Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5548/2025 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçının müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla cavabdeh Cavabdehə qarşı “əmək haqqı” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmək haqqı”) Hakimlər Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi və həmin məktəbdə gözətçisi vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işləmişdir, iş növbəli olmuş, bir gün evdə, bir gün işdə olmuşdur, gecə növbəsində işləmişdir, işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilməmişdir, daha sonra ona təyziqlər edilərək işdən çıxarmışlar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## #### 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı ilə ##.##.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası ƏM-ni 68ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilməsi, lakin son haqq-hesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməməsi, eyni zamanda Azərbaycan Respublikası ƏM-nin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi əsas gətirilərək Əliyev Cavid Ədalət oğlunun Azərbaycan Respublikası IXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Cavid Əliyev həmin qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilmədiyi müəyyən edilmişdir. O, həmin məbləğin ödənilməsi üçün dəfələrlə Bakı şəhəri üzrə Təhsil Idarəsinə müraciət edib. Həmin müraciətlərdən sonra ##.##.2024-cü ildə X6 Xidməti Bakı şəhər Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə ona müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, mübahisənin mediasiya vasitəsilə həlli üçün Bakı ** saylı Mediasiya təşkilatına müraciət etsə də, məktəbin nümayəndəsi iştirak etməmiş, ##.##.2025-ci il tarixli müvafiq arayış verilmişdir.
3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü ildə xitam verildiyini, onun isə işə bərpa tələbi ilə ##.##.2025-ci il tarixində məhkəməyə müraciət edərək iddia müddətini ötürdüyünü qeyd etmişdir.
4. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, işə bərpa ilə bağlı iddia tələbi iddia müddətinin keçməsi səbəbindən rədd edilmişdir. Halbuki mən əmək müqaviləsinə xitam verildikdən sonra pozulmuş hüquqlarımın bərpası məqsədilə X6 müraciətetməklə yanaşı, Bakı Inzibati Məhkəməsinə də iddia ərizəsi ilə müraciət etmişəm,həmin məhkəmə tərəfindən məhkəmə aidiyyəti pozulduğu üçün işə mahiyyəti üzrə baxılmamışdır. Bütün bunlardan işə baxan məhkəmə məlumatlı olduğu halda iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd etmişdir. Halbuki Xətai rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində çalışmış, işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri də işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün ona hər hansı bir ödəniş edilmədiyi müəyyən edilmişdir. Həmçinin bildirir ki, o, işdən öz təşəbbüsü ilə çıxmamışdır. O, ** nömrəli məktəbdə gözətçi vəzifəsində çalışarkən, məktəb direktoru tərəfindən davamlı olaraq qanunsuz iş rejiminə cəlb olunub, belə ki, direktor tərəfindən şənbə, bazar və bayram günlərində əsaslı səbəb olmadan işə çıxmağa məcbur edilib. Məktəb direktoru bu hərəkətləri ilə ağır iş şəraiti yaratmışdır. Direktor ona qarşı psixoloji təzyiq (mobbing) yaratmış və onu işdən çıxmaq barədə ərizə yazmağa məcbur etmişdir. Hətta direktor, işdən öz ərizəsi ilə çıxmayacağı halda daha ağır maddə ilə işdən çıxaracağını bildirib onu hədələmişdir. Bütün bunlar Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarı ilə təsdiq olunur. Belə ki, direktor Cavid Əliyev məhkəmə iclasında verdiyi izahatında “işçi İddiaçı iş günü hesab edilməyən günlərdə işə cəlb edilmişdir, lakin bu barədə ondan hər hansı bir razılıq ərizəsi alınmamışdır” deyə bildirmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək işlədiyi illər ərzində Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən iş vaxtından artıq vaxtda işlədiyi iş saatlarının vaxtı və bunun üçün müvafiq ödəmələrin məbləği (hər bir il üzrə ayrılıqda göstərilməklə) müəyyən edilsin”. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin mütəxəssislərinə həvalə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti ##.##.2025-ci il tarixli məhkəməyə ünvanladığı məlumatda ekpertizanın həyata keçirilməsinin onun səlahiyyətlərinə aid edilmədiyi əsası ilə qərardadın icrasından imtina etmişdir. 9.
10. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert vəsatəti ilə İddiaçı işlədiyi dövrdə iş vaxtının tabel uçotunun, artıq iş saatlarının və bayram günlərinin dəqiqdürüst uçotunun aparılması üçün iş vaxtının tabel uçotunun (saatlarla öz əksini tapmaqla, Azərbaycan dilində tərtib olunmuş) təqdim edilməsi xahiş edilmişdir.
11. Mübariz Nəcəfov adına 86 №li tam orta ümumtəhsil məktəbin Məhkəmənin sorğusuna № *, ##.##.2026-cı il tarixli məktubu ilə cavabından müəyyən olur ki, İddiaçı işlədiyi dövrdə iş vaxtının uçotunun aparıldığı sənədin əsli ##.##.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinə təqdim edilmişdir. Artıq iş saatlarının və bayram günlərinin uçotunun aparılması üçün iş vaxtının tabel uçotu kitabı həmin dövr üçün mövcud deyildir. Işçilərin iş saatı əmək müqaviləsinə görə tənzimlənir.
12. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, *- **-**-*/*-****/**** saylı ekspertizanın keçirilməsindən imtina edilməsi barədə məktubu iş materialları ilə birlikdə ##.##.2026-cı ildə Məhkəməyə daxil olmuşdur.
13. Məhkəmənin ##.##.2026-cı il tarixli məktubu ilə ekspertizanın keçirilməsindən əsassız imtina edildiyindən ##.##.2025-ci il tarixli qərardad icra edilməsi üçün təkrar Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.
14. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, *- **-**-**/*-****/**** saylı məktubundan müəyyən olmuşdur ki, iş vaxtının tabel uçotu mövcud olmadığından işçinin hansı dövrdə neçə saat artıq işlədiyini, hansı dövrdə məzuniyyətdə olubolmadığını, əmək qabiliyyətinin müvəqqəti itirilməsi olun-olmadığını müəyyən etmək mümkün olmadığından, artıq iş saatlarına görə hesablanmalı məbləği müəyyən etmək mümkün olmamış, ekspertizanın keçirilməsindən imtina edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi N.Əliyeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
18. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
19. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
20. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdə müddətsiz, aylıq əmək haqqı 312 manat olmaqla Bakı şəhəri ** nömrəli tam orta məktəbə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.16 və 4.17-ci maddələrinə görə, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Iş saat 18:00 başlanır, saat 08:00 qurtarır.
21. ##.##.2024-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Xətai rayonu ** nömrəli tam orta məktəbə müraciət edərək, onu ##.##.2024-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.
22. Bakı şəhəri ** nömrəli tam orta məktəbin əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli ** №-li əmrindən görünür ki, Bakı şəhəri ** nömrəli tam orta məktəb/gözətçi” bölməsində “gözətçi” vəzifəsində işləyən İddiaçı Qəni oğlu ilə bağlanılmış *******000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən ##.##.2024 tarixindən xitam verilməsi, işçinin ##.##.2022 tarixindən ##.##.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
23. İddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, ** saylı əmrlə ##.##.2022-ci ildə M.Nəcəfov adına 86№-li tam orta məktəbə gözətçi vəzifəsinə təyin edilmiş, həmin məktəbin ** saylı əmri ilə ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsi ilə) ##.##.2024-cü il tarixdən xitam verilməklə işdən azad edilmişdir.
24. ** nömrəli tam orta məktəbin ## ###### 2024-cü ilə Ştat cədvəlindən görünür ki, Gözətçi vəzifəsinin ştat sayı 2, VTC-yə əsasən aylıq tarifi (vəzifə maaşı) 359.00 manat, əlavə 149.55 manat, cəmi aylıq əmək haqqı (əlavələrlə birlikdə) 867,5 manat təşkil edir.
25. ** nömrəli məktəbin məlumatından və arayışından görünür ki, İddiaçı Xətai rayonu ** saylı tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçi vəzifəsində işləmiş və ##.##.2024-cü il tarixdən işdən azad edilib. Ona son haqq-hesab 193.65 manat hesablanmışdır. Ələ alınacaq məbləğ 166.02 manat olmuşdur. Həmin tarixlərdə işləyən digər gözətçi X1r.
26. Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli Qərarından görünür ki, şikayətçi Bakı şəhəri ** nömrəli tam orta məktəbin direktoru Əliyev Cavid Ədalət oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır.
27. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli Qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil Idarəsinə qarşı Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edilməsi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və Bakı şəhəri üzrə Təhsil Idarəsinə həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamış, iddiaçıya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
28. * saylı DOST Mərkəzinin İddiaçı ünvanlanan ##.##.2024-cü il tarixli məktubundan görünür ki, müraciətə aidiyyəti üzrə baxılması üçün AR ƏƏSM yanında X6 göndərilmişdir.
29. “Kapital Bank”ın İddiaçı dair Ödəniş kartı üzrə Çıxarışından görünür ki, ##.##.2022- ##.##.2024-cü illər üzrə ##.##.2022-ci il tarixinə olan ilkin qalıq: 0,00, ##.##.2024-cü il tarixinə olan son qalıq: 0,05, dövr üzrə məxaric olunub: 7890,21, dövr üzrə mədaxil olunub: 7890,24 manat.
30. “Kapital Bank”ın Ödəniş kartı üzrə çıxarışından görünür ki, ##.##.2024-cü il tarixdə İddiaçı kart hesabına 166.02 manat mədaxil olunub. Iş materiallarında olan Bakı ** saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Xətai rayonu ** nömrəli tam orta məktəb (direktor) mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı iştirak edərək, 50 manat xərci ödəmişdir.
31. ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər Idarəsinin İddiaçı ünvanlanan məktubundan görünür ki, ona müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətə çatdırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
33. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
36. Maddə 89.1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
37. Maddə 89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
38. Maddə 89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
39. Maddə 95.1. Iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
40. Maddə 99.1. Iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
41. Maddə 100.1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
42. 101.1. Iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
43. Maddə 102.1. Işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
44. Maddə 102.2. Iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir.
45. Maddə 165.1. Işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
46. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
47. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
48. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
49. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
54. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
55. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
56. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
57. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
60. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
61. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
62. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
63. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
65. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
66. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, işçinin qanunla müəyyən edilmiş iş saatından artıq işlədilməsinə görə ödənilməmiş əmək haqqı hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
67. Hazırkı mülki işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı ##.##.2022-ci il tarixdə ** saylı tam orta məktəbin gözətçisi vəzifəsinə işə qəbul edilmişdir, onun əmək haqqı hər ay 312 manat müəyyən edilmişdir. Həmin müqavilədə işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş saatının saat 18:00 başlanması və 08:00-da bitməsi, nahar fasiləsinin 21:00-22:00 olması qeyd edilmişdir, işçi İddiaçı növbəli iş rejimi əsasında bir gündən bir işləmişdir, onunla yanaşı eyni qaydada gecə növbəsində işləyən başqa işçi də olmuşdur. Iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68.2 maddəsinin “a” - tərəflərdən birinin təşəbbüsü - bəndinə əsasən ##.##.2024-ci il tarixdən xitam verilmişdir, əmrə əsasən işçinin ##.##.2022 tarixindən ##.##.2024 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
68. Iddiaçı Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi və həmin məktəbdə gözətçisi vəzifəsinə bərpa olunması tələbləri ilə məhkəməyə müraciət etmişdir.
69. Rayon məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir.
70. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə qismən – “işə bərpa” tələbinə dair hissədə razılaşaraq qeyd edir ki, müəyyən olduğu kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçının əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə öz xahişi əsasında xitam verilmiş, iddiaçının əmək hüquqlarının pozulması barədə müraciətinə X6 Xidməti tərəfindən ##.##.2024-cü ildə cavab verilmişdir. Rayon məhkəməsinin də qeyd etdiyi kimi, əgər iddiaçının hüquqlarının pozulduğunu ən geci ##.##.2024-cü il tarixdə aşkar etdiyini hesab etsək, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən iddia müddətini ötürmüş hesab edilir.
71. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
72. Bu baxımdan Məhkəmə qeyd edir ki, iddiaçının iddia müddətini ötürdüyünə görə “işə bərpa” tələbi əsassızdır, apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
73. Məhkəmə “##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqı” tələbi barədə isə rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, həmin hissədə rayon məhkəməsi iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməyərək, tətbiq edilməli olan normanı tətbiq etməmişdir.
74. Məhkəmə iddiaçının “iş vaxtından artıq görülən işlərə görə əmək haqqının ödənilməsi” tələbi ilə bağlı qeyd edir ki, ƏM-nin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
75. Məhkəmə iddiaçının ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək iş vaxtından artıq görülən işlərə görə əmək haqqı tələbi ilə bağlı onu da qeyd edir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də, «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə ##.##.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («Iatridis Yunanıstana qarşı», şikayət №*****/**, b.54, AIHM 1999-II; «Beyeler Italiyaya qarşı», şikayət №*****/**, b.100, AIHM 2000-1).
76. Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn:əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AIHM ##.##.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir.
77. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının (artıq işlədilməsinə görə) ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur.
78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir.
79. Belə olan halda aydın olur ki, iddiaçının “qanunla müəyyən edilmiş iş saatından artıq işlədilməsinə görə əmək haqqının ödənilməsi” tələbinə iddia müddəti tətbiq oluna bilməz.
80. Mülki iş materiallarında olan Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından müəyyən olur ki, Bakı şəhəri ** nömrəli tam orta məktəbin direktoru Əliyev Cavid Ədalət oğlu izahatında İddiaçı iş günü hesab edilməyən günlərdə işə cəlb edildiyini, lakin bu barədə ondan hər hansı razılıq ərizəsinin alınmadığını bildirmişdir. (i\v səh. 12-17)
81. Həmin qərardan həm də müəyyən olur ki, məhkəmə iclasında X6 Xidmətinin Bakı Şəhər Idarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir: “İddiaçı ilə ##.##.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmiş, lakin son haqq-hesabın həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq ödənilməmiş, eyni zamanda Azərbaycan Respublikası ƏM-nin 96-cı maddəsinin tələbləri pozularaq gündəlik iş müddətinin 12 saatdan çox olması və həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq artıq iş saatlarına görə əlavə haqqın ödənilmədiyi müəyyən edilmişdir. Bununla da Əliyev Cavid Ədalət oğlu Azərbaycan Respublikası IXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir.”
82. Məhkəmə qeyd edir ki, hərçənd ki cavabdeh məktəbin Məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubunda artıq iş saatlarının və bayram günlərinin uçotunun aparılması üçün iş vaxtının tabel uçotu kitabının həmin dövr üçün mövcud olmadığı qeyd edilmişdir, buna baxmayaraq iddiaçının ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçi vəzifəsində işlədiyi müddətdə iş saatından artıq işləməsi mülki işin mübahisəsiz halıdır, qanuni qüvvəyə minmiş məhkəmə aktından da göründüyü kimi cavabdeh məktəbin direktoru da bunu təsdiqləmişdir.
83. Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
84. Məhkəmə qeyd edir ki, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu olduğundan iddiaçının iş vaxtından artıq vaxt ərzində gördüyü işin hər saatı üçün əmək haqqı hesablanması da cavabdeh Cavabdeh mühasibatlığı – maliyyə şöbəsi/departamenti tərəfindən icra edilməlidir.
85. Beləliklə, Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən - işçinin qanunla müəyyən edilmiş iş saatından artıq işlədilməsinə görə ödənilməmiş əmək haqqı hissəsində təmin edilməli, iddiaçı İddiaçı Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Cavabdehə həvalə edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
87. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
88. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
89. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi sübutlara, işin faktiki hallarına lazımi hüquqi qiymət verməyərək tətbiq edilməli qanunu tət etmədiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - “iş vaxtından artıq görülən işlərə görə əmək haqqının ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı İddiaçı Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Cavabdeh həvalə edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
90. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
91. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
92. Məhkəmə qeyd edir ki, iddiaçının iş vaxtından artıq işləməsi mübahisəsiz olsa da, konkret olaraq hansı günlərdə əlavə işləməsi müəyyən olmadığından, buna baxmayaraq iddiaçının izahatlarına əsasən hesab etsək ki, iddiaçı hər ay əlavə 3-4 gün, hətta 5-6 gün işləmişdir, iddiaçının əmək haqqının əmək müqaviləsinə əsasən 312 manat olmasını nəzərə alsaq, hər bir halda ona ödənilməli məbləğ 5000 (beş min) manatdan az olacağına görə hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
93. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
94. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən - “iş vaxtından artıq görülən işlərə görə əmək haqqının ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Iddiaçı İddiaçı Bakı şəhəri ** nömrəli tam orta məktəbdə ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək gözətçisi vəzifəsində işlədiyi müddətdə bayram günləri, şənbə və bazar günləri işə cəlb edildiyi və əlavə çalışdığı həmin saatlar üçün əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Cavabdeh həvalə edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.