Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5534/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iş üzrə (Açar sözlər: əqdin bir hissəsinin etibarsız hesab edilməsi və çıxarışının ləğv edilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X15, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “əqdin bir hissəsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 253/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngədə olan 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2 və ailə üzvləri X6, X10, Nümayəndə Aftandil oğlunun və İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 205,3 kv.m yaşayış, 497,3 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə X3, Nümayəndə Aftandil oğlunun, X10, İddiaçı Aftandil qızının və X6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı (bundan sonra iddiaçı), habelə Nümayəndə Aftandil oğlu öz əvəzinə, eyni zamanda, xx.xx.2007-ci il tarixli etibarnamə əsasında X11 və xx.xx.2007-ci il tarixli etibarnamə əsasında X2 əvəzinə hərəkət edərək, Cavabdeh2 (bundan sonra cavabdeh) ilə xx.xx.2007-ci il tarixdə bağladıqları bağışlama müqaviləsinə əsasən həmin fərdi yaşayış evində olan paylarını Cavabdeh2 bağışlamışlar. xx.xx.2006-cı il tarixdə X4 vəfat etmişdir. xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 vərəsəsi oğlu Nümayəndə Aftandil oğlu müəyyən edilmiş və miras əmlak olaraq mübahisəli fərdi yaşayış evinin 1/5 hissəsi üzərində onun payı tanınmışdır. Bundan sonra xx.xx.2008-ci il tarixdə həmin fərdi yaşayış evinin 4/5 hissəsi üzərində Cavabdeh2, 1/5 hissəsi üzərində isə Nümayəndə Aftandil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda fərdi yaşayış evinin ona məxsus hissəsinin Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixli bağışlanma müqaviləsi əsasında digər şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/148 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş xx.xx.2007-ci il tarixli müqavilənin “İmzalar” qrafasındakı imzaların - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edildiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci tarixdə 12 saylı Notariat Kontorunda (hazırda Notariat Ofisi) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinin ona məxsus 1/5-də hissəsinin onun adından bağışlanma müqaviləsi əsasında cavabdehə bağışlanma hissəsində etibarsız hesab edilməsi, bağışlanma müqaviləsi əsasında cavabdehin adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2008-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, 2023-cü ilin iyun ayında onun paylı mülkiyyətinin hüquqi vəziyyəti barədə məlumat almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə, ona 2007-ci ildən paylı mülkiyyətinin xəbəri olmadan başqa şəxsin adına keçirildiyi bildirilmişdir. Belə ki, onun sonradan çox çətinliklə əldə etdiyi xx.xx.2007-ci il tarixli müqavilənin surətindən ona məlum olmuşdur ki, guya o, Nümayəndə və xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 15 saylı dövlət Notariat Kontoru tərəfindən E85/34181№-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X12, xx.xx.2007-ci il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən 7E-39-19620 №-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X5 əvəzinə hərəkət edən və Bakı şəhəri, C.Xəndan küçəsi, ev 3, 85 saylı mənzilində yaşayan Cavabdeh2 ilə birlikdə xx.xx.2007-ci il tarixdə müqavilə bağlayaraq o, paylı mülkiyyət kimi ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. O, heç vaxt, o cümlədən 2007-ci ilin 4 dekabrında 1 saylı Notariat Kontrounda olmamış və heç bir bağışlama müqaviləsini imzalamamışdır. Lakin əldə etdiyi müqaviləyə baxdıqda müəyyən etmişdir ki, onun adından naməlum şəxs tərəfindən saxtalaşdırılma aparılmış və müqavilə imzalanmışdır. O, bu barədə hər iki cavabdehə bildirsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0.06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Nümayəndə adına qeydiyyata alınmışdır. Hər iki cavabdeh saxtakarlıq etmiş və onun iştirakı və razılığı olmadan onun imzasını saxtalaşdırmışdır. O, mənzilin bağışlama müqaviləsi qaydasında cavabdehin adına keçirilməsindən məlumatsız olmuşdur. Lakin hazırda o, mülkiyyəti barədə məlumat əldə etmək istədikdə məlum olmuşdur ki, cavabdeh saxtakarlıq etmiş və mənzilin ona məxsus hissəsini bağışlama qaydası ilə öz adına keçirmişdir.
4. Cavabdeh2 iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İddiaçının iddia tələbi daşınmaz əmlakla bağlı müqavilənin ləğvi ilə əlaqədardır və müqavilə 2007-ci ildə bağlandığından artıq həmin müqavilənin mübahisələndirilməsi üçün iddia müddəti keçmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 253/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixli notariat bağışlama müqaviləsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin İddiaçı tərəfindən Cavabdeh2 bağışlanması hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinə münasibətdə) aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********02-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının ləğv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 126 manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X20).
6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, işin hallarından və tərəflərin izahatlarından göründüyü kimi, bağışlanma müqaviləsinin bağlanılmasında İddiaçı iştirak etməmiş, ekspert rəyi ilə müqavilədəki imzanın ona aid olmadığı, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Müqavilə onu bağlayan şəxs kimi qeyd edilən hazırkı halda iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanmamış, beləliklə əqd qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Beləliklə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbi əsaslı olmuşdur.
7. Məhkəmə, həmçinin, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, həm cavabdehin, həm də iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, iddiaçının uzun müddət ailəsi ilə əlaqəsi olmamış, onlarla danışmamış və eyni zamanda mübahisəli evdə yaşamamışdır. Bu səbəbdən də iddiaçının onun adından bağışlama müqaviləsinin imzalanması və mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin adına keçirilməsi barədə məlumatının olmasına dair cavabdehin bildirdikləri əsassızdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçıya ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilərək, İddiaçı adına daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
8. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iş üzrə məhkəmə məsrəfi olan 126 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 152-ci, 329-cu, 331-ci, 337-ci, 372-ci, 373-cü, 377-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin ev onun birgə nikahda olduğu zaman inşa olunmuş və bu səbəbdən də iddiaçının bağışlanma müqaviləsini imzalamaması mümkün deyildir. Buna görə də o, iddiaçı ilə üzləşməklə məsələni aydınlaşdırmaq üçün iddiaçının özünün məhkəmə iclasına dəvət olunması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin zərurətin yaranmasına baxmayaraq, o, üzləşmək və izahat vermək üçün məhkəməyə çağrılmamışdır. Həmçinin, ekspert rəyi hazırki iş üzrə əsas götürülə bilməz. Belə ki, İddiaçı tərəfindən 17 il öncəki imzasını təqdim etmədən qeyd edilən müqavilədəki imzanın iddaçıya aid olub-olmadığını müəyyən etmək mümükün deyildir. Bütün bunlara baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti rədd etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsinin onun keçmiş əri olması və onunla aralarında olan münasibəti, fərdi yaşayış evinin kim tərəfindən və hansı tarixdə inşa olunması kimi faktiki hallar araşdırılmamışdır. İddiaçı xx.xx.2007-ci il tarixdə 1 saylı notariat kontorunda olduğundan və həmin tarixdə bağışlanma müqaviləsini imzaladığından qeyd olunan müqavilənin mübahisələndirməsi üçün iddia müddəti keçmişdir. Buna görə də iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməli idi. Həmçinin məhkəmə, ekspert rəyinin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, İddiaçı tərəfindən 17 il öncəki imzasını təqdim etmədən qeyd edilən müqavilədəki imzanın iddaçıya aid olub-olmamasını müəyyən etməyin mümkünsüz olduğunu, iş üzrə əlavə araşdırma zərurətinin yarandığını və təkrar ekspertiza təyin edilməli olduğunu nəzərə alınmalı idi. Məhkəmənin təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, müqavilədəki imzanın iddaçıya aid olubolmamasını müəyyən etmək üçün iş üzrə təkrar ekspertiza keçirilmədən və iddiaçının məhkəmə iclasına üzləşmək və izahat vermək üçün məhkəməyə çağrılması zərurəti yarandığını nəzərə almadan çıxarılmış qətnamə tam qanunsuzdur. Belə ki, müqavilədəki imzanın iddaçıya aid olub - olmamasını müəyyən etmək üçün iddiaçı zərurət yarandığına görə izahat vermək üçün şəxsən məhkəməyə çağrılmalı və təkrar ekspertiza təyin etdikdən sonra qətnamə çıxarılmalı idi. Belə ki, birinci instansiya məhkəməsi onun izahatlarını nəzərə almadan iddiaçının nümayəndəsinin onun keçmiş həyat yoldaşı olmasına baxmayaraq, izahatlarını və ekspert rəyini əsas götürməklə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun uzun illərdir ki, cavabdeh və onun həyat yoldaşı olmuş qardaşı ilə münasibəti olmamış, həmin evə də getməmişdir. İddia qaldırılmamışdan bir müddət əvvəl onun digər qardaşı hazırda mübahisələndirdiyi bağışlanma müqaviləsi barədə ona məlumat vermiş, o da bu məlumatı əldə etdikdən sonra dərhal Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmişdir. Əldə etdiyi cavab məktubundan da müəyyən etmişdir ki, həqiqətən də onun payı ondan xəbərsiz şəkildə cavabdehə bağışlanmışdır. Halbuki, bu barədə məlumat əldə edənə kimi, payının öz mülkiyyətində olduğunu bilmişdir. Heç vaxt da onu cavabdehə bağışlamaq niyyətində olmamış, müqavilədə göstərilməsinə baxmayaraq, həqiqətdə notariat kontoruna da getməmiş və müqavilə bağlanan zaman heç kontorda da olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq, bacısı olan iddiaçının bağışlama müqaviləsi bağlanan zaman notariat kontorunda olmadığını, bu müqaviləni imzalamadığını, bu məqsədlə ona etibarnamə vermədiyini, onun imzasının cavabdeh tərəfindən Notariat kontoru ilə qeyri-rəsmi danışıqlar aparılmaqla saxtalaşdırıldığını, müqavilədə olan imzanın bacısına aid olmaması barədə məlumatının olduğunu, bu halın çıxarışdan da göründüyünü, lakin bacısına bu barədə hər hansı məlumat vermədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinin ərizəsini də nəzərə alaraq apellyasiya şikayətinə bu cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 331-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur; 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
20. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə nəticə etibarı ilə hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdeh iddiaçının qardaşının keçmiş arvadıdır (gəlinidir). Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə X2 və onun ailə üzvləri X6, X10, Nümayəndə Aftandil oğlunun, İddiaçı mülkiyyətinə verilmiş və onun üzərində inşa edilmiş fərdi yaşayış evi də xx.xx.2007-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə onların adına qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən ümumi birgə mülkiyyət üzərində pay hüququ olan 4 nəfər (İddiaçı, X16, X8 və X17) öz paylarını cavabdehə bağışlamışlar. xx.xx.2007-ci il tarixli bağışlanma müqaviləsinə əsasən onun imzalanmasında X8 və X17 şəxsən iştirak etməmişlər, onların adından etibarnamə üzrə nümayəndələri Nümayəndə Aftandil oğlu çıxış etmiş və müqaviləni imzalamışdır. Evin digər mülkiyyətçisi olan X4 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Bundan sonra xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsəsi oğlu Nümayəndə Aftandil oğlu müəyyən edilmiş və miras əmlak olaraq mübahisəli fərdi yaşayış evinin 1/5 hissəsi üzərində Nümayəndə Aftandil oğlunun payı tanınmışdır. Hazırda həmin evin 1/5 hissəsi X9, 4/5 hissəsi isə cavabdehin paylı mülkiyyətindədir.
26. Hazırda iddiaçı xx.xx.2007-ci il tarixli bağışlanma müqaviləsinin onun iştirakı və məlumatı olmadan bağlandığını, həmin müqavilədəki imzanın ona məxsus olmadığını, bu barədə ona qardaşı X17 tərəfindən məlumat verildiyini, bu barədə rəsmi məlumatı isə Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan əldə etdiyini, payının bugünədək öz mülkiyyətində olduğunu hesab etdiyini bildirir və müqavilənin onun payına aid hissədə etibarsız hesab edilməsini və bu müqavilə əsasında verilmiş çıxarışın həmin hissədə ləğv edilməsini tələb edir.
27. Cavabdeh isə mübahisələndirilən bağışlanma müqaviləsinin bağlanması (imzalanması) zamanı iddiaçının notariat kontorunda olduğunu və müqaviləni imzaladığını, öz payını ona bağışladığını və müqavilə barədə tam məlumatlı olduğunu, eyni zamanda, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim etməklə, həm iddianın əsassız olması səbəbindən, həm də iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş edir.
28. Hazırki icraat çərçivəsində cavabdehin apellyasiya şikayətinin dəlilləri də nəzərə alınaraq iddiaçının şəxsən məhkəmə proseslərində iştirakı təmin edilmiş, lakin iddiaçı öz tələbinə uyğun izahat verərək, eyni mövqedən çıxış etmişdir. Tərəflərin biri-birinə verdiyi suallardan, habelə bir tərəfin izahatından sonra digər tərəfin həmin izahata münasibətindən (bu proses bir neçə dəfə təkrarlanmışdır) iddiaçının mübahisələndirilən müqavilə barəsində məlumatlı olması müəyyən edilməmişdir. Cavabdeh bu mövqedən çıxış etsə də, nə iddiaçının müqavilə bağlanan zaman notariat kontorunda olmasını, nə də ki, sonrakı dövr ərzində iddiaçının bu müqavilə, o cümlədən payının ona bağışlanması barədə məlumatının olmasını sübuta yetirə bilməmişdir.
29. İş üzrə keçirilmiş ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyi ilə isə xx.xx.2007-ci il tarixli müqavilədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir.
30. Cavabdeh apellyasiya şikayətində təkrar ekspertiza keçirilməsi mövqeyindən çıxış etsə də, xx.xx.2024-cü il tarixli ekspert rəyinin mötəbərliyinə xələl gətirən hər hansı halın mövcudluğu ilə bağlı arqumentlərini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası da iş materiallarında olan ekspert rəyinin mötəbərliyini şübhə altına alan və ya rəyin işdə olan digər materiallarla ziddiyyət təşkil etdiyini göstərən hər hansı əsas və ya hal müəyyən etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
31. Bununla belə, xx.xx.2007-ci il tarixli müqavilədə onun tərəfi (hədiyyə verən) olaraq və imzalayan şəxs kimi göstərilməsinə baxmayaraq, iddiaçı nəinki həmin müqaviləni imzalamamış, onun ümumiyyətlə müqavilə bağlanan tarixdə notariat kontorunda olması öz təsdiqini tapmır. İddiaçının ümumiyyətlə bu müqavilənin bağlanması barədə məlumatının olması, habelə müqaviləni imzalamasa da bundan sonrakı illər ərzində hər hansı bir vaxt, hər hansı bir hərəkəti ilə bu müqaviləni bəyənməsi müəyyən edilmir. Cavabdehin özü də ötən dövr ərzində şəxsən iddiaçıya bu barədə məlumat verdiyini, habelə aralarında belə bir məzmunda söhbətin olduğunu bildirmir. İddiaçı ümumiyyətlə münasibətlərinin olmadığını söyləyir, cavabdeh də bunu inkar etmir. Ötən dövr ərzində bu məzmunda onların arasında hər hansı mübahisənin olması halı da mövcud deyil. Başqa sözlə, iddiaçı ümumiyyətlə bu barədə məlumatsız olduğunu bildirir, cavabdeh isə bunun əksini təsdiq edən nəinki sübut, ümumiyyətlə hər hansı məlumat məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan sənədlərdən də iddiaçının bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan məlumat əldə etdiyi, hətta bundan sonra məsələyə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Səbail rayon Polis idarəsinə şikayət etdiyi müəyyən edilir.
32. Məhkəmə kollegiyası iş üzrə bir sıra hala da diqqət yetirərək, qeyd edir ki, iddiaçı uzun illərdir ki, cavabdehin həyat yoldaşı olmuş qardaşı ilə münasibətinin olmadığını bildirir. Buna baxmayaraq, hazırki mübahisə üzrə etibarnamə əsasında məhkəmə iclasında onu həmçinin, məhz bu qardaşı təmsil etmişdir. Bu qardaş da iddiaçının müqavilə barədə məlumatının olmadığını, lakin onun özünün məlumatının olduğunu və iddiaçının imzasının cavabdehin hərəkətləri ilə saxtalaşdırıldığını bildiyini, lakin ötən dövr ərzində iddiaçıya bu barədə hər hansı məlumat vermədiyini qeyd edir. İddiaçı həmin müqavilə barədə aralarında baş tutmuş söhbət zamanı digər qardaşı tərəfindən ona məlumat verildiyini, bundan sonra rəsmi məlumat əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etdiyini söyləyir. Lakin qeyd edilənlər, o cümlədən uzun illərdir münasibəti olmayan qardaşın hazırda onun nümayəndəsi olması, hər iki qardaşın bu barədə məlumatının olmasına baxmayaraq, ötən dövr ərzində iddiaçıya bu barədə hər hansı məlumat verməməsi və yalnız digər qardaşın 2024-cü ildə iddiaçıya bunu bildirməsi hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz.
33. Hüquqi nəticə etibarı ilə mülkiyyətində olan payın bağışlanmasında iddiaçının nəinki iradə ifadəsi, ümumiyyətlə bu müqavilə barədə hər hansı məlumatı olmamış, iddiaçı öz mülkiyyətindən hər hansı hüquqi əsas olmadan, qanunsuz olaraq məhrum edilmişdir. Bu səbəbdən həmin müqavilə onun payının cavabdehə bağışlanması hissəsində əhəmiyyətsizdir və bu əsasla etibarsız hesab edilməlidir. Nəzərə alınmalıdır ki, bu müqavilənin iddiaçının mülkiyyətində olan hissə olmadan da bağlanması mümkündür. Birinci instansiya məhkəməsi iddianın həm bu, həm də bu tələbdən irəli gələn iddiaçıya aid hissədə (1/5) çıxarışın (mülkiyyət hüququ haqqında qeydin) ləğv edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
34. Məhkəmə kollegiyası müqavilənin iddiaçının mülkiyyətində olan payın bağışlanması hissəsində etibarsız olması qənaətinə əsaslanaraq, vurğulayır ki, hazırki iddiaya ümumiyyətlə hər hansı formada (iddia və ya kəsici) müddət tədbiq edilə bilməz. Bu barədə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-253/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.