Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5521/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(009)-1839/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(009)- 1839/2024 saylı qərardadı iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilmədən verildiyi üçün qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv olunması və ərizənin icraata götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(009)- 1839/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Qeyd olunan normaların mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Birinci instansiya məhkəməsi, iddia ərizəsini geri qaytararkən gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanı ünvan 1unun inzibati ərazisinə, digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı isə ünvan 2 inzibati ərazisinə aiddir. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə həmçinin aşağıdakıları qeyd etmədiyi zəruri hesab edir. MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipi əks olunmaqla iddianın bir qayda olaraq, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerə görə, hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddiaların isə onun müəssisəsinin ünvanının olduğu yerə görə verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, qanunverici bir sıra hallar üçün iddiaçının seçiminə görə aidiyyat qaydası müəyyən etməklə, iddiaçıya ünvanları müxtəlif olan cavabdehlərə qarşı iddia qaldırdıqda iddianı məhz cavabdehlərdən birinin ünvanına görə verə bilməsi imkanı nəzərdə tutmuşdur. Hazırkı halda isə müəyyən olunur ki, cavabdehlərdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanı Yasamal rayonu ərazisinə (ünvan 3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquqi ünvanı isə Nəsimi rayonu ərazisinə (ünvan 4elə olan halda, göründüyü kimi cavabdehlərin heç birinin hüquqi ünvanı Səbail Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. İddiaçı şikayətin dəlillərini əsaslandırmamış, iddianın məhz ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə aid olmasına dair hər hansı sübut təqdim etməmiş, şikayətin dəlillərini ümumi mülahizələri ilə əsaslandırmağa çalışmışdır. MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nın 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə kollegiyassı hesab edir ki, birinci instansiya məhkəməsi iddianı ərazi aidiyyatı qaydalarının pozulması əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(009)-1839/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2(009)- 1839/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5521/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5521/2024
20.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver