Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5588/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: iddia tələbinin artırılması barədə ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki iş üzrə ilkin iddia üzrə iddiaçının iddia tələbinin artırılması barədə ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3139/2024 saylı qərardadından ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli qərardadı ilə icraata qəbul edilmişdir.
2. Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
3. 21.08.2024-cü il tarixdə İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilkin iddia tələbinin artırılması barədə ərizə göndərilmiş və ərizədə göstərmişdir ki, xx.xx.2024-cü il tarixfdə keçirilən məhkəmə iclasında Cavabdeh əmək haqqından alimentin tutulmasının gecikdirilməsinə aydınlıq gətirən zaman alimentin tutulmasında yaranmış ləngimənin onun əmək haqqından "xxxx" ASC-də əmanətinin (hesabının) olduğunu oyrənmişlər, birgə evlilik dövründə Cavabdeh İddiaçı gizli olaraq ”Paşa Bank” ASC-də əmanət hesabı açaraq həmin hesaba əmək haqqının bir hissəsini aylıq olaraq ödəmişdir, həmin hesabda olan əmanət birgə evlilik dövründə qoyulduğu üçün həmin əmanət hesabında yığılmış pul vəsaiti üzərində iddiaçı və cavabdehin hər birinin ½ hissədə payı müəyyən edilməlidir. MPM və Ailə Məcəlləsinin müvafiq normalarını rəhbər tutaraq Cavabdeh Füzuli oğlunun "xxxx" ASC-də olan hesabına yığılmış pul vəsaiti üzərində tərəflərin hər birinin ½ hissədə payının müəyyən edilməsi barədə iddia tələbinin artırılaraq, ilkin iddia tələbinin və hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3139/2024 saylı qərardadına əsasən İlk iddia ərizəsi üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş iddia tələbinin artırılması barədə ərizəsinin və ödənilmiş 50 (əlli) dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya geri qaytarılması qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbin artırılması üçün əsasın birinci məhkəmə baxışında - xx.xx.2024-cü il tarixdə yaranması qəbul edilsə belə (*halbuki ərizə həmin tarixdən də 3 ay sonra verilmişdir), bu ilk iddia üzrə iddiaçıya iddia tələbinin həm əsasını, həm də predmetini dəyişməyə hüquq vermiş olmur. İlk iddia üzrə iddiaçı birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin/əmlakın bölgüsünü ayrıca icraat qaydasında müstəqil iddia verməklə tələb edə bilər Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. İddiaçı qərardaddan şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki,tərəflərindən tələbin artırılması üçün məlumatların yeni əldə edildiyi əsaslandırılsa da,məhkəmə normanı qanunsuz olaraq düzgün tətbiq etməmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3139/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3139/2024 saylı qərardadından ilk iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 53.İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020- ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir ki,mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddihüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir.
14. İddianın dəyişdirilməsi barədə ərizə verildikdə ilkin iddia tələbi iki qaydada dəyişdirilə bilər. Birinci halda tələbin əsası, yəni iddiaçının öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsinin səbəbi, ikinci halda isə iddianın predmeti, yəni maddi hüquq normasının dispozisiyası dəyişdirilir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad etməklə iddiaçının iddianın həm əsasını, həm də predmetini dəyişməsi yolverilməzdir. İddianın həm əsasının, həm də predmetinin dəyişdirilməsi yeni iddianın irəli sürülməsi kimi başa düşülməlidir
16. Hazırkı halda iddiaçı yeni iddia ilə məhkəməyə müraciət etməlidir.
17. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 3139/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev