Məhkəmə qərarları › İş №2(103)-5635/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5635/2025

20.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5635/2025 20.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , iddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “son haqq hesabın, əmək haqqının ödənilməsi və digər tələblər barədə” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1821/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “son haqq hesabın, əmək haqqının ödənilməsi və digər tələblər barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən işdənçıxarma müavinəti olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3cü bəndinə əsasən 4202,80 manat və 4-cü bəndinə əsasən 3.461.85 manatdan qalan 65 manat məbləğində vəsaitin tutulması, ödənilməmiş əmək haqqının (2023-cü ilin may ayı üçün 25 gün, 2024-cü ilin yanvar və fevral ayı üçün 23 gün əmək haqqı) cavabdehdən tutularaq ödənilməsi (2023 may üçün 2.121 manat, 2024 yanvar ayı üçün 2.475 manat, 2024 fevral ayı üçün 1.980 manat olmaqla, cəmi 6.576 manat) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının gecikdirildiyi hər gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin ödənişin həyata keçiriləcəyi günə qədər hesablanıb cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1821/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 6576 manat məbləğində əmək haqqı, işdən çıxarılmaya görə qalıq qalmış 65 manat müavinət və xx.xx.2024cü il tarixdən başlayaraq qətnamənin icra ediləcəyi günədək hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqının 1 %-i məbləğində ödənc və 60 manat mediasiya xərcinin İddiaçı ödənilməsi, iş üzrə məhkəmə xərcinə daxil olan 122,3 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin əmək haqqının gecikdirilməsinə görə 1% ödəncin hesablanma müddətinə dair hissəsi dəyişdirilməsini və gecikmə ödəncin hesablanma tarixinın aşağıdakı kimi götürülməsini xahiş etmişdir: - 2023-cü ilin may ayı üçün əmək haqqına görə – 2023-cü il iyun ayından; - 2024-cü ilin yanvar ayı üçün əmək haqqına görə – 2024-cü il fevralayından; - 2024-cü ilin fevralayı üçün əmək haqqına görə – işdən çıxarıldığı gündən 23 Fevral 2024-cü ildən. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri mümkün hesab edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi məktubla məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən e-2(005)-1821/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilmədiyindən, sözügedən mülki işin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəmə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5635/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli icraata qəbul qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar