Məhkəmə qərarları › İş №2(103)-5443/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5443/2022

12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5443/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5443/2022 (Açar sözlər: “dəymiş maddi zərərin ödənilməsi”) Bakı şəhəri 12 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh və nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6814/2021saylı, xx.xx.2021-ci il qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4175 manat məbləğində vurulmuş zərərin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 4205 manat pulun cavablehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 avqust 2020-ci il tarixində, saat 17:30 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində Cavabdeh idarə etdiyi və "xxxx" ASC sığorta şirkətində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış “Mercedes Benz C180” markalı **-DV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozmaqla, İddiaçı məxsus “BMW- 525” markalı **-KA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə 9.000 manatdan artıq maddi zərər vurulmuşdur. Bakı şəhər, Sabunçu rayon DYPŞ YNH inspektorunun tərtib etdiyi xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Cavabdeh (sığortalı) tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçısı olan "xxxx" ASC sığorta şirkətinə qəza anında dərhal məlumat verilmiş və sığortaçının nümayəndəsi hadisə Yerinə gəlməklə bir neçə fotoşəkillər çəkmişdir. Bundan sonra "xxxx" ASC sığorta şirkəti tərəfindən iddiaçıya məxsus zərər dəymiş nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün "xxxx" MMC təmir mərkəzinə müraciət edilmişdir.Texniki xidmət və təmir müəssisələrinin mütəxəssislərinin iştirakı ilə "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli, 426 nömrəli qiymətləndirmə aktı tərtib edilmişdir. Mütəxəssislər tərəfindən tərtib edilmiş qiymətləndirmə aktına əsasən iddiaçıya məxsus “BMW-525” markalı **-KA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 9.175 AZN həcmində müəyyən edilmişdir. "xxxx" ASC sığorta şirkəti tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş PXA67752 saylı sığorta aktına əsasən, İddiaçı məxsus avtomobilə 9.175 AZN zərər dəyməsi təsdiq edilmiş və dəymiş zərərə görə qanunvericiliklə müəyyən olunmuş maksimum məbləğ olan 5.000 manat sığorta şirkəti tərəfindən İddiaçı köçürülmüşdür. Daha sonra, iddiaçı Cavabdeh yerdə qalan 4175 manat zərərin ödənilməsi barədə bir neçə dəfə müraciət etmiş, lakin qarşı tərəf dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6814/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi ilə iddia təmin edilərək vurulmuş maddi ziyanın əvəzi olaraq 4175 (dörd min yüz yetmiş beş) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4205 (dörd min iki yüz beş) manat pul Cavabdeh alınaraq, İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayəti onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh təqsirli bilinmiş və hadisə nəticəsində BMW-525 markalı 99KA515 dövlət nömrə nişanlı avtomobilinə dəymiş ziyan məbləği düzgün hesablanmayaraq şişirdilmiş rəqəm (9175 manat) müəyyən edilmişdir.İ – ci instansiya məhkəməsində icraat zamanı avtomobilin zədələnməsi nəticəsində vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdeh və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 372.6-cı maddəsinə əssən işə baxılmsını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası aşağıdakılara əssən hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6814/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi vurulmuş maddi ziyanın məbləği hissədə dəyişdirilərək vurulmuş maddi ziyanın əvəzi olaraq 3.065,0 (üç min altmış beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh Sədar oğlu xx.xx.2020-ci il tarixdə 17:30-da “Mercedes Benz C180 minik” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozması və icbari sığorta müqaviləsi bağlaması səbəbindən inzibati xətalar məcəlləsinin 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - AC seriyalı 474399 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180 minik” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. - AD seriyalı 294200 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 525 minik” markalı ** KA *** dövlət nömrə nişanlı avtomobilin sahibi İddiaçıdur. -"xxxx" tərəfindən verilmiş 426 saylı aktdan görünür ki, “BMW 525 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 9175 manat müəyyən edilmişdir - "xxxx" tərəfindən verilmiş PXA67752 saylı aktdan görünür ki, “BMW 525 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 9175 manat müəyyən edilmişdir və sığorta şirkəti tərəfindən həmin məbləğin 5000 manatı ödənilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh “Mercedes Benz C180” markalı **-DV- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə idarə etdiyi avtomobil ilə İddiaçı məxsus, “BMW 525 minik” markalı ** KA *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq qəza vəziyyəti yaranmış, Cavabdeh təqsirli bilinərək, barəsində inzibati xəta tənbehi tətbiq edilmişdir. Baş vermiş hadisədə iddiaçıya dəyən ziyanın 5000 manat məbləği sığorta şirkəti tərəfindən iddiaçıya ödənilib. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirinin olması və iddiaçının əmlakına ziyan dəyməsi iş materialları ilə öz təsdiqini tapır. Apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2022-ci il tarixli, 9/6110 saylı ekspert rəyindən görünür ki, iddiaçının “BMW 525 minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin cəmi məbləği 8.065,0 manat müəyyən edilmişdir İddiaçının əmlakına dəyən zərərin məbləği 8.065,0 manat müəyyən olunduğu halda Xalq Sığorta tərəfindən iddiaçıya 5000 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmiş qalmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, həmin məbləğ yüksək təhlükə mənbəyini idarə edərkən qarşı tərəfə maddi ziyan vurmuş cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6814/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi vurulmuş maddi ziyanın məbləği hissədə dəyişdirilərək vurulmuş maddi ziyanın əvəzi olaraq 3.065,0 (üç min altmış beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6814/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi vurulmuş maddi ziyanın məbləği hissədə dəyişdirilərək vurulmuş maddi ziyanın əvəzi olaraq 3.065,0 (üç min altmış beş) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasınının xərci 100 (bir yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə qəbul edildiyi vaxtdan qanun qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar