Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5609/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-845/2022 saylı 14 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü Zeynalov oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Zeynalova X1 üçün Cavabdeh hər ay 386 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə 10 sentyabr 2017ci il tarixində rəsmi nikaha daxil olmuşdur. İddiaçı ilə cavabdehin birlikdəliyindən 12 aprel 2013-cü il təvəllüdlü X9 və 26 avqust 2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. X6 1. Ailə Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, uşaqların İddiaçı himayəsinə verilməsi, Cavabdeh hər bir uşaq üçün aylıq 250 TL olmaqla, cəmi 500 TL alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 10(102)-196/2021 saylı qərardadı ilə Türkiyə Respublikasının Düzce 1. Ailə Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınmışdır. Cavabdeh gəmilərdə kapitan vəzifəsində işləyir və uşaqların saxlanması üçün qazancından alimentin tutulması onun maddi vəziyyətinə heç bir təsir göstərmir. Həmçinin, cavabdeh tərəfindən bu günə qədər heç bir aliment məbləği ödənilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, aliment xx.xx.2022-ci il tarixdən tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh şikayət verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarla artıq aliment tutulmuşdur. Həmçinin, qeyd olunmuşdur ki, cavabdeh Türkiyyə Respublikasında yaşayır, işləyir və alimentin tutulmasının orada həyata keçirilməsi asanlıqla mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. İş materiallarından görünür ki, Türkiyə Respublikasının Düzcə 1. Ailə Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından olan iki uşağın saxlanması üçün hər birinə 250 Tl miqdarında atadan aliment tutulması qərara alınmışdır. Qərar xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 10(102)-196/2021 saylı qərardadı ilə həmin qərar tanınmışdır. Hazırda isə iddiaçı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki mübahisəyə həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli idi. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə Kollegiyası, təqdim olunmuş sübutları iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mahiyyətinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimumdolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağısağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3.1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazımolan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» xx.xx.2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə Kollegiya hesab edir ki, Cavabdehnın apelyasiya şikayəti qismən təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin e-2(002)-845/2022 saylı 14 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq, hər uşaq üçün 193 manat sabit pul məbləğində olmaqla ümumilikdə 386 manat məbləğində müəyyən edilməli və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçıya verilməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə isə, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-845/2022 saylı 14 aprel 2022ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq, hər uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində olmaqla ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində müəyyən edilsin və bu məbləğ qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-5609/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5609/2022
10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver