Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5633/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-513/20 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6.600 manat dövlət icbari sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş N 2(006)-513/20) iddia təmin olunaraq cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6.600 (altı min altı yüz) manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq N saylı hərbi hissənin şəxsi heyət siyahısına salınmış və həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə gedən döyüşdə ağır yaralanmış və bununla əlaqədar olaraq hərbi hospitalda müalicə olunmuşdur. 1993-cü ildə hərbi həkim komissiyasının rəyinə əsasən hərbi hissənin siyahısından çıxarılmışdır. Ona İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Dövlət X4 imtina məktubundan görünür ki, Sığorta şirkəti Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad edərək məsələnin qüvvədə olan qanunvericiliklə nizamlanmadığını və məsələyə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağını bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən bu sahədə münasibətləri nizama salan normativ aktın olmadığının nəzərə alınmaması ilə əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Tovuz rayonunda doğulmuşdur. O, xx.xx.1993-cü il tarixdə döyüş bölgəsində hərbi xidmət keçərkən travma almış və yaralanmışdır. Həmin tarixdən xx.xx.1993-cü il tarixədək Tovuz rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuşdur. Diaqnoz: «Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sifətin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları və burun sümüyünün bərkimiş sümük döyənəyi». Qeyd olunan məlumatlar müfəssəl şəkildə xx.xx.1993-cü il tarixli çıxarış epikrizdə və digər sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbi kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travma qeyd olunmuşdur. İddiaçıya bu barədə müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı əvvəlcə Dövlət X5 sığorta məbləğinin ödənilməsi haqqında ərizə ilə müraciət etmiş, lakin Dövlət X6 bundan imtina etmiş və qeyd olunan məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağını bildirmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsasən bu qənaətə gəlmişdir ki, iddiaçıya ikinci qrup əlillik dərəcəsinin xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travma ilə bağlı verilməsi mübahisəsiz qaydada təsdiq olunur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəlikləəlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi iləəlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətindəəlillik təyin olunduqda: İİ qrup — 60 faiz. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 217.4cü maddələrini, eləcə də yuxarıda sadalanan maddi hüquq normalarını rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, iddiaçının İİ qrup Qarabağ əlili olması faktı mübahisəsiz olduğundan iddia tələbi əsaslı sayılaraq təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmamasına, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmamasına, iş üçün əhəmiyyətli olan bir sıra halların, o cümlədən bu sahədə münasibətləri nizama salan normativ aktın olmadığının nəzərə alınmadığına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad olunan halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AzərbaycanRespublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda onu da qeyd etmişdir ki, qanunverici bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilər, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Bunun əksi, hüquqi tənzimlənmənin ağlabatan sabitliyi və qüvvədə olan hüquq normaları sisteminə əsassız dəyişikliklərin edilməsinin yolverilməzliyini nəzərdə tutan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Birinci instansiya məhkəməsi öz qətnaməsini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini rəhbər tutmaqla onu da qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçının vəziyyətinin yaxşılaşdırdığı üçün onun qüvvəsi geriyə şamil olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında bu məsələyə başqa cür qiymət verilmiş və qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinni düzgün şərh etməsə də, mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin bu əsasla ləğv olunmasını məhkəmə kollegiyası mümkün saymır. Apelyasiya şikayətinin əsas dəlillərindən biri də iddiaçıya onun tələb etdiyi şəkildə sığorta ödənişinin verilməsi ilə bağlı müvafiq qaydaların və mexanizmin olmaması və s.dən ibarətdir. Məhkəmə kollegiyası bu dəlilləri də əsassız sayır və hesab edir ki, bununla bağlı hər hansı müvafiq qayda və yaxud mexanizmin olmaması sığortalı şəxsin ziyanına şərh oluna bilməz. Əks halda bu, iddiaçının (sığortalı şəxsin) üzərinə həddən artıq yük qoyulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair xx xxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və apelyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət X4 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5633/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5633/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver