Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-547/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Hüseynli) İddiaçı Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı (Hüseynli) İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı "cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qapı girişindəki kolidorda olan güzgülü və divanlı qardolab (1500 m), Qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol.), 2 ədəd Televizor LG və Artel markalı, Kondesioner 1 ədəd Divan (1500 m), Yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), Raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostincexol dəstləri 7 ədəd, 1 ədəd setfon yorğan, can dəsmalları, əldəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, Mətbəx mebeli 2500 manat, Qabqacaq dəstləri 3000 manat, Xrustal dəst (7 parça) 1000 manat. Qaşıq çəngəl dəstləri 500 manat, Plastik qablar 100 manat, Saxlama qablar (48 parça) 350 manat, Plastik siyirməli şkaf, Paltaryuyan maşın LG 600 manat, Qabyuyan maşın Lvrolux 600 manat, Soyuducu Hotpoint 1 ədəd, Mətbəxmasası, 2 stul və divan 400 m, Qaz sobası 1 ədəd , Soba 450 manat, Mikrovalnovka 350 manat, Gtmaşını 1 ədəd, Toster 1 ədəd Blender 1 ədəd Mikser 1 ədəd Qazan dəstləri 3 ədəd Ləyən və plastik qablar, Elcktronsac 1 ədəd Süfrələr 3 ədəd Sokçəkən maşın, Elektron samovar 1 ədəd Paltartikənmaşın 1 ədəd Tozsoran 1 ədəd 500 manat, Uşaq otaqı mebeli Beşik 450 manat, Oyun Setkası 300 manat, Oyuncaqlar, Hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakların və həmin əmlaklardan hər hansı biri olmadıqda dəyərinin, eyni zamanda toyda taxılan 750 əyarlı boyunbağı, qolbağ, sırğa və üzük, bayramda taxılan 586 əyarlı qolbağ və boyunbağı, atasının hədiyyə etdiyi 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlıdır, anasının hədiyyə etdiyi 2 üzük 585 əyarlı qızıl zinət əşyalarının və həmin qızıl zinət əşyalarının hər hansı biri olmadıqda onun dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı işi üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 225.2, 225.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 88, 106.1, 106.2, 106.3, 222.1; Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, İnsan hüqüqları haqqında Ümumi Bəyənnamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqları haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndinə istinadən) təmin edilməsi, ünvan 1 ünvanda - qapı girişindəki dəhlizdə olan güzgülü və divanlı qardolab (1500 manat), qonaq otağı mebeli (2 vitrin stend, 1 güzgülü stend, tv stend, 6 stul, 1 stol), 2 ədəd televizor LG və Artel markalı, kondesioner 1 ədəd divan (1500 manat), yataq otağı mebeli (Taxt. 2 taxtyanı şkaf, termo, put oturacaq, paltar şkafı), raskladuşka, 2 tək döşək, 1 taxt döşəyi, 10 ədəd yastıq, 2 ədəd tək yorğan, 1 taxt yorğanı, 10 ədəd balaca yastıq, 3 adyal, prostin çexol dəstləri 7 ədəd, 1 ədəd sendifon yorğan, Can dəsmalları, əl dəsmalları və çay dəsti 3 ədəd, 2 ədəd ütü və 1 ədəd ütü masası, mətbəx mebeli 2.500 manat, qabqacaq dəstləri 3000 manat, xrustal dəst (7 parça) 1000 manat, qaşıq çəngəl dəstləri 500 manat, plastik qablar 100 manat, saxlama qablar (48 parça) 350 manat, plastik siyirməli şkaf, paltaryuyan maşın LG 600 manat, qabyuyan maşın Evrolux 600 manat, soyuducu Hotpoint 1 əd, mətbəx masası, 2 stul və divan 400 manat, qaz sobası 1 ədəd, soba 450 manat, mikrovalnovka 350 manat, ət maşını 1 ədəd, toster 1 ədəd, blender 1 ədəd, mikser 1 ədəd, qazan dəstləri 3 ədəd, ləyən və plastik qablar, elektronsac 1 ədəd, süfrələr 3 ədəd, sokçəkən maşın, elektron samovar 1 ədəd, paltartikən maşın 1 ədəd, tozsoran 1 ədəd 500 manat, uşaq otağı mebeli beşik 450 manat, oyun setkası 300 manat, oyuncaqlar, hamamın santexnika xidməti və aksesuar xərcləri, hər bir otaq üçün ayrılıqda xalça ümumi 5 ədəd olan cehiz əmlakları, toyda taxılan ümumi dəyəri 5000 manat olan 750 əyarlı boyunbaqı, qolbaq, sırğa və üzük, bayramda taxılan qiyməti 250 manat olan 585 əyarlı qolbağ və dəyəri 300 manat olan 585 əyarlı boyunbağı, atasının hədiyyə etdiyi ümumi dəyəri 1800 manat olan 585 əyarlı dəst boyunbağı, qolbağı və sırğa tək qaşlı, anasının hədiyyə etdiyi ümumi dəyəri 900 manat olan 2 üzük 585 əyarlı qızıl zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda, onların dəyərinin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(005)-897/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə 1 saylı Bakı "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 3270 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 15 mart 2020-ci il təvəllüdlü X8 iddiaçı (anası) İddiaçı yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh 15 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Bakı şəhəri Abşeron Rayon İcra Şöbəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(005)-3959/2021 saylı iddianın təmin tədbiri barədə qərardadının icrası ilə bağlı ünvan 1 ünvanda olmuş, lakin qapını açan olmamışdır. (səh.11, 46, 63). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv olunması və onunla bağlı iddianın tamamilə iddiadan götürülməsi barədə yeni, əsaslı, qanuna söykənən qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 60, 63, 71; Mülki Məcəlləsinin 21.1, 21.2, 21.2, 459.1;Mülki Prosessual Məcəllənin 14, 77, 166, 167.1.7, 387.1, 387.2.2, 387.2.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının tələb etdiyi əşyaların olduğunu iddia etdiyi ev ona məxsusdur. İddiaçı X6 isə cavabdeh X9 ilə ünvan 2 ünvanında qonşu olaraq yaşayırlar. X9 iddiaçının tələb etdiyi cehiz əşyalarını hər dəqiqə verməyə hazır olduğu halda, iddiaçı onun evinin zorla açılmasını tələb edir. Bu onun mülkiyyət və mənzil hüquqlarının pozulmasına səbəb olur. Ona görə də o, qeyd olunan qətnamənin ləğv olunmasını tələb edir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron Rayon Məhkəmisinin 8(012)-303/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardad ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3959/2021 nömrəli. xx.xx.2021-ci il tarixli icra sənədini icra etmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 8-də yerləşən 28 saylı mənzilin giriş qapısının məcburi qaydada açılması qərara alınmışdır.
6. Nərimanov rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Nərimanov rayon Məhkəməsinin 2(005)-179/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu şəxsin icra sənədində göstərilən ünvan 3 ünvanda olunduğu, icra sənədində göstərilən aşağıda adları sadalanan əmlakla 1.LG markalı televizor- 1 ədəd, 2.rastalquşka – 1 ədəd, 3. Döşək – 2 ədəd, 4.Yastıq, 5.Yorğan-2 ədəd, 6.Yorğan -1 ədəd, 7. Ütü masası-1 ədəd, 8. Xrustal dəst. 9. Oyun setkası-1 ədəd, 10. Oyuncaqlar, 11. Xalça- 1 ədəd, 12.Sokçəkən- 1 ədəd, 13. Tək döşək-2 ədəd, 14. Qaşıq çəngəl dəsti-1 ədəd, 15-plastik qab, 16.Plastik siyirməli şkaf- 2 ədəd aşkar edilərək siyahiya alınaraq tələbkara təhvil verildiyi, icra sənədində göstərilən digər əmlaklar aşkar edilmədiyi üçün tələbkara təhvil verilmədiyi, akta əlavələrin təklif edilmədiyi müəyyən edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Qərarda göstərilən əmlakın ekspert baxışına təqdim edilməməsi səbəbindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina bərədə məktub xx.xx.2023-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı öz əşyalarını tələb etdiyini, maraqlı şəxsin mülkiyyətində olan ünvan 4 evə gəlin köçdüyünü, mənzilin maraqlı şəxsin adına olsa da, cavabdehə məxsus olduğunu, qaçqın olduqlarından xalası qızı olan maraqlı şəxsin adına rəsmiləşdirdiklərini, 30000 manat dəyərində cehizi olduğunu, bütün cehizlərini həmin evə apardığını,bütün qaimələrin mövcud olduğunu, lakin əşyalarını götürmək üçün mənzilin qapısının açılmadığını, bəzi əşyalarının cavabdeh tərəfindən təhvil verildiyini, bəzilərinin isə təhvil verilmədiyini qeyd etmiş, təhvil verilməyən əşyalarının təhvil verilməsini, əşyalar mövcud olmadığı təqdirdə dəyərinin verilməsini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ekspert tərəfindən tədqiqat obyektinə baxış təyin edilən gün qarşı tərəfin vəkili, anası və özünün onu təhqir etdiklərini, mənzilin açılmasına mane olmaq üçün dava saldıqlarını,münaqişə yaratdıqlarını qeyd etməklə,apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 maraqlarına toxunan şəxs Maraqlı şəxs cavabdehin xalası qızı olduğunu, iddiaçı və cavabdehin ailəli olduqları dövrdə 1 il 6 ay maraqlarına toxunan şəxsə məxsus ünvan 4 ünvanında kirayə yaşadıqlarını, olan əşyaları həmin evə yığdıqlarını, lakin indi həmin evdə əşya olmadığını, əşyaları ordan çıxardıqlarını, iddiaçı tərəfin tələb etdiyi bəzi əşyaları təhvil verdiklərini, lakin iddiaçının razı olmadığını, pul istədiyini, əşyaların şişirdildiyini, iddiaçının göstərdiyi qədər cehiz gətirmədiyini, gətirdiyi əşyaları təhvil verməyə hazır olduqlarını bildirmişdir.
11. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlarına toxunan şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Ərlə arvadın ümumi mülkiyyəti adlanan Mülki Məcəllənin 225-ci maddəsinə əsasən: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-158, 178, 213, 225, Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385- 390-cı maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi və faktiki əsası müəyyən olunmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, əşyaların və onların dəyərinin müəyyən edilməsi üçün prosessual tədbirlər (ekspertiza təyin edilsə də) görülsə də, qətnamədə qeyd edilənləri təkzib edən hallar müəyyən edilməmiş, ekspertiza tədqiqatına əşyaların təqdim edilməməsi isə yayınma və hüquqlardan sui-istifadə kimi qiymətləndirilməlidir.
15. Nəzərə alınmalı olan Ailə Məcəlləsinin 32, 34.1, 34.2, 35, 36.4-36.9, 37-ci maddələrinin tələblərinə əsasən: Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: -onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); -ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı tələbləri hazırki hüquq münasibətlərinin tənzimi zamanı nəzərə alınmalıdır: 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
17. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-179/2022 saylı mülki iş üzrə 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.