Məhkəmə qərarları › İş №2(103)-561/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-561/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-561/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili X4, Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh4 vəkili və nümayəndəsi X7 iştirakları ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsindən cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X18 küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi l01,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilərək tərəflərin ilkin vəziyyətə qaytarılması və cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evindən, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsindən və Cavabdeh1 müllkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri qismində mübahisə həll edilənədək və yekun məhkəmə aktı qüvvəyə minənədək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv. m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv. m, yaşayış sahəsi 101,07 kv. m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 müllkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, yekun məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi halda həmin məhkəmənin xx xxx 2015-ci il tarixli qərardadı ilə həmin əmlakların üzərindən həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 birgə verdikləri apellyasiya şikayəti təmin edilməyərək, İddiaçı apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2015-ci il tarixli qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi barədə ilk iddiası, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçıya qarşı fərdi yaşayış evinin boşaldılması və sair tələbləri barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxx 2016-cı il tarixli qərarı ilə Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi X19 oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nin həmin iş üzrə xx xxxxxx 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla bərabər, Cavabdeh1 İddiaçı tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli etibarnamələrə əsasən onda göstərilən əmlaklar barədə xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli müqavilələrlə öz öhdəlikləri üçün “Bank VTB (Azərbaycan)” ASC-də ipoteka qoymuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi l01,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqavilələri etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsindən cavabdeh “Bank VTB (Azərbaycan)” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 190/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5781/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarı ilə cavabdeh “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-190/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən “Bank VTB (Azərbaycan)” ASC-nin, Maraqlı şəxs və qeyrilərinin apeliyasiya şikayətləri üzrə 2(103)-3232/20 saylı mülki iş vardır. Maraqlı şəxs və qeyrilərinin apeliyasiya şikayətinə və şikayətin əsaslandığı dəlillərə etiraz edirlər.Əvvəlcə o nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli qərarında Bankı vicdanlı əldə edən hesab edib və eyni zamanda Banka münasibətdə Daşınmaz Əmlakın Dövlət Reysetrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına Bakı Apeliyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 2(103)- 190/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə düzgün hüquqi qiymət verilmədiyini göstərib.Bu qeyd olunanlardan və iş materiallarından göründüyü kimi, Maraqlı şəxs və qeyrilərinin apeliyasiya şikayətinin təmin olunması üçün əsası yoxdur. Belə ki, hazırki mübahisənin predmeti “alqı-satqı müqaviləsi” deyil, “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" təşkil edir və mübahisələndirilən əmlaka dair ipoteka müqaviləsi bağlanarkən notariat kontoruna təqdim edilmiş Xəzər RİHB-nin Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən qeydiyyatda adam olmadığı qeyd edilib.O cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxxx 2015-ci il tarixli qərarına əsasən sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Bundan başqa apellyatorların toxunduğu müqavilə alqı-satqı müqaviləsi ilə bağlı münasibət barədədir ki, buna dair hal Bank ilə tərəflər arasında bağlanılmış “ipoteka müqaviləsi”nin etibarsız hesab olunması üçün əsas deyil. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən qeydiyyatda başqa şəxslərin olması baxımından belə, maraqlarına toxunan şəxslərin razılıqlarının alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” x xxxxxx 2015-ci il Plenumunun qərarında qeyd edilir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və diyər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsindən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin, sözügedən Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Ona görə də hazırki işin hallarında Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında müəyyən olunmuş əsaslar olmadığından Maraqlı şəxs və qeyrilərinin apellyasiya şikayətinin təmin olunması istisna edilir.Hazırkı mülki iş üzrə etiraz və şikayətlərinə bildirdiklərinə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri sayır. Belə ki, xx.xx.2016-cı il tarixində Bakı şəhəri 12 saylı notariat kontorunda saat 16:52 və 16:54-də, yəni eyni gündə iddiaçının həmin kontorda olduğu vaxtda iki dəqiqə fərqlə onun tərəfindən etibarnamə verilmiş və mübahisəli əmlak barədə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmçinin məhkəmə baxışı zamanı iddiaçının Cavabdeh3 ilə xalaoğlu olduqları müəyyən edilmişdir. Digər apelyatorlara, yəni Maraqlı şəxs və qeyrilərinin apelyasiya şikayətinin təmin olunmamasına dair tərəflərindən təqdim olunmuş apelyasiya şikayətinə etirazda göstərdiklərindən başqa əlavə dəlil odur ki, onlar tərəfindən mübahisəli əmlaka göndərilən poçt bildirişləri qəbul edilmədən geri qaytarılmasıdır və bu hal özü də onların tələbinin təmin edilməməsi üçün əsasdır. Həmçinin iddia tələbini istisna edən halları aşağıda təkrar vurğulamağı zəruri sayırlar. İddiaçı borc götürmək istədiyini bildirsə, də mübahisəli əmlakların müqabilində borc müqaviləsi bağlamaması, əmlakların alqı-satqı edilməsi barədə şərti sildirmək hüququ olduğu halda Cavabdeh3 və S. U. Əliyevin adına verdiyi etibarnamələrdən həmin şərti sildirməməsi, ilk əmlakın etibar edilməsi, yəni etibarnamə verilməsi müqabilində borc pul almadan digər 3 əmlak barədə etibarnamə verməsi və iddiaçı pulu ala bilmədiyinə görə sözügedən şəxslərə qarşı hüquq mühafizə orqanlarına müraciət etməməsi, üstəlik etibarnamələri verdiyi tarixdə onun razılaşdığı məbləğin ona verilməməsi səbəbi ilə etibarnamələri elə həmin gündə ləğv etdirməməsi, eləcə də iddiaçının borc götürmək üçün mübahisəli əmlakları vasitəçisiz ipoteka qoymaq və ya satmaq yolu ilə pul əldə etmək imkanının olmasından istifadə etməməsi, o cümlədən ilkin iddia, yəni "alqı-satqı müqaviləsinin etibarsızlığı” barədə tələbi irəli sürərkən onun hüquqi nəticələrinin etibarsızlığını mübahisələndirməməsi, mübahisəli əmlaklara dair alqı-satqı müqavilələri bağlanılan zaman Bankın həmin müqavilələrin imzalanmasında iştirak edən tərəf olmaması, mübahisəli əmlaklara aid qeydin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası və iddiaçınım iddia müddətini ötürməsi kimi halları nəzərə alaraq hesab edir ki, mübahisə olunan ipoteka müqavilələri etibarsız sayılmamalıdır. Göstərilənlərə əsasən Bankın apellyasiya şikayətinin təmin olunması, Maraqlı şəxs, X5 və X3 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş yeni Apellyasiya baxışına qaytarıldıqdan sonra Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-28/2018 saylı qərardadı ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsindən məhkəmə aktı maraqlarına toxunan şəxslər qismində Maraqlı şəxs, X5 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti üzrə prosessual müddət bərpa olunmuş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı“ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması və mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu. Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsi,ev 48 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin yüklü edilməsinə dair xx.xx.2015-ci iltarixli daşınmaz əmlakın ipoteka müqavilələri etibarsız hesab edilməsi, göstərilən əmlakların yüklülükdən azad edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Halhazırda mülki iş apellyasiya baxışındadır. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyriyaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi “Bank VTB (Azərbaycan)” ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hesab edir ki, onlar maraqlı şəxs kimi apellyasiya baxışına cəlb olunmalıdır.Belə ki, onlar Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dress, Dənizkənarı küçəs, ev 4 saylı mənzildə qeydiyyatda və həmin mənzildə yaşamaqlarına baxmayaraq məhkəmənin icraatında olan mülki işə maraglı şəxs kimi cəlb olunmamışdırlar. Belə ki, onlar həmin mənzildə yaşağına baxmayaraq mübahisəli mənzil banka ipotekaya ipoteka predmeti olaraq qoyularkən həmin mənzilə “Bank VTB (Azərbaycan)” ASC tərəfındən baxışa gələn olmamışdır və onların ümumiyyətlə həmin mənzilin ipotekaya qoyulması barədə məlumatı və razılığı olmamışdır. Həmin ünvan yaşamaq üçün İddiaçı tərəfindən onlara verilmişdir. Bütün bunlar bankın vicdanlı olmadığını və digər cavabdehlə qanunsuz razılaşmasından irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edili. Mülki Məcəllənin 355.1 maddəsinə əsasən Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Eyni Məcəllənin 356. Maddəsinə əsasən Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsminə əsasən Yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.Həmin maddənin redaksiyası sonradan dəyişdirilmişdir.İşə baxan birinci instansiya məhkəməsi bu əsası nəzərə almamışdır.Belə olan halda məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməlidir, onların xəbəri olmadan yaşadıqları mənzilin ipoteka yüklü olmasından xəbərinin olmamasının həmin mənzilin banka qoyulmasına icazə verilmədiyi halda və bu halların onların mənafeyinə toxunmasını nəzərə alaraq qəbul edilmiş qətnamə ləğv edilərək “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanış müqavilə etibarsız hesab edilərək ləğv edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən xahiş edir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi şikayətçilər maraqlı şəxs kimi cəlb olunmaqla dəyişdirilsin, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dress, Dənizkənarı küçəs, ev 4 saylı mənzilə dair ipoteka müqaviləsi şikayətçilərin razılığı olmadan bağlanması əlavə əsası ilə etibarsız hesab edilsin. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X2 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi onlar birinci instansiya məhkəməsində iştirak etmədiklərindən icraata qəbul edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X2 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi onunların yuxarıda göstərilən apellyasiya şikayətinin məzmunu ilə oxşar olmaqla belə əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu. Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi “Bank VTB(Azərbaycan)” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dress, Dənizkənarı küçəs, ev 4 saylı mənzildə qeydiyyatda və həmin mənzildə yaşamağına baxmayaraq məhkəmənin icraatında olan mülki işə maraglı şəxs kimi cəlb olunmamışlar. Apellyasiya qaydasında işə maraqlı şəxs qismində cəlb olunmuşlar. Aşağıdakı əsaslara görə qaldığı evə dair bağlanmış ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, onlar həmin mənzildə yaşağına baxmayaraq mübahisəli mənzil banka ipotekaya ipoteka predmeti olaraq qoyularkən həmin mənzilə “Bank VTB (Azərbaycan)” ASC tərəfindən baxışa gələn olmamışdır və onların ümumiyyətlə həmin mənzilin ipotekaya qoyulması barədə məlumatı və razılığı olmamışdır.Həmin ünvan yaşamaq üçün İddiaçı tərəfindən onlara verilmişdir. Bütün bunlar bankın vicdanlı olmadığını və digər cavabdehlə qanunsuz razılaşmasından irəli gəlir.İddiaçılar iddia tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1., 337.2., 355.1,356-cı maddələrinə və ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu maddəsiinə istinad etmişlər və yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın Bakı şəhəri. Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dress, Dənizkənarı kiiçəsi ev 4 saylı mənzilə dair ipoteka müqaviləsi onların razılığı olmadan bağlanması əlavə əsası ilə etibarsız hesab edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsinin qüvvədə saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya baxışı zamanı Cavabdeh4 nümayəndəsi və vəkili cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər.Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxslərin apellyasiya şikayətinin bir dəlili də çəkişmə hüququnun pozulması, onların ümumiyyətlə məhkəmə prosesləri barədə məlumatlandırılmamasıdır ki, onunla bağlı birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər prosesə cəlb edilməmiş və onların hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(102)- 5781/2019 saylı Qərarında qeyd edilənlərə əsaslabaraq hesab edir ki, cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nini apellyasiya şikayəti təmin olunmalı, müstəqil tələb irəli sürən 3-cü şəxslərin birgə apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)-28/2018 saylı qətnaməsi ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməli, Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X2 cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair iddiaları rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5781/2019 saylı Qərarında qeyd edilmişdir ki, Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 Fərhad oğlu İddiaçı tərəfindən onlara verilmiş etibarnamələr əsasında həmin etibarnamələrdə qeyd olunan əmlakları etibardan sui-istifadə edərək alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişlər. Müvafiq əmlaklar kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi “Bank VTB (Azərbaycan)” ASC-də ipoteka qoyulmuşdur.Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisələndirilən ipoteka müqavilələri məhkəmə tərəfindən etibarsız hesab olunmuş alqı-satqı müqavilələri əsasında bağlanmışdır. 1-ci əqd etibarsız hesab edildiyi təqdirdə, 2-ci və sonrakı əqdlərin hamısı etibarsız sayılır. Bu qayda MM-in 337-ci maddəsindən irəli gəlir. Çünki 2-ci və sonrakı əqdlər 1-ci əqdin nəticəsi kimi çıxış edir. 1-ci əqd etibarsız olduğuna görə onun nəticəsi etibarsız sayılır. 2-ci və sonrakı mülkiyyətçilərin bu vəziyyətin yaranmasında təqsiri olmasa da 1-ci mülkiyyətçinin də təqsiri yoxdur. Ona görə də 2-ci və sonrakı mülkiyyətçilərin təqsirinin olmaması 1-ci mülkiyyətçinin mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz.Bankın vicdanlı əldə edən olması ilə bağlı dəlilinə isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd (alqı-satqı müqavilələrinin) vicdanlılıqla bağlı məsələni dəyişmir. Çünki 1-ci mülkiyyətçinin mülkiyyət hüququ daha əvvəl pozulduğuna, 2-ci və sonrakı mülkiyyətçilərin mülkiyyət hüququ isə həmin pozuntunun nəticəsində yarandığına görə daşınmaz əşya üzərində 1-ci mülkiyyətçinin mülkiyyət hüququ qorunmalıdır. Müvafiq alqı-satqı müqavilələrinin etibarsızlığı mülkiyyət hüququnun verilməsinə səbəb olmamışdır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeyd səhvdir. Buna görə də bağlanmış ipoteka müqavilələri etibarsız hesab olunacaqdır. Bank bu vəziyyətin yaranmasında təqsirkar olan şəxslərə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia verə bilər.Həmçinin, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmə araşdırması zamanı müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab olunması müəyyən olunduğundan həmin hissə ilə bağlı qiymətləndirməni aparmamışdır.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr mülki və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Həmçinin, işin materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli bərpa olunan Baş kredit razılaşmasına əsasən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən X8 120 ay müddətinə 10000000 manat kredit xətti, xx.xx.2014-cü il tarixli bərpa olunan kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə ******* ABŞ dolları kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən isə X6 nümayəndəsi X10 60 ay müddətinə, illik 12,5 % olmaqla, ******* manat kredit verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi Cavabdeh2-nin xeyrinə xx.xx.2014-cü il tarixli Baş Kredit Razılaşması ilə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AR-İ seriyalı, 398747 saylı, xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X23 döngəsi küçəsi, ev 48 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. xx.xx.2015-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin surətindən görünür ki, Cavabdeh3 X10 ******* manat borcu vardır. 33AN-İ seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsini 100000 manata Cavabdeh4 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 190 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AN-İ seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evini 80000 manata Cavabdeh4 satmışdır. AN-İ seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evini 80000 manata Cavabdeh4 satmışdır. AR-İ seriyalı, 398748 saylı, xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 131 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AN-İ seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı nümayəndəsi Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evini 50000 manata Cavabdeh1 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi 24 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyəti kimi 14 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. AR-İ seriyalı, 398763 saylı, xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində yerləşən 4 nömrəli fərdi yaşayış evi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. AR-İ seriyalı, 398749 saylı, xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi üzərində sərəncam verməyi, satmağı, pulunu almağı, girov (ipoteka) qoymağı və buna dair müqavilələri imzalanmağı Cavabdeh1 etibar etmişdir. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evi Cavabdeh4 xüsusi mülkiyyəti kimi 190 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi 24 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “Bank VTB (Azərbaycan)” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X9 ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və fərdi yaşayış evinin “Bank VTB (Azərbaycan)” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X9 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsi, 4 saylı fərdi yaşayış evinin “Bank VTB (Azərbaycan)” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsi, 4 saylı ev Cavabdeh4 xüsusi mülkiyyəti kimi 14 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi 131 nömrəli reyestr kitabında qeydiyyatdan keçmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Bünyatova (Əliyeva) Mənsurə Əli qızı 1996-cı il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş ərizənin surətindən görünür ki, X14 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.m-dən ibarət 1 otaqlı fərdi yaşayış evinin “Bank VTB (Azərbaycan)” ASC-nə ipotekaya qoyulmasına etiraz etməmişdir. xx xxxxxx 2016-cı il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0,03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57,3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101,07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59,5 kv.m olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0,023 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,34 kv.mdən ibarət 1 otaqlı fərdi yaşayış evinin alqısatqı müqavilələri etibarsız hesab edilmişdir. Daha sonra Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinad edərək müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə etibarsız hesab olunduğu üçün bu hissə ilə bağlı qiymətləndirməni aparmaması qanuni və əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında olan müvafiq alqı-satqı müqavilələrinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarından görünür ki, “Bank VTB (Azərbaycan)” ASC həmin işlər üzrə tərəf olmayıb. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Məhkəmə kollegiyası həmçinin Bankın vicdanlı əldə edən olması ilə bağlı qeyd edir ki, mübahisəli əmlaklar ipoteka ilə yüklü edilən zaman həmin əmlaklar barədə qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilmədiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydin səhv ola bilməməsinə, eləcə də, mübahisələri əmlaklara dair qeydin Daşınmaz Əmlakın Dövlət Reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olaraq aparılmasına hüquqi qiymət verilməlidir. «xxxx» ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİKnixx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Kollegiya qeyd edir ki, Bankın vicdanlı əldə edən olmasını istisna edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Kollegiya qeyd edir ki, müstəqil tələb irəli sürən 3-cü şəxslər Maraqlı şəxs, X5 və X2 birgə apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxslər prosesə cəlb edilməməsi və onların hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilməsi dəlilindən başqa qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Maraqlı şəxs və qeyrilərinin apeliyasiya şikayətinin təmin olunması üçün əsası yoxdur. Belə ki, hazırki mübahisənin predmeti “alqı-satqı müqaviləsi” deyil, “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi" təşkil edir və mübahisələndirilən əmlaka dair ipoteka müqaviləsi bağlanarkən notariat kontoruna təqdim edilmiş Xəzər RİHB-nin Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışa əsasən qeydiyyatda adam olmadığı qeyd edilib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” x xxxxxx 2015-ci il tarixli qərarına əsasən sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Bundan başqa apellyatorların toxunduğu müqavilə alqı-satqı müqaviləsi ilə bağlı münasibət barədədir ki, buna dair hal Bank ilə tərəflər arasında bağlanılmış “ipoteka müqaviləsi”nin etibarsız hesab olunması üçün əsas deyil.Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən qeydiyyatda başqa şəxslərin olması baxımından belə, maraqlarına toxunan şəxslərin razılıqlarının alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” x xxxxxx 2015-ci il Plenumunun qərarında qeyd edilir ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülki Məcəllədə girov (ipoteka) müqavilələrinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvlərinin və diyər şəxslərin razılıqlarının alınması zəruri şərt kimi göstərilməmişdir. Belə razılığın alınması mülkiyyətçinin sərəncam hüququnun həyata keçirilməsini digər (mülkiyyətçi olmayan) şəxslərin iradəsindən asılı edə bilər. Bu isə öz növbəsində mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnə bilər. Buna görə mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin, sözügedən Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Odur ki, hazırki işin hallarında Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında müəyyən olunmuş əsaslar olmadığından Maraqlı şəxs və qeyrilərinin apellyasiya şikayətinin göstərilən dəlillərlə bağlı təmin olunması istisna edilir. Kollegiya həmçinin, prosessual qənaət prinsipindən çıxış edərək, müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələbi onların birgə apellyasiya şikayətləri ilə eyni məzmunlu olduğundan və apellyasiya şikayətinin dəlilləri araşdırılaraq yuxarıda bu dəlillərə qiymət verildiyindən, müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələbi üzrə əlavə araşdırma aparılmasına ehtiyac görmür. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(001)- 28/2018 saylı qətnaməsi ləğv edilsin. X1 iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs, X5 və X2 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar