Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5462/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kompensasiyanın və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1300 manat məbləğində kompensasiya, ona dəymiş olan 400 manat mənəvi ziyan, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat, həmçinin 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1780 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxxxx 2014-cü il tarixdə CC 37525/44/14 nömrəli kredit müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən o, 3.500 ABŞ dolları məbləğində krediti müqavilə əsasında müəyyən edilmiş müddət ərzində (24 ay) ödəməyi öhdəsinə götürmüş, ödəniş cədvəli üzrə ödəmələri həyata keçirmişdir. Azərbaycan manatı növbəti dəfə devalvasiya olduqdan sonra ödəmiş olduğu məbləğlərdə artım olmuş, borc tam məbləğdə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən ona kompensasiya ödənilməli olduğuhalda ödənilməmişdir. Bundan əlavə, Maliyyə X2 rəsmi internet saytı olan “fimsa.az” saytında ona ödənilməli olan kompensasiya təxminən 1.300 manat məbləğində müəyyən olunmuşdur. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı şəkildə müraciət etsə də, onlar bu məsələni müxtəlif bəhanələrlə yola verməyə çalışırlar. Bununla yanaşı ona təkcə maddi yox, eyni zamanda mənəvi ziyan da dəymişdir. Dəfələrlə onların çağırışlarına getsə də, onu aldadırlar. Ümumilikdə qeyd edilən dövr üzrə 4.000 ABŞ dolları krediti olmuşdur və xx xxxxxxxx 2014-cü il tarixli, CC 37525/44/14 saylı kredit müqaviləsinə əsasən tərəfindən Cavabdeh1-yə ABŞ dolları ilə ödənilən pul vəsaiti üzrə cəmi olaraq kreditin restrukturizasiya olunan məbləğindən 1300 manat kompensasiya ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredithərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli, 551 nömrəli Fərmanına müvafiq olaraq ona kompensasiya ödənilməli olduğu halda, Maliyyə X2 internet səhifəsində yaradılan “Kompensasiya məbləğinin sorğulanması” hissəsində adı olmamışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının X7 X1na elektron qaydada xx.xx.2019-cu il tarixdə müraciət etmiş və müraciəti #25221 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli məktubla cavablandırılmışdır. Cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə X6 tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciət üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması nəticəsində Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Fərmanda banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarından bəhs edilir. Onun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilmişdir. Borc həmin qiymətləndirməyə əsasən Fərman qüvvəyə mindiyi gün Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Onun götürdüyü kredit məbləği də 3.500 ABŞ dolları olduğundan mübahisə həmin Fərmanın təsir dairəsinə düşür.Fərmanda ödəmə qaydası 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0,15 ABŞ dolları) müəyyən edilmişdir. Bundan əlavə Fərmana əsasən bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5.000 ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır. Bir məsələni də qeyd etmək istəyir ki, 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş vermiş, 2015-ci il fevralın 21-də baş verən devalvasiyada 1 dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlmişdir. Həmin il dekabrın 21-də baş verən ikinci devalvasiyada isə 1 dollar 1 manat 55 qəpiyə çatmışdır. ABŞ dolları Azərbaycanda bir müddət 1 manat 90 qəpiyə yüksəlsə də, son illər məzənnə sabit qalır. Hazırda 1 ABŞ dollarınin dəyəri 1 manat 70 qəpikdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 633/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli CC/37525/44/14 saylı kredit müqaviləsi üzrə İddiaçı adının Cavabdeh1 tərəfindən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2014-cü il tarixli CC/37525/44/14 saylı kredit müqaviləsinə əsasən hesablanmış 1269.67 (bir min iki yüz altmış doqquz, 67 qəpik) manat məbləğində pul kompensasiyasının və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə Cavabdeh1-dən tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-633/2020 saylı qətnaməsinin, iddia tələbinin Cavabdeh1-yə aid hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsasdırılmışdır ki, İddiaçı adı kompensasiya ödənilməli şəxs və kreditlərin siyahısında yoxdursa, bunun məsuliyyəti Bankın deyil, tənzimləyici qurumun üzərinə düşür. Digər tərəfdən tənzimləyici orqan olan Mərkəzi Bankın nümayəndəsi də məhkəməyə verdiyi izahatında Cavabdeh1-nin hazırkı iddia tələbinə cavab verməli şəxs olmadığını, Mərkəzi Bank isə hesablanmış kompensasiyanı ödəməyə etiraz etmədiyini bildirmişdir. Nərimanov rayon məhkəməsi kompensasiyanın Mərkəzi Bankdan tutulmasını qət etsəydi, iddiaçı artıq pulunu almış olacaqdı. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2014-cü il tarixli, CC/37525/44/14 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı 24 ay müddətinə illik 23 faiz olmaqla 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2014-cü il tarixli, 1 nömrəli Ödəniş Cədvəlindən görünür ki, İddiaçı 24 ay müddətinə hər ay 183,31 (bir yüz səksən üç manat otuz bir qəpik) manat olmaqla (sonuncu ay 187 manat) ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş X7 X1 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, #25221 nömrəli qərarın surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə X6 tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 14133 nömrəli məktubdan görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli, CC/37525/44/14 nömrəli müqaviləyə əsasən 3.500 (üç min beş yüz) ABŞ dolları məbləğində nağd pul krediti rəsmiləşdirilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixində Cavabdeh1-nin Bakıxanov filialına kredit üzrə güzəşt edilməsi ilə bağlı müraciət daxil olmuş, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə İddiaçı xx.xx.2017-ci il tarixli, US/99307/57/14 nömrəli kredit müqaviləsi üzrə 1.823 (bir min səkkiz yüz iyirmi üç) manat məbləğində güzəştli şərtlərlə nağd pul krediti rəsmiləşdirilmiş, onun qeyd olunan kreditlər üzrə cari tarixə borc öhdəliyi yoxdur. Əlavə olaraq “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından irəli gələn müraciətin araşdırılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə X3 yaradılmış Apelyasiya Komissiyasına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, CC/37525/44/14 nömrəli müqaviləyə əsasən devalvasiya tarixlərinə, yəni xx.xx.2015-ci il tarixə ssuda hesabı üzrə əsas borc 2.857,93 ABŞ dolları; xx.xx.2015-ci il tarixə ssuda hesabı üzrə əsas borc 925,33 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2020-ci il tarixli, 2(005)-633/2020 nömrəli məhkəmə sorğusuna cavab olaraq tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 16-03022-2020 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Cavabdeh1 ilə aralarında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, CC/37525/44/14 nömrəli kredit müqaviləsi üzrə cəmi 1.269,67 (bir min iki yüz altmış doqquz manat altmış yeddi qəpik) kompensasiyanın hesablanmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.2-ci bəndinə görə, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X4 tapşırılmış, Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Maliyyə X6 tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, pensiya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 4.3.1-ci maddəsinə əsasən kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı adı kompensasiya ödənilməli şəxs və kreditlərin siyahısında yoxdursa, bunun məsuliyyəti Bankın deyil, tənzimləyici qurumun üzərinə düşür. Belə ki, MBNP-nın yuxarıda göstərilən qaydasının 8.8-ci bəndinə əsasən fiziki şəxsə kompensasiya ödənilməli olduqda və bu barədə məlumat bu Qaydanın 4.1-ci bəndində göstərilən siyahıda əks etdirilmədikdə və ya həmin məlumatda səhv olduqda, Komissiyanın qərarına əsasən Palata fiziki şəxsin adını həmin siyahıya daxil edir (məlumatlarda düzəliş edir) və bu Qaydaya uyğun olaraq kompensasiyanın fiziki şəxsə ödənilməsini təmin edən tədbirlər görür. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə X6 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X7 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Bununla da, göstərilən fəaliyyətin tənzimlənməsi səlahiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi, iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1 müvafiq kompensasiya məbləğinin hesablanmasında (köçürülməsində) iştirak etmir və iddiaçının qarşısında məsuliyyət daşıya bilməz, bu səlahiyyətlər Maliyyə X2 hüquqi varisi olan Azərbaycan Respublikasının Mərkəzi Bankına keçmişdir. Qeyd edilənlərlə yanaşı, iddia tələbinin hesablanmış kompensasiyanın ödənilməsinə dair hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin kompensasiya məbləğinin ödənilməsi cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətində deyildir. Belə ki, yuxarıda adı çəkilən Prezident Fərmanının 1-ci bəndindən görünür ki, bu Fərmanın təsiri altına düşən fiziki şəxslərin banklara olan borcları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Maliyyə X6 tərəfindən xx xxxx 2019-cu il tarixdə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, pensiya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”-nın 4.1-ci bəndinə görə, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Yuxarıda göstərilən normativ sənədlərin məzmunundan görünür ki, Maliyyə X6 (hazırda Mərkəzi Bank) yalnız ödəniş ediləcək fiziki şəxslərin siyahısını, onlara ödəniləcək kompensasiyanın məbləğini müəyyən edib bu məlumatları Maliyyə Nazirliyinə təqdim edir, Maliyyə Nazirliyi isə həmin vəsaiti müvafiq kredit təşkilatlarının Mərkəzi Bankdakı hesabına köçürür. Başqa sözlə, hesablanmış kompensasiyanın ödənilməsini Mərkəzi Bank deyil, Maliyyə Nazirliyi həyata keçirir. Mərkəzi Bankın buradakı rolu isə tənzimləyici orqan kimi, proseslərin aparılmasına nəzarət etmək, həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsaiti aidiyyatı üzrə kredit təşkilatlarına köçürməkdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia tələbi qismən, yəni İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli CC/37525/44/14 saylı kredit müqaviləsi üzrə İddiaçı adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməklə həmin müqaviləyə əsasən pul kompensasiyasının hesablanması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması hissəsində təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “kompensasiyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 633/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli CC/37525/44/14 saylı kredit müqaviləsi üzrə İddiaçı adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməklə həmin müqaviləyə əsasən 1269.67 (bir min iki yüz altmış doqquz, 67 qəpik) manat məbləğində pul kompensasiyasının hesablanması öhdəliyi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankından tutulsun. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5462/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5462/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver