Məhkəmə qərarları › İş №2(103)-5663/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5663/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5663/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliyindən azad edilmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1789/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi öhdəliyindən azad edilmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 1242/2018 saylı qətnaməsi ilə təyin olunmuş hər uşaq üçün, hər ay 100 manat olmaqla, cəmi 300 manat alimentin dəyişdirilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1807/2019 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə, hər ay 110 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində alimentin ödənilməsi öhdəliyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(102)-7452/2019 saylı qərarı qəbul edildiyi vaxtdan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1789/20 saylı, 04.004.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməklə İddiaçı 03 dekabr .2019-ci il tarixdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1242/2018 saylı qətnaməsi ilə təyin olunmuş hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin dəyişdirilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1807/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin ondan Cavabdeh xeyrinə ödənilməsi öhdəliyindən azad edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1789/20 saylı, 04.004.2020-ci il tarixli qətnaməsi qətnaməsinin dəyişdirilməsini, xx.xx.2017-ci il tarixdən etibarən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1807/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin ondan Cavabdeh xeyrinə ödənilməsi öhdəliyindən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdiü X9 və xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 895/2017 saylı qətnaməsi ilə Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək aralarında xx.xx.2008-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində bağlanmış və 323 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2013cü il təvəllüdlü X4 atalarınınxx.xx.20115-ci il təvəllüdlü X6 anasının yanında qalmaları qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 1242/2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat aliment müəyyən olunmuşdur. Sonradan onun uşaqlarıın bir valideyndən alınıb digər valideynə verilməsinə dair iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 416/2019 saylı qətnaməsi ilə təmin olunaraq uşaqlar onun himayəsinə verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7337/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(102)- 7452/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 7337/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Uşaqlar faktiki olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7337/2019 saylı qətnaməsi qəbul edildiyi tarixdən onun himayəsindədirlər və onun yanında qalırlar. Belə ki, o, xx.xx.2019-cu il tarixində Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında baş tutan baxış iclasından sonra uşaqları özü ilə birlikdə aparmışdır.Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yasamal rayonu üzrə sektoru tərəfindən təqdim olunmuş 211 №-li, xx.xx.2020-ci il tarixli Arayışdan da göründüyü kimi, İddiaçı QMKİ üzrə DK Yasamal rayonu üzrə sektorunda qeydiyyatdadırlar və xx.xx.2019cu il, Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən X9 və X11 atalarının ailə tərkibində yaşayır və qeydiyyata düşmüşdürlər. Bakı şəhəri, Yasamal Rayonu, 308 №-li tam orta məktəb tərəfindən təqdim olunmuş 796 №-li xx.xx.2020-ci il tarixli Arayışdan da göründüyü kimi, X9 həqiqətən də Bakı şəhəri, Yasamal rayonu. 308 №-li məktəbin 1 “d" sinifində oxuyur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz etdi Apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları Cavabdeh alınaraq, ataları İddiaçı yanında qalmalarına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-416/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 7337/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-416/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən vüerilmiş apelyasiya şikayəti təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(102)-7452/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7337/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1242/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1807/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi təmin edilərək həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-1242/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27- ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həminborcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yasamal rayonu üzrə sektoru tərəfindən təqdim olunmuş 211 №-li, xx.xx.2020-ci il tarixli Arayışdan da göründüyü kimi, İddiaçı QMKİ üzrə DK Yasamal rayonu üzrə sektorunda qeydiyyatdadırlar və xx.xx.2019-cu il, Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən X9 və X11 atalarının ailə tərkibində yaşayır və qeydiyyata düşmüşlər. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(102)-7452/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7337/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7337/2019 saylı qətnaməsi qəbul edilən gündən yəni, xx.xx.2019-cu il tarixdən İddiaçı yanında qalması iş materialalrına əsasən tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1789/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1242/2018 saylı qətnaməsi ilə təyin olunmuş hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin dəyişdirilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1807/2019 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi öhdəliyindən azad edilsin. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar