Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5488/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X10, Cavabdeh1, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman qızına, X6 və X4 qarşı “20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunşu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman qızının, X5 və X2 müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 evlik qəsəbəsində yerləşən 219 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman qızının, X5 və X2 həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X8 izrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana-450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Məcburi köçkünlər üçün inşa edilmiş Ramana 450 evlik qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 ailə üzvləri ilə birlikdə neçə illərdir ki, həmin mənzildə yaşamadığı və başqa bir dövlətdə yaşadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunmuş ünvan üzrə istehlak olunan kommunal xidmətlərin sayğac göstəricilərinə əsasən (Azərişıq və Azərsu) cavabdeh kommunal xidmətlərdən həmin ünvanda istifadə etməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman qızı, X11 və X7 onlara verilmiş Bakı şəhəri Sabunçu rayonunda məcburi öçkünlər üçün inşa edilmiş Ramana 450 evlik yaşayış qəsəbəsində yerləşən 219 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 dörd nəfər ailə üzvü ilə birlikdə müvəqqəti istifadəsinə verilmiş Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana - 450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin 20 may 2007-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman qızının, X5 və X2 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayətləri vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə razı deyil. Belə ki, 2018-ci ildə həyat yoldaşı Cavabdeh2 kəskin ürək catışmamazlığı diaqonozu ilə birlikdə oğlunun təkidi ilə ABŞ-a müalicəyə yollanıblar. Orada olarkən onunda halı piləşərək hospitala yerləşdirilmiş, bir neçə dəfə əməliyyat olunmuşdu. Sonrada dünyada baş verən pandemiya üzündən bütün aviareyslər qeyri müəyyən müddətə təxirə salındığı ücün məcburiyyət qarşısında orada qalası olmuşdu. Aviareyslər açılan kimi o, Türkiyə vasitəsilə Azərbaycana gəlmiş, həyat yoldaşı Cavabdeh2 isə yola tab gətirə bilməyəcəyi ücün həkimlər ona uzun yolculuqa çıxmasına mane oldular. Hətta onun və yoldaşının vizasının müddəti keçdiyinə görə AR ABŞ-da olan səfirliyi tərəfindən əlavə viza acılması ücün müraciət edilmişdir. Buna görə onlar bir müddət evdə qala bilməmişlər. Onlar mesxeti türkləridir, hələ 80-ci illərin sonlarında Özbəkistandan qovularaq Azərbaycana gəlmiş, Şuşada yerləşmişlər. Sonra oradan qaçqın düşmuşlər. Kirayə müqaviləsi ləğv edilərsə onsuzda qalacağı yer olmadığı ücün bu yaşlı vaxtlarında çöldə qalası olacaqlar. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 Süleyman qızı, X11 və X7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X3 apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X13 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 219 nömrəli, 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, tərəflər arasında sosial kirayə müqaviləsi bağlanmış və cavabdehə onunla yaşayan 4 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Sabunşu rayonu, Ramana- 450 evlik yaşayış qəsəbəsi ünvanında yerləşən 219 nömrəli mənzil Cavabdeh1 kirayəyə verilmişdir. İş matеriallarında olan, sərhədkeçmə haqqında məlumat servisindən görünür ki, Cavabdeh1 18.10.2018-ci ildə, X7 22.06.2018-ci il tarixdə, Cavabdeh2 Süleyman qızı 13.06.2017-ci il tarixdə, X11 isə 13.11.2019-cu il tarixdə Azərbaycan Respüblikasını tərk edərək geri qayıtmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı mübahisəyə mənzil münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin, yəni 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsnin müddəalarını tətbiq etmiçdir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə qaçqınların və məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2-ci hissəsinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci maddəsinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 onunla bağlanmış 219 nömrəli, 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərini pozduğundan, yəni onun və ailə üzvlərinin uzun müddətdir ki, digər yaşayış sahəsinə köçdüklərini nəzərə alıb həmin müqavilənin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində arvadı Cavabdeh2 kəskin ürək xəstəliyi ilə əlaqədar 2018-ci ildə birlikdə ABŞ-a müalicəyə yollandiqlarını, orada olarkən onunda halı piləşərək hospitala yerləşdirildiyini, bir neçə dəfə əməliyyat olunduğunu, sonradan pandemiya üzündən məcburiyyət qarşısında orada qalmalı olduğunu bildirsə də, qeyd etdikləri hallarla bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh1 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5488/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5488/2021
22.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver