Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5582/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 0.0955 ha torpaq sahəsi və ünvan 1, 0.0505 ha torpaq sahəsinə dair Cavabdeh tərəfindən əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(005)- 42/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi; mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pulun Cavabdeh-dən tutularaq VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 Əmlak Ekspert Mərkəzinin hesabına keçirilməsi; qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun Cavabdeh-dən tutularaq, VÖEN: **********: Bank: "xxxx" ASC Neftçilər filialı; VÖEN: **********: Müxbir hesab: AZ27NABZ**********0000007944, S.W.İ.F.T BİC: JBBKAZ22 ; H/h: AZ82JBBK**********114293A67 "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli, 2(009)-1263/2018 saylı icra sənədinə əsasən İddiaçı “AtaBank" ASC-nin xeyrinə 10.000 (on min) manat əsas, 3266 (üç min iki yüz altmış altı) manat faiz borcu, 2559 (iki min beş yüz əlli doqquz) manat kapital faizi və 707 (yeddi yüz yeddi) manat gecikmə faizi olmaqla, cəmi 13.266 (on üç min iki yüz altmış altı) manat məbləğində kredit borcunun, 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu və 7 (yeddi) manat notariat xərcinin tutulması, ödənilməmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan sonra, qətnamənin icrası ilə bağlı Səbail Rayon İcra şöbəsinin icra məmuru Səbail Rayon Məhkəməsinə təqdimat verərək borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli, 8(009)-88/2019 saylı qərardadı ilə təqdimat təmin edilərək, Səbail Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli, 2(009)- 1263/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Bundan əlavə iş materiallarından görünür ki, borclu İddiaçı LPO "xxxx" ASC ilə yanaşı digər banklara “X4 Azərbaycan” QSC-yə və eyni zamanda "xxxx" KB ASC-yə öhdəlikləri mövcuddur və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli, 2(009)-6469/2016 nömrəli məhkəmə əmrinə əsasən İddiaçı “X4 Azərbaycan” QSCnin xeyrinə 5499 manat 58 qəpik əsas borcun, 225 manat 78 qəpik faiz borcun, 538 manat 96 qəpik cərimə borcunun, 11 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 2 manat 50 qəpik müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin göndərilməsi üçün poçt xərcinin, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun və 1 manat xidmət haqqının, cəmi 6298 manat 82 qəpik məbləğində pulun tutulması qət edilmiş, eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(009)-2890/2017 nömrəli məhkəmə əmrinə əsasən İddiaçı 5892,15 manat əsas, 568,97 manat faiz, 0,28 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli, 2(009)-2890/2017 nömrəli əmrinin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli, 2(009)-6469/2016 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən 30.01.2018-ci il tarixdə verilmiş, 132 və 133 nömrəli məktubla İddiaçı məxsus ünvan 1ndə yerləşən 0.0505 ha torpaq sahəsinin və ünvan 1ndə yerləşən, 0.0955 ha torpaq sahəsinin qiymətləndirilməsi sifariş olunmuş və həmin məktub Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası ‘‘Tərəqqi” MMC tərəfindən qəbul edilərək, 04.07.2018-ci il tarixdə İddiaçı məxsus ünvan 1ndə yerləşən, 0.0955 ha torpaq sahəsi və İddiaçı məxsus ünvan 1ndə yerləşən 0.0505 ha torpaq sahəsi 45000 manat və 25000 manat dəyərində qiymətləndirilmişdir. Bundan sonra iddiaçı yuxarıda qeyd edilən qiymətləndirmə rəyi ilə razılaşmamış Cavabdeh-yə qarşı birinci instansiya məhkəməsinə hazırki iddia tələbi ilə müraciət edərək “əmlakın qiymətləndirməsi barədə hesabatın nəticələrinin ləğv olunması”nı xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yenidən əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin etmiş və “Heba Consulting" MMC-nin 15 oktyabr 2020-ci il tarixli, Ç-259 saylı rəyinə əsasən ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 152 300 (bir yüz əlli iki min) manat; ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 70 000 (yetmiş min) manat təşkil etdiyi qeyd edilmişdir. Göründyü kimi “Heba Consulting" MMC tərəfindən əmlakın qiymətləndirilməsi aparılarkən əmlakın likvid dəyəri nəzərə alınmamışdır. Likvid dəyər dedikdə, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivləri bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Cavabdeh tərəfindən tərtib edilmiş 04.07.2018-ci il tarixli 97 nömrəli və 04.07.2018ci il tarixli 96 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatları ilə "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli Ç-259 saylı rəyi arasında isə kifayət qədər fərq vardır. "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli Ç-259 saylı əmlakın qiymətləndirilməsi barədə rəyində Şəmkir şəhəri Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 152 000 (bir yüz əlli iki min) manat; ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli. 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti isə 70 000 (yelmiş min) manat təşkil edir. Hesab edirik ki, "xxxx" MMC mübahisəli torpaq sahələri ilə bağlı qiymətləndirmə apararkən torpaqların yerləşmə zonasından asılı olmayaraq həddindən artıq yüksək qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli Ç-259 saylı əmlakın qiymətləndirilməsi barədə rəyi mübahisələndirilsə də və eyni zamanda iş üzrə yenidən əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilməsinə dair şifahi vəsatət verilsə də nədənsə məhkəmə buna əhəmiyyət verməmiş və bununla bağlı nə məhkəmə iclas protokolunda nədəki, qətnamədə bununla bağlı heç bir qeyd öz əksini tapmamışdır. Bundan əlavə "xxxx" MMC-nin 15 oktyabr 2020-cı ıl tarixli Ç-259 saylı əmlakın qiymətləndirilməsi barədə rəyi birinci instansiya məhkəməsi tərəfindən təqdim edilməmiş bu səbəbdən də məhkəməyə əlavə sübutların təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, Cavabdeh-nin nümayəndəsi, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli, 2(009)-2890/2017 nömrəli əmrinin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2016-ci il tarixli, 2(009)-6469/2016 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən 30.01.2018-ci il tarixdə verilmiş, 132 və 133 nömrəli məktubla İddiaçı məxsus ünvan 1ndə yerləşən, 0.0505 ha torpaq sahəsinin və ünvan 1ndə yerləşən, 0.0955 ha torpaq sahəsinin qiymətləndirilməsi sifariş olunmuş və həmin məktub Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən qəbul edilərək, 04.07.2018-ci il tarixdə İddiaçı məxsus ünvan 1ndə yerləşən, 0.0955 ha torpaq sahəsi və İddiaçı məxsus ünvan 1ndə yerləşən, 0.0505 ha torpaq sahəsi 45000 manat və 25000 manat dəyərində qiymətləndirilmişdir. Təqdim olunan sənədlərdən məlum olmuşdur ki, mübahisəli torpaq sahələrində hazırda abidə kimi qorunan almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi yerləşir. "xxxx" MMC-nin 20 sentyabr 2019-cu il tarixli ƏEM/S-36-840/19 saylı rəyindən görünür ki, ünvan 1ndə yerləşən, İddiaçı məxsus 0.0955 ha torpaq sahəsinin 20 sentyabr 2019-cu il tarixə bazar dəyəri 57300 manat; ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, 0.0505 ha torpaq sahəsinin hazırki bazar dəyəri 30300 manat təşkil edir. "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli Ç-259 saylı rəyindən görünür ki, ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 152 000 (bir yüz əlli iki min) manat; ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 70 000 (yetmiş min) manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh həmin əmlakların dəyərini 04 iyul 2018-ci il tarixdə 45000 manat və 25000 manat olması üçün əsas olmuş halları müqayisə etməli və həmin ərazidə təşəkkül tapmış qiymətləri araşdırmalı və əsaslı, ədalətli rəy verməli olduğu halda, bunları etməmişdir. Əmlakın qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.06.2000-ci il tarixli 107 saylı qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi qaydaları” haqqında 04 yanvar 2008-ci il tarixli qərarına uyğun olaraq həyata keçirilməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının 15 oktyabr 2020-ci il tarixli Ç-259 saylı "xxxx" MMC-nin rəyindən görünür ki, ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 152 000 (bir yüz əlli iki min) manat; ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 70 000 (yetmiş min) manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş mübahisəli hesabatda iddiaçıya məxsus torpaq sahələri real bazar qiymətindən kifayət qədər aşağı dəyərləndirilmişdir. Məhkəmə "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli Ç259 saylı rəyini əsas götürərək, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh-nin 04.07.2018-ci il tarixli № 96 və № 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəylərinin ləğv edilməsini əsaslı hesab edir. İşdə olan: -Cavabdeh-nin İddiaçı ünvanlanmış 02.04.2019-cu il tarixli, 158 nömrəli məktubundan görünür ki, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin 133 saylı, 30.01.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ünvan 1ndə yerləşən 0,0955 ha torpaq sahəsi ”Tərəqqi” MMC tərəfindən 45000 (qırx beş min) manata, 132 saylı, 30.01.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ünvan 1, 0,0505 ha torpaq sahəsi 25000 (iyirmi beş min) manat dəyərləndirilmişdir. - "xxxx" MMC-nin 20 sentyabr 2019-cu il tarixli ƏEM/S-36-840/19 saylı rəyindən görünür ki, ünvan 1ndə yerləşən, İddiaçı məxsus 0.0955 ha torpaq sahəsinin 20 sentyabr 2019-cu il tarixə bazar dəyəri 57300 manat; Şəmkir şəhəri. Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, 0.0505 ha torpaq sahəsinin hazırki bazar dəyəri 30300 manat təşkil edir. - "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli Ç-259 saylı rəyindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2798/2019 saylı, 31.10.2019cu il tarixli Qərardadına əsasən əmlakların hazırki real bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilib. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına uyğun, məhdudlaşdırıcı şərtlər və ehtimallar çəriçivəsində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə obyektin təftişi, faktiki göstəricilərinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və hesablamaların aparılması, əmlakların hazırki real bazar qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 1ndə yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********64 reyestr nömrəli, 0.0955 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 152 000 (bir yüz əlli iki min) manat; Şəmkir şəhəri. Sabir küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan, **********68 reyestr nömrəli, 0.0505 ha torpaq sahəsinin hazırki real bazar qiyməti: 70 000 (yetmiş min) manat təşkil edir. - Cavabdeh tərəfindən tərtib edilmiş 04.07.2018-ci il tarixli № 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1ndə yerləşən, 0.0955 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 45000 manat təşkil edir. - ”Tərəqqi” MMC tərəfindən tərtib edilmiş 04.07.2018-ci il tarixli № 96 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1ndə yerləşən, 0.0505 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 25000 manat təşkil edir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş **********58 saylı, 20.08.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1ndə yerləşən 0.0955 ha torpaq sahəsinin 20.08.2021-ci il tarixə olan bazar dəyəri 95.500 (doxsan beş min beş yüz) manat; ünvan 1ndə yerləşən 0.0505 ha torpaq sahəsinin 20.08.2021-ci il tarixə olan bazar dəyəri isə 50.500 (əlli min beş yüz) manat təşkil edir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, işdə mübahisəli torpaq sahələrinin qiyməti ilə bağlı bir-birindən fərqlənən 4(dörd) qiymətləndirici rəyi mövcuddur. Cavabdeh-nin 04.07.2018-ci il tarixli 96 və 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatlarına görə ünvan 1ndə yerləşən 0.0955 ha torpaq sahəsinin qiyməti 45000 manat, 0.0505 ha torpaq sahəsinin qiyməti isə 25000 manat müəyyən edilsə də birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş qiymətləndirmə zamanı alınmış digər iki rəydə qiymət daha yüksək, yəni "xxxx" MMC-nin 20 sentyabr 2019-cu il tarixli rəyi ilə ünvan 1ndə yerləşən 0.0955 ha torpaq sahəsinin qiyməti 57300 manat, 0.0505 ha torpaq sahəsinin qiyməti isə 30300 manat, "xxxx" MMC-nin 15 oktyabr 2020-ci il tarixli rəyi ilə torpaq sahələrinin real bazar dəyəri müvafiq olaraq 152000 manat və 70000 manat olduğu göstərilmişdir. Apellyasiya baxışı zamanı da qeyd olunan əmlakın həm real bazar dəyəri, həmdə likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 20 avqust 2021-ci il tarixli 028/12/21 və 029/12/21 saylı rəyləri ilə həmin tarixə ünvan 1ndə yerləşən 0.0955 ha torpaq sahəsinin bazar dəyəri 95500 manat, 0.0505 ha torpaq sahəsinin bazar dəyəri isə 50500 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkirı Ərazi İdarəsinin rəylərində həmin torpaq sahələrinin bazar dəyərini düzgün müəyyən etmişdir. Çünki, bu qiymətlər həm sahəsi, həm yerləşdiyi ərazi, həm də rəylərin müqayisəli təhlillərinə görə, eləcə də torpaq sahələrində hazırda abidə kimi qorunan almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi yerləşdiyinə görə həqiqəti əks etdirir. Başqa sözlə sonuncu rəy ən azından digər iki rəydəki qiymətlərlə birlikdə Cavabdeh-nin 04.07.2018-ci il tarixli 96 və 97 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatlarında olan qiymətdən artıqdır. Yalnız bu faktın özü, sonuncu rəyin daha mötəbər olduğuna dəlalət edir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin qiymətləndiricinin müəyyən etdiyi torpaq sahələrinin bazar dəyəri daha real və işin hallarına uyğundur. Düzdür, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin qarşısında torpaq sahələrinin likvid dəyərinin müəyyən edilməsi barədə də sual qoyulmuş, lakin bu suala cavab verilməmişdir. Ancaq torpaq sahələrinin likvid dəyərinin müəyyən edilməməsi apellyasiya şikayətin əsaslılığına dəlalət etmir. Çünki, həmin torpaq sahələri ipoteka predmeti olmamış, yəni ipoteka ilə yüklü edilməmişdir. Ona görə də həmin torpaqların hərrac vasitəsilə satılarkən ilkin satış qiyməti kimi likvid dəyəri deyil, bazar dəyəri əsas götürülür. Real bazar dəyəri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla 3-cü şəxsin mübahisələndirdiyi hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-42/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 20 avqust 2021-ci il tarixə ünvan 1ndə yerləşən 0.0955 ha torpaq sahəsinin bazar dəyəri 95500(doxsan beş min beş yüz) manat, 0.0505 ha torpaq sahəsinin bazar dəyəri isə 50500 (əlli min beş yüz) manat müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5582/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5582/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver