Məhkəmə qərarları › İş №2(103)-5655/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5655/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5655/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması”, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə iddia tələblərinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması, alimentin azaldılması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı, onun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)-4323/2024 saylı qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuş, tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, uşağa “gicgah epilepsiyası. Rolandik epilepsiya” diaqnozu qoyulmuşdur, uşağın müalicəsi hazırda da davam etdirilir. Məhkəmə qətnaməsi ilə atadan hər ay 193 manat aliment və uşağın müalicə olunduğu müddət ərzində uşaq sağalanadək hər ay 100 manat pul vəsaitinin tutulması qət edilmişdir. 2.Hazırda birinci iş üzrə İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılması, ikinci iş üzrə iddiaçı Cavabdeh isə alimentin artırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh (bunda sonra - iddiaçı) İddiaçı “alimentin azaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3018/2022 saylı qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılaraq hər ay 170 manat məbləğində müəyyən edilməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3018/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək Cavabdeh xeyrinə tutulan hər ay 100 manat sabit pul məbləğində pul vəsaitini ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İkinci iş üzrə iddiaçı, birinci iş üzrə cavabdeh (bundan sonra - cavabdeh) Cavabdeh “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün onun xeyrinə İddiaçı tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5652/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan 2(011)- 5652/2024 saylı mülki iş və 2(011)-4323/2024 saylı mülki işlər birləşdirilmişdir. 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci iltəvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq 193 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla uşağın müalicə olunduğu müddət ərzində sağalanadək hər ay 100 manat sabit pul məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Onun 23 dekabr 2021-ci il tarixdən Hüseynova Ruhanǝ Cəbrayıl qızı ilə rəsmi nikahı var və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki övladı var və o uşaqların da saxlanması xərcləri tamamilə onun üzərindədir. Ona görə məhkəmə qətnaməsi ilə artırılmış aliment məbləğini ödəyə bilmir. Ödəyəndə isə ikinci nikahdan olan iki uşağı dolandıra və onlara maddi yardım göstərə bilmir. Özü bərbər işləyir və aylıq gəliri 500 manatdır. Uşaqları saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Bundan başqa Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 müalicə olunduğu müddət ərzində sağalanadək hər ay 100 manat sabit pul məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Uşaq ötən iki il müddət ərzində müalicə alıb artıq sağalmışdır. Uşağın hazırda heç bir xəstəliyi yoxdur. Məhkəmənin qətnaməsində də pulun uşağın müalicə olunduğu müddət ərzində tutulması qət edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, uşağın xəstəliyi icbari tibbi sığorta zərfi xidmətlərinə aid olduğuna görə onun müayinəsi pulsuzdur. Valideynlərin əlavə xərclərdə iştirakının əsasını təşkil edən Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallara övladın ağır xəstə, şikəst olması halları aiddir. Övladı xx.xx.2012-ci il təvəllüdlü X6 hazırkı halda nə ağır xəstəliyi, nə şikəstliyi, nə də ki, müəyyən edilmiş əlilliyi yoxdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”ndan görünür ki, əlilliyi olan şəxslər, o cümlədən uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Ata-anası da onlarla birlikdə yaşayır və onlara da o baxır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına əlavə olaraq bildirmişdir ki, Cavabdeh özünün təqdim etdiyi arayışda da uşağın müalicə olunduğu, xəstəliyinin olmadığı göstərilir, cavabdeh isə uşağı ildə cəmi bir-iki dəfə müayinəyə aparır və bu zaman çox böyük xərc tələb olunmur, nəzərə alınsa ki, uşağın xəstəliyi tibbi sığortanın Xidmətlər zərfinə daxildir, deməli, əslində cavabdehin uşağın müayinə üçün çəkdiyi xərclər onun dediyi məbləğdən daha azdır, yəni hazırkı vəziyyətdə uşağın müayinəsi dövlət tərəfindən qarşılanır, atası isə müalicə xərclərini özü qarşılamaq, dərmanları özü almaq istəyir, bir ata kimi o, övladının müalicəsi üçün çəkdiyi xərclərin həqiqətən də onun müalicəsinə xərcləndiyindən əmin olmaq istəyir, bu onun haqqıdır, digər tərəfdən əvvəlki qətnamə ilə müəyyən edilmiş, aliment miqdarı da yüksəkdir və iddiaçının himayəsində iki azyaşlı uşağı da vardır, cavabdeh uşaqlar üçün yaşyış minumumuna istinad edir, düzdür, qanunvericilikdə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir, lakin bu xərc təkcə ataya aid deyil, həmçinin ana da buna dair öhdəlik daşıyır. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh “alimentin artırılması” barədə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişdir, onunla ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da oğlu onun yanında qalmışdır. O, Bakı şəhər Xətai Rayon Məhkəməsinə cavabdehǝ qarşı alimentin artırılması tələbinə dair iddia qaldırmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı yetkinlik yaşına çatmayan oğlunun saxlanılması üçün onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment, o cümlədən övladının müalicəsi üçün hər ay 100 manat məbləğində əlavə pulun tutulması qət edilmişdir. İndi həmin miqdarda olan pulla övladını saxlamaq və onun təlabatını ödəmək çox çətindir. Çünki oğlu X11 anadan olduğu gündən “Simptomatik gicgah - payı epilepsiyası” xəstəsidir. Təqdim edilən sənədlərdən və həkimlərin diaqnozundan bəllidir ki, övladında “Epilepisiya” xəstəliyinin ən ağır və mürəkkəb növüdür. Buna görə də, oğluna ayrılmış alimetlə onun tələbatını, müalicəsini və dərmanlarının pulunu ödəməyə çətinlik çəkir. O, bir ana kimi övladının arzusunu həyata keçirə bilmir. Oğlunun saxlanmasına maddi imkanı çatmır. Odur ki, alimentin artırılmasına ehtiyacı var. İddiaçı alimenti gecikdirmələrlə ödəyir. Arada olur gecikdirəndə bir söz deyəndə deyir “yoxdur, olanda verəcəm xoşun deyil get şikayət et”, əslində isə İddiaçı imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin, atası da ona öz pensiyası ilə kömək edir, İddiaçı atasının pensiyası olduqca yüksəkdir. İddiaçı bir ata kim öz övladının qayğısına qalmaq, onun saxlanmasında iştirak etmək əvəzinə hazırda övladı üçün verdiyi alimentin də azaldılmasını istəyir, onun övladının xəstəliyi və daimi müalicə və müayinəyə ehtiyacının olması həkim sənədləri ilə də görünür, övladının müayinəsi, analizləri olduqca bahalıdır, bu xərcləri qarşılamaq onun üçün çətindir, özü işləmir, övladının hazırkı vəziyyətində işləyə də bilməz. Sonda Cavabdeh alimentin artırılmasını məhkəmədən xahiş etmişdir. 9.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2024-cü il tarixli, 2(011)-4323/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Şəhriyar Əliyev) Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə və İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia tələblərinin rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” barədə iddia ərizəsi üzrə dövlət rüsumunun kəsrini təşkil edən 29 (iyirmi doqquz) manat 56 (əlli altı) qəpik İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilməsi, Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” barədə iddia ərizəsi üzrə dövlət rüsumu Dövlət Büdcəsi aid edilməsi qət olunmuşdur. İş materiallarında olan: 10.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3018/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(011)-581/2020 saylı qətnaməsi əsasında 19 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulması, iddia tələbi qalan hissədə rədd edilməsi, cavabdeh İddiaçı 55,16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 11.Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 442986 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 506 saylı aktla qeydiyyat aparılmışdır. Nikah ləğv olunandan sonra kişiyə “Hüseynov”, qadına “Hüseynova” soyadı verilmişdir. 12.Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 997611 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur, onun atası İddiaçı, anası Cavabdehdır.

13. 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/6-00916 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etməmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməklə, 50 manat mediasiya xərcini ödəmişdir. Mübahisə predmeti “alimentin artırılması” olmuşdur.

14. 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.20230-cü il tarixli MŞB/11-2023-00303 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı (nümayəndəsi )ilkin mediasiya sessiyasında iştirak etməklə, 50 manat mediasiya xərcini ödəmişdir. Mübahisə predmeti “alimentin azaldılması” olmuşdur. 15.Doğum haqqında şəhadətnamələrdən görüür ki, İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki uşağı da vardır. 16.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-404/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı övladı xx.xx.2012-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək və qeyri-iş günü sayılan “Yeni il”, “Novruz”, “Qurban” və “Ramazan” bayramlarında bayramın ikinci günü eyni saatlarda, yəni 11:00-dan 18:00-dək maneə olmadan, anası Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq hüququ verilmişdir. 17."xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 30 iyun 2020-ci il tarixdən hal-hazırkı tarixədək "xxxx" MMC-də nevropatoloqepileptoloq tərəfindən müayinə və müalicə olunmuşdur. Onun müalicəsi davam edəcəkdir. 18.“Ömür” klinikasının xx.xx.2024-cü il tarixli çəkilişindən görünür ki, Əli Hüseynovun müalicəsinin nəticəsi kimi “ön aparmalardan başlayan və vaxtaşırı bütün konveksə yayılan spesifik epileptiform komplekslərdən ibarət çox yüksək indekslə, demək olar ki, permanent olaraq epileptiform bioekektrik boşalmalar qeyd edilir” göstərilmişdir. 19.8 nömrəli Uşaq poliklinikası tərəfinən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 8 nömrəli uşaq poliklinikasında xx.xx.2012-ci il tarixindən qeydiyyatdadır. Doğularkən diaqnoz: "MSS-hipoksik zədələnməsi. Vaxtında doğulmuş oğlan uşağı" olmuşdur xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərində nevropatoloq qəbulunda olmuşdur, nevropatoloq tərəfindən qoyulmuş diaqnoz: “G40.3- Kriptogen meşeli gicgah epilepsiyası. Rolandik epilepsiya” olmuşdur. xx.xx.2023-cü il tarixində oftalmoloqun qəbulunda olmuş, diaqnoz: “H52.7 - Refraksiyanın dəqiqləşdirilməmiş pozğunluğu” qoyulmuş və tibbi xidmətə göndəriş XTM-ne verilmişdir. Uşağın cəlb olunduğu - EEQ ve MRT müayinələri icbari tibbi sığorta zərfinə aiddir. 20.AZEMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına ********** saylı VÖEN qeydə alınmışdır və fəaliyyət istiqaməti Bərbərxanadır. 21.AZEMİS-dən çıxarışdan görünür ki, İddiaçı adına Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 24, mənzil 19 və “X15” markalı **-KT-*** qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. 22.“Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1993cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə ərizə əsasında mərkəzə müayinə üçün müraciə edib. Həkim psixiatr tərəfindən müayinə olunub. Diaqnoz: “Obsessiv-kompulsiv pozuntu F42.0”. Təyinat verilib. Təkrar olaraq mərkəzə müraciət etməyib. 23.********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 5,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 24.Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, uşağa “gicgah epilepsiyası. Rolandik epilepsiya” diaqnozu qoyulmuşdur, uşağın müalicəsi hazırda da davam etdirilir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3018/2022 saylı qətnaməsi ilə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 19 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulması qət edilmişdir, İddiaçı yeni nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki uşağı vardır, o, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, adına bir daşınar və bir daşınmaz əmlak qeydə alınmışdır. Bununla belə, alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı və Cavabdeh maddi vəziyyətində müsbət dəyişiklik hallarına, uşağın səhhətində yaxşılaşmaların olması və onun sağalması hallarına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. 25.Məhkəmə öncə birinci iş üzrə iddia tələbinə qiymət verərək “alimentin azaldılması” barədə iddia tələbinin rədd edəlməsi üzrə nəticəyə gələrkən tərəflərin maddi və əmlak vəziyyətini (İddiaçı adına daşınar və daşınmaz əmlakın olması, onun vergi ödəyicisi kimi qeydə alınmaqla fərdi əməklə məşğul olması), Cavabdeh aylıq qazancının olmamasını, əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduğu dövrdə (193 manat) və hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini (235 manat), həmçinin İddiaçı “uşağın sağalması və ya səhhətində problemlərin olmaması”nı iddia etməsinə baxmayaraq, bu hala dair sübutların təqdim etməməsi, əksinə Cavabdeh təqdim etdiyi sənədlərdən uşağın müalicəsinin davam etməsinin görünməsi, İddiaçı arvadının sağlamlığı məqsədilə çəkilməli olan xərclərin ancaq İddiaçı asılı olmasına dair halların sübut olunmaması hallarını əsas götürmüşdür. 26.Məhkəmə həmçinin alimentin azaldılması üzrə iddia tələbinin faktiki əsası kimi yeni nikahdan yetkinlik yaşına çatmayan iki uşağının olması barədə dəlilləri də əsassız hesab edərək qeyd etmişdir ki, həmin uşaqların saxlanmasının bilavasitə atanın aylıq gəlirləri hesabına başa gəlməsi, aliment alanın ailə və ya maddi vəziyyətində müsbət dəyişikliklərin olması halları sübut olunmamış, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi əsaslı deyildir. 27.Məhkəmə, “alimentin artırılması” barədə iddia tələbinə münasibətdə tərəflərin ailə vəziyyətini, İddiaçı başqa nikahdan iki yetkinlik yaşına çatmayan uşağının olmasını, alimentin miqdarı müəyyən olunduqdan sonra aliment verənin maddi vəziyyətində müsbət dəyişiklik olmaması hallarını əsas götürərək hesab etmişdir ki, Cavabdeh da iddia tələbi əsaslı deyildir. 28.Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd etmişdir ki, alimentin alınması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan və alimnetin artırılması barədə iddia tələbi rədd edildiyindən, həmin tələb üzrə dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməli, alimentin azaldılması barədə iddia tələbi üzrə isə azaldılması istənilən məbləğin – 123 (293-170) manatın bir illik məcmusu (1476 manat) nəzərə alınmaqla, 34,76 manat dövlət rüsumu ödənilməli olduğu halda İddiaçı tərəfindən 5,20 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda, dövlət rüsumunun kəsrini təşkil edən 29,56 (34,76-5,20) manat İddiaçı tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. 29.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.2, 81.1, 81.2, 112.1-ci; “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına;Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.6, 124.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri

30.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, onun iddia tələbinin (alimentin azaldılması barədə) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müstəsna hallarda ağır xəstə, əlilliyi müəyyən edilmiş olan uşaqlara əlavə xərc ödənilməsi göstərilsə də onun övladının heç bir ağır xəstəliyi və əlilliyi yoxdur. Məhkəmə bu halların heç birinə hüquqi qiymət vermədən iddianı rədd etmişdir. Ailə Məcəlləsində müstəsna hallarla əlaqədar əlavə xərcin ödənilməsi göstərilmiş və həmin müstəsna hallara uşağın ağır xəstə və əlilliyi müəyyən edilmiş olması qeyd edilmişdir. Belə olan halda uşağın hər hansı ağır xəstəliyinin olub-olmamasını araşdırımamış, həmçinin uşağın hər hansı əlilliyi müəyyən edilməmiş məhkəmə Ailə Məcəlləsinin 81-ci maddəsində göstərilənlərin ziddinə iddianı rədd etmişdir. Məhkəmə MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuş, uşağın hər hansı ağır xəstəliyi və əlilliyi sübut olunmadığı və müayinələrin də icbari tibbi sığorta zərfinə aid olduğu aşkar olduğu halda göstərilənlərən heç birinə hüquqi qiymət verməmişdir.Məhkəmənin gəldiyi nəticə üçün mühüməhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamışdır. Həmin dəlillər ondan ibarətdir ki, məhkəmə öz qətnaməsində 8 nömrəli Uşaq poliklinikası tərəfinən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya istinad etmişdir. Həmin sorğuya verilmiş cavabdan görünür ki, uşağın cəlb olunduğu - EEQ ve MRT müayinələri icbari tibbi sığorta zərfinə aiddir. Belə olan halda məhkəmə icbari tibbi sığorta zərfinə aid olan müayinələrin xərcini atanın ödəməli olub-olmadığını araşdırmamışdır. Ailə Məcəlləsinin 81-ci maddəsində göstərilən müstəsna halların, yəni uşağın ağır xəstəliyinin və əlilliyinin müəyyən olmamasına baxmayaraq ondan hər ay100 manat xəstəliyə görə pul tutulur. Bundan başqa 2024-cü ildə hələ ata xəstəliyə görə əlavə xərcin ləğv edilməsi barədə məhkəməyə ərizə verməmişdən qabaq uşağın 06 mart 2024-cü il tarixli "Photomed" Diaqnostika Mərkəzinin beyin MRT müayinəsi sənədindən görünür ki, uşağın beynində heç bir işemik ocaq aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, məhkəmə tərəfindən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa istinad edilmiş və həmin arayışda guya uşağın nevropatoloq-epileptoloq tərəfindən müayinə və müalicə olunması və onun müalicəsinin davam etməsi göstərilmişdir. Həmin arayışa münasibətdə qeyd etmək lazımdır ki, uşağın atası əlavə xərclə bağlı 08 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə verdikdən sonra ananın yadına uşağın xəstəliyi düşmüş və məhkəməyə ərizə veriəndən 11 gün sonra ana uşağı özəl klinikaya müayinəyə aparmışdır. Halbuki, uşağın qeydiyyatda olduğu poliklinikanın məktubundan görünür ki, uşaq xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərində nevropatoloq qəbulunda olmuşdur. Anadan soruşmaq lazımdır ki, nəyə görə ildə 1 dəfə müayinəyə apardığı və icbari tibbi sığorta zərfinə aid olan müayinəyə görə atadan hər ay 100 manat, ildə 1200 manat alır. İşin bu halları sübut olunmaq əvəzinə məhkəmə öz qətnaməsində bu halların heç birinə qiymət verməmişdir. İşi birtərəfli araşdırmış, ananın bildirdiklərinin sübut edilmədiyinə əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər ondan ibarətdir ki, məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində uşağın müayinəsinin icbari tibbi sığorta zərfinə aid olduğunu göstərmiş, nəticə hissəsində isə buna hər hansı qiymət vermədən həmin məbləğin atadan tutulmalı olmasını qeyd etmişdir. Nəzərə almaq lazımdır ki, uşağın müəayinələri icbari tibbi sığorta əsasında ödənildiyinə görə ana hər ayona görə aldığı 100 manatı özünün şəxsi ehtiyaclarına, yəni saçını tez-tez rəngləməyə, qoluna “nakolka” vurdurmağa və başqa şeylərə xərcləyir. Məhkəmə isə bu halların heç birinə qiymət vermədən formal əsaslarla atanın iddiasının rədd edilməsi və ananın əsassız varlanması nəticəsinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 32.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 33.Məhkmə kollegiyasının iclasında İddiaçı, onun vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. 34.İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verəmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 35.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 36.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 37.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 38.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 39.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 42.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 44.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin birinci iş üzrə alimentin azaldılması barədə iddia tələbinin təmin edilməyən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə qətnamədən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47.Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)- 4323/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3018/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(011)-581/2020 saylı qətnaməsi əsasında 19 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012- ci il təvəllüdlü X6 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulması, iddia tələbi qalan hissədə rədd edilməsi, cavabdeh İddiaçı 55,16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 49.Beləliklə birinci iş üzrə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından ibarətdir. 50.Alimentin miqdarının dəyişdirilməsi növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 51.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 52.İş materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur, tərəflər arasında olan nikah pozulmuş, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq cavabdehin yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, uşağa “gicgah epilepsiyası. Rolandik epilepsiya” diaqnozu qoyulmuşdur, uşağın müalicəsi hazırda da davam etdirilir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-3018/2022 saylı qətnaməsi ilə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 19 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X6 müalicə olunduğu müddət ərzində uşaq sağalanadək İddiaçı Cavabdeh xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində pul vəsaiti tutulması qət edilmişdir. İddiaçı yeni nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı iki uşağı vardır, o, vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, adına bir daşınar və bir daşınmaz əmlak qeydə alınmışdır. 53.Alimentin azaldılması barədə iddia tələbini rədd edən məhkəmənin mövqeyi ilə razılaşmayan apellyator mövqeyin belə əsaslandırmışdır ki, onun övladının heç bir ağır xəstəliyi və əlilliyi yoxdur, uşağın müayinələri də icbari tibbi sığorta zərfinə aiddir, belə olan halda uşağın müayinələrinə görə ondan hər ay 100 manat pul tutulması əsassızdır. 54.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 30 iyun 2020-ci il tarixdən hal-hazırkı tarixədək "xxxx" MMC-də nevropatoloqepileptoloq tərəfindən müayinə və müalicə olunmuşdur. Onun müalicəsi davam edəcəkdir. Həmçinin, “Ömür” klinikasının xx.xx.2024-cü il tarixli çəkilişindən görünür ki, Əli Hüseynovun müalicəsinin nəticəsi kimi “ön aparmalardan başlayan və vaxtaşırı bütün konveksə yayılan spesifik epileptiform komplekslərdən ibarət çox yüksək indekslə, demək olar ki, permanent olaraq epileptiform bioekektrik boşalmalar qeyd edilir” göstərilmişdir. 55.8 nömrəli Uşaq poliklinikası tərəfinən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavabdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 8 nömrəli uşaq poliklinikasında xx.xx.2012-ci il tarixindən qeydiyyatdadır. Doğularkən diaqnoz: "MSS-hipoksik zədələnməsi. Vaxtında doğulmuş oğlan uşağı" olmuşdur xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərində nevropatoloq qəbulunda olmuşdur, nevropatoloq tərəfindən qoyulmuş diaqnoz: “G40.3- Kriptogen meşeli gicgah epilepsiyası. Rolandik epilepsiya” olmuşdur. xx.xx.2023-cü il tarixində oftalmoloqun qəbulunda olmuş, diaqnoz: “H52.7 - Refraksiyanın dəqiqləşdirilməmiş pozğunluğu” qoyulmuş və tibbixidmətə göndəriş XTM-ne verilmişdir. Uşağın cəlb olunduğu - EEQ ve MRT müayinələri icbari tibbi sığorta zərfinə aiddir. 56.Göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş uşağa “gicgah epilepsiyası. Rolandik epilepsiya” diaqnozu qoyulmuşdur, uşağın müalicəsi hazırda da davam etdirilir, anası tərəfindən uşağın sağlamlığının qayğısına qalınması məqsədilə müxtəlif vaxtlarda həkim müayinələrində olmuşdur. 57.Apellyatorun uşağın müayinələrinin icbari tibbi sığorta zərfinə aid olması ilə bağlı dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin mənası baxımından valideynlərin uşağın ağır xəstəliyi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunması təkcə uşağın müəyinəsi ilə əlaqədar məsrəflərlə məhdudlaşmır. 58.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı adına daşınar və daşınmaz əmlakın olması, onun vergi ödəyicisi kimi qeydə alınmaqla fərdi əməklə məşğul olması nəzərə alınmaqla, alimentin müəyyən edildiyi tarixdən İddiaçı maddi vəziyyətində dəyişikliyin olması barədə hər hansı bir mötəbər sübut təqdim edilmədəyindən məhkəmə alimentin azaldılması barədə iddia tələbini rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 59.Kollegiya qeyd edir ki, İddiaçı ikinci nikahından 2 uşaqlarının olması birinci nikahdan olan uşağa görə müəyyən edilən alimentin azaldılması üçün əsas təşkil etmir. Belə ki, qanunvericiliyin qeyd olunan müddəalarına uyğun olaraq tərəflər arasında nikaha xitam verilməsi valideynləri öz övladlarını saxlamaq vəzifəsindən azad etmədiyi kimi iddiaçını birinci nikahdan olan uşağa görə minumun dolanacaq xərclərindən az olmayan aliment ödəmək vəzifəsindən, uşağın xəstəliyi ilə əlaqədar məsrflərdə iştirak etmək vəzifəsindən də azad etmir. Kollegiya qeyd edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 60.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndində qeyd olunur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 61.Məhkəmə kollegiyası həmçinin iddiaçının başqa nikahdan olan övladlarına münasibətdə aliment ödəməli olması ilə bağlı məhkəmə qətnaməsinin olmamasını nəzərə alaraq, qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, iddiaçının qeyd olunan dəlili əsassız olmaqla, alimentin azaldılması üçün əsas deyildir. 62.Təsadüfi deyildir ki, Azərbaycan Respubliaksında ali hüquqi qüvvəyə malik olan AR Konstitsuiyasında cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması; uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması; uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olması kimi ailə hüququnun əsas prinsip normaları nəzərdə tutulmuşdur. 63.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 64.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək alimentin azaldılması barədə iddia tələbini rədd edən məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edir. 65.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 66.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 67.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(011)-4323/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar