Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5543/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («mənəvi zərər») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh B.M-ə qarşı "mənəvi zərər” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(009)-1300/2023 saylı işi üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh B.M-ə qarşı «mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə 10000 manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(009)-1300/2023 saylı işi üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddanın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 290.3; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən hüquqları pozulmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - 02 noyabr 2020-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən, İddiaçı Cavabdehndə qaynaqçı köməkçisi vəzifəsinə təyin edilmişdir; - Cavabdeh B.M-nin rəhbərinin xx.xx.2021-ci il tarixli, 10 dekabr 2021-ci il tarixli əmrindən çıxarışın surətinə əsasən, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir; - 03 fevral 2023-cü il tarixli ödəniş tapşırığının surətinə əsasən, İddiaçı 2626,79 manat məbləğində ödəniş edilmişdir (iş səh. 37-40, 43, 44 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1300/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 24, 60; Mülki Prosessual Məcəllənin 6, 9, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında da, bildirmişdir ki, işdən çıxarılarkən, onlara etiraz edərək, ən azı 1 ay qabaqcadan xəbərdar etməli olduqlarını bildirmişdir. Ofisdən ona qanunun belə olduğunu, bu haqda hara istəsə, müraciət edə biləcəyini bildiriblər. Onunla birlikdə işdən azad olunan iş yoldaşları ofisdə razılaşdıqları üçün, onlara əlavə olaraq 2750 manat birdəfəlik ödəniş də verildi. O isə, etirazını bildirdiyinə görə, ona həmin ödəniş verilmədi. Gözlənilməz olaraq, işdən çıxarıldıqdan sonra, o və ailə üzvləri çox çətin və əlverişsiz vəziyyətə düşüb, böyük maddi sıxıntılara düşərək, mənəvi iztirablar keçiriblər. Heç olmasa digər şəxslərə verilən 2750 manat, digər şəxslərə ödənildiyi kimi, vaxtında ödənilsəydi, özünə müvəqqəti iş tapana qədər, birtəhər ailəsini dolandırıb, əzab-əziyyətə düşməzdi. Baş verənlər nəticəsində keçirmiş olduğu əsəb və stress hələ də, ona və ailə üzvlərinə təsirini göstərməkdədir. Cavabdeh iş üzrə istinad etdiyi halları sübut edən heç bir əsas və sənəd təqdim etmədiyi halda, məhkəmə əsassız yerə qanunun tələbini pozaraq, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə qeyd etdiklərinin heç birini nəzərə almamışdır. Ani olaraq, gözlənilmədən işdən çıxarılmağı bəs nə deməkdir. Məhkəmə iddiaçının əsaslı iddia tələbini qanunla nəzərdə tutulmuş qaydada aydınlaşdırmamış, cavabdehin izahatını əsas götürərək, sonda düzgün olmayan nəticəyə gələrək, ədalətsiz qərar qəbul etmişdir.
5. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, aşağıda göstərilən müddəalar baxımından apellyasiya şikayəti təmin edilməməli və geri qaytarılmalıdır.1.İddiaçı əmək müqaviləsinə işəgötürən tərəfindən layihə çərçivəsində işlərin azalması ilə əlaqədar 10 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmaqla xitam verilmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinin tələbləri nəzərə alınmaqla Azfen BM müəyyən dövr keçdikdən sonra İddiaçı ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə yazılı formada öhdəlik götürmüşdür. İddiaçı Bədirhüseyn oğlu təkrarən bir neçə dəfə əmək qanunvericiliyinin Azfen BM tərəfindən pozulması iddiası ilə müvafiq dövlət orqanına müraciət etmiş, lakin bu halları heç bir mötəbər sübutla təsdiq edə bilməmişdir. 2. İddiaçı şikayətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilərkən ona bu barədə 1 ay Öncədən xəbərdarlıq verilməli idi və bu tələb İşəgötürən tərəfindən yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə uyğun olaraq xitam verildiyi halda işəgötürən işçiyə bu barədə hər hansı xəbərdarlıq təqdim etmək öhdəliyi daşımır. 3.Digər tərəfdən, qanunvericilikdə nəzərdə tutulmadığı halda korporativ sosial məsuliyyət prinsipindən yanaşılaraq və işçinin əməyini qiymətləndirmək məqsədi ilə əmək müqaviləsinə xitam verilərkən Azfen BM tərəfindən müvafiq əmr əsasında İddiaçı aylıq vəzifə maaşının üç misli məbləğində ödəniş edilmişdir. Lakin İddiaçı hazırki və bundan öncəki məhkəmə şikayətlərində yuxarıda göstərilən ödənişin ona guya gec ödənilməsi və bunun nəticəsində mənəvi ziyan çəkməsi ilə bağlı qeydlər etmişdir. İddiaçının bu tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən əmək müqaviləsinə xitam verildiyi halda işçiyə hər hansı müavinət ödəmək işəgötürənin öhdəlikləri arasında deyildir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən işəgötürən olaraq Azfen BM tərəfindən edilən həmin ödəniş (aylıq vəzifə maaşının üç misli) həmin işçiyə və sözügedən daxili əmrin əhatə dairəsinə düşən digər işçilərə yalnız maddi yardım mahiyyəti daşımaqdadır. Bu baxımdan da iddiaçının mövqeyi nə qanunvericilik, nə də hüquq düşüncəsi baxımından düzgün hesab edilə bilməz. 4.İddiaçı şikayətində qeyd edir ki, "məhkəmə cavadehin əsassız mövqeyini nəzərə almış və ədalətsiz qərar qəbul etmişdir.... Bu hal ilə bağlı qeyd edir ki, məhkəmənin mövqeyi tamamilə mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, MPM-in: 9.3. maddəsinə əsasən, hakim bütün hallarda çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla sənədlərlə əsaslandırmalıdır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyət təşkil edən və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 220.3-cü maddəyə əsasən, qətnamənin təsviri hissəsində iddiaçının tələbi cavabdehin etirazları göstərilməlidir. Göründüyü kimi, məhkəmə heç bir hüquq pozuntusuna yol verməmiş, əksinə MPM-in müvafiq normalarını tətbiq etmiş və hüquqa uyğun qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən apellyasiya şikayətində istinad olunan halların təhlili əsasında hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat vermiş, cavabdeh tərəfindən birdəfəlik ödənişinin 8 ay sonra müvafiq qurumlara müraciət etdikdən sonra ödənilməsinin ona və ailəsinə sıxıntı yaşatdığını, iddianın əsasının əmək hüquqlarının pozulması olduğunu bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraz ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda; 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi;
290. 3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir; 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
12. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 1096, 1097; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76, 77, 80-82, 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair əmək münasibətlərindən (mübahisələndirilən) dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən aidiyyəti qanunvericiliyin müddəalarına müvafiq təfsir uyğunsuzluğu müəyyən edilmir. İddiaçının iddiasının əsası əmək münasibətlərindən irəli gələn hüquqlarının pozulması olsa da, belə bir pozuntunun və əmək mübahisəsinin mövcudluğu müəyyən edilməmişdir.
14. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(009)-1300/2023 saylı işi üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.