Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-556/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov Abbasqulu Kamil oğlunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına qarşı işi üzrə Açar sözlər: (“aliment”; “atalığın mübahisələndirilməsi”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi , Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2363/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 09 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2006-cı ilin əvvəllərində rəsmi nikah qeyd etdirmədən faktiki nikah münasibətində olmuşlar. Bu nikahdan 09 avqust 2007-ci ildə Aliyə adlı bir qızları doğulmuşdur. Rəsmi nikahları olmadığından 20 sentyabr 2007-ci ildə atalığın tanınması haqqında şəhadətnamə əsasında qızları X3 doğum haqqında şəhadətnamə almışlar. Cavabdeh ilə bir müddət sonra ayrılmışlar. Ayrıldıqları vaxtdan cavabdeh uşağın saxlanması üçün çox cuzi miqdarda pul göndərirdi. Artıq uzun illərdir ki, övladını çox çətinliklə böyüdür. Cavabdeh yüksək məbləğdə pensiya almasına baxmayaraq son 2-3 ildə uşağına verdiyi 200 manat pulla kifayətlənir. Bunu artırmaq da istəmir. Özü işləmədiyindən övladının artan təlabatlarını qarşılamaqda çətinlik çəkir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Məmmədov X5 Pərvanə Abbas qızına qarşı "atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 avqust 2007-ci il təvəllüdlü X2 bioloji atasının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 09 avqust 2007-ci il təvəllüdlü X2 atası deyildir. İlkin iddia üzrə iddiaçı uşağın doğulmasından 17 il sonra heç bir əsas və səbəb olmadan ona şər və böhtan ataraq məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2363/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3, 45.1, 46.2, 46.3, 47.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.4-cü maddələrinə istinadən) ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X2 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmamasının müəyyən edilməsi, İddiaçı iş üzrə keçirilmiş məhkəmə tibbi-genetik ekspertizasının dəyəri 2300 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, ekspert rəyi ilə İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X2 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması təsdiq olunduğundan məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X2 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması müəyyən edilməlidir. Eyni zamanda, ilkin iddianın təmin edilib-edilməməsi bu faktdan asılı olduğundan, hazırda ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "aliment” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.2007-ci tarixdə Bakı şəhərində doğulmuş X2 atasının xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh olmaması müəyyən edilməlidir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 974193 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1749 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 089605 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci ildə İddiaçıqulu qızından doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 244 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertizası və X8” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 373/2024 saylı ekspert rəyindən görünür ki, Cavabdeh X7 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2024cü il tarixli, 2(004)-2363/2024 nömrəli qətnaməsnin ləğv edilməsi və alment tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2, 47.2; Mülki-Prosessual Məcəlləsinin 14, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, Cavabdeh qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ilkin iddia ərizəsi ilə müraciət edərək övladı 09 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh maddi imkanının yaxşı olması və yüksək məbləğdə pensiya almasına baxmayaraq, o övladının tələbatlarını ödəmək istəmirdi. Cavabdeh isə ona qarşı “atalığın mübahisələndirilməsi“ tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsində 09 avqust 2007-ciil təvəllüdlü X2 atası olmadığını, onunla hər hansı bir yaxınlığının olmadığını və ərarvad münasibətlərində olmadığını bildirmişdir. Lakin Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(004)-2363/2024 nömrəli qətnaməsindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə verdiyi izahatında 2-3 il bundan əvvəl adları məlum olmayan müəyyən şəxslərin bildirməsinə görə X2 atası olmadığını öyrənmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində göstərdiyi hallar və məhkəmə verdiyi izahat biri-biri ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh onunla yaxınlığı olmadığını, məhkəmədə verdiyi izahatında isə 09 avqust 2007-ci il təvəllüdlü X4 2-3 ildir ki, onun övladı olmadığı bildiyini göstərmişdir. Halbuki, bu həqiqətə uyğun deyil. Aralarında nikah olmasa da, uzun müddət bir yerdə faktiki ər-arvad münasibətində yaşamışlar. Övladlarının doğum haqqında şəhadətnaməsində ata adı hər ikisinin müvafiq icra Hakimiyyəti orqanına müraciəti əsasında uşağın atasının adı məhz Cavabdeh razılığı ilə yazılıb. Uşağa doğum haqqında şəhadətnamə alarkən Aliyənin onun uşağı olmadığına dair şübhəsi olduğu halda, yenə də uşağa onun atası kimi ad və soyadını qeyd etdirmişdir. Məmmədov X1 ehtiyaclarını az da olsa ödəmiş və hətta Məhkəmə tibbi-genetik ekspertizanın cavabından sonra, yəni uşağın bioloji atası olmadığı müəyyən olunduqdan sonra belə ona zəng vuraraq yenə də uşağın saxlanmasına kömək edəcəyini bildirmişdir. Cavabdeh nə üçün yalnız aliment tələbi ilə məhkəməyə müraciət etdikdən sonra atalığı mübahisələndirmişdir və nə üçün sonra da uşağın saxlanılmasında iştirak etmək istəyir? Onu buna vadar edən səbəb nədir? Məhkəmə tibbi-genetik ekspertizanın keçirilməsi ilə bağlı xərclərin çəkilməsini Cavabdeh öz xahişi ilə onun şəxsi vəsaiti hesabına keçirmişdir. Nəticədə məhkəmə tərəfindən həmin vəsaitin onun tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bu kimi hallara əsasən məhkəmənin qətnaməsini əsassız hesab edir. İddiaçı Cavabdeh ilə nikaha daxil olmayıb, faktiki ər-arvad münasibətlərində yaşamışlar və övladları doğulduqdan sonra iddiaçının razılığı ilə hər ikisi birgə ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanında uşağın atası və anası qeyd olunmaqla doğum haqqında şəhadətnamə almışlar. Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(004)-2363/2024 nömrəli qətnaməsi ilə AR Ailə Məcəlləsinin 46.2-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı Cavabdeh müvafiq icra hakimiyyəti orqanında uşağın atası kimi qeydə alınan zaman uşağın onların ər- arvad münasibətləri əsasında doğulduğunu və onun övladı olduğunu bilirdi və məhz uşağın atası haqqında qeyd birbaşa onun razılığı əsasında aparılmışdır ki, müəyyən şəxslərin şifahi məlumatı əsasında onda şübhə yaradaraq uşağın bioloji atası olmadığı qənaətinə gəlib atalığı məhkəmə qaydasında mübahisələndirmiş və məhkəmə tibbi-genetik ekspertiza keçirilməsini tələb etmişdir. İddiaçı Məhkəmə tibbi-genetik ekspertizanın rəyindən əvvəl onun özünün istəyi ilə uşağa maddi köməklik göstərmiş və ekspertizanın rəyindən sonra da iddiaçıya yenə də uşağın saxlanılmasında maddi köməklik göstərəcəyini bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(079)-294/2024 nömrəli qətnaməsi ilə AR Ailə Məcəlləsinin 47.2-ci maddəsinin tələbləri pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(079)-294/2024 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası MPM-nin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlara əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməməmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum qərarının tələbləri pozulmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O, məhkəməyə rəsmi arayış təqdim etməklə aylıq gəlirini sübut etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heçbir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara tam və obyektiv qiymət verməmişdir. Məhkəmə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(004)- 2363/2024 nömrəli qətnaməsi ilə onun Cavabdeh qarşı “aliment tələbinə” dair iddiasının rədd edilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsini qət etməklə məhkəmənin işin hallarını araşdırmaq vəzifəsi olduğu halda tam sübuta yetirilməmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz etmiş, Məmmədova Aliyənin onun uşağı olmadığını, tibbi ekspertizanın rəyi ilə də bunun təsdiq edildiyini, iddiaçının ona hədə-qorxu gəlməsi ilə qeydiyyat idarəsinə gedərək uşağın atası olmasına dair ərizə yazdığını, həmin dövrdə uşağın onun övladı olmadığını bilmədiyini, lakin bununla bağlı şübhələrinin olduğunu bildirmiş və atalığın olmaması faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə iddia qaldırdığını qeyd etmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəm kollegiyası hesab edir ki, məhkəmə sadaladığı hallar üzrə əsassız olaraq səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ seriyalı 089605 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci ildə İddiaçıqulu qızından doğulmuş X2 atası hesab edilmişdir və Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə hal-hazırda qüvvədədir, şəxsin bioloji ata olmaması onu aliment ödəməkdən azad etmir. Belə ki, cavabdeh iddiaçının ona hədə-qorxu gəlinməsi ilə qeydiyyat idarəsinə gedərək uşağın atası olmasına dair ərizə yazdığını, həmin dövrdə uşağın onun övladı olmadığını bilmədiyini, lakin bununla bağlı şübhələrinin olduğunu bildirmiş və atalığın olmaması faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə iddia qaldırdığını qeyd etsə də, izahatını fərqli verməklə uşağın onun övladı olmamasından xəbəri olmadığını sübut etməmişdir.
12. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənələrə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.
13. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu və ekspertiza üzrə məhkəmə xərci Cavabdeh aid edilməlidir.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2363/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası təmin edilsin. 09 avqust 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən (iddia ərizəsinin verildiyi tarix) başlayaraq Cavabdeh hər ay qazancının və ( və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. .