Məhkəmə qərarları › İş №2(103)-5574/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5574/2022

10.08.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5574/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçılar İddiaçı2, X1, İddiaçı4, İddiaçı6 iştirakları ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-625/2022 saylı işinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh MMC-yə qarşı (3-cü şəxs AR ƏƏSMN cəlb edilməklə) əməkm funksiyalarının yerinə yetirilməsinə dair qanunsuz törədilən maneələrin, qadağaların götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-625/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuş və Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar biri tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iddiaçılar mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Nəsimi Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5574/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. Birinci instansiya məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar