Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5487/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı Hacıbala oğlunun nümayəndəsi və vəkili X2, Cavabdeh3, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Hacıbala oğlunun cavabdehlər “xxxxxx” MTK, “xxxxxxxx” MTK və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Aqil Əhmədzadə ilə “xxxxxx” MTK və “xxxxxxxx” MTK arasında ünvan 1 ünvanında inşa edilmiş 10 mərtəbəli yaşayış binasının 1-ci blok, zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair bağlanmış xx.xx.2011-ci il tarixli, 49 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, hər iki MTK-nın əməllərində cinayət tərkibi olduğuna görə onlar barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, Cavabdeh3 cavabdeh Aqil Əhmədzadənin hüquqi varisi kimi əsl cavabdeh qismində cəlb etmiş və qeyd edilən qətnaməsi ilə iddianı təmin etmişdir. Cavabdeh3, apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini, eyni zamanda, birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardad çıxarılaraq, barəsində intizam icraatının başlanılması üçün Məhkəmə Hüquq Şurasına göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iş, Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmaqla hakim Şeyda Məhərrəmovanın icraatında olan, iddiaçı Cavabdeh2 “xxxxxx” MTK-ya qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işlə eyni icraatda birləşdirilməlidir. Ona görə ki, apellyasiya instansiyası məhkəməsində olanhər iki mülki iş bir-biri ilə əlaqəlidir, hakim Ş.Məhərrəmovanın icraatında olan iş daha əvvəl xx.xx.2019-cu il tarixdə icraata götürülməklə, icraatı hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İşlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlər bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 43, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, İddiaçı Hacıbala oğlunun cavabdehlər “xxxxxx” MTK, “xxxxxxxx” MTK və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-5487/2020 saylı mülki iş, iddiaçı Cavabdeh2 “xxxxxx” MTK-ya qarşı “qeyri-yaşayış sahələrinin boşaldılması, mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması, təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(103)-299/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5487/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5487/2020
02.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver