Məhkəmə qərarları › İş №2(103)-5676/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5676/2021

12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5676/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2(008)-2331/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3806,50 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, həmçinin 30 manat dövlət rüsumunun, cəmi 4136,5 manat məbləğində borcun məcburi qaydada tutularaq “Azəriqaz” İstehsalat Birliyinin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdr ki, “Azəriqaz” İstehsalat Birliyi 27.11.2017-ci il tarixli, 11/6170 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İBnin Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00128 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1307AZ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və qazdan istifadə qaydalarf’mn 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “təbii X2nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 31.10.2018-ci il tarixli ******* nömrəli akta əsasən 57,60 manat, 30.11.2018-ci il tarixli ******* nömrəli akta əsasən 57,60 manat, 28.12.2018-ci il tarixli ******* nömrəli akta əsasən 97,20 manat, 31.01.2019-cu il tarixli ******* nömrəli akta əsasən 142,20 manat, 28.02.2019-cu il tarixli ******* nömrəli akta əsasən 133,20 manat, 29.03.2019-cu il tarixli ******* nömrəli akta əsasən 133,20 manat, 30.04.2019-cu il tarixli ******* nömrəli akta əsasən 133,20 manat olmaqla, “Azəriqaz” İstehsalat Birliyinə cəmi 754,20 manat ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfıyyatına uyğun olaraq 754,20 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin əvvəldən 3052,30 manat borcu olmuş və kartına keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 3806,50 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə, məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2(008)-2331/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edlmiş, Cavabdeh 3631,38 manat məbləğində zərər, 20 manat ödənilmiş dövlət rüsumu, hüquqi xidmətə görə 100 manat, cəmi 3751,38 (üç min yeddi yüz əlli bir manat o tuz səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ**********0**********, SWİFT BİK İBAZAZ2X, “Azəriqaz” İB, VÖEN **********, İBAN :AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir, qalan hissədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Sabunçu Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2(008)-2331/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli tədqiq etməmiş, nəticədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Həmçinin, qeyd edir ki, o, Maştağa qəsəbəsində yaşamadığı halda, habelə ünvan 2 ünvanda qazdan istfiadə etmədiyi halda, iddiaçı ondan qazdan istifadəyə görə pul tələb etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən əsaslıdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Mülki işin materiallarında olan Azəriqaz İB-nin Bakı RQSD ilə Cavabdeh tərəfindən 27.11.2017-ci il tarixdə imzalanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 11/6170 saylı müqaviləsinin 4.3-cü bəndindən görünür ki, abonentin istifadəsində bir ədəd PQ-4, bir ədəd dəmir soba olmaqla, cəmi iki ədəd qaz cihazı vardır. İş materiallarında olan abonent Cavabdeh məxsus № **********00128 saylı Abonent saldosundan görünür ki, 2016-cı il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 2697 m3, qalıq və akta görə hesablanmış borc 269,70 manat, 2017-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 4045 m3, qalıq və akta görə hesablanmış borc 809,00 manat, 2018-ci il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 11986 m3, qalıq və akta görə hesablanmış borc 2184,80 manat və 2019-cu il üçün qazdan istifadə etməklə yaranmış qazın sərfi 5418 m3, qalıq və akta görə hesablanmış borc 541,80 manat təşkil edir. İş materiallarında olan **********00128 nömrəli abonentin saldosu və “Gasrep” proqramında olan çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2019-cu il üçün 3806,50 manat borc yaranmışdır. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 28 noyabr 2016-cı il tarixli aktdan görünür ki, abonent tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən dəymiş ziyanın hesablanmalı olması göstərilmişdir. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2016-cı il tarixli Azəriqaz İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən qəbul edilmiş QİS-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 4 ünvanda qaz işlədicilərindən PQ-4-ün qış ayları üçün maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 31 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 59 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2697 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 22 fevral 2017-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı X1 tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Azəriqaz İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2017-ci il tarixli QİS-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 86 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 86 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2786 m3 məbləğin ödənilməsi və sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin həmin qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 30 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən kənar xəttin ləğv olunması və itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Azəriqaz İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 sentyabr 2017-ci il tarixli QİS-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən QSSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi yay ayları üçün 4 saat və hesabat müddəti 153 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 27 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1161 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSSQ tipli qaz cihazı yoxdur. Həmçinin, sayğacdan kənar qaz xəttinin ləğv edilməsi qərara alınsa da, həmin qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 10 noyabr 2017-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Azəriqaz İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 23 noyabr 2017-ci il tarixli QİS-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3 /saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 41 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 98 m3 məbləğin ödənilməsi və sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin həmin qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 31 yanvar 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və mənzildə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin 31 yanvar 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3942 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 27 fevral 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 666 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 14 mart 2018-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 mart 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 31 gün, QSSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 31 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 31 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1136 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSSQ və radiator tipli qaz cihazları yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 25 aprel 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 27 aprel 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 26 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 26 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 842 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin həmnin qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 30 may 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 may 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 35 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 35 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1134 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 20 iyun 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Syemur Əzizov tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 21 iyun 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSQ tipli qaz cihazı yoxdur. Bundan başqa, qaz sərfiyyatına görə hesabat 30 gün üçün aparılsa da, iş materiallarından görünür ki, eyni məzmunlu əvvəlki aktın tərtib edilməsi tarixindən cəmi 20 gün keçmişdir. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 28 sentyabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 avqust 2018-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,9 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, Kombi-nin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1566 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində PQ-3 və Kombi tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 31 oktyabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 oktyabr 2018-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 31 noyabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 noyabr 2018-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 28 dekabr 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 dekabr 2018-ci il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 972 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 31 yanvar 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 yanvar 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1422 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 28 fevral 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1322 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 29 mart 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 mart 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1332 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. Mülki işin materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” № ******* saylı, 30 aprel 2019-cu il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və evdə sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə olunduğu müəyyən edilmiş və akta əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2019-cu il tarixli İcra olunacaq tədbirlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 5 ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1332 m3 məbləğin ödənilməsi, sayğacdan kənar təbii qaz xəttinin ləğv edilməsi tələb olunmuşdur. Lakin tərəflər arasında bağlanmış qaz təchizatına dair müqavilədən görünür ki, cavabdehin istifadəsində QSSQ tipli qaz cihazı yoxdur. Həmçinin, qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi tələb olunsa da, bu qərarın icra edilməsi iş materialları ilə müəyyən edilmir. İşin araşıdırılmış hallarından müəyyən olunur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə yuxarıda sadalanan aktlar tərtib olunmuş və bu aktların əsasında müvafiq olaraq dəymiş ziyanın məbləği hesablanmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. İddiaçı tərəfindən cavabdehə məxsus olan ünvanda qaz xəttinə qanunsuz qoşulmaya dair foto görüntülər sübut qismində təqdim edilsə də, həmin şəkillər keyfiyyət baxımından yararsız olduğundan, həmçinin bu aktların tərtib olunduğu tarixlərə aid olmasını müəyyən etmək mümkün olmadığından məhkəmə kollegiyası həmin foto görüntüləri mötəbər sübut kimi qəbul etmir. Bundan başqa, xüsusi sıra sayı verildiyindən növbəti aktların sıra sayları əvvəlki aktların sıra sayından artıq olmalı olsa da, 22.02.2017-ci il tarixdə tərtib edilmiş aktın sıra sayı 0113881, bir ay sonra 30.09.2017-ci il tarixdə tərtib edilmiş aktın sıra sayı isə ******* saylı olaraq qeyd edilmişdir ki, bu da aktların göstərilən tarixlərdə tərtib olunmadıqlarını təsdiq edir. Belə ki, tarix etibarı ilə daha sonra tərtib edilmiş aktın sıra sayı daha böyük rəqəmlə ifadə olunmalı idi. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, təbii qaz xəttinə qanunsuz qoşulma halı ilk dəfə aşkar edilərkən tərtib edilmiş aktdan sonra tərtib edilmiş yuxarıda sadalanan aktlardan da göründüyü kimi, həmin aktların tərtib edilməsi zamanı müxtəlif məzmunlu səhvlərə yol verilmiş, abonentin istifadəsində olmayan qaz cihazlarına görə hesabatlar aparılaraq cavabdehə borc hesablanmış, həmçinin bəzi aktlarda hesabat müddəti düzgün müəyyən edilməmiş, bir halda akta görə zərərin hesablanması həmin aktın tərtib edildiyi tarixdən bir gün əvvəl aparılmış, digər halda isə aktların sıra sayı ilə onların tərtib edilməsi tarixi ziddiyyət təşkil etmişdir. Bütün aktlarda onların abonentin iştirakı ilə təyin edilməsi və abonentin onları imza etməkdən imtina etdiyi qeyd edilsə də, bu hal məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Həmçinin, bütün aktlarda abonentə məxsus ünvanda təbii qaz xəttinə qanunsuz qoşulmuş xəttin ləğv edilməsi tələbi qeyd edilsə də, həmin xəttin hesabat müddətində nə vaxtsa ləğv edilməsi iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehin qaz xəttinə qanunsuz qoşulmaqla ona ziyan vurulmasını təsbiq edən sənəd kimi təqdim edilmiş aktları məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir. Həmçinin, iddiaçı öz iddia ərizəsində cavabdehin ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halının 31.10.2018-ci ildə olduğunu qeyd etsə də, iddia tələbinin məzmunundan və iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş aktlardan görünür ki, abonentin barəsində müvafiq akt ilk dəfə 28.11.2016-cı il tarixdə tərtib edilmişdir. Lakin iddiaçının bundan sonra keçən 3 ildən artıq müddət ərzində qazın verilməsini dayandırmaması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə cavabdehin iştirakı olmadan qüsurlu olaraq tərtib edilmiş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Belə ki, ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 28.11.2016-cı il tarixdə aşkar etdiyini iddia edən iddiaçının, şəbəkəyə qanunsuz qoşulma olduğu halda 3 ildən artıq müddət ərzində hərəkətsizlik edərək qazın verilməsini dayandırmayıb, şəbəkəyə qanunsuz qoşulma üçün şərait yaratması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi, hər ayda bir dəfə akt tərtib etməklə kifayətlənərək qanunun imperativ normasını icra etməməsi ağlabatan deyil. “X2”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qaz xəttinə qanunsuz qoşulma halını aşkar etdikdə həmin xətti ləğv etmək vəzifəsi daşıdığından, lakin həmin vəzifəsini icra etmədiyindən cavabdehə məxsus ünvanda təbii qaz xəttinə qanunsuz qoşulma ilə bağlı ilk dəfə tərtib edilmiş 28.11.2016-cı il tarixli akt əsasında hesablanmış 269,70 manat zərərin əvəzini ödəmək vəzifəsi əmələ gəlmiş, qalan aktlar üzrə hesablanmış ziyan məbləğiləri isə sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olsa da, cavabdehin abonenti olduğu ünvanda yalnız bir dəfə qaz şəbəkəsinə qanunsuz qoşulma halının olması və bu qoşulma ilə bağlı iddiaçıya yalnız 269,70 manat zərər dəyməsi təsdiq olunduğundan, həmin hissədə iddia tələbi əsaslı olmuşdur, qalan hissələrdə isə iddia tələbi əsassız olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, iddianı 3631,38 manat ziyanın tutulması hissəsində təmin etməklə bağlı gəldiyi nəticə qismən əsaslı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və qeyd edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən – 28.11.2016-cı il tarixdə tərtib edilmiş akt üzrə hesablanmış zərərin məbləğinin tutulması hissəsində təmin, qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Sabunçu Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2(008)-2331/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 269,70 manat pul tutularaq iddiaçı Azəriqaz İB-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçıya, 5 manatı isə cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar