Məhkəmə qərarları › İş №2(103)-553/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-553/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-553/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə katibi Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2051/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə icraat Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, maraqlı şəxs Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı iki uşaqları var. Münasibətləri pozulduğu səbəbindən rəsmi olaraq boşanmaq qərarına gəlmişlər. Qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin keçirilməsi üçün mediasiya qurumuna müraciət etmişlər. Mediasiya təşkilatında bütün mübahisəli məsələləri müzakirə edərək razılığa gəlmişlər və xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinin şərtlərinə əsasən o, Cavabdeh iki uşağın saxlanması üçün alimentin ödənilməsini, uşaqların bağçaya aparılıb-gətirilməsi, həkimlərlə bağlı xərcləri və s.xərcləri öz öhdəsinə götürmüşdür. Cavabdeh öz növbəsində atanın uşaqları ilə görüşməsinə heç bir maneə yaratmamağı öz öhdəsinə götürmüşdür (sazişin 110 bəndləri). Lakin son zamanlar Cavabdeh sazişin şərtlərinə əməl etməkdən hər cür vasitə ilə boyun qaçırır. Belə ki, aliment məbləği onun tərəfindən müntəzəm şəkildə ödənilir. Bəzi hallarda əmək haqqı gecikdirildiyinə görə o, aliment məbləğini bir ya iki gün gec Cavabdeh çatdırmış olur. Saziş bağlandığı gündən indiyədək 2 gündən artıq alimentin ödənilməsində gecikməyə yol verməmişdir. Cavabdeh bundan istifadə edərək və bunu bəhanə gətirərək uşaqları ona vaxtında verməkdən yayınır və barışıq sazişin şərtlərinə əməl olunmasından hər cür yayınır. Faktiki olaraq sazişin uşaqların onunla görüşməsinə dair müvafiq bəndlərin tələblərinə ərizə üzrə maraqlı əməl etmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sazişin 6-cı bəndində sazişin icrası müddəti olaraq göstərilmişdir ki, bu saziş imzalandıqdan sonra 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, maraqlı şəxs tərəfindən sazişin şərtlərinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddətin pozulduğu aşkardır. Sazişin 8-ci bəndinə əsasən “Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər”. Sazişin 9-cu bəndinə əsasən “Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüququ xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir”. Tərəfindən vəkillə hüquqi xidmət haqqında müqavilə bağlanaraq, müqavilə üçün 300 manat məbləğində ödəniş edilmişdir. Bundan əlavə hal-hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, həmin xərclər maraqlı şəxsdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onunla maraqlı şəxs Cavabdeh arasında Bakı 6 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi, 300 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2051/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək Cavabdeh ilə İddiaçı arasında, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı hissələri təsdiq edilmişdir: “7. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 ataları ikinci tərəf kimi çıxış edən İddiaçılə hər həftənin 5-ci günü (cümə günü) saat 18.00-dan etibarən, gecə qalmaq şərtilə 7-ci gün (bazar günü) 18.00-dək ananın iştirakı olmadan ünsiyyətinə etiraz etmir. 8. Birinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 ataları ikinci tərəf kimi çıxış edən İddiaçı ilə uşaqların doğum günündən sonrakı gün, Azərbaycan Respublikasında mövcud olan bütün bayram günlərindən sonrakı gün, o cümlədən Pasxa bayramı səhər saat 10.00-dan həmin günü 18.00-dək, hər ilin 26 iyun səhər saat 10.00-dan 27 iyun axşam saat 18.00-dək ananın iştirakı olmadan ünsiyyətinə etiraz etmir”. Cavabdeh İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 400 (dörd yüz) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2051/2024 nömrəli qətnaməsi ilə razılaşmayan maraqlı şəxs Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ərizəçi İddiaçı apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Göründüyü kimi, maraqlı şəxsin apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur. Beləliklə, Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətindən imtina olunması barədə ərizəsi təmin edilməli və ona münasibətdə mülki işin apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2051/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə mülki iş üzrə apellyasiya icraatına maraqlı şəxs Cavabdeh münasibətdə xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar