Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5660/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-675/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, toplam qiyməti 1400 manat olan iki ədəd böyük və kiçik ölçüdə “Embawood” şirkətinin istehsalı olan divan və iki ədəd “Embawood” şirkətinin istehsalı olan kreslo dəsti, bir ədəd 115 manat dəyərində “Panasonik” markalı mikrodalğalı soba, bir ədəd 1400 manat dəyərində “LG” plazma markalı televizor, 950 manat “Samsung” markalı kondisioner, 300 manat dəyərində “Samsung” markalı soyuducu, 500 manat “Embawood” şirkətinin istehsalı olan yataq dəstinin və əgər göstərilən əşyalar olmadıqda və ya yararsız hala düşübsə onların ümumi dəyəri olan 4665 manat pul məbləğinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdeh ilə birgə yaşamır və ata evində anası ilə birlikdə yaşayır. Evdən çıxarkən heç bir cehiz və sair əşyasını götürməmişdir. Uzun müddət həmin mənzildən çıxmağına baxmayaraq bu günədək ona məxsus olan əşyalar geri qaytarılmır. İddiaçının gəlin köçdüyü həmin mənzil Yasamal rayonu ərazisində plana düşdüyünə görə ona çatası pulu verməmək üçün onu zorla evdən çıxarmış, digər yerdə mənzil alaraq onun cehiz əşyalarını gizlin olaraq ora aparıb bu günə qədər də istifadə edirlər. Göstərilənlərə əsasən həmin əşyaların qaytarılmasıilə əlaqədar məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ondan alınmış 12500 manat məbləğində pulun, cavabdehlə birgə nikah dövründə əldə olunmuş mətbəx mebelinin dəyərinin ½ hissəsinin, yəni 750 manatın və “Hoffman” markalı paltaryuyan maşınının dəyərinin ½ hissəsinin, yəni 350 manatın, eyni zamanda “Versace” markalı, çəkisi 5 qram, dəyəri isə 800 manat təşkil edən nişan üzüyünün və ya onun dəyərinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər nikahda olduğu müddətdə Cavabdeh tərəfindən İddiaçı 12500 manat məbləğində pul verilmişdir. İddiaçı o pulu Cavabdeh alaraq, bir hissəsini “xxxxxxx” KB ASC-yə, digər hissəsini isə “xxxxxxxxxxxx” ASC-yə depozit şəklində yerləşdirmişdir. İddiaçı bir müddətdən sonra həmin pulu Cavabdeh razılığı olmadan müvafiq banklardan götürərək, öz məqsədləri üçün sərf etmişdir. İddiaçı verilmiş 12500 manat məbləğində pul vəsaiti, Cavabdeh nikahdan əvvəl aldığı “Mercedes Benz” markalı avtomobilin nikahları dövründə satışından əldə etdiyi vəsait olmuşdur. Eyni zamanda ünvan 1 ünvanındakı yaşadıqları ev sökülərkən İddiaçı birgə nikah dövründə əldə edilmiş mətbəx mebelini öz valideynlərinin yaşadığı Balaxanı qəsəbəsində yerləşən evə aparmışdır. Sözügedən mebel birgə nikah dövründə əldə olunduğu üçün, həmin mebelin dəyərinin ½ hissəsinin, yəni 750 manat və “Hoffman” markalı paltaryuyan maşının ½ hissəsinin, yəni 350 manat məbləğində vəsaitin İddiaçı alınaraq ona verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 675/2020 saylı qətnaməsi ilə ilk iddia iddia edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək tərəflərin birgə nikah dövründə əldə etdikləri mətbəx mebelinin dəyərinin ½ hissəsi, yəni 125 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşı tərəf birgə nikah dövründə aldıqları həmin əşyaların valideynlərinin vəsaiti hesabına alındığını qeyd etsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmə də buna əhəmiyyət verməmişdir. Onlar tərəfindən “xxxxxxxxxx” BOKT-a edilmiş sorğunun cavabını, yəni bir ədəd divan dəsti və iki ədəd kiçik divan dəstinin cavabdeh tərəfindən birgə nikah dövründə alındığına dair sübutu məhkəməyə təqdim etsələr də məhkəmə buna da qiymət verməmişdir. Bundan əlavə o iddia ərizəsinə dəqiqləşdirmə barədə verdiyi ərizəsində cehiz əşyalarının aktla qaytarılmasını göstərmiş, yerdə qalan tələb etdiyi əşyaları isə mübahisəli əşyalar adlandırmışdır. Beləliklə iddiaçı həmin əşyaların, ya da onların dəyərinin qaytarılmasını tələb etmiş, məhkəmə isə düzgün araşdırma aparmadan onun iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh isə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 675/2020 saylı qətnaməsi qismən ləğv edilməli, ilk iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BOKT “xxxxxxxxxx” QSC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 7923/20 saylı arayışa əsasən, tələbdə göstərilən bir ədəd böyük divan dəsti və iki ədəd kiçik divan tərəflərin birgə nikahı dövründə - xx xxxxxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən illik 0 % dərəcəsi ilə aylıq 117 manat ödəniş ödəmək şərti ilə 1403 manat məbləğində kreditlə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Eyni Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ilk iddia ərizəsində tələb etdiyi bir ədəd böyük divan dəsti və iki ədəd kiçik divan tərəflərin birgə nikahı dövründə alınmışdır. Buna görə də həmin əmlak tərəflərin birgə əmlakı hesab edilir. İlkin iddia tələbini həmin hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. İddia ərizəsinə əlavənin məzmunundan görünür ki, ilk İddiaçı həmin əmlakı cehiz əmlak kimi yox, mübahisəli əmlak kimi qeyd edib ona verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bir ədəd böyük divan dəsti və iki ədəd kiçik divan dəst şəklində olduğundan, onların natura şəklində bölünməsi məqsədəmüvafiq deyil və buna görə də həmin əmlakın dəyərinin ½ hissəsi, yəni 701,50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçının ilk iddia ərizəsində qeyd etdiyi digər əmlaklara gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia tələbini həmin hissədə kifayət qədər sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsi iddianı haqlı olaraq həmin hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, ilk iddia tələbi qismən təmin edilərək qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 675/2020 saylı qətnaməsi qismən ləğv edilsin, tərəflərin birgə nikah dövründə əldə etdikləri bir ədəd böyük divan dəsti və iki ədəd kiçik divanın dəyərinin ½ hissəsi, yəni 701,50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5660/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5660/2020
15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver