Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-549/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «atalığın müəyyən edilməsi və aliment») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. X3 10 iyun 2016-cı ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24 iyul 2016-cı il tarixdə 4861 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X6 (ananın ərizəsinə əsasən), ana qrafasında İddiaçı qeyd olunmuşdur.
2. 18 mart 2018-ci il təvəllüdlü X7 və 27 mart 2019-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - xx xxx 1980-ci il təvəllüdlü Cavabdeh 10 iyun 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş X1 atası olmasının müəyyən edilməsinə, cavabdehlə faktiki nikahlarından olan üç yetkinlik yaşına çatmayan övladları - 10 iyun 2016-cı il təvəllüdlü X1, 18 mart 2018-ci il təvəllüdlü X4, 27 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən - 01 aprel 2021-ci il tarixdən hesablanmaqla sabit pul məbləği kimi hər ay, hər uşaq üçün 1000 (min) manat olmaqla ümumilikdə 3000 (üç min) manat alimentin, mediasiya üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu əvəzi kimi ödənilmiş 50 (əlli) manatın, hüquqi yardım xidməti üçün vəkilə ödənilmiş 600 (altı yüz) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, tərəflər arasında rəsmi nikah münasibətləri olmasa da, faktiki münasibətlər mövcud olmuş və tərəflərin birgə nikahdan 3 uşaqları doğulmuşdur. İddiaçı tərəf hesab edir ki, digər uşağın da atası cavabdehdir və bu səbəbdən iddia əsaslıdır. Həmçinin, ekspertiza keçirilən zaman cavabdeh Bakıda olsa da, ekspertizada da iştirak etməmişdir. Cavabdeh Bakıya gəldiyi vaxtdan 20 gün müddətində Əmənulla atasının, baba-nənəsinin yanında qalmış, ölkədən çıxıb getdikdə isə uşağı yenidən anasının yanına gətirib qoymuşdur. Onların balaca uşaqları, ümumiyyətlə, cavabdehi tanımır, buraya gəldikdə çox balaca olub. Ortancıl uşaqları serebral iflicdir və atası ilə qalmır, yalnız böyük uşaqları, yəni hazırda atalıq verməkdən imtina etdiyi uşaq cavabdeh ilə qalır. Hətta onlar bir-birinə çox bağlıdır, uşaq atasını çox istəyir. Aliment hissəsinə münasibətdə isə bildirdi ki, onlar alimentin Azərbaycana gəlinən zamandan, yəni xx.xx.2021-ci il tarixdən etibarən tutulmasını xahiş edir. Belə ki, digər iki uşaqla bağlı da cavabdeh iddiaçıya heç bir maddi yardım etməmişdir. Halbuki, qanunvericiliyə əsasən uşaqlarına baxmaq atanın vəzifəsidir və iddiaçı həmin maddi yardımı cavabdehdən yalvararaq almamalıdır. Əgər qarşı tərəfin maddi yardım edilməsilə bağlı sübutları varsa, təqdim edə bilərlər.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təranə Mahmudova) iddia tələbinin qismən təmin edilərək 10 iyun 2016-cı il təvəllüdlü X1 atasının xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh olması faktının müəyyən edilməsi; X2 aid doğum haqqında şəhadətnamədə ata qrafasında Cavabdeh yazılması; 10 iyun 2016-cı il təvəllüdlü X2 aid doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə olunması; Cavabdeh 10 iyun 2016-cı il təvəllüdlü X1, 18 mart 2018-ci il təvəllüdlü X4 və 27 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması; alimentin tutulması müddətinin 13 mart 2023-cü il tarixdən müəyyən edilməsi; qətnamənin aliment hissəsində dərhal icra olunması; iddianın qalan hissədə rədd edilməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsumun və hüquqi yardım xidməti üçün 200 manat olmaqla, cəmi 300 (üç yüz) manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X9 X14 tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qanunvericiliyə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi atalığın müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə ekspertiza keçirilməsinə baxmayaraq, iddiaçı tərəf uşağı ilə birlikdə şöbəyə getmiş, lakin cavabdeh getməmiş, nəticədə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bundan əlavə, iddiaçının vəkilinin izahatından görünür ki, ekspertiza keçirilən zaman cavabdeh Bakıda olsa da, ekspertizada da iştirak etməmişdir. Belə ki, cavabdehin Bakıda olduğu 20 gün müddətində də uşaq atasının yanında qalmışdır. Bu səbəbdən məhkəmə cavabdehin iştirakı olmadan ekspertizanın keçirilməsinin mümkün olmadığını və onun ekspertizanın keçirilməsindən imtina etdiyini, həmçinin, cavabdehin həmin uşağı öz uşağı hesab etdiyi üçün Bakıya gəldiyi vaxtdan uşağı özü ilə aparmasını və 20 gün müddətində birlikdə qalmaqlarını nəzərə alaraq hesab edir ki, X1 atasının Cavabdeh olması faktı müəyyən edilməlidir. Cavabdehin vəkili iddianı həmin hissədə qəbul etməyərək cavabdehin uşağın atası olmamasını bildirsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən tərəfin izahatı sübut kimi sayılsa da, həmin izahat digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Cavabdehin isə uşağın atası olmaması barədə izahatdan başqa digər sübutu olmadığı və digər sübutlarla yanaşı yoxlanıla və qiymətləndirilə bilmədiyi üçün həmin izahat mötəbər sübut hesab edilmir. Mötəbər olmayan sübuta isə məhkəmə əsaslana bilməz. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edib ki, Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim olunmamış, həmçinin AZEMİS-dən cavabdehin aktiv əmək müqaviləsinin olmadığı aşkar olunmuşdur. Məhkəmə iclasında cavabdehin vəkili digər iki uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Alimentin tutulma müddətinin hansı tarixdən hesablanmalı olması barədə məhkəmə qeyd edib ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Qanunvericiliyin tələbinə əsasən aliment məhz məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı həmin tarixin xx.xx.2021-ci ildən hesablanmalı olduğunu qeyd edərək bildirmişdir ki, həmin tarixdə iddiaçı uşaqlarla birlikdə Rusiyadan Azərbayaca gəlmiş və həmin andan etibarən maddi yardım göstərmək atanın vəzifəsidir. Lakin iş materiallarından və iddiaçının vəkilinə ünvanlanmış sualdan müəyyən olundu ki, iddiaçının xx.xx.2021-ci il tarixdən bu yana cavabehə qarşı aliment tələbi olmamışdır. Bu səbəbdən məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 13 mart 2023-cü il tarixdən etibarən tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, məhkəmənin mövqeyi olduqca qeyrimüəyyən olmuş, bir sıra hallarda yalnız şəxsi mövqeyindən çıxış etmiş, işdə olan sübutların mahiyyətini təhrif etmişdir. Məhkəmənin mövqeyi tam qanunsuzdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X9 X14 tərəfindən verilmiş imtina məktubunun məzmunundan müəyyən olunur ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi, məhkəmənin sübut qismində istinad etdiyi ekspertizada cavabdeh iştirak etməmiş və məhkəmə iddiaçının vəkilinin izahatına istinad etmişdir. Lakin iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizası və X9 X14 tərəfindən verilmiş imtina məktubunun məzmunundan müəyyən olunur ki, uşağın mənşəyinin təyin olunmasına görə qan, ağız suyunun tədqiqində Cavabdeh iştirak etməmişdir. Göründüyü kimi, Cavabdeh məhkəmə-tibbi ekspertizasının tədqiqatında iştirak etməməsi iddianın etirafı kimi qələmə almışdır. Cavabdehin qəsdən və ya üzrlü səbəblərdən ekspertizada iştirak etməməsi məhkəmə zamanı araşdırılmamışdır. Bundan əlavə, X1 20 gün müddətində babasının yanında qalması ilə bağlı iddia tələbinin təmin edilməsi qanunsuzdur, məhkəmə iddiaçı tərəfindən istinad edilən məsələni dəqiq araşdırmamışdır. Eyni zamanda, cavabdeh X2 münasibətdə ona qaranlıq qalan məsələni dəqiqləşdirmək məqsədi ilə ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə isə təkrar ekspertiza keçirmədən iddiaçının məhkəməyə verdiyi ifadəni əsas götürərək qanunsuz qətnamə qəbul etmişdir. Bundan əlavə, Cavabdeh 10 iyun 2016-cı il təvəllüdlü X1, 18 mart 2018-ci il təvəllüdlü X4 və 27 mart 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması tamamilə əsassızdır. Belə ki, AZEMİS-dən cavabdehin aktiv əmək müqaviləsinin olmadığı aşkar olunmuşdur. Bu səbəblə də 660 manat məbləğində aliment Cavabdeh üçün arzuolunmaz nəticələrə gətirib çıxardacaq. Cavabdeh Rusiya Fedarasiyası vətəndaşıdır və Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müraciət etmişdir. Bu da öz növbəsində qətnamənin icrasının mümkün olmayacağını təcəssüm edir. Hesab edir ki, məhkəmə tərəfindən iddia tələbi göstərilən hissələrdə təmin edilərkən MM-nin 157, “Məhkəmə qətnaməsi” haqqında Ali Məhkəmənin Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarı, Ailə Məcəlləsinin 45.1-ci və MPM 88, 217, 218.3-cümaddələrinin tələbləri pozulmuşdur. Məhkəmənin sübut qismində istinad etdiyi məhkəmə-tibbi ekspertizasının imtina məktubu konkret şəxsdən törənməsi ilə bağlı hər hansı yekun nəticə ifadə edilməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin bu norma iş üzrə təkzib edilməyən hallara aid olmalıdır. Əgər faktiki olaraq iddiaçının da iddia tələbi bunu göstərir ki, iddia tələbi atalıq faktının təsdiq edilməsidir, o zaman alimentin tutulması hazırki iş üzrə yekun məhkəmə qərarı olmadığından faktiki olaraq X2 münasibətdə atalıq faktının müəyyən ediləcəyi tarixdən hesablanmalıdır. Buna qədər isə yuxarıda qeyd olunduğu kimi ekspertizanın keçirilməsi və uşağın həqiqətən atasının cavabdeh olması dəqiqləşəndən sonra məhz atalıq faktının müəyyən edilməsi barədə qətnamənin qanuni qüvvəsini almasından sonra hesablanmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, Cavabdeh, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Tələflər məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlamış ərizədə işə nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının, eləcə də digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 45.1.Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Maddə 47.1.Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Maddə 186. Ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Maddə 187.2. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Maddə 188. Atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.
10. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu:
Maddə 4.Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
19. Mülki iş hazırki apellyasiya icraatında olarkən Cavabdehnin 10 iyun 2016-cı il tarixdə doğulmuş X1 bioloji atası olub-olmamasının müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6963/2023 saylı, 11 dekabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi genetik ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X9 X14 tərəfindən məhkəməyə ünvanlanmış 9/48 saylı, 23 yanvar 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
20. Məhkəmə-Tibbi Ekspertizası və X9 X14 tərəfindən eyni məzmunlu məktub mülki iş birinci instansiya məhkəməsinin icraatında olarkən də verilmişdir.
21. Əvvəla, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etsə də bu pozuntuların nədən ibarət olduğunu konkret və aydın şəkildə göstərmir. Bu cür ümumi hüquqi terminlərdən istifadə edilməsi isə şikayətin əsaslı olduğu anlamına gəlmir.
22. İşdən görünür ki, hazırki iddia ərizəsi 13 mart 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və artıq 1 ilə yaxındır ki, cavabdehin təqsiri üzündən bu iddia öz qanuni həllini tapa bilmir. Məhz cavabdehin xüsusən də prosessual hüquqlarından pis niyyətlə sui-istifadə etməsi nəticəsində həqiqətin müəyyən olunmasını təmin etmək bu müddətdə mümkün olmamışdır. Ancaq cavabdeh yenə də qətnamədən apellyasiya şikayəti vermiş və ekspertizada üzrlü səbəblərdən iştirak edə bilmədiyi barədə dəlil nəzərə alındı və növbəti dəfə iş üzrə tibbi-genetik ekspertiza təyin edildi. Lakin cavabdeh ekspertizanın keçirildiyi yer və vaxt barədə nümayəndəsi və vəkili barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, yenə də ölkədə olmadığı əsas gətirilərək ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdi, başqa sözlə onun keçirilməsinə mane oldu. Deməli, birinci instansiya məhkəməsinin cavabdehin ekspertizada iştirak etməkdən açıqaşkar imtina etməsi və ya ona maneə olması barədə qənaəti apellyasiya baxışı zamanı da öz təsdiqini tapdı. Ona görə də cavabdehin məhkəmənin bu hissədə, yəni cavabdehin qəsdən və ya üzrlü səbəbdən ekspertizada iştirak etməməsinin araşdırılmamasını qeyd etməsi ən azından başadüşülən olmamaqla sadəcə təəssüf doğurur.
23. Cavabdeh Rusiya Fedarasiyası vətəndaşı olması və Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müraciət etməsi də hazırki iddianın əsassızlığına dəlalət edə bilməz. Çünki, həmin hallar 10 iyun 2016-cı il tarixdə doğulmuş X1 atasının cavabdeh olduğuna heç bir maneə yaratmır. Cavabdehin aktiv əmək müqaviləsinin olmaması da onu aliment ödəmək vəzifəsindən azad etmir. Əksinə cavabdehdən yetkinlik yaşına çatmayan övladları üçün aliment ödəməməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də 10 iyun 2016-cı il tarixdə doğulmuş X1 atalıq faktının müəyyən edilməsi barədə qətnamənin qanuni qüvvəsini almasından sonra alimentin hesablanmalı olduğu barədə dəlillər də əsassız hesab edilir.
24. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.