Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5442/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X6rşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu, mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh X9 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh X6rşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X16 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir.
2. Həmin hökmlə müəyyən oilunmuşdur ki, X28 10 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində Cavabdeh MMC-yə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi "Hyundai HD72” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran- Hamarat avtomobil yolunun Lerik rayonunun Piran kəndindən keçən 1-ci km-də Lənkəran-Lerik avtomobil yoluna doğru geriyə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru manevr etdirməməli, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili geriyə hərəkət etdirərək yolun hərəkət zolağında onunla eyni istiqamətdə hərəkətdə olan piyada X15 avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada X4 qalça, qasıq və oturaq sümüklərinin sınıqları və peritonarxası qanaxma, hər iki böyrəyin, sidik kisəsinin zədələnməsi, daxili qanaxma, sol baldır sümüklərinin sınıqları, penis-xayalar nahiyəsində yayılmış qansızma-hematoma, sol bud-qasıq, sağ bud, sol baldır nahiyələrində qançırlar, sol bud, sol baldır nahiyələrində sıyrıqlar kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir.
3. 29 sentyabr 1959-cu il təvəllüdlü X20 ilə xx xxxxxxx 1962-ci il təvəllüdlü İddiaçı 06 avqust 1983-cü ildə nikaha daxil olmuşlar, X14 onların nikahlarından doğulan övladlarıdır.
4. Sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli notarial təsdiqli ərizəsində qeyd etmişdir ki, atasının ölümü ilə nəticələnən hadisə ilə bağlı sürücü X22 heç bir şikayət və tələbi yoxdur, vurulmuş maddi ziyan tam şəkildə ödənilib, onunla barışıb, gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır.
5. X14 zərərçəkmişin hüquqi varisi qismində məhkəmə iclasında dindirildiyi zaman da bildirmişdir ki, hadisədən sonra sürücü Akşin Bağırov daim onlara köməklik göstərmiş, yanında olmuşdur, ondan heç bir şikayəti və tələbləri yoxdur, Akşin Bağırova azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir.
6. X13 ölümü ilə əlaqədar "xxxx" ASC tərəfindən X8 5000 manat sığorta ödənişi ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı Yədı qızı (iddiaçı) “Sun Food" X11 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 60 000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. X24 məhkum edilməsinə səbəb onun 10 yanvar 2023cü il tarixdə, saat 11 radələrində Cavabdeh MMC-yə məxsus olmaqla etibarnamə ilə idarə etdiyi “Hyundai HD72” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Piran- Hamarat avtomobil yolunun Lerik rayonunun Pira kəndindən keçən 1-ci km-də Lənkəran- Lerik avtomobil yoluna doğru geriyə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtomobili arxaya doğru manevr etdirməməli, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, avtomobili geriyə hərəkət etdirərək yolun hərəkə zolağında onunla eyni istiqamətdə hərəkətdə olan piyada X18 avtomobilin arxa sağ hissəsi ilə vurub, avtomobilin sağ arxa təkəri onun üzərindən keçib, nəticədə ehtiyatsızlıqdan piyada X4 qalça, qasıq və oturaq sümüklərinin sınıqları və peritonarxa qanaxma, hər iki böyrəyin, sidik kisəsinin zədələnməsi, daxili qanaxma, sol baldır sümüklərini sınıqları, penis-xayalar nahiyəsində yayılmış qansızma-hematoma, sol budqasıq sağ bud, sol baldır nahiyələrində qançırlar, sol bud, sol baldır nahiyələrində sıyrıqlar kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi olmuşdur. Cavabdeh MMC-nin əməkdaşının cinayət əməli nəticəsində onun əri X20 ölüb, hadisə nəticəsində o, ailələrinin başçısı, əri X15 itirib. Bir qadın və bir ana kimi 40 ilə yaxın həyatını bölüşdüyü ərini itirmək onun üçün çox çətindir. Onunla tək bir övladları var idi və onunla bir evdə yaşayırdılar. Övladı da hadisə nəticəsində atasız qalıb, halbuki onlar birlikdə min bir əziyyətlə böyütdüyükləri övladarının xoş günlərinə şahid olmağı arzulayırdılar. Bu hadisə onları arzuladıqları, xəyalını qurduqları günləri yaşamaqdan da mərhum edib. Ərinin evdəki əksikliyini, oğlunun atasına ehtiyacını hər hansı digər bir formada əvəz etməyi mümkün deyil. Həyatının hər anında ona dəstək olan, arxa çıxan ərini itirmək həyatının qalan hissəsində hər zaman bir boşluq olaraq qalacaq. Onu heç bir səbəb olmadan belə bir səhlənkar avtomobil hadisəsi üzündən itirmək və baş verən hadisəni hər keçən gün xatırlamaq isə onun mənəvi iztirabını gündən-günə daha da dərinləşdirir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün ən əziz olan, sevincini, kədərini paylaşdığı insanı itirmək ona unudulması mümkün olmayan əzab və iztirab verir. Bu hadisə onu dərin sarsıdıb, həyat sevincini əlindən alıb, psixoloji cəhətdən ona çox böyük təsir edib. Əməli törədən şəxsin avtomobilinin sağ təkəri ərinin üzərindən keçib, bədənində ağır xəsarətlərə, bir çox sümüklərinin sınmasına, daxili orqanlarının ciddi zədələnməsinə və qanaxmalara səbəb olub. Həmin gün o, tibbi yardım üçün Lənkəran rayon mərkəzi xəstəxanasına aparılsa da, aldığı ağır xəsarətlərdən daxili qanaxma və travmatik şok səbəbilə xəstəxanada vəfat edib. Oğlu ilə birlikdə xəstəxanada ərinin yaşaması ümidilə, həkimlərdən müsbət bir xəbər almağı gözləyərkən çəkdiyi stress və sarsıntı həyatından bir neçə ilini alıb, ona psixoloji cəhətdən mənfi təsir edib. Ərinin real olaraq aldığı xəsarətdən dolayı çəkdiyi ağrıları düşündükcə belə həmin an o da böyük sarsıntı keçirib. Onu itirmək isə sözlə ifadə edilə bilməyəcək dərəcədə çətindir. X24 idarə etdiyi “Hyundai HD72” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh MMC-nin mülkiyyətində olub. X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Lerik Rayon Məhkəməsinin hökmü qanuni qüvvəyə minib. Lerik Rayon Məhkəməsinin hökmü ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Ərinin ölümünə səbəb olan cavabdeh mənəvi hüzurunu pozub. Cavabdehin bir qadına, bir anaya yaşatdığı bu iztirablara son qoyması və onları geri qaytarması mümkündürmü? Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fiziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Qeyd etdiklərini, ömrümün sonuna qədər tək qaldığını nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 60 000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirablarının yumşaldılmasına bəlkə səbəb olar.
9. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmiş, mənəvi zərərə görə cavabdehdən 15 000 000 (on beş milyon) manat məbləğində kompensasiyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazında aşağıdakıları göstərmişdir: Cavabdeh MMC-nin işçisi X16 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunub. İddiaçının qeyd etdiyi kimi əməldə mülki hüquq pozuntusunun (delikt) əlaməti yoxdur. Törədilən əməl cinayət tərkibli əməldir ki, onu törədən şəxs məhkəmənin hökmü ilə cəzasını almışdır. İddiaçının tələbinə əsasən mənəvi zərərin ödənilməsi üçün heç bir hüququ əsas yoxdur. X2 bütün xərclərinin təmin edilməsi üçün mərhumun ailəsinə 15 000 AZN məbləğində vəsait ödənilib. X1 Səxavət notarial qaydada təsdiq edilmiş ərizə ilə heç maddi və sair tələbininin olmadığını bildirib. Ərizə Lənkəran şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu İsmayılov Səfər tərəfindən təsdiqlənib və ərizə iş materiallarına əlavə edilib. Əlavə olaraq icbari sığortalar haqqında qanun 56.1.1-ci maddəsinə əsasən Azərbaycan Sənayə Sığorta şirkəti tərəfindən Məmmədov Əliməmmədin ailəsinə 5000 (beş min) AZN məbləğində ödəniş edilib. Ödənişi təsdiq edən sənəd iş materiallarına əlavə edilib. Azərbaycan Respublikasında demək olar ki, hər gün qəsdən adam öldürmə cinayətləri törədilir. Qəsdən adam öldürmə cinayətlərinin qurbanı olmuş zərərçəkmiş şəxslərin hüquq varisləri heç bir mənəvi təzminat tələb etmədiyi halda, ehtiyatsızlıqdan avtoqəza nəticəsində ölmüş şəxsin hüquqi varisi mənəvi təzminatın ödənilməsini tələb edir. Nəyə dayanaraq bu hüquq həmin şəxsdə yaranır. Halbuki o, sığorta şirkəti tərəfindən, həmdəki müəssisənin öz iradəsiylə ailəyə kifayət qədər yardım edilib. Yəni iddiaçı öz tələbində əsaslandırıb ki, mənəvi zərərin ödənilməsi hüququ maddi ziyan vurulduqda yaranır. Hazırki törədilən cinayət əməlində zərərçəkmişə heç bir maddi ziyan vurulmayıb. Belə olan halda zərərçəkmişin hüquqi varisinin mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yoxdur”.
11. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol-qərardadı ilə X28 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, cavabdeh tərəf, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iddiaçıya pul verildiyini qeyd etsələr də, buna dair müvafiq sübutlarını təqdim etməmişlər. Ödəniş edilsə belə, iddiaçıya ödəniş edilməyib, mərhumun oğlu isə yetkinlik yaşına çatmış şəxsdir və onun iş materiallarına əlavə edilmiş ərizəsi maddi ziyanın ödənilməsi ilə bağlıdır. Hazırki iddia isə mənəvi ziyanın ödənilməsi ilə bağlı olmaqla mərhumun arvadı tərəfinən qaldırılıb.
13. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat izahat verərək bildirmişdir ki, onlar kassadan X26 15 000 manat pul veriblər, həmin puldan Akşin Bağırov zərərçəkmiş şəxsin ailəsinə ödəniş edib, həmçinin özünün də müəyyən xərcləri olub. İddiaçının Cavabdeh X7rşı iddia qaldırması hüquqlardan sui-istifadəyə gətirib çıxarır. İddia edilən məbləğ ağlasığmaz məbləğdir. İddiaçı ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olduğundan iddia ərizəsində ağlasığmaz məbləğ tələb edib. Mərhum pensiya yaşına çatmış şəxs idi. Ailə üzvləri isə yetkinlik yaşına çatıblar. Mərhumun son olaraq harada işləməsi barədə heç bir sübut yoxdur. "xxxx" X17 birbaşa maddi və mənəvi ziyan vurmayıb. Yol nəqliyyat hadisəsi ağır hava şəraitində qarşısıalınmaz hallar nəticəsində baş verib. Hesab edir ki, iddianın "xxxx" X6rşı qaldırılması qanuna müvafiq deyil. Mərhum Əliməmməd Məmmədovun hüquqi varisi qismində tanınmış Səxavət Məmmədov notariat qaydasında ərizə yazaraq heç bir şikayət və tələbinin olmadığını, maddi ziyanın tam şəkildə ödəndiyini bildirib.
14. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 izahatında bildirmişdir ki, mərhumun ailəsinə yas məraisimində 4000 manat və 7000 manat əlbəəl verib, həmin pulu cəmiyyətdən alıb. Pul notariusda deyil, notariusun binasından kənarda verilib, o, özünu yaxşı hiss etmədiyi üçün pulu əmisi oğlu və qardaşı verib.
15. Birinci instansiya məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən mənəvi zərərin əvəzi qismində 10 000 (on min) manatın tutulub İddiaçı, dövlət rüsumunun əvəzi qismində 120 manatın tutulub dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni ümumi ifadələrlə əsaslandıraraq vurğulamışdır ki, iddiaçıya mənəvi zərərin əvəzi kimi kompensasiya məbləğinin 10 000 manat müəyyən edilməsi ədalətli və ağlabatandır, iddiaçı ilə mərhumun uzun müddət, yəni 1983-cü ildən birgə təsərrüfatı idarə edərək ortaq həyatı paylaşmalarını və iddiaçının ərinin ölümündən sonra, ərini itirməsi nəticəsində keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımasını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 10 000 manat alınıb iddiaçıya verilməlidir.
17. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 21.3-cü, 23.1-ci, 1096-cı, 1097.1-ci, 1099.1-ci, 1099.2-ci, “İcbari sığortalar haqqında” Qanunun 56.1.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 82.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir.
18. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, iddiaçının hər hansı mənəvi ziyana məruz qaldığının sübuta yetirilmədiyini, müəyyənləşdirdiyi mənəvi ziyan məbləğinin həddindən artıq yüksək olduğunu irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
20. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
22. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
39. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
40. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi (§ 22) ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
43. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 24,25) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X24 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkəti nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh MMC-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir (§ 26).
45. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, onun əri həmin hadisə nəticəsində vəfat etmişdir və hadisənin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu, narahatlıq, məyusluq hissləri, stress yaratdığı şübhəsizdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
47. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 10 000 manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
48. Cavabdehin işçisi olan hadisəni törətmiş şəxsin mərhumun ailəsinə maddi köməklik göstərməsi, X13 ölümü ilə nəticələnmiş hadisədən sonra başlanmış cinayət işi üzrə onun hüquqi varisi qismində tanınmış oğlu Səxavət Məmmədova sığorta şirkəti tərəfindən 5000 manat ödənilməsi və onun həm istintaq orqanına, həm də məhkəməyə təqsirləndirilən şəxsə qarşı heç bir şikayətlərinin olmadığı barədə ərizələr ünvanlaması, mərhumun həyat yoldaşı olan iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməsinə maneə törətmir.
49. Belə ki, göstərilən hallar Cavabdeh MMC-nin məsuliyyətinin ölçüsü müəyyənləşdirilərkən nəzərə alınmalı olsa da, iddiaçıya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən onu azad etmir.
50. Kollegiya, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1354/2024 saylı iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov