Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5598/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 1 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X11 adlı bir övladları doğulmuşdur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2856/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, övladları xx.xx.2021-ci il təvəllüdlü X5 anası Eibova Khazangülün yanında qalması, Cavabdeh 10 may 2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Eibova Khazangülə verilməsi qət edilmişdir.
3. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(019)-312/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh ilə iddiaçı X6 birgə nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir.
4. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-756/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X6 Cavabdeh qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir.
5. AZEMİS elektron məhkəmə sistemindən görünür ki, cavabdeh Vətən müharibəsi iştirkaçısı olaraq 80,0 manat məbləğində pensiya alır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X8 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. X10 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2019-cu il tarixdə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, birbirilərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları onun himayəsindədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır. Onun qazancı ilə uşağın təminatını ödəmək çətindir. Mediasiya prosesindən keçsələr də, aralarında barışıq əldə olunmamışdır.
9. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, 193 manat aliment məbləğini hər ay ödəyir, öz öhdəliklərini yerinə yetirir, əksinə iddiaçı Cavabdeh övladı ilə ünsiyyət yaratmasına imkan vermir. İddiaçı başqa şəxslə nikaha daxil olub, yeni nikahından övladı var, ikinci həyat yoldaşı və ikinci övladı ilə birgə yaşayır. Röyalı iddiaçının anası saxlayır. Röyal ana himayəsindən məhrum olmuş və nənə himayəsindədir. Cavabdeh iddiaçıya uşaqlarına qarşı bu cür amansız olmamasını və uşağı Kərəmə, öz doğma atasına verməyi təklif edir. Cavabdeh olaraq hesab edir ki, övladına baxmayan iddiaçıya aliment verilməsi o qədər də əsaslı deyil. Lakin məhkəmə iddiaçıya aliment verilməsini daha öncə qət etmiş, aliment 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya 193 manat aliment müəyyən edildikdən sonra cavabdehin ailə və maddi vəziyyətində ağırlaşmalar yaranmış, ikinci övladı dünyaya gəlmiş və həmin uşağa görə də aliment öhdəliyi yaranmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(006)-3012/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilərək (artırılaraq) Cavabdeh iddiaçı X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin iş yerinin və aylıq pul təminatının olmasına, habelə onun özü tərəfindən alimentin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında tutulmasına dair xahişinin olmasına baxmayaraq, iddiaçı azyaşlı uşağının saxlanması üçün aliment məbləğinin hissəsvi şəkildə deyil, məhz sabit pul məbləğində ödənilməsini tələb etdiyindən, ailə qanunvericiliyinin müddəalarına müvafiq olaraq aliment məbləği iddiaçının tələbinə uyğun, yəni hər ay 235 manat sabit pul məbləğində tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.1, 106.2, 106.3, 106.4, 106.5 və 112.1-ci maddəsi; «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə, 8 dekabr 2023-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin yarısı (1/6 hissəsi) miqdarında aliment tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iki uşağı olmasını nəzərə almamışdır. İddiaçı ilə onun bir uşağı olsa da sonrakı həyat yoldaşından da bir uşağı vardır və onun üçün də aliment ödəyir. Belə olan halda məhkəmə aliment müəyyən edərkən onun iki uşağa görə ödəməli olduğu aliment miqdarını nəzərə almalıdır. Məhkəmə hazırki işdə ondan alimenti artıraraq 235 manat sabit pul məbləğində aliment tutmaqla Ailə Məcəlləsini 76.1.2-ci maddəsinin tələblərini pozmuş, həmin normasını düzgün tətbiq etməmişdir. Məhkəmə hazırki iş üzrə aliment müəyyən olunandan sonra iddiaçının maddi və ailə vəziyyətinin yaxşılaşmasını (uşağı şəxsən saxlamaqdan özünün azad etməsi, yeni nikaha daxil olması və s.), əksinə maddi və ailə vəziyyətinin ağırlaşmasını (yeni nikahdan olan uşağa aliment ödəməsini, kredit ödəməsini, kursant olmasını, yeganə qazanc yerinin əmək haqqı olması və s.) nəzərə almayıb. İddiaçı aliment müəyyən ediləndən sonra ailə və ya maddi vəziyyətinin yaxşılaşmasını sübuta yetirə bilməmişdir. Bununla da Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Nəticədə məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından əvvəlki aliment müəyyən olunduğu tarixdən hal-hazırkı dövrə qədər iddiaçının vəziyyəti yaxşılaşmışdır, lakin uşağa baxmır, nənəsi baxır, ailə qurmuşdur, yeni həyat yoldaşı ilə birlikdə yaşayır. Cavabdehin vəziyyəti isə pisləşmişdir, ikinci uşağı dünyaya gəlmişdir və ona da alimet ödəyir. Cavabdeh hərbçi kursantdır, Turkiyədə kursdadır. Cavabdeh 44 günlük müharibədə iştirak etmişdir. Bundan başqa Şəki Apellyasiya Məhkəməsi digər uşağa alimeti 1/3-in yarısı 1/6 etmişdir, təqribi 198-200 manat edir. Mütəmadi maaşa əlavələr olur, maaş artım tempindədir. Cavabdeh təxmini aylıq 200 manat ödəyir, 200 manat da digər uşaq üçün ödənilir. Cavabdeh tərəf alimentin maaşın 1/6 hissəsində tutulmasını istəyir. Maaş hər bir halda artan tempdədir. Cavabdehin maaşı gələcəkdə artacaqdır.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılmalıdır.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyasının
22. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
23. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
24. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
25. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
26. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
27. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
28. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına görə
29. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
30. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının
31. 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
32. 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin artırılmış məbləği” hissəsində dəyişdirilməlidir.
34. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflərin qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X11 adında uşaqları doğulmuşdur.
35. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2856/2022 saylı qətnaməsi ilə Cavabdeh 10 may 2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Eibova Khazangülə verilməsi qət edilmişdir.
36. Daha sonra isə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)- 756/2024 saylı qətnaməsi ilə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2023-cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin tutularaq iddiaçı X9 verilməsi qət edilmişdir.
37. İddianı qismən təmin edən apelyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, tərəflərin maddi vəziyyəti, uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğu, cavabdehin başqa nikahdan olan uşağının - xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsi ilə hər ay 193 manat sabit pul məbləğində aliment tutulduğu və buna görə bütün uşaqların mənafelərinin nəzərə alınmalı olduğunu qeyd etmişdir.
38. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsinə əsasən xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Belə ki, iddiaçının məhkəməyə müraciətini əsaslı edən Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
39. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
40. Bununla belə məhkəmə kollegiyası ödənilməli alimentin 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu məbləğinə qədər artırılması barədə məhkəmənin gəldiyi qənaət ilə razılaşmır. Belə ki, cavabdehin iddiaçıdan olan 1 uşaqdan əlavə aliment ödədiyi başqa uşağı da vardır. Beləliklə də hazırkı iş üzrə aliment məbləği müəyyən edilərkən 2024-cü il üçün mövcud olan yaşayış minimumu məbləğindən başqa aliment ödəməli olan şəxsin istinad etdiyi diqqətəlayiq digər hallar də nəzərə alınmalıdır. Həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri, maddi vəziyyətinin xeyli dərəcədə yaxşılaşdığı barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti iddia ərizəsində göstərilən məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi nəzərə alınmalıdır.
41. Cavabdehin iddiaçının xeyrinə tutulan alimentin onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmasında israr etməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin müvafiq tələblərinə görə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Belə ki, alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişinin olması həmin şərtlərdən biridir.
42. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, mübahisələndirilən qətnamə “alimentin artırılmış məbləği” hissəsində dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Eibova Khazangülə ödənilməlidir.
43. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3012/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən - “alimentin artırılmış məbləği” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdeh 9 aprel 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova