Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5509/2025 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil5, Cavabdeh cavabdeh2 nümayəndə-vəkilləri vəkil6 və vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələrin əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 2(008) ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən, sahəsi 1119,8 kv.m olan qeyriyaşayış sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququ ##.##.2015-ci ildə dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı iddiaçı tərəfindən mübahisələndirilən iki alqı-satqı müqaviləsi bağlanmışdır. Birinci müqavilə ##.##.2016-ci ildə iddiaçı İddiaçı (satıcı) ilə cavabdeh cavabdeh3 (alıcının) arasında bağlanıb. Müqaviləni satıcının adından etibarnamə əsasında nümayəndəsi, həm də övladı cavabdeh cavabdeh1 imzalamış, müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsi 500.000 manata alqı-satqı edilmişdir. Müqavilə Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən həmin tarixdə təsdiq edilmiş və müqavilə əsasında alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu müqavilənin 18-ci bəndində qeyd edilmişdir ki, tərəflərin razılığına əsasən müqavilənin ləğv edilməsi qaydası, yəni qeyri-yaşayış sahəsinin geri qaytarılması yalnız satıcının 3 il müddəti ərzində ##.##.2019-cu il tarixədək 500.000 manatı və əlavə 1.125.000 manat, ümumilikdə 1.625.000 manatı ödədikdə geri qaytarılmalıdır. İkinci müqavilə ##.##.2018-ci ildə cavabdeh cavabdeh3 (satıcı) ilə cavabdeh cavabdeh2 (alıcının) arasında bağlanmış, müqaviləni satıcının adından etibarnamə əsasında nümayəndəsi üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 imzalamışdır. Müqavilə şərtlərinə görə, qeyri-yaşayış sahəsi 1.500.000 manata alqı-satqı edilmişdir. Müqavilə Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən həmin tarixdə təsdiq edilmiş, müqavilə əsasında alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaçının nümayəndəsi-vəkili vəkil5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ##.##.2016-cı il tarixli alqı-satqı müqaviləsinin, cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi və ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 1119,8 kv.m olan qeyri- yaşayış sahəsi ona məxsusdur. Bu barədə daşınmaz əmlak dövlət reyestri xidməti tərəfindən RX serialı, ******* nömrəli çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə təxminən bu ilin ortalarında kənar şəxslər gələrək obyekt ilə maraqlanmağa başlamışlar. Bu barədə ona binanın mühafizəçisi məlumat vermişdir. Həmin şəxsin kimliyi barədə maraqlanan zaman onun adının Faiq olduğunu öyrənmişdir. Faiq adlı şəxs qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia etmişdir. Daha sonra o vəkilindən həmin qeyri- yaşayış sahəsi ilə bağlı müəyyən araşdırmaların həyata keçirilməsini xahiş etmişdir. ## ####### 2023-cü il tarixdə axşam saatlarında qeyd olunan qeyri-yaşayış sahəsinə kənar şəxslərin daxil olmaları və içəridə olan əşyaların çıxarılması barədə binanın mühafizəçisi ona məlumat vermişdir. O, dərhal bu barədə vəkilinə məlumat verərək müvafiq tədbir görməsini xahiş etmişdir. O, bu barədə 102 xidmət mərkəzinə məlumat verərək tədbir görülməsini xahiş etmişdir. Daha sonra əraziyə Yasamal Rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşları gəlmişlər. Həmin zaman onun qohumu da orda olmuşdur. Polis əməkdaşlarını görən həmin şəxslər gördükləri işi dayandırmışlar. Polis əməkdaşları tərəfindən həmin şəxslər polis bölməsinə dəvət edilmişdir. ## ####### 2023-cü il tarixdə axşam saatlarında həmin şəxslər qeyri-yaşayış sahəsinə təkrar daxil olaraq içəridəki əşyaları özləri ilə gətirdikləri tır markalı avtomobilə yığmışlar. Onlar təkrarən 102 xidmətinə məlumat vermişlər. Yasamal Rayon Polis idarəsinin 28-ci polis bölməsində bu barədə araşdırma olmuşdur. Belə ki, eyni zamanda 28-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Araşdırma zamanı məlum olunmuşdur ki, qeyri-yaşayış sahəsinə daxil olan şəxs Faiq adlı şəxsdir. Faiq adlı şəxs təkrarən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu iddia edir. Daha sonra qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, oğlu cavabdeh1 onun və həyat yoldaşının ona əvvəllər verdiyi etibarnamələrdən sui-istifadə edərək qeyri-yaşayış sahəsini cavabdeh3 adlı şəxs ilə alqı-satqı etmişdir. Belə ki, onlar oğluna cavabdeh1 özünə məxsus olan daşınmaz əmlakla bağlı müəyyən hərəkətləri həyata keçirilməsi üçün etibarnamə vermişlər. Onların xəbəri olmadan, eyni zamanda, qanuni maraq və mənafelərinə zidd olaraq oğlu cavabdeh1 onların birgə mülkiyyətində olan ümumi sahəsi 1119,8 kv.m olan ünvan 4 ünvanda qeyri-yaşayış sahəsini ## ####### 2016-ci il tarixində alqı-satqı müqaviləsi əsasında cavabdeh3 müəyyən şərtlərlə satmışdır. cavabdeh3 isə həmin qeyri-yaşayış sahəsini ## ###### 2018-ci il tarixdə cavabdeh2 satmışdır. O, bu məsələlərdən notariat orqanından aldığı sənədlərdən sonra xəbər tutmuşdur. Həmin qeyri-yaşayış sahəsinin satılmasına onun tərəfindən hər hansı bir razılığ olmamışdır. Oğlu cavabdeh1 həmin qeyriyaşayış sahəsinin onun illər öncə ona verdiyi etibarnamədən sui-istifadə edərək başqa şəxsə satmışdır. Bu səbəbdən də hesab edir ki, onunla cavabdeh3 arasında bağlanılmış ## ####### 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdeh3 adına verilmiş RX serialı, ******* nömrəli çıxarış və eləcə də cavabdeh3 ilə cavabdeh2 arasında bağlanılmış ## ###### 2018-cil tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, hazırki mülki işə baxılan dövrdə məlum olmuşdur ki, cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı pul tələbinə dair iddia qaldırmışdır. Vəsatət verərək həmin mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoşulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh3 cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (üçüncü şəxs cavabdeh2 və İddiaçı) qarşı ##.##.2018-ci il tarixli müqavilə alqı-satqı müqaviləsi üzrə ona ödənilməmiş 1.500.000 manat mələğində pul tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və cavabdeh2 borc pul almış, onlar arasında borc münasbətləri olmuş, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi borc münasibətlərini pərdələmək məqəsdilə bağlanılmışdır. ##.##.2018-ci il tarixli müqavilə üzrə cavabdeh2 tərəfindən edilmiş ödənişlərin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut mövcud deyil. Həmçinin ##.##.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iş üzrə cavabdeh cavabdeh1 ilkin izahatında əmlakı cavabdeh3 satmaq niyyətinin olmadığını, aralarında birlikdə biznes fəaliyyəti ilə məşğul olmaq barədə razılığa gəlindiyini, razılığa əsasən 3 il müddətində Xaçmazda bağ salınacağı, cavabdeh3 Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 571-ci məhəllədə yerləşən 1119,8 kv. m sahəsi olan qeyri-yaşayış sahəsini “Nikoyl” banka girov qoymalı, kredit götürülməsi olmuşdur. Bildirməsinə görə cavabdeh3 bankda müəyyən tanışları olmuş və Azər təsərrüfatla məşğul olduğundan kredit götürə biləcəkmiş və salınmış bağa şərik olacaqlarını, banka olan kredit borcu bağlandıqdan sonra əmlak Azər tərəfindən geri qaytarılacağını razılaşdırmışlar. Sonradan cavabdeh3 borclu olduğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 etibarnamə vermiş və əmlak cavabdeh2 “satılmışdır”. Tərəflər arasında olan borc münasibətləri Nərimanov rayon Məhkəməsinin qətnaməsi, dindirilmiş şahid ifadələri və digər sübutlarla təsdiq olunur. Əqdin etibarlı olması üçün tələb olunan elementlər bunlardır-subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması); məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi); tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə oluması və müvafiqliyi) və formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu) Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır-onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi, ##.##.2016-cı il tarixli və ##.##.2018-ci il tarixli alqı-satqı müqavilələri yalan əqd olmuş, birinci müqavilə cavabdeh1lə cavabdeh3 arasında olan biznes əməkdaşlığı müqaviləsini, ikinci müqavilə cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və cavabdeh2 arasında olan borc münasibətlərini pərdələmək üçün bağlanmış əqd olmuşdur. O da qeyd edilməlidir ki, cavabdeh3 alq-satqı müqaviləsi ilə pərdələnmiş Xaçmazda bağ sahəsinin salınması ilə bağlı biznes əməkdaşlığına dair razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin öhdəliklərin icrası zamanı vicdanlılığı müəyyən edən 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.İddiaçı mülkiyyətində olan əmlaka dair bağlanmış müqavilələrdən məlumatı olmamışdır. Belə ki, ##.##.2023-cü il tarixdə axşam saatlarında qeyd olunan qeyri-yaşayış sahəsi kənar şəxslərin daxil olmaları və içəridə olan əşyaların çıxarılması barədə binanın mühafizəçisi İddiaçı məlumat vermiş və 102 xidmətinə edilmiş şikayətin araşdırılması nəticəsində məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olmuş əmlak hazırda cavabdeh2 məxsusdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, hər iki alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilmiş və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X7 ilə cavabdeh3 arasında ##.##.2016-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, “işin mübahisə olunmayan halı ondan ibarətdir ki, sözügedən alqı-satqı müqaviləsini iddiaçının adından oğlu hazırki iş üzrə cavabdeh cavabdeh1 bağlamışdır. Məhkəmə iclası zamanı cavabdeh cavabdeh1 anasına məxsus əmlakı digər cavabdeh cavabdeh3 satılması zamanı onun məqsədi əmlakı özgəninkiləşdirmək olmadığını, birgə biznes fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək məqsədi olduğunu, məhz müqavilənin 18-ci bəndinində bu məqsədə xidmət etdiyi bildirmiş, digər cavabdeh cavabdeh3 isə sözü gedən halı qəbul etməyərək, tərəflərin həqiqi niyyətinin əmlakın özgəninkiləşdirilməsi olduğunu bildirsə də, alqı-satqı müqaviləsinin 18-ci bəndinin hansı məqsəd ilə müqaviləyə əlavə edilməsinə ağlabatan izah verə bilməmiş, ehtimallara söykənərək “ola bilsin cavabdehin başqasına borcu olması səbəbindən əmlakı satmış olduğunu daha sonra isə pul əldə edə bildiyi halda əmlakı geri qaytarmaqda niyyəti olduğunu” bildirmişdir. Lakin belə olduğu halda hansı səbəbdən əmlakın satıcısının alıcıya əmlakın satış dəyərindən artıq 1.125.000 manat əlavə pul ödəməli olduğuna aydınlıq gətirə bilməmişdir. Bundan başqa məhkəmə iclasında da şahid qismində dinlənilmiş Alıyev Tahir İbrahim oğlu da cavabdehlər cavabdeh1 ilə cavabdeh3 birgə Xaçmaz rayonunda bağ salmaq niyyəti olduğunu, bunun üçün cavabdeh1 onu cavabdeh3 ilə tanış etdiyini, bağ sahəsinin salınması üçün zəruri olan pul vəsaiti əldə etmək üçün onun özünə məxsus evini banka qoyaraq pul əldə etmək üçün cavabdeh3 ilə formal alqı-satqı müqaviləsi bağladığını, qarşılığında isə onun da bağ sahəsinə şərik olacağı ilə razılıq əldə etdiklərini, lakin bağ sahəsinin salına bilməməsi səbəbindən onlar arasında olan razılığın pozulduğunu bildirmiş, cavabdeh cavabdeh3 isə şahidin dediklərini təkzib edəcək hər hansı bir arqumenti məhkəmənin diqqətinə çatdırmamışdır. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin 18-ci bəndində tərəflərin satıcının 3 il ərzində müqavilənin ləğv etməsini nəzərdə tutan şərtləri müəyyən edilmiş, lakin müqavilə şərtində satıcının alıcıya müqavilə ləğv edildiyi təqdirdə müqavilə məbləğindən 2 dəfədən çox əlavə pul ödənməsi qeyd edilmişdir ki, bu da tərəflər arasında başqa öhdəlik münasibətləri olmasına dəlalət verir. Beləliklə məhkəmə qeyd etmişdir ki, yuxarda qeyd edilmiş hallar alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin həqiqi niyətlərinin alqı-satqı olmadığına əsas verir. Məhkəmə onu da qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin mühüm şərtlərindən biri də müqavilə bağlanan zaman alıcı əmlakın dəyərini satıcıya ödəməli olduğu halda, məhkəmənin sorğusu əsasında əldə edilmiş alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş sənədlərdə alqı-satqı müqaviləsi üzrə əmlakın dəyəri olan 500.000 manat məbləğində pul vəsaiti notariusun depozit hesabına köçürülməsinə dair mədaxil qəbzi olsa da, sözügedən pul vəsiatinin satıcıya verilməsini təsdiq edəcək məxaric qəbzinin mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh1 hər nə qədər iddiaçının adından etibarnamə ilə çıxış etsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hallardan aydın olur ki, cavabdeh3 məhz cavabdeh1 tanımış, onunla bir neçə biznes fəaliyyətində olmuşdur. Hazırki alqı-satqı müqaviləsi bağlanan zaman hər nə qədər sözügedən müqavilə tərəflərin başqa bir fəaliyyətinə xidmət etmək məqsədi daşısa da, sözügedən fəaliyyət iddiaçı ilə cavabdehin fəaliyyəti deyil, məhz iddiaçının oğlu cavabdeh1 başqa bir sahibkarlıq fəaliyyətinə xidmət etmək məqsədi daşımışdır. Yəni cavabdeh1 ona verilmiş etibarnamə üzrə hərəkət edən zaman iddiaçının marağına uyğun deyil, məhz öz marağına uyğun hərəkət etmişdir. Məhkəmə iddia tələbinin digər hissəsinə-cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində iddiaçı kimi çıxış edən cavabdeh3 vermiş olduğu iddia ərizəsinin məzmunundan da məlum olur ki, mülkiyyətçi cavabdeh3 öz əmlaklarının idarə edilməsi üçün cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 etibarnamə verərkən, o öz əmlakını cavabdeh2 satmaq niyyəti olmamışdır, sadəcə ona pul vəsaiti lazım olduğu üçün əmlakının banka qoyularaq pul əldə edilməsini istəmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 vəkilinin vermiş olduğu etirafedici izahatından, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində cavabdeh qismində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 vermiş olduğu etiraz ərizəsindən də məlum olur ki, sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman həm satıcı həm də alıcının niyəti hazırki əqdi bağlamaq olmamışdır, əksinə cavabdeh3 Yaşar adlı şəxsə olan borcunun cavabdeh2 tərəfindən ödənməsinin qarşılığı olmuşdur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, məhkəmənin vermiş olduğu sorğu əsasında əldə edilmiş cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işindən məlum olur ki, sözügedən alqı-satqı müqaviləsi üzrə müqavilə predmentinin dəyəri olan 200.000, 500.000 və 800.000 manat məbləğində pul vəsiti notariusun hesabına daxil olmasına dair mədaxil qəbzi olsa da, daha sonra həmin pul vəsitinin satıcıya ödənməsinə dair məxaric qəbzi mövcud deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki müqavilə üzrə tərəflərdə həqiqi niyyəti əmlakın özgəninkiləşdirmə deyil, cavabdeh3 cavabdeh2 olan əvvəlki borcunun əvəzləşdirilməsi olduğundan iddia tələbi bu hissədə də təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə “müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi və ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, sözügedən alqı-satqı müqavilələri etibarsız hesab edilmişdir iddia tələbi bu hissədə də təmin edilməli alqı-satqı müqavilələrindən əvvəlki vəziyyət bərpa edilməli, cavabdehlər cavabdeh2 və cavabdeh3 adına verilmiş çıxarışlar ləğv edilməli, ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə cavabdehlər cavabdeh3 və cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi zəruridir. Cavabdehlər məhkəməyə ərizə verərək hazırki tələb üzrə sonuncu müqavilənin bağlanması tarixindən altı ildən çox vaxt keçdiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, mülki işin mübahisə olunmayan halı ondan ibarətdir ki, sözügedən alqı-satqı müqavilələri bağlandıqdan sonra müqavilə predmenti olan qeyri-yaşayış sahəsi əvvəlki formada qalmış, cavabdehlər tərəfindən müqavilə bağlandıqdan sonra müqavilə predmenti olan qeyri-yaşayış sahəsində 2023-cü ilin oktyabr ayınadək hər hansı təmir quraşdırılma işləri görülməmiş, ümumiyyətlə həmin sahə qeyri-yaşayış sahəsi olsa da hər hansı bir fəaliyyət növü kimi istifadə edilməmişdir. Həmçinin tərəflər arasında mübahisə olunmayan hal odur ki, ilk dəfə həmin qeyriyaşayış sahəsinə cavabdeh2 tərəfindən 2023-cü ilin oktyabr ayında daxil olunmuş məhz bundan sonra iddiaçı özünə məxsus olduğu zənn etdiyi obyektinə başqasının daxil olduğunu hesab etmişdir və bundan sonra əmlakının 2016-ci il tarixdə satıldığından məlumatı olmuşdur. Həmçinin o halda qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisə predmenti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisini həyata keçirən “xxxx” MTK-nın təsisçilərindən biri olmuş və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binada bir neçə mülkiyyəti olmuşdur. İddiaçının sözügedən binada bir neçə mülkiyyəti olduğundan və mübahisəli qeyri-yaşayış sahəsi iddiaçınınn oğlu tərəfindən 8 il əvvəl satılsa da, həmin qeyri-yaşayış sahəsi 2023-cü ilin oktaybr ayınadək iddiaçının mülkiyyətindəki vəziyyətdə qaldığından, yəni həmin sahədə yeni alıcılar tərəfindən hər hansı bir aktiv hərəkət edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçı onun mülkiyyətində olan əmlak ilə bağlı hər hansı bir müqavilənin bağlanmasından məlumat olması həmin əmlaka kiminsə daxil olduğu anadək məlumatı olması mümkün olmadığından iddia müddətinin axımının başlandığı tarixi 2023-cü ilin oktyabr ayından hesablanmalıdır. Mülki işə dair məlumatlardan görünür ki, iddiaçı hazırki tələbi ilə ilk dəfə məhkəməyə ##.##.2023-cü il tarixdə yəni 1 illik müddət axımını ötürmədən müraciət etdiyindən cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımı 2023-cü ilin oktyabr ayından başlanmış hesab edildiyindən və iddiaçı məhkəməyə ##.##.2023-cü il tarixindən müraciət etdiyindən, əhəmiyyətsiz əqdlər üzrə iddia müddəti qanunvericilik ilə 1 il müəyyən edildiyindən iddiaçı iddia müddətini ötürməmiş hesab edilməlidir”. Cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya icraatı zamanı cavabdeh cavabdeh3 apellyasiya şikayətindən imtina etmişdir. Apellyasiya şikayətindən imtina qəbul olunmuş, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh3 münasibətdə apellyasiya icraatına xitam verilmiş, yalnız cavabdeh cavabdeh2 apellyasiya şikayətinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən-ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018ci il tarixli 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilmiş və ləğv edilən hissədə iddia rədd olunmuş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “qətnamə birinci müqavilənin, yəni ##.##.2016-ci ildə iddiaçı İddiaçı (satıcı) ilə cavabdeh cavabdeh3 (alıcının) arasında bağlanmış müqavilənin etibarsız sayılması və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müqavilənin etibarsız sayılması barədə tələb iddianın dəyişdirilməsi barədə ərizədə (cild 2, iş v. 77) belə əsaslandırılıb ki, o, yalan əqddir, İddiaçı övladı cavabdeh1 (müqaviləni satıcının adından imzalayan şəxs) ilə cavabdeh3 (müqaviləni alcı kimi imzalayan şəxsin) arasında olan biznes əməkdaşlığı barədə müqavilənin pərdələnməsi üçün bağlanıb. Müqavilənin aid olduğu bütün şəxslər satıcının məhkəmədəki nümayəndəsi, satıcının əqd üzrə nümayəndəsi və alıcı apellyasiya icraatı zamanı bildirmişlər ki, müqavilə alqı-satqı niyyəti olmadan bağlanıb. Bundan başqa, müqavilənin məzmununda biznes əməkdaşlığına xas olan şərt qeyd olunub. Belə ki, müqavilənin 18-ci bəndinə görə, satıcı bu müqavilə üzrə ödənilmiş 500.000 manatı və əlavə olaraq 1.125.000 manatı, ümumilikdə 1.625.000 manatı 3 il ərzində alıcya ödədikdə, müqavilə ləğv edilərək qeyri-yaşayış sahəsi geri qaytarılmalıdır. Belə şərt alqı-satqının hüquqi təbiətinə ziddir, odur ki, həmin şərtin müqavilənin məzmununa daxil edilməsi onun həqiqi alqısatqı olmadığını təsdiq edir. Bununla yanaşı, tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdeh1 (müqaviləni satıcının adından imzalayan şəxs) biznes fəaliyyəti ilə məşğul olub, biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün başqa şəxslərlə müəyyən razılaşmalarda iştirak edib. Odur ki, həmin müqavilə yalan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə, yalan əqd əhəmiyyətsizdir. Qətnamə ikinci müqavilənin, yəni ##.##.2018-ci ildə cavabdeh cavabdeh3 (satıcı) ilə cavabdeh cavabdeh2 (alıcının) arasında bağlanmış müqavilənin etibarsız sayılması, onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Müqavilənin etibarsız sayılması barədə tələb iddianın dəyişdirilməsi barədə ərizədə (cild 2, iş v. 77) belə əsaslandırılıb ki, o, yalan əqddir, cavabdeh3 (müqavilə üzrə satıcı), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (müqaviləni satıcının nümayəndəsi kimi imzalayan şəxs) və cavabdeh2 (müqaviləni alıcı kimi imzalayan şəxsin) arasında olan borc münasibətlərinin pərdələnməsi məqsədilə bağlanıb. Lakin həmin müqaviləni imzalayan şəxslər, yəni cavabdeh2 (müqavilə üzrə alıcı) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (müqavilə üzrə satıcının nümayəndəsinin) vəkili-nümayəndəsi Ülvi İsmayılov apellyasiya icraatı zamanı bildirdilər ki, müqavilə həqiqi alqı-satqı müqaviləsidir, müqavilədə göstərilən pul qeyri-yaşayış sahəsinin qiyməti kimi ödənilib və qeyri-yaşayış sahəsi alıcıya təhvil verilib. Hazırkı iddianın düzgün həlli üçün bu məlumatlardan hansının düzgün olmasının əhəmiyyəti yoxdur. Bunun aşağıda göstərilən iki səbəbi var: Birinci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. “Pərdələmə” sözünün mənası onu təsdiq edir ki, pərdələmə yalnız oxşar hüquqi təbiətə malik olan əqd vasitəsilə mümkündür, çünki məhz oxşarlıq bir əqd vasitəsilə digər əqdi gizlətməyə imkan verir. Daşınmaz əşyaya dair alqı-satqı müqaviləsinin vasitəsilə pula dair borc müqaviləsini pərdələnməsi mümkün deyil, çünki həmin müqavilələr fərqli hüquqi təbiətə malikdir. Hazırkı iddia “pərdələməyə” əsaslandığına görə onun təmin edilməsi mümkün deyil. İkinci, şərti olaraq belə hesab olunsa ki, qeyri-yaşayış sahəsi həqiqətən pul borcunun əvəzində verilib, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsindən görünür ki, pərdələmənin obyekti əqddən əmələ gələn öhdəliyin icrası deyil, əqdin özü ola bilər. Əgər pul öhdəliyinin icrası əşya verilməklə həyata keçirilibsə, əşyanın verilməsi isə formal alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilibsə, bu, pərdələmə deyil, novasiya sayılır (Mülki Məcəllə, maddə 531). Novasiyaya dair qaydalar pozulduğu təqdirdə, bunu novasiyaya dair razılıq əldə edən şəxslər mübahisələndirə bilər. Lakin hazırkı işdə belə mübahisə qaldırılmayıb, iddianı qaldıran şəxs İddiaçı novasiyanın tərəfi olduğunu iddia etmir. Birinci müqavilənin etibarsız sayılması ikinci müqavilənin etibarsız sayılmasına səbəb ola bilməz, çünki ikinci müqavilə üzrə qeyri-yaşayış sahəsini əldə edən cavabdeh2 vicdanlı əldə edən sayılır. O, birinci müqavilənin etibarsız olduğunu bilməyib, reyestr qeydinin həqiqiliyinə və notariat qaydasında təsdiq olunmuş etibarnamənin məzmununa əsaslanaraq ikinci müqaviləni bağlayıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli qərarında qeyd olunub: “Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı”. İddiaçı İddiaçı mülkiyyətindən məhrum edildiyinə görə, zərərin əvəzinin ödənilməsi üçün zərərin vurulmasında təqsirkar olan şəxsə qarşı iddia qaldıra bilər”. İddiaçı İddiaçı və cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi qismən iddianın rədd edildiyi hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Apellyasiya məhkəməsi ##.##.2016-ci ildə iddiaçı İddiaçı (satıcı) ilə cavabdeh cavabdeh3 (alıcının) arasında bağlanmış müqavilənin etibarsız-yalan əqd olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh cavabdeh3 (satıcı) ilə cavabdeh cavabdeh2 (alıcının) arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin və hüquqi nəticələrinin etibarsız sayılması hissəsində isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. İddiaçı qeyd edilən müqavilənin etibarsız sayılması barədə iddiasını belə əsaslandırmışdır ki, bu müqavilə cavabdeh3 (müqavilə üzrə satıcı), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (müqaviləni satıcının nümayəndəsi kimi imzalayan şəxs) və cavabdeh2 (müqaviləni alıcı kimi imzalayan şəxsin) arasında olan borc münasibətlərinin pərdələnməsi məqsədilə bağlanmış yalan əqddir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu dəlillərin araşdırılması aşağıdakı səbəblərə görə əhəmiyyətli deyil. Birincisi daşınmaz əşyaya dair alqı-satqı müqaviləsinin vasitəsilə pula dair borc müqaviləsini pərdələnməsi mümkün deyil, çünki həmin müqavilələr fərqli hüquqi təbiətə malikdir. İkincisi, şərti olaraq belə hesab olunsa ki, qeyri-yaşayış sahəsi həqiqətən pul borcunun əvəzində verilib, bu pərdələmə deyil, novasiya sayılır. Novasiyaya dair qaydalar pozulduğu təqdirdə, bunu novasiyaya dair razılıq əldə edən şəxslər mübahisələndirə bilər. İddianı qaldıran şəxs İddiaçı novasiyanın tərəfi olduğunu iddia etmədiyindən onun iddiası təmin edilə bilməz. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyri-yaşayış sahəsini əldə edən cavabdeh2 vicdanlı əldə edəndir. O, birinci müqavilənin etibarsız olduğunu bilməmiş, reyestr qeydinin həqiqiliyinə və notariat qaydasında təsdiq olunmuş etibarnamənin məzmununa əsaslanaraq ikinci müqaviləni bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərkən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixdə qəbul etdiyi 2(103)-4109/2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçının və cavabdeh cavabdeh2 üçüncü şəxs qismində cəlb edildiyi cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı pul tələbinə dair iddiası üzrə mülki mübahisəyə baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh3 cavabdeh2 borcu olmuş, iddiaçı İddiaçı məxsus obyekt 1000000 ABŞ dolları borcun əvəzinə cavabdeh3 tərəfindən sonuncuya təqdim edilmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il ## #### tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmə tərəfindən qeyd edilən qətnamənin qanuni qüvvəyə minib-minmədiyi yoxlanılmalı, əgər qanuni qüvvəyə minmişdirsə hazırkı iş üzrə preyudusial xarakter daşıyan qətnamə üzrə müəyyən edilmiş faktlar işin yenidən araşdırılmalı olmayan sübut edilmiş halları kimi qəbul edilməli idi. Hazırkı halda isə apellyasiya instansiyası məhkəməsi preyudisial xarakterli məhkəmə aktının qanuni qüvvəyə minib-minmədiyini araşdırmadan iddiaçının dəlillərini sübut edilməmiş hesab etmiş və şərtlə qeyd etmişdir ki, əgər qeyri-yaşayış sahəsinin cavabdeh3 tərəfindən cavabdeh2 borc əvəzinə təqdim edildiyi qəbul edilsə belə, bu novasiya hesab ediləcəyindən yenə də iddia əsassız hesab olunar. Kollegiya məhkəmənin novasiya ilə bağlı mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, novasiya Mülki Məcəllədə öhdəliyə xitam verilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş və 531.1-ci maddədə qeyd edilmişdir ki, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Qeyd edilən norma əsasında öhdəliyə xitam verilməsinin müəyyən edilməsi üçün tərəflər arasında etibarlı öhdəlik münasibəti mövcud olmalı və həmin öhdəlik tərəflərin razılaşması ilə yeni etibarlı öhdəliklə əvəz edilərək əvvəlki öhdəlik üzrə yaranmış hüquq və vəzifələrə xitam verilməlidir. (məsələn: bankla bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin restrukturizasiya edilərək tərəflər arasında yeni şərtlərlə yeni kredit müqaviləsi bağlanması). Yəni, öhdəliyi olan şəxsin başqasına məxsus əmlakı öz öhdəliyinə xitam verilməsi üçün təqdim etməsi novasiyanın tətbiqi üçün əsas ola və əmlakın həqiqi mülkiyyətçisinin hüquqlarını xitam edə bilməz. Hazırkı halda cavabdehlər cavabdeh3 və cavabdeh2 arasında hansı öhdəliyin xitam olunduğu və yeni yaranmış öhdəliyin hansı öhdəlik olduğu qətnamədə qeyd edilməmişdir. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, cavabdeh3 borc öhdəliyinin xitam olunması üçün üçüncü şəxsə təqdim etdiyi əmlakın onun özünə məxsus olmadığı və onun mülkiyyət hüququnun qeydiyyatının əsassız olduğu müəyyən edildiyindən onun öhdəliyinin xitamı ilə bağlı etibarlı əqd bağlanmamışdır. Mülki qanunvericilikdə daşınmaz əmlakı əldə etmiş şəxs vicdanlı alıcı olduğu hallarda onun hüquqları MM-nin 148.2 və 149.2-ci maddəsinə əsasən müdafiə olunur. Həmin normalarda qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Lakin alıcının vicdanlı hesab edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı meyarlar mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Alıcının əmlakı dəyərini ödəyərək əvəzli əldə etməsi də onun vicdanlı alıcı hesab edilməsi üçün şərtlərdən biri hesab olunur. Kollegiya hesab edir ki, hazırkı halda cavabdeh2 vicdanlı alıcı olub olmamasına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarındakı hüquqi mövqe, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixdə qəbul etdiyi 2(103)- 4109/2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar və iş materiallarındakı sübutlar hərtərəfli araşdırılmaqla hüquqi qiymət verilməli, qeyri-yaşayış sahəsinin sonuncu alqısatqıdan sonra iddiaçının sahibliyindən çıxıb-çıxmadığı zəruri prosessual hərəkətlər edilərək araşdırılmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə qiymət verilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər”. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Bakı Apellyasiya *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının icraatında olan İddiaçı X22 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi, X10, X1, X8 və X9 qarşı “etibarnamənin, alqı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında qeydin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair *(***)-****/**** nömrəli mülki işlə əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının bütün hakimlərdən ibarət tərkibdə baxılıb qərar çıxarılanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Mülki işin dayandırılmasına əsas olmuş iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının **/**** nömrəli, ## ### 2026-ci il tarixli qərardadı qəbul edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsivəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin – Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, Qapı-1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli qərardadı:
41. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi, uydurma əqd reallıqda heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri özləri üçün hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barədə öz aralarında razılığa gəlmiş olurlar. Uydurma əqd, bir qayda olaraq, başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
42. Qeyd olunan dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir.
43. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar.
44. Əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Əks yanaşma Mülki Məcəllənin müqavilə azadlığına və müqavilə qiymətinin tərəflərin razılaşması ilə müəyyənləşdirilməsinə dair 390 və 398.1-ci maddələrinin tələblərinə zidd olardı. Bu baxımdan, məhkəmə iş üzrə bütün faktiki halları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini nəzərə almaqla, sübutların məcmusu əsasında qiymətləndirməlidir. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır. Bununla yanaşı, istisna hallarda elə bir yeganə faktın mövcudluğu da mümkün ola bilər ki, bu, özü-özlüyündə digər ağlabatan izahları aradan qaldıraraq mübahisə üçün həlledici əhəmiyyət kəsb etsin. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən artıq ağır olmasına baxmayaraq, kifayət qədər yüksək dəyəri olan qeyri-yaşayış sahəsi əldə etməsi və bunun formal olmamasına dair hər hansı ağlabatan əsaslandırma verə bilməməsi.
45. Bu qaydada aparılan qiymətləndirmə əsasında əqdin uydurma olması təsdiq edilərsə, məhkəmə digər şərtlərin yoxlanılmasına keçmədən araşdırmanı yekunlaşdırmalı və reyestrdə üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə iddia onunla bağlanmış müqavilənin etibarsız (əhəmiyyətsiz) olması səbəbindən təmin edilməlidir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 2**.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2**.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, Qapı-1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ##.##.2018-ci ildə cavabdeh cavabdeh3 (satıcı) ilə cavabdeh cavabdeh2 (alıcının) arasında bağlanmış, müqaviləni satıcının adından etibarnamə əsasında nümayəndəsi üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 imzalamışdır. Müqavilə şərtlərinə görə, qeyri-yaşayış sahəsi 1.500.000 manata alqı-satqı edilmişdir. Müqavilə Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən həmin tarixdə təsdiq edilmiş, müqavilə əsasında alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı qeyd edilən müqavilənin etibarsız sayılması barədə iddiasını onunla əsaslandırmışdır ki, bu müqavilə cavabdeh3 (müqavilə üzrə satıcı), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (müqaviləni satıcının nümayəndəsi kimi imzalayan şəxs) və cavabdeh2 (müqaviləni alıcı kimi imzalayan şəxsin) arasında olan borc münasibətlərinin pərdələnməsi məqsədilə bağlanmış yalan əqddir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)- ***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində iddiaçı kimi çıxış edən cavabdeh3 vermiş olduğu iddia ərizəsinin məzmunundanda məlum olur ki, mülkiyyətçi cavabdeh3 öz əmlaklarının idarə edilməsi üçün cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 etibarnamə verərkən, o öz əmlakını cavabdeh2 satmaq niyyəti olmamışdır, sadəcə ona pul vəsaiti lazım olduğu üçün əmlakının banka qoyularaq pul əldə edilməsini isdəmişdir. Bundan başqa məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi-vəkilinin vermiş olduğu etirafedici izahatından, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində cavabdeh qismində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 vermiş olduğu etiraz ərizəsindən də məlum olur ki, sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman həm satıcı həm də alıcının niyəti hazırki əqdi bağlamaq olmamışdır, əksinə cavabdeh3 Yaşar adlı şəxsə olan borcunun cavabdeh2 tərəfindən ödənməsinin qarşılığı olmuşdur. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, məhkəmənin vermiş olduğu sorğusu əsasında əldə edilmiş cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair notariat işindən məlum olur ki, sözügedən alqı-satqı müqaviləsi üzrə müqavilə predmentinin dəyəri olan 200.000, 500.000 və 800.000 manat məbləğində pul vəsaiti notariusun hesabına daxil olmasına dair mədaxil qəbzi olsa da, daha sonra həmin pul vəsitinin satıcıya ödənməsinə dair məxaric qəbzi mövcud deyildir. Belə olan halda Məhkəmə Kollegiyası hesab etmişdir ki, hazırki müqavilə üzrə tərəflərində həqiqi niyyəti əmlakın özgəninkiləşdirmə deyil, cavabdeh3 cavabdeh2 olan əvvəlki borcunun əvəzləşdirilməsi olduğundan iddia tələbi bu hissədə də təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da nəticəsini Mülki Məcəllənin 340.2-ci maddəsi əsaslandırılması ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qətnamədə göstərilən əsasla rədd edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki kollegiya tərəfindən tələb edilərək tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/****-cü nömrəli mülki iş materiallarından görünür ki, cavabdeh2 üçüncü şəxs qismində cəlb edildiyi cavabdeh3 iddiası üzrə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı pul tələbinə dair mülki mübahisəyə baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh3 cavabdeh2 borcu olmuş, iddiaçı İddiaçı məxsus obyekt 1.000.000 ABŞ dolları borcun əvəzinə cavabdeh3 tərəfindən sonuncuya təqdim edilmişdir. Həmin iş üzrə müəyyən edilmişdir ki, “iddiaçı cavabdeh3 biznes fəaliyyətinin inkişafı üçün cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən borc pulun verilməsi ilə əlaqədar tərəflər arasında borc münasibəti mövcud olmuşdur. İşin hərtərəfli araşdırılması baxımından tərəflər arasında borc münasibətinin olmasını təsdiq edən sübutlar araşdırılmalı, hazırkı mülki iş üzrə tərəflərin hansının biri-birinə borclu olması, borc məbləğinin həcminin müəyyən edilməsi mübahisənin obyektiv həllində mühüm əhəmiyyət kəsb edir. Belə ki, tərəflər arasında çoxsaylı borc münasibətinin olması halının müəyyən edilməsi iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsi üçün zəruri olduğundan kollegiya tərəflərin polis orqanlarına, həmçinin məhkəmə iclaslarında verdikləri izahatlarına, şahid ifadələrinə və işdə olan hər iki tərəfin etiraf etdiyi borcla bağlı yazılı sübutlara əsasən tərəflər arasında olan münasibətlərin həqiqi xarakterini aşkara çıxarmışdır”. Göründüyü kimi cavabdeh3 cavabdeh2 borcu olmuş, iddiaçı İddiaçı məxsus obyekt 1.000.000 ABŞ dolları borcun əvəzinə cavabdeh3 tərəfindən sonuncuya təqdim edilmişdir. Birinci instansiya məhkəməsi hazırki müqavilə üzrə tərəflərin həqiqi niyyəti əmlakın özgəninkiləşdirmə deyil, cavabdeh3 cavabdeh2 olan əvvəlki borcunun əvəzləşdirilməsi olduğundan iddia tələbinin əsassız olmasına həmin pul vəsitinin satıcıya ödənməsinə dair məxaric qəbzi mövcud olmamasına istinad etsə də, həmin mübahisələndirilən müqavilənin yalan əqd, deyil, uydurma ədq olmaqla, cavabdeh3 ilə cavabdeh2 arasında olan borc münasibətləri baxımından bu əqdə uyğun nəticələr bağlamaq niyyəti ilə deyil, yalnız görünüş məqsədi ilə bağlanılmasına hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsi uydurma olmaqla ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Məhkəmə Kollegiyası qeyd edilən nəticəyə gələrkən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixdə qəbul etdiyi 2(103)-4109/2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən halların də nəzərə alınmasını zəruri sayır. Belə ki, qətnamədə qeyd edilir ki, “iddiaçı cavabdeh3 ## ###### 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qeyd etmişdir ki, 2018-ci il tarixdə biznes məsələləri ilə əlaqədar pul lazım olduğundan cavabdehdən pul borc verməsini istəmiş, cavabdeh isə ona pulunun olmadığını, lakin ona məxsus mənzili girov qoyaraq ona borc pul tapa biləcəyini demişdir. Tapılan şəxs cavabdeh2 olmuş, o da mənzilin əvəzinə 6 ay müddətinə faizlə pul borc verə biləcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh və X5 ilə yanaşı iddiaçı cavabdeh2 da borc pul məbləği almış, aralarında borc münasibətləri olmuşdur. Tərəflərin izahatlarından və şahid ifadələrindən cavabdehin özünün iddiaçıya borc pul verdiyi, buna imkanı olmadıqda isə iddiaçıya borc verə biləcək şəxslər tapdığı aydın olur” (*(***)- ****/**** nömrəli iş, cild 2, səhifə 132, qətnamənin 90-cı bəndi). Göründüyü kimi sözügedən qətnamə ilə tərəflər arasında borc münasibətlərinin olmasını müəyyən edir ki, hazırki vəziyyətdə də mübahisələndirilən müqavilə uydurma əqd olmaqla əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən cavabdeh2 nümayəndəsi-vəkili vəkil6 izahatında X2 cavabdeh3 əvvəllər tanımadığını bildirmişdir. Lakin yuxarıda qeyd edilən mülki iş araşdırılarkən vəkilin izahatı öz təsdiqini tapmamışdır. Belə ki, həmin iş üzrə dindirilmiş Əhmədov Tofiq İsmyıl oğlu ifadəsində qeyd etmişdir ki, cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tanıyır, dost olmuşlar. cavabdeh3 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olan münasibətlərindən tanıyır. 5 il əvvəl “Çinar” kafesində olan zaman cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ona pul verəcəyini, əvəzində isə Yasamalda olan əmlakı sonuncuya verəcəyini bildirmişdir. Əmlak cavabdeh2 borc əvəzinə verilmişdir (*(***)-****/**** nömrəli iş, cild 1, səhifə 237). Qeyd edilən iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndə-vəkilinin izahatlarından görünür ki cavabdeh3 böyük qardaşı da alqı-satqıda iştirak etmişdir (*(***)-****/**** nömrəli iş, cild 1, səhifə 115). Göstərilənlər cavabdeh3 tanımamaqlarına dair cavabdeh2 nümayəndəsi-vəkilinin göstərdikləri iş materialları ilə təkzib edilir. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 337.1, 340.1-cı maddəsidir, yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslara görə əqd əhəmiyyətsizdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsi uydurma əqd olduğu üçün apellyatorun vicdanlı alıcı olmasına dair dəlillərinə hüquqi qiymət verilməsinə zərurət olmamışdır. Belə ki, adından göründüyü kimi, həmin əqd uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması halında hər hansı vicdanlıqdan sözbət gedə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlməsi müəyyən edilir. Apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, Qapı-1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2**, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən – Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, Qapı-1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında cavabdeh2 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin və ləğv edilən hissədə iddia tam təmin olunsun. cavabdeh3 ilə cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Müqavilə əsasında cavabdeh2 verilmiş ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. ünvan 2 ünvanında sahəsi 1119.8 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı İddiaçı təhvil verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.