Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5640/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: ipotekaya xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e- 2(006)-2431/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(104)-2352/2018 nömrəli qətnaməsindən görünür ki, X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ASC ilə X9 arasında 31 mart 2006-cı il tarixli ipoteka müqaviləsinin və həmin müqavilə əsasında aparılmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddianın təmin olunması barədə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1002/2018 nömrəli, 03 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iddianın təmin olunmaması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(102)- 1312/19 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Cavabdeh2 ASC ilə X9 arasında 114 saylı 27 noyabr 2006-cı il tarixli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin əsası kimi 23 saylı, 31 mart 2006-cı il tarixli ipoteka müqaviləsi bağlanaraq həmin kredit müqaviləsinin təminati kimi Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi 1-ci döngə ev 1a ipotekaya qoyulmuş, ipoteka müqaviləsinə ünvan 1 ünvanlı əmlakın X3 mülkiyyətində olmasını təsdiq edən 22130 №-li qeydiyyat vəsiqəsi əlavə edilmiş, məhz həmin əmlak ipoteka ilə yüklü edilmiş və yüklülük DƏDRX-də qeydə alınmışdır. Qeyd edilən ipoteka müqaviləsi tərtib olunan zaman texniki səhv buraxılmış, ipoteka qoyulan X4 məxsus Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi 1-ci döngə ev 1 a-da yerləşən mülkün əvəzinə, X3 qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi 1-döngə, ev 3 əks olunmuş, buna görə də tutma məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanlı əmlaka yönəldilmişdir. ünvan 3 ünvanlanmış 22 fevral 2013-cü il tarixli, 262 saylı məktub göndərərək texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı qeyd edilən texniki səhvi əsas götürərək həmin ipoteka müqaviləsinin etibarsız sayılması barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X5r.
4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 dekabr 2020-ci il tarixdə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə X9 arasında bağlanmış 27 noyabr 2006-cı il tarixli, 1/14i nömrəli ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 2006-cı ildə atası X9 Cavabdeh2 ASC-dən 17000 manat kredit götürmüş, həmin krediti sonradan bağlamış və hazırda mərkəzi bankın Reyestrində onun adına kredit borcunun olmaması görünür. Hələ kredit tam ödənilməmiş cavabdeh tərlindən ona qarşı məhkəmə hüquq müdafiə vasitəsindən istifadə edilsə də Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə ona qarşı pul tələbinə dair cavabdehin iddia tələbi təmin edilsə də iddianın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində iddia tələbi təmin edilməmiş və iddia tələbi həmin hissədə rədd olunmuşdur. Artıq 11 ildir ki, cavabdeh tərfındən ona məxsus olan və mülkiyyəti olan ünvan 4 ünvanda yerləşən əmlakı ipoteka ilə yüklü edilmiş hesab edilsə də, iddiaçının ona qarşı ipoteka əmlakına tutma yönəldilməsi ilə bağlı həm ümumi iddia müddəti və həmçinin müqavilə üzrə iddia müddəti, o, cümlədən daşınmaz əmlakla bağlı iddia müddəti ötürülmüşdür. Bu halda onun əmlakı üzərində mülkiyyət hüququnun pozulması davam edir və hesab etmişdir ki, cavabdehlə aralarında bağlanmış 27 noyabr 2006-cı il tarixli ipoteka müqaviləsinə xitam verilməklə müqavilə ləğv edilməlidir.
7. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC ilə əvəzlənməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, mülki hüquq münasibətləri hazırda LPO "xxxx" ASC ilə iş üzrə iddiaçı arasında mövcud olmuşdur. Hazırda sözügedən bank eyni zamanda hüquqi şəxs kimi fəaliyyətini davam etdirir və yaranmış hüquq münasibətləri üzrə özü tərəf kimi çıxış edir. Fond ləğvetmədə olan bankların hüquq qabiliyyətindən irəli gələn tələblər üzrə hər hansı məsliyyət daşımır. Fond ayrıca hüquqi şəxs kimi yalnız ləğvetmədə olan banklara yerləşdirilmiş əmanətlər üzrə kompensasiya ödənilməsi üzrə tərəfdir (kreditor tələbləri ilə bağlı).
9. Daha sonra iddiaçı əlavə cavabdeh olaraq ləğv prosesində olan Cavabdeh2 ASC-nin cəlb edilməsini xahiş etmişdir.
10. Cavabdeh2 ASC LPO-nun etiraz onunla əsaslandırılmışdır ki, mərhum X9 tərəfindən dəfələrlə eyni tələbli iddialar ilə məhkəməyə müraciət edilmişdir. X6 Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə aktıda mövcuddur. X1 bir neçə dəfə eyni tələbli iddialar ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinədə müraciət etmiş lakin iddiaları bir nəticə verməmişdir. İş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən elan edilmiş qətnamələr elektron sistemə əlavə edilmişdir. İşin ətraflı izahı Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Həmçinin qeyd etmək istəmişdir ki, iş üzrə iddia qaldırılması üçün bütün prosessual müddətlər ötürülmüşdür.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2(006)- 2431/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli “ipoteka predmeti” üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, məhkəmə prosesi ürzə prosessual hüquq varisi olmasına dair sənədlər təqdim etməmiş, mərhum atasının tərəf olduğu müqavilə üzrə ipotekaya xitam verilməsi barədə iddia vermək hüququna malik olmamışdır. Eyni zamanda iddia tələbində 27 noyabr 2006-cı il tarixli 114/i nömrəli ipotekaya xitam verilməsini tələb etsə də, iş materialları ilə belə bir tarixdə bağlanmış ipoteka müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının prosessual hüquq varisliyi iş materialları ilə müəyyən edilmədiyindən onun iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, hazırki halda verilmiş tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, həmin еv ipоtека qоyulmаsı mülкi qаnunvеriciliyin tələblərinin pоzulmаsı ilə bаğlаnmışdır. Bеləкi, məhкəmə qətnаməsində göstərir кi, iddiаçı оlаrаq onun iddiа tələbini irəli sürməкdə subеyкtiv hüququ yохdur. Hаlbuкi, АR Mülкi Prоsеssuаl Məcəllənin 58.1-ci mаddəsinin tələbinə əsаsən onun prоsеssuаl hüquqi vаris оlаrаq iddiа tələbini irəli sürməкdə hüququ vаrdır. Həmçinin iş mаtеriаllаrınа tərəfindən ərizə təqdim еdilərəк mərhum аtаmın ölüm şəhаdətnаməsinin surəti, dоğum şəhаdətnаməsinin surəti, şəхsiyyət vəsiqəmin surəti əlаvə еdilmişdir. Bu bахımdаn hеsаb еdirəm кi, iddiа tələbi üzrə məhкəmə tərəfindən qətnаməsində mаddi hüquq nоrmаsınа istinаd еtməsədə qеyd оlunаn mаddi hüquq nоrmаlаrı iddiа tələbinə tətbiq еdilməlidir. İş mаtеriаllаrındа оlаn sənədlərlə və işin hаllаrı ilə təsdiq еdilir кi, mübаhisə prеdmеti оlаn əqdlərin və еtibаrnаmə ilə bаğlı hüquq münаsibəti və iş üzrə hüquqi qiymətləndirmə birinci instаnsiyа məhкəməsi tərəfindən düzgün аrаşdırılmаmış və səthi оlаrаq qiymətləndirilmişdir. Bеləкi, Bакı şəhər Nəsimi rаyоn Məhкəməsinin 25 iyul 2024-cü il tаriхli qətnаməsi Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəllənin 9-cu mаddəsinin tələblərinin pоzulmаsıilə çıхаrıldığındаn qаnunа müvаfiq hеsаb еdilə bilməz. Göründüyü кimi məhкəməişdə оlаn sübutlаrı düzgün qiymətləndirməyərəк qеyd оlunаn dəlillərlə bаğlı hеç bir аrаşdırmа аpаrmаmışdır. Məhкəmə hər bir hаldа qətnаmə çıхаrаrкən «Məhкəmə qətnаməsi hаqqındа» Аzərbаycаn Rеspubliкаsı Аli Məhкəməsinin Plеnumunun 24 nоyаbr 2005-ci il tаriхli 4№-li qərаrının 1-ci bəndinə görə məhкəmə qətnаməsi mülki və iqtisаdi mübаhisələrdən irəli gələn işlər üzrə ədаlət mühакiməsinin yекun акtı оlduğu üçün оnun qəbul еdilməsi ilə mübаhisəli hüquq münаsibətlərində müəyyənliк yаrаnmаlı, pоzulmuş və mübаhisə еdilən hüquqlаrın və qаnunlа qоrunаn mənаfеlərin rеаl bərpаsı təmin еdilməlidir. yalnızmüsbət nəticə verə bilər. Məhкəmə tərəfindən fакtiкi hаllаr düzgün qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən ipoteka müqaviləsi tərtib olunan zaman texniki səhv buraxılmış, ipoteka qoyulan X4 məxsus Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi 1-ci döngə ev 1 a-da yerləşən mülkün əvəzinə, X3 qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi 1-döngə, ev 3 əks olunmuş, buna görə də tutma məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanlı əmlaka yönəldilmişdir. ünvan 3 ünvanlanmış 22 fevral 2013-cü il tarixli, 262 saylı məktub göndərərək texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir. X9 qeyd edilən texniki səhvi əsas götürərək həmin ipoteka müqaviləsinin etibarsız sayılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddia üzrə iddiaçı olan İddiaçı, mərhum atasının adından iddia qaldırsada onun belə bir səlahiyyəti olmamışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli “ipoteka predmeti” üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, məhkəmə prosesi ürzə prosessual hüquq varisi olmasına dair sənədlər təqdim etməmiş, mərhum atasının tərəf olduğu müqavilə üzrə ipotekaya xitam verilməsi barədə iddia vermək hüququna malik olmamışdır. Eyni zamanda iddia tələbində 27 noyabr 2006-cı il tarixli 114/i nömrəli ipotekaya xitam verilməsini tələb etsə də, iş materialları ilə belə bir tarixdə bağlanmış ipoteka müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək hesab edirik ki, iddia tələbi ümumiyyətlə icraata qəbul edilməyərək mümkünsüz hesab edilməliydi, belə ki iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək səlahiyyəti olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
19. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə;[ 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı qərarı: Hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. Apellyasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, Mülki Prоsеssuаl Məcəllənin 58.1-ci mаddəsinin tələbinə əsаsən onun prоsеssuаl hüquqi vаris оlаrаq iddiа tələbini irəli sürməкdə hüququ vаrdır.
25. MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
26. Normanın məzmunundan göründüyü kimi subyektiv hüquqla bağlı bu normanın tətbiq olunması mümkün deyildir. Çünki, prosessual hüquqi varis tələbə baxılarkən tərəflərdən biri öldüyü halda həmin iş üzrə tərəfi onun hüquqi varisi ilə əvəz edə bilər. Lakin hazırkı iddianın bu normaya istinad olunaraq prosessual varis kimi qaldırılması MPM-nin tələblərinə ziddir. Hazırkı iş üzrə digər vərəsələrin mirasdan imtina ərizələri ərizəyə əlavə olunsa da, iddiaçının hansı mirası qəbul etməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır.
27. İddiaçının istər vərəsə kimi, istərsə də digər əsaslarla subyektiv hüququ olsa belə, birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən düzgün olaraq qeyd etmişdir ki, iddia tələbində 27 noyabr 2006-cı il tarixli 114/i nömrəli ipotekaya xitam verilməsini tələb olunsa da, iş materialları ilə belə bir tarixdə bağlanmış ipoteka müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir.
28. Həqiqətən də tələbdə Cavabdeh2 ASC ilə X9 arasında bağlanmış 27 noyabr 2006-cı il tarixli, 1/14i nömrəli ipotekaya xitam verilməsi xahiş olunsa da, bu tarixdə, bu nömrə ilə hər hansı bir əmlakın ipoteka ilə yüklü olunması iş materialları ilə müəyyən olunmur. Bu xüsusat iddianın rədd olunması üçün başlıca əsaslardan biri kimi qətnamədə qeyd olunsa da, hətta apellyasiya şikayətində belə bununla bağlı heç bir əsaslandırma aparılmamış, heç bir sənəd əlavə olunmamışdır. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin dəlillərlə bаğlı hеç bir аrаşdırmа аpаrmаdığını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən iş materialları, o cümlədən apellyasiya şikayəti tədqiq olunarkən tələbdə göstərilən yüklülük barədə sənədin belə mövcud olmadığı müəyyən olunur, hətta hansı əmlakla bağlı yüklülüyə xitam verilməsini belə aydınlaşdırmaq mümkün deyildir.
30. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsində ipotekaya xitam verilməsinin konkret əsasları qeyd olunsa da, tələbin əsaslandırılmasından hansı əsas üzrə ipotekaya xitam verilməsini də müəyyən etmək mümkün deyildir.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2(006)- 2431/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, e-2(006)- 2431/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev