Məhkəmə qərarları › İş №2(103)-5605/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5605/2020

07.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5605/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı əmlak bölgüsü, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxxxxxxxxxx” ASC cəlb ediməklə) əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2tərəfindən verilmiş apellyasiya şikayətnə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bayır (İbrahimova) İddiaçı Ali Osman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanan 159 saylı nikah qeydinin pozulması və birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X16, xx.xx.2005-ci il təvəllüdlü X10 Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının himayəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X16, xx.xx.2005-ci il təvəllüdlü X17 adlı övladları anadan olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisələrə görə birgə yaşamaları, ailəni qoruyub saxlamaq mümkün deyildir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, digər tələbləri ilə yanaşı, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyriyaşayış sahəsinə və orada yerləşən mebellər, əşyalar cihazlar və ləvazimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun, iddiaçının 2/3 pay hüququnun müəyyən edilməsi; Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 2 ünvanındakı 13 saylı mənzilə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvəzimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsi; ünvan 3 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonunda olan mebellər, cihazlar, əşyalar və ləvazimatlar, 4 kosmetoloq otağı əşyaları, cihazları, ləvəzimatları, 4 ədəd kosmetoloqlazer aparatı, televizor, “Baku Electronics”dən alınmış 2 ədəd hər biri 3000 manat qiymətində olan yeni kondissionerlərə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvəzimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsinə dair qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, cavabdehlə barışmaq, ailənin qorunub saxlanılması qeyri-mümkündür. Tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyri-yaşayış sahəsi içindəki əşyalarla, ünvan 2 ünvanındakı 13 saylı mənzil əşyaları ilə, ünvan 3 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonunda yerləşən bütün əşyalar iddiaçının 2/3 payı, cavabdehin 1/3 payı müəyyən edilməklə tərəflər arasında bölünməlidir. Bundan əlavə nikah dövründə iddiaçıya alınmış qızıl- zinət əşyaları da cavabdehdədir. İddiaçı, həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bayır (İbrahimova) Ramilə Qəzənfər qızı ilə Cavabdeh1 arasında xx.xx.2000-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanan 159 saylı nikah qeydinin pozulması və birgə nikahdan olan övladları xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X10 Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının himayəsində saxlanılması; Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m olan qeyri-yaşayış sahəsinə və oradayerləşən mebellər, əşyalar cihazlar və ləvazimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun, iddiaçının 2/3 pay hüququnun müəyyən edilməsi; ünvan 2 ünvanındakı 13 saylı mənzilin Cavabdeh1 ilə X1 arasında xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat kontorunda bağlanaraq təsdiq edilmiş AN-İ 0588702saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin mənzilə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvəzimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsi; ünvan 3 (Qoqol 17) ünvanında yerləşən “Hagina” gözəllik salonunda olan mebellər, cihazlar, əşyalar və ləvazimatlar, 4 kosmetoloq otağı əşyaları, cihazları, ləvəzimatları, 4 ədəd kosmetoloq-lazer aparatı, televizor, “Baku Electronics”dən alınmış 2 ədəd hər biri 3000 manat qiymətində olan yeni kondisionerlərə və orada yerləşən mebellər, əşyalar, cihazlar və ləvəzimatlara iddiaçının 2/3 pay hüququnun, cavabdehin 1/3 pay hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı tələbini dəqiqləşdirərək, xx xxxxxx 2016-cı il tarixdə ünvan 2, ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissəsədə pay hüququnun tanınması və məbləğinin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qab qacağa (Messin firması), 2000 mana dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsi, samsung markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, Türkiyə Respublikası, İstanbul şəhəri, Küçükcekmece rayonu, Halkalı məhəlləsi, Menekşe, Bölmə F21C21 AlB, Blok 800 ünvanında sahəsi 246.092.58 kv.m olan mənzilin satışından əldə edilmiş 150000 ABŞ dollarına iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 1-ünvanında yerləşən ümumi sahəsi 107.1 kv.m. olan qeyriyaşıyış sahəsinə iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması, ünvan 3 (Qoqol 17) ünvanında yerləşən “Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikur vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan Aleksandrit lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan “BOSCH” markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan “İNDESİT” markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan ”Samsunq"markalı paltaryuyan maşına, dəyəri 600 manat olan “Bloınberq” markalı paltar qurudana, dəyəri 1500 manat olan Ariston ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 manat olan 2 ədəd “Samsunq” markalı soyuducuya, dəyəri 1600 manat olan ağ rəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəvi ağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd “SİEMENS”markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd Facial Stcamer aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B Centrifuce aparatına, dəyəri 1000 manat olan 1 ədəd Hotca Binet kosmetoloq aparatına, dəyəri 700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 manat olan duş kabininə, dəyəri 1800 manat olan Samsung Galaxy S8 aparatına, dəyəri 1400 manat olan regulatora ½ hissədə hissədə pay hüququnun tanınması,naturada və yaxud onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmənin icraatında olan digər, 2(001)-1805/2018 saylı (əvvəlki qeydiyyat nömrəli 2(001)-12842/2017 olmuşdur) mülki iş materiallarına əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış və Bakı şəhəri Səadət sarayında xx.xx.2000-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulması və xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X10 boşanmadan sonra iddiaçı ilə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bir yerdə yaşamırlar və aralarında olan nikah əlaqələri faktiki olaraq 2017-ci ilin iyul ayının ortalarında kəsilmişdir. Uşaqlar iddiaçı ilə qalmaq istəyirlər, hazırda onun yanındadırlar. Dana sonra Cavabdeh1 iddia ərizəsinə əlavə təqdim edərək, ilkin tələblərinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, ev 3-ə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri-yaşayış sahəsinə və orada yerləşən əmlak və əşyalara, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 67/71-ə, ünvan 6 mənzil 54-ə və həmin mənzildə yerləşən əşyalara – ev-məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına, “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “xxxxxx” ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanət (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1805/2018 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü” tələbinə dair iddiası üzrə “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi” hissədə tələb ayrıca icraata ayrılmışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(001)-812/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı "nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)-812/2018 saylı mülki işlə, məhkəmənin icraatında olan eyni tərəflər arasında eyni əsaslarla eyni predmet üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)- 1805/2018 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X19 göstərməklə, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, ev 3-ə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 67/71-ə, ünvan 6 mənzil 54-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X19 göstərməklə, iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, ev 3-ə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri-yaşayış sahəsinə və orada yerləşən əmlak və əşyalara, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 67/71-ə, ünvan 6 mənzil 54-ə və həmin mənzildə yerləşən əşyalara – evməişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “xxxxxx” ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanətə (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra “xxxxxxxxxxxx” ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. X4 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, ev 3-ə, Bakı şəhəri, Nəsimirayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyriyaşayış sahəsinə, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev 67/71-ə, ünvan 6 mənzil 54-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi xx.xx.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra “xxxxxxxxxxxx” ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə xx.xx.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-40/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddiası Türkiyə Respublikası, İstanbul şəhəri, Küçükcekmece rayonu, Halkalı məhəlləsi, Menekşe, Bölmə F21C21 AlB, Blok 800 ünvanında sahəsi 246.092.58 kv.m olan mənzilin satışından əldə edilmiş 150000 ABŞ dollarına iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, 3 saylı evə; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyriyaşayış sahəsinə; ünvan 6 mənzil 54-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququnun müəyyən edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququnun müəyyən edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləği 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddiası qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi və onlar tərəfindən verilmiş iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əmlaklar alınan zaman cavabdeh işsiz olmuş və butun əmlkalar iddiaçının atası tərəfindən alınmışdır. Həmçinin əmlakların cavabdehin xeyrinə qeyri mütənasib bölünməsi də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi bu mövqeyini tərəflərin uşaqlarının cavabdehdə qalması ilə əsaslandırsa da, iddiaçının uşaqlar üçün aliment ödədiyini nəzərə almamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, əlavə olaraq bildirmişlər ki, uşaqlar öz seçimlərinə görə atalarının yanında qalmışlar və iddiaçı (Ramilə) onların saxlanılması üçün aliment ödəyir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsivəkili X12 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, Ali 25 ildir ki, Azərbaycan Respublikasında VÖEN əsasında, rəsmi qaydada sahibkarlı fəaliyyəti ilə məşğuldur. Ramilə əvvəllər anası və qardaşı üçün mənzillər almışdır. Sonradan bunların iki oğlan övladları olduğu üçün iki ev, iki maşın və bir bağ evi alır. İlk əvvələr Ramilə mənzilin qapısının açarını dəyişir, Ali və uşaqlar mənzilə daxil ola bilmirlər. Sonradan isə həmin mənzillər müqavilə əsasında alındığı üçün Ramilə sənədləri qəsdən itirir. Onlar müqavilələrin kötüyünü əldə etmək üçün dəfələrlə şirkət rəhbərliyinin yanında olmuşlar. Lakin şirkət həmin müqavilələrin surətini verməkdən imtina etmişdir. Onlar polis orqanlarına şikayətlər etdikdən sonra şirkət mənzilə dair sənədlərin surətini onlara təqdim etmişdir. Ramiləni Cavabdeh1 işə götürüb, onun işçisi olub və daha sonra isə Aliyə xəyanət etdiyi üçün münasibətləri pozulmuş, hətta uşaqları belə analarından üz döndərmiş və atalarıynan qalmaq istəmişlər. Bütün əmlaklar Alinin şəxsi və qazandığı vəsaitlər hesabına əldə olunmuşdur. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin bildirmişdir ki, mübahisələndirilən qətnamə bankın maraqlarına toxunmur və ona görə də tərəflərindən apelyasiya şikayəti verilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, 3 saylı evə; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı qeyri-yaşayış sahəsinə; ünvan 6 mənzil 54-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququnun müəyyən edilməsi, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququnun müəyyən edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “Porsche Cayenne” markalı **-BA- *** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi” və ilkin iddia tələbinin təmin edilməyən hissələri üzrəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh1 mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissələrdən apellyasiya şikayəti vermişdir (həm şikayətinin məzmunundan, həm də apellyasiya baxışı zamanı verilən izahatlardan qətnamənin yalnız həmin hissəsini mübahisələndirdikləri aydın olmaqdadır). Başqa sözlə, qətnamənin digər hissələri apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 382533 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X2 xx.xx.2000-ci il tarixdə 159 nömrəli akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında nikah bağlamışlar, nikah bağlanandan sonra arvada “Bayır” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2005-ci il təvəllüdlü X13 ataları Cavabdeh1, anaları İddiaçıdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 67/71 ünvanında 1-ci mərtəbədə yerləşən 107.1 kv.msahəsi olan qeyri-yşayış sahəsi xx.xx.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X15 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı adında xx.xx.2017-ci il tarixdən “Porsche Cayenne” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 000455 nömrəli, xx.xx.2002-ci il tarixli orderin surətindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 6 mənzil 54 ünvanında qeydiyyatdadır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X14 küçəsi, döngə 2, ev 3 və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında əlavə edilmiş xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alqısatqı müqaviləsindən görünür ki, İddiaçı məxsus “Dodge Durango” markalı, 2014-cı il buraxılışlı, PHP********** mühərrik, 1C4RDJDG8EC977269 ban nömrəli, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixli alqı satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli “X8”ndən görünür ki, “xxxxxxxxxxxx” ASC ilə Bayır Alı arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya maksimal faiz dərəcəsi 30% olmaqla, 120 ay müddətinə, limit məbləği 500.000 manat olan kredit xətti açılmışdır. Cavabdeh1 tərəfindən özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində (əvvəlki Teymur Əliyev küçəsi) olan b.67/71 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (107.1 kv.m ümumi sahədən ibarət) ipoteka ilə yüklü edərək, 36 ay müddətinə, illik 21 % olmaqla, 150.000 manat kredit götürmüş və xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək hər ay 5.653 manat ödəniş etməyi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli İcarə Müqaviləsindən görünür ki, X3 tərəfindən Bakı şəhəri, Mərdanov Qardaşları 9 saylı 3 mərtbəli binanın 1-ci mərtəbəsində yerləşən 160,7 kv.m olan qeyri-yaşayış sahəsi 5 il müddətinə, aylıq icarə haqqı 2.000 manat olmaqla Cavabdeh1 icarəyə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan olan uşaqları ataları Cavabdeh1 yanında saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2).Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). İşin hallarından görünür ki, tərəflər, yuxarıda sadalanan əmlakların onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirməmişlər; bununla belə ilkin iddia üzrə iddiaçı əmlaklara Cavabdeh1 2/3 pay hüququnun tanınmasından narazırıdır və o əmlakların bərabər paylara bölünməsini xahiş edir. Yuxarıda sadalanan maddi hüquq normalarının mənasına görə məhkəmə ərarvadın birgə mülkiyyətinin bölünməsi zamanı yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, ər-arvadın birinin üzrsüz səbəbdən gəlir əldə etməməsini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alaraq həmin mülkiyyəti bərabər bölməyə bilər. Belə olan hallarda məhkəmə tərəflərin paylarının nisbətini müəyyən edərkən qanunun göstərişlərini, tərəflərin diqqətəlayiq mənafelərini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirməlidir. Bununla bağlı birgə nikah dövründə əldə olunmuş əmlaklara dair tərəflərin diqqətəlayiq mənafelərini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəli əmlaklara Cavabdeh1 2/3 pay hüququnu tanımışdır. Kollegiya ilkin iddia üzrə iddiaçının iddia tələbinin “xx xxxxxx 2016-cı il tarixdə ünvan 2, ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissəsədə pay hüququnun tanınması və məbləğinin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qabqacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsi, samsung markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı Bayır (İbrahimova) Ramilə Qəzənfər qızının ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi” hissəsinə dair kollegiya qeyd edir ki, həmin mənzil tərəflərin nikahları pozulmadan və birgə yaşadıqları dövrdə satıldığından, kollegiya həmin mənzilin satışından əldə olunan vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi qənaətinə gəlir. Belə ki, tərəflər arasındaki nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və tərəflərdə 2017-ci ilin iyul ayınadək birgə yaşadıqlarını bildirmişlər. Kollegiya ilkin iddia üzrə iddiaçının iddia tələbinin “ünvan 3 (Qoqol 17) ünvanında yerləşən “Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikur vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan Aleksandrit lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan “BOSCH” markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan “İNDESİT” markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan ”Samsunq"markalı paltaryuyan maşına, dəyəri 600 manat olan “Bloınberq” markalı paltar qurudana, dəyəri 1500 manat olan Ariston ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 manat olan 2 ədəd “Samsunq” markalı soyuducuya, dəyəri 1600 manat olan ağ rəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəvi ağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd “SİEMENS” markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd Facial Stcamer aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B Centrifuce aparatına, dəyəri 1000 manat olan 1 ədəd Hotca Binet kosmetoloq aparatına, dəyəri 700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 manat olan duş kabininə, dəyəri 1800 manat olan Samsung Galaxy S8 aparatına, dəyəri 1400 manat olan regulatora ½ hissədə hissədə pay hüququnun tanınması, naturada və yaxud onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi” hissəsi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və bununla bağlı hər hansı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı iddia tələbinin həmin hissədə araşdırılmasına imkan verəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar