Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5475/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi zərərin əvəzi olaraq 200.000 (iki yüz min) manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 37.500 (otuz yeddi min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qərara alınmışdır.
3. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5475/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mümkünlük qərardadı ilə icraata qəbul edilmişdir.
4. Nəsimi Rayon Məhkəməsindən 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğu daxil omuş, həmin sorğuda iddiaçı tərəfindən rayon məhkəməsinin 2(006)- 2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi və apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.
5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür.
7. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 360- 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
8. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-in 384.0.6-cı maddəsini rəhbər tutaraq,
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5475/2023 nömrəli, xx.xx.2023-cü il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsindən 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sorğusuna əsasən, İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2181/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM-in 360-364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov