Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5476/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh oğluna qarşı əmlak tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-702/21 saylı 02.03.2021-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh sarı brilliant qaşlı komplekt dəst 01 ədəd 2000 (iki min) manat, sarı qızılgül üzük 01 ədəd 200 manat, ağ brilliant tək qaşlı nişan üzüyü 01 ədəd 400 manat,sarı enli kaliso üzük 300 manat, sarı tək qaşlı üzük 01 ədəd 200 manat,beş ulduz qaşlı sırqa 01 ədəd 200 manat, bilərzik 01 ədəd 200 manat dəyərində olan qızıl-zinət əşyaların və ya onların dəyəri olan pulun alınıb iddiaçı X2 qaytarılması qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X3 Cavabdeh qarşı “əmlak” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sarı brilliant qaşlı komplekt dəst 01 ədəd 2000 (iki min) manat, sarı qızılgül üzük 01 ədəd 200 manat, ağ brilliant tək qaşlı nişan üzüyü 01 ədəd 400 manat, sarı enli kaliso üzük 300 manat, sarı tək qaşlı üzük 01 ədəd 200 manat, beş ulduz qaşlı sırqa 01 ədəd 200 manat, bilərzik 01 ədəd 200 manat dəyərində olan qızılzinət əşyaları və ya onların dəyəri olan pulu alınıb İddiaçı X2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 iyul 2016- cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahın pozulmasına dair Nəsimi rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi mövcuddur. Ailə qurduqdan sonra münasibətləri normal olsa da sonralar münasibətləri soyumuş, cavabdehlə faktiki olaraq ayrı yaşamağa başlamışlar. Hal-hazırda nikahları məhkəmə qaydasında pozulması üçün aralarında məhkəmə çəkişməsi gedir. Ailə qurduqdan sonra ona verilən qızıl-zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 29 saylı evə gətirmişdir və münasibətləri pozulana qədər həmin ünvanda yaşamışlar. Hal-hazırda həmin mənzildə yaşayır, atasına məxsus evə qayıtmışdır. Lakin cehiz apardığı qızıl-zinət əşyaları hal hazırda da əvvəllər yaşadıqları evdə qalmış, cavabdehin qanunsuz sahibliyindədir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri. Nəsimi rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci İnstansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır,onun iştiakını təmin etməməklə, sübutlara birtərəfli qiymətləndirmişdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər 05 iyul 2016-cı ildə rəsmi nikaha girmiş və el-adəti ilə toy məclisi keçirib ərarvad münasibətlərinə daxil olmuşlar. İşə baxan birinci instansiya məhəməsi iddiası tərəfindən tələb olunan qızıl əşyaları ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf həmin əşyaların toy ərəfəsində iddiaçıya hədiyyə edildiyini etiraf etsə də, sonradan əşyaların iddiaçının özü tərəfindən aparıldığını iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki,cavabdeh qızıl ziynət əşyalarının iddiaçı tərəfindən aparıldığına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Göründüyü kimi, iddiaçı onun tələb etdiyi qızıl-zinət əşyaları həqiqətəndə cavabdeh tərəfindən ona hədiyyə edildiyini və hazırda həmin əşyaların cavabdehdə olduğunu məhkəmədə sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1- cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinin tələbinə görə zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin l-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV-cü bəndlərinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normalarını və işin hallarını rəhbər tutaraq, iddia tələbi təmin edərək, cavabdehdən qızıl-zinət əşyaların və ya onların dəyəri olan pulun alınıb İddiaçı X2 qaytarılmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə əsas verilməməsi qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5476/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5476/2021
22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver