Məhkəmə qərarları › İş №2(103)-5492/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5492/2022

27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5492/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1797/2022 saylı işinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1797/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sonradan iddiaçı G.İsparovanın qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsinə dair verdiyi ərizə Məhkəmənin eyni saylı, 14 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin eyni saylı, 30 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir Hazırda isə iş üzrə iddiaçı G.İsparova elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək qərardaddan verdiyi şikayətin baxılmadan geri qaytarılmasını, həmçinin birinci istansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyini, şikayətin mümkünlüyünün yoxlanılması üçün işin Nərimanov Rayon Məhkəməsinə qaytarılması xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022ci il tarixli qərardadından verilən şikayətin geri qaytarılması, həmçinin, Məhkəmənin 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadından verilən şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(001)- 5492/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun, həmin şikayətin geri qaytarılması, həmçinin, Məhkəmənin 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar