3D təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə “M10” elktron pul kisəsinə köçürmə əməliyyatları aparılmışdır. Yəni iddiaçı olan müştəri Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən özünə məxsus hesaba sərəncam vermişdir. Göründüyü kimi faktiki olaraq kredit xətti Bank tərəfindən üçüncü şəxsin deyil, hazırki iş üzrə iddiaçı olan müştərinin özünə məxsus və xx.xx.2023-cü il tarixdən açılmış və mövcud olan hesabına ayrılmış, bununla da kredit vəsaiti müştərinin sərəncamına verilmiş və müştəri tərəfindən həmin hesaba sərəncam verilməklə kredit vəsaiti hesabına köçürmə əməliyyatları i cra edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X2 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma etibarsız hesab edilirsə, bu zaman həmin razılaşmaya əsasən iddiaçının sərəncamına verilmiş krediti vəsaiti Banka iddiaçı tərəfindən qaytarılmalı idi. Belə ki, həmin pul vəsaitlərinə sərəncam iddiaçının özü tərəfindən təhlükəsizlik kodlarının təsdiq edilməsi yolu ilə verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi əqdi etibarsız hesab etmiş, lakin əqdin etibarsızlığının nəticəsi olaraq restitusiya qaydasında tərəflərin ilkin vəziyyətə qaytarılması məsələsini düzgün həll etməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-779/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmi n edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov).
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hazırkı işin faktiki hallarına əsasən xx.xx.2024-cü il tarixdə özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin onun kartına müdaxilə edərək kredit götürəcəyini bildirmiş, iddiaçı da təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Bundan sonra üçüncü şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə limit artımı ilə bağlı onlayn qaydada müraciə t edilmiş və iddiaçının istifadəsində olan plastik kartdan 6 dəfə ayrıayrılıqda 990 manat və bir dəfə 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında Bank iddiaçıya məxsus 416973******2163 nömrəli plastik kart hesabına 6039 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə başqa hesablara köçürülmüşdür. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bundan sonra limit artımı ilə bağlı yenidən həmin tarixdə müraciət edilmiş və əməliyyatın aparılması zamanı xəta baş verdiyi üçün həmin müraciət bankın əməkdaşına yönəldilmişdir. Əməkdaş iddiaçı ilə əlaqə saxladıqda iddiaçı tərəfindən onun tərəfindən belə bir müra ciətin edilmədiyi bildirildiyi və həmin müraciətin ləğv edildiyi üçün Bankın əməkdaşı tərəfindən limit artımı ilə bağlı sonuncu müraciət ləğv edilmişdir. (Bankın əməkdaşı tərəfindən edilən zəng zamanı iddiaçı tanımadığı şəxs tərəfindən bundan qabaq ona edilən zəngin həqiqətən bank əməkdaşı tərəfindən edildiyinə və sanki real bank əməkdaşı tərəfindən dələduzluq halından xilas edildiyinə inanmaqda davam edirdi). Bankın əməkdaşı ilə danışıqdan bir neçə dəqiqə sonra iddiaçı ona 6039 manat kredit xətti ayrıldığını görmüş və həmin pulun başqa karta yükləndiyi əks olunmuşdu. Dərhal 196 qaynar xəttinə zəng vuraraq məlumat verdikdə, bu barədə polisə məlumat verməli olduğu bildirilmişdir.
28. Hazırda iddiaçı 14 mart 2024-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit xəttinin ba ğlanması, kredit reyestrindən adının silinməsi və ona vurulan maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş edir və iddiasını xx.xx.2024-cü il tarixdə 6039 manat kreditin götürülməsinin onun tərəfindən icra edilmədiyini, kredit götürmək niyyətinin olmadığını, ona zəng edən şəxs tərəfindən aldadılmaqla, yəni, onun bank əməkdaşı olmasına inandırılmaqla təhlükəsizlik kodunu ötürməsi ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək iddiaçının təqsiri üzündən sözügedən əməliyyatların aparılmasının baş verdiyini, həmin əməliyyatların məxfi saxlanılmalı olan məlumatların və 3D Secure kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparıldığını, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələr inə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyətin müştəriyə aid olmasını, debet kartın verilməsinə dair iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşımasına dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək iddianın rədd olunmasını xahiş edir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X1 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləş dirilməsinin rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə aparılması qaydasını müəyyən etmişdir. (5.5.2.)
30. Bundan başqa, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılmasının rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilmə imkanını nəzərdə tutmuş, hətta bankın bu qaydada hesabın açılmasını riskli hesab etdiyi halda, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda (SMS OTP kod vasitəsilə) video çəkiliş üsulunu video zəng ilə əvəz etmək üsulunu tətbiq edə bilməsi məsələsini tənzimləmişdir. Gücləndirilmiş müştəri aut entifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.
31. Cavabdeh Bank iddiaçı ilə xx.xx.2023-cü il tarixdə X2 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatının aparıldığını, bundan sonra həmin müştəri tərəfindən həyata keçirilən istənilən əməliyyatın məhz onun tərəfindən icra edilmiş kimi qəbul edildiyini bildirərək, kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün üztanıma əməliyyatı aparılmadan kredit xəttinin yenilənə bilinməsini və buna görə də xx.xx.2024-cü il tarixli müqavilə bağlanarkən bank tərəfindən qaydalara əməl olunmasını iddia edir.
32. Yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə bağlanark ən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətlənməklə bank xx.xx.2024-cü il tarixli müqavilə əsasında ona 6039 manat məbləğində yeni kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə Bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, kimi elementlərdən istifadə təmin edilməmişdir.
33. Nəticədə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı tərəfindən OTP kodun verilməsi sonuncu ilə Bank arasında kreditin ayrılmasına dair müqavilə bağlanması üçün i radə ifadəsinin mövcudluğuna dəlalət eləmir.
34. Belə olan halda Bankın “müqavilədə kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə müştərinin məsuliyyət daşıması”na dair müddəanın nəzərdə tutulduğunu əsas gətirərək məsuliyyəti yalnız müştərinin üzərinə yükləməklə, özünü baş verə biləcək neqativ hallardan sığortalaması, mövcud reallıq üzrə baş verən dələduzluq hallarının yayılması fonunda Bankın müvafiq problemlərlə bağlı məhkəmənin icraatında kifayət qədər analoji işlərin olmasını bildiyi halda, təhlükəsizlik tədbirlərini lazımi qaydada, yəni, yuxarıda göstərilən tələblərə uyğun həyata keçirməmişdir ki, bu da saysız-hesabsız məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarmışdır
35. Halbuki Qaydaya 6 saylı əlavədə video eyniləşdirmə zamanı mümkün əməliyyat və digər risklər nəzə rə alınaraq lazımi səviyyədə təhlükəsizlik tədbirləri görülməsi, eləcə də tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 8.2-ci yarımbəndində “Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir” müddəası nəzərdə tutulmuşdur.
36. Göstərilən qaydalarda müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına salır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilmə si ehtimal edilən cinayətlə əlaqədar xx.xx.2024-cü il tarixdən etibarən aidiyyəti orqanlara Cavabdeh ASC-nin 196 qaynar xətt xidmətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına, Abşeron Rayon Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir
37. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün eti barsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
38. Bankın özünün də iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda “dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir” bildirməsi artıq onun müvafiq müqavilələr bağlanarkən aldadılma hallarından xəbərdar olmalı olduğunu təsdiq edir və bunun nəticəsidir ki, iddiaçı kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 6039 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqti sadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
39. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğu n olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır.
40. Qanunvericiliyinh tələbi baxımından qeyd edilməlidir ki, kredit müqaviləsi etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2024-cü il tarixli Əlavə razılaşma üzrə restitusiya (müqavilə üzrə götürülmüş kreditin qaytarılması ilə bağlı) tətbiq olunmasına zərurət görmür.
41. Belə ki, qanunvericiliyin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işin hallarından is ə mübahisələndirilən müqavilə bağlanarkən iddiaçı tərəfindən hər hansı pul vəsaitinin əldə edilmədiyi müəyyən edilmişdir.
42. Beləliklə, apelyasiya instansiyası belə qənaətə gəlmişdir kİ, əqdin etibarsız hesab edilməməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən, yəni hazırki məsafədən bağlanan müqavilə üzrə cavabdeh tərəfindən qaqnunvericiliyin tələblərinə riayət edilməməklə həyata keçirildiyindən, iddiaçının iradə ifadəsi heç bir halda mövcud olmadığından həmin müqavilə üzrə öhdəlikləri qəbul etmiş hesab edilməməklə həmin öhdəliyinin icrasına da cavabdeh olmamaqla iddiaçının cavabdehə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur
43. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3, 406.3, 746-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv, həmin hissələrdə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassator şikayətini belə əsaslandırmışdır ki, iddiaçının məlumat və iradəsi olmadan mübahisəli əməliyyatların aparıldığı iddia edilsə də, iş materialları bunun əksini sübut edir. Belə ki, Kredit limiti artımı və 3D Secure əməliyyatları iddiaçının şəxsi məlumatları və onun istifadəsində olan mobil nömrəyə göndərilmi ş birdəfəlik 3D təhlükəsizlik kodları vasitəsilə həyata keçirilmişdir. Bu əməliyyatlar gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə baş tutmuşdur. İddiaçının SMS bildirişləri aldığı və bu kodların daxil edilərək təsdiqləndiyi sistem çıxarışları ilə sübuta yetirilmişdir. Mülki Məcəllənin 957.4-cü maddəsinə əsasən, əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Hazırkı vəziyyətdə isə əməliyyatlar kart sahibi olan iddiaçının sərəncamı əsasında və qanuni autentifikasiya ilə icra edilmişdir. Həmçinin kredit vəsaiti tərəflər arasında razılaşmaya əsasən iddiaçının sərəncamına verilmişdir və ü çüncü şəxsə deyil, iddiaçının öz kart hesabına köçürülərək onun tərəfindən istifadə olunmuşdur. Bu səbəbdən, müqavilə etibarsız hesab edilirsə belə, məhkəmə restitusiya qaydasında həmin kredit vəsaitinin Banka qaytarılması məsələsini həll etməli idi. Aşağı instansiya məhkəmələrinin bu məsələni qiymətləndirməməsi qanunun tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz vermişdir. Etirazda işin faktiki hallarına istinad edilməklə, kassasiya şikayətinin əsassız olması qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlaya n şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. M addə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yax ud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yo lu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 746- 2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Maddə 746-2.6. İstehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X1 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” Bənd 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iş tirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. Bənd 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. Bənd 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. Bənd 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən ye ni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyrirezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. Bənd 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnı z müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. M addə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
48. İddiaçı cav abdehlə bağlanmış 14.03.mart tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının tələbinin əsaslarından görünür ki, iddiaçını kredit götürmək niyyəti olmayıb, özünü Bankın əməkdaşı kimi təqdim edən şəxs iddiaçını aldadıb, Bank isə müqavilə bağlanarkən zəruri tədbirlər görməyib, iddiaçının ilə eyniləşdirilməsi ilə bağlı vəzifələrini yerinə yetirməyib.
49. Cavabdehin iddiaya etirazının ümumi mahiyyəti ondan ibarətdir ki, iddiaçı özünə məxsus kart məlumatlarını, müvafiq əməliyyatların aparılması üçün onun qeydiyyatda olan mobil nömrələrinə göndərilmiş 3D Secure kodlarını ona özünü Bankın əməkdaşı kimi təqdim etmiş üçüncü şəxsə bildirmiş, bununla da iddiaçı müavilənin bağlanmasına razılıq vermiş və bunun nəticələrinin məsuliyyətini də iddiaçı daşıyır.
50. Birinci instansi ya məhkəməsi iddiaçının dəlilləri ilə razılaşaraq iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı üçüncü şəxs tərəfindən aldadılmış, həmçinin Bank Azərbaycan Respublikası Mərkəzi X1 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda nəzərdə tutulan vəzifələrini yerinə yetirməmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə bu hissədə tam razılaşmışdır.
52. İşdən görünür ki, məhkəmələr iddianın hüquqi əsası kimi Mülki Məcəllənin digər normaları ilə yanaşı, 339.2 və 339.3-cü maddələrinə istinad etmişlər.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dəlilləri baxımından hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələri təşkil etsə də, mə hkəmələr tələbi həmin normalar baxımından qiymətləndirməmiş, yalnız ona istinad etməklə kifayətlənərək qeyd edilən hüquq normalarını pozmuşlar.
54. Belə ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər (Mülki Məcəllənin 399.2-ci maddəsinin birinci cümləsi). Üçüncü şəxs tərəfindən aldadılma halında isə əqd o halda etibarsız hesab oluna bilər ki, bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun (Mülki Məcəllənin 339.3-cü maddəsi).
55. Göründüyü kimi, qeyd olunan maddi hüquq normaların dispozisiya şərtlərinə görə, əqd o halda etibarsız hesab oluna bilər ki, 1) tərəf əqdin bağlanması məqsədi ilə üçüncü şəxs tərəfindən aldadılsın; 2) əqdin digər tərəfi bu əqddən fayda götürsün; 3). o, aldatmadan xəbərdar olsun və ya xəbərdar olm alı olsun.
56. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının üçüncü şəxs tərəfindən əqdin bağlanması məqsədi ilə aldadıldığını iddia etdiyi halda məhkəmələrin araşdırmalı olduğu məsələlər yuxarıda qeyd edilən 2 və 3-cü şərtlərin mövcudluğu olmalı idi.
57. Mülki Məcəllənin 743.1-ci maddəsinə görə, kredit müqaviləsi üzrə borcalan pul vəsaitinə mülkiyyət hüququnu aldığından, borcverən isə pul vəsaitinə görə faizlər və müqavilədə göstərilən digər ödənişləri almaq hüququna malik olduğundan, müqavilənin hər iki tərəfinin bu müqavilədən fayda götürmələri nəticəsinə gəlmək olar.
58. Bununla belə, Mülki Məcəllənin 339.3-cü maddəsinin 3-cü şərti hazırki mübahisəyə tətbiq edilməklə, cavabdeh Bankın iddiaçının əqdin bağlanması məqsədi ilə aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) da sübut olunmalıdır.
59. Apellyasiya məhkəməsi cavabdehin bundan xəbərdar olması ilə bağlı halı, ümumiyyətlə, diqqətdən qaçırmış, bu yöndə hər hansı qiymətləndirmə aparmamışdır. Halbuki, məhkəmə cavabdeh Bankın aldatmadan xəbərdar olması (və ya ola bilməli olması), bu faktla nəticə arasında səbəbli əlaqənin mövcudluğunu adı çəkilən maddi hüquq norması baxımından əsaslandırmalı idi.
60. Bundan əlavə, mübahisələndirilən müqavilə bağlanarkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının 04 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»na əməl edilməməsi ilə bağlı gəlinən nəticə də əsaslı deyil.
61. Qeyd olunmalıdır ki, elektron-informasiya tex nologiyalarının inkişafı və bunun ictimai münasibətlərinin bütün sahələrinə təsir etməsi hamıya bəlli olan haldır. O cümlədən, banklarla müştərilər arasında bank xidmətləri haqqında müqavilələrin məsafədən bağlanması, internet resursları vasitəsi ilə quraşdırılmış proqramlardan istifadə edilməklə bank hesablarının idarə olunması, əməliyyatların həyata keçirilməsi hər kəs üçün gündəlik adi hərəkətlərə çevrilmişdir.
62. Təsadüfi deyil ki, qanunvericilik də bu istiqamətdə inkişaf etməklə, Mülki Məcəllədə istehlak kredit müqaviləsinin məsafədən, bir və ya bir neçə rabitə vasitəsindən istifadə edilməklə bağlanmasını nəzərdə tutmuşdur (Mülki Məcəllənin 746-2.5, 746-2.6-cı maddələri).
63. İş materiallarından müəyyən olunur ki, cavabdeh Bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsi il ə bağlanmasını, bu məqsədlə iddiaçının bir neçə prosedurları icra etməsini göstərmiş və dəlilinin təsdiqi kimi işə əlavə edilən 3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarışa istinadən qeyd etmişdir ki, iddiaçı tərəfindən limit artımı ilə bağlı uğurlu müraciət xx.xx.2024-cü il tarixdə saat 12:24:11 PM-də edilmiş, yəni proses başladılmış, 12:24:51 PM-də isə yekunlaşmışdır. Bununla da kredit xəttinin məbləği 6039 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçıya məxsus +**********29 möbil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 12:25:40, 12:29:50, 12:30:33, 12:31:10, 12:32:29, 12:32:05, 12:33:03, 12:33:55-də göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri "M10” elektron pul kisəsinə köçürülmüşdür. İddiaçının istifadəsində olan plasti k kartdan 6 dəfə ayrı-ayrılıqda 990 manat və bir 100 manat məbləğində əməliyyatlar icra edilmişdir. Əməliyyatlar mobil nömrəyə bank tərəfindən göndərilmiş OTP və 3 D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir.
64. İşdən görünür ki, nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə və bununla bağlı təqdim etdiyi sənədlərə istinad etməmiş, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozaraq həmin sənədlərdə əks olunan məlumatları, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir.
65. Həmçinin iddiaçının özünün məxfi olan məlumatları üçüncü şəxsə verməmək, verdiyi halda bunun məsuliyyətini daşımalı olması barədə vəzifəsi olmasına baxmayaraq, onun istər müqaviləni bağlanmasına, istərsə də sonradan vəsaitin silinməsinə dair 3D təhlü kəsizlik kodlarını üçüncü şəxsə verməsi kimi işin mühüm xüsusatına qiymət verilməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, özünü Bankın əməkdaşı kimi təqdim etmiş şəxs iddiaçının mobil nömrəsinə zəng edərək ona plastik kartında problem olduğunu və hər hansı bir şəxsin kartına müdaxilə edərək kredit götürəcəyini bildirmiş, iddiaçı təşvişə düşərək kredit istəmədiyini, belə bir müraciətinin olmadığını dediyi zaman ondan plastik kartının təhlükəsizlik kodu istənilmiş, kodu dedikdən sonra telefon söndürülmüşdür. Başqa sözlə, iddiaçı özü də ərizəsində şübhələnməsinə baxmayaraq, təhlükəsizlik kodunu kənar şəxsə verdiyi bildirmişdir.
66. Azərbaycan Respublikası Mərkəzi Bankının 04 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanmas ı Qaydası»nın 5.1-ci bəndinə əsasən Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.
67. Məhkəmə kollegiyasının qənaətinə görə, işin halları baxımından mübahisələndirilən müqavilənin bağlanmasında cavabdeh tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının 04 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası»na əməl edilməməsi X5 ilə təsdiq olunan Qaydalara uyğun olub-olmaması barədə Mərkəzi Bankdan mütəxəssis rəyinin alınması işin düzgün və ədalətli həlli üçün əhəmiyyətli ola bilərdi. Buna görə də Azərbaycan Respublikası Mərkəzi Bankın ın mütəxəssislərinin işə cəlb olunmaqla qeyd olunan məsələ ilə bağlı müvafiq mütəxəssis rəyi alınmalı, hətta cavabdeh tərəfindən həmin qaydalara əməl edilmədən müqavilənin bağlanması müəyyən edildiyi halda da müqavilənin etibarsızlığına həmin hallar kontekstdə qiymət verilməli idi.
68. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalar ını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-779/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.