Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5679/2025 24.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X17 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X23 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli,7475 nömrəli rəyindən görünür ki, İddiaçı müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X14” X27 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyin surətindən görünür ki, İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitəs hesab edilən Kannabinoid aşkar edildi.Sidikdə barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu) fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon. 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Qanda barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), Kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitəs hesab edilən), fenilalkilamin qrupuna aid olan metamfetamin və amfetamin, fenotiazin, pirazalon.1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.
3. 25 avqust 2024-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materiallar nəzərdən keçirilərək, faktda cinayət hadisəsi müəyyən olunmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir.
4. Azərbaycan Respublikası Vəkillər X7 tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə gönərilmiş, 2099 nömrəli məktubdan görünür ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 barəsində Vəkillər X7nə daxil olmuş müraciəti Vəkillərin İntizam Komissiyasında araşdırılmış və Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli iclasında qəbul edilmiş qərara əsasən, peşə fəaliyyətini həyata keçirərkən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə, vəkil E.Ə.Əlitahirliyə töhmət verilmişdir.
5. “Referans” X11 və Poliknika tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən verilmiş “narko test”analizinin nəticələrinə görə,İddiaçı sidik nümunəsində narkotik vasitəsi aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası “Bakı Şəhər Narkoloji Mərkəz” X29 tərəfindən 13 dekabr 2024-cü il tarixdə tərtib edilmiş 12312 nömrəli aktın surətindən görünür ki, İddiaçı sidik nümunəsində THC aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında xx.xx.2024-cü il tarixdə aparılmış “narkotik maddələrin analizi” testinə əsasən, İddiaçı sidik nümunəsində narkotik vasitəsi aşkar edilməmişdir.
8. “Sağlam Ailə” X18 şöbəsində xx.xx.2024-cü il tarixdə aparılmış müayinə zamanı İddiaçı sidik nümunəsində narkotik vasitə aşkar edilməmişdir. THC neqativ müəyyən edilmişdir.
9. 30 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh müraciətinə Bakı şəhəri,Nərimanov RPİ-nin 18-ci PŞ-də baxılmış və cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)- 4812/2024 saylı qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
11. 10 fevral 2025-ci il tarixli, 03 nömrəli Əmrin surətindən görünür ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun Nizamnaməsinin 7.2-ci bəndinin 7.2.2-ci hissəsinə əsasən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində müəyyən edilmiş funksiyasını qismən yerinə yetirmədiyinə görə vəkil köməkçisi İddiaçı töhmət verilməsi qərara alınmışdır.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)- 288/2025 saylı qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Cavabdeh tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilməsi, 05 aprel 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi məhkəməyə verilməsi, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin elan edilməsi, xx xxxxxx 1981 -ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh xüsusi ittihamçı qismində tanınması qərara alınmışdır.
13. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.Baş Dövlət Yol Polis İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Samux rayon polis şöbəsinə ünvanladığı şikayət ərizəsi ilə İddiaçı sürücülük vəsiqəsinin ləğv edilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə müvafiq göstəriş verilməsini, İddiaçı samux rayonunda yerləşən evində saxladığı “qoşa lülə” tüfənginin müsadirə olunması barədə Samux rayon Polis idarəsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Samux Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh göndərilmiş məktubdan görünür ki, Samux rayon Nəbiağalı qəsəbə sakini İddiaçı məxsus heç bir mülki ov silahı yoxdur.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsini e-2(005)-2077,2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamədən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, 6 saylı Vəkil Bürosunun “töhmət verilməsi” barədə xx.xx.2025-ci il tarixli 03 nömrəli əmrin ləğv edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, onun işinə və nüfuzuna ciddi təsir göstərmiş, reputasiyasına xələl gətirmiş və mənəvi iztirab keçirməyinə səbəb olmuş məlumatları yaymaqla iddiaçıya vurduğu 10000 manat mənəvi ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçının bacısı X12 işlədiyi ünvan 4 ünvanda yerləşən diş klinikasında olarkən bacısının keçmiş əri, hazırkı iş üzrə Cavabdeh əmlak bölgüsü ilə bağlı ekspertlə ora gəlmiş, əsassız mübahisələr yaratmış, bununla da ekspertin işinə mane olmuşdur. Bu zaman Cavabdeh AR DİN “102” zəng xidmətinə zəng edərək iddiaçı barəsində şikayət etmişdir. Daha sonra Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci polis şöbəsinin əməkdaşları klinikaya gələrək iddiaçını və bacısını şöbəyə aparmışdır. Cavabdeh polis şöbəsində şikayətin davamı olaraq, iddiaçını şərləyərək narkotik vasitə istifadə etməyini iddia etmişdir. Şöbədə bir müddət qaldıqdan sonra Cavabdeh sahə inspektoru Ruhin İbrahimovla sövdələşərək heç bir səbəb olmadan iddiaçını narkoloji müayinəyə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X24 müayinə üçün göndərmişdir.İddiaçı da heç bir narkotik vasitə qəbul etmədiyindən əmin olduğu üçün müayinə olunmağına etiraz etməyib. Lakin səhəri gün, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 xx.xx.2024cü il tarixli, 7475 saylı rəyinə görə onun sidik nümunəsində THC (+) aşkar edilmişdir. Verilmiş rəyə etiraz etsə də, buna əhəmiyyət verilməyərək R.İbrahimov tərəfindən iddiaçı barəsində AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə protokol tərtib edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Özünə əmin olduğundan və Cavabdeh tərəfindən şərləndiyini güman etdiyindən xx.xx.2024-cü il tarixində səhər tezdən “Sağlam Ailə” Tibb Mərkəzində analiz verib və onun sidik nümunəsində “THC” və sair göstəricilər neqativ olmuşdur. “Sağlam Ailə” Tibb Mərkəzində verdiyi analizin nəticəsini xx.xx.2024-cü il tarixində məhkəmə iclası zamanı məhkəməyə təqdim edib. Rəylər arasında ziddiyyət yarandığından məhkəmə tərəfindən əlavə narkoloji ekspertiza təyin olundu. Növbəti günü səhər tezdən sahə inspektoru R.İbrahimov ilə görüşüb birgə ekspertiza mərkəzinə gedib ekspertizadan keçməyi razılaşsalar da, R.İbrahimov iddiaçını gözləmədən özü birbaşa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X14”nə getdikdən sonra iddiaçıya zəng edib orada olduğunu bildirib. İddiaçı da bu işin sifarişli olduğunu bilib, ekspertizadan keçməmişdən əvvəl həmin günü, yəni xx.xx.2024-cü il tarixində təkrar “Referans” klinikasında analiz verib. Analizin nəticələri “Sağlam Ailə” Tibb Mərkəzinin nəticəsi ilə eyni, yəni onun sidik nümunəsində “THC” və sair göstəricilər neqativ olmuşdur. “Məhkəmə-tibbi ekspertiza və X14”ndə ondan qan və sidik nümunəsi götürülmüş və məhkəmənin qərarına əsasən analizin cavabı 3 günə verilməli idi. Lakin, bu müddət ərzində rəyin olmadığını görüb onda şübhələr daha da artmış və özü əlavə olaraq 02 dekabr 2024-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında və 19 dekabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzində analizlər verib. Hər iki tibb müəssisəsinin müvafiq sənədlərində iddiaçının sidiyində heç bir narkotik vasitə aşkar olunmamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X14” X27 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyində iddiaçının qan analizində hər hansı bir narkotik vasitə və psixotrop maddənin əlamətlərinin aşkar olunmadığı göstərilsə də, sidiyində məhz kannabinoidin, yəni marixuananın aşkar edildiyi qeyd edilmişdir. İddiaçı barəsində şikayətçi olmuş Cavabdeh öz əlaqələrindən və maddi vəziyyətindən istifadə edərək hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının vəzifəli şəxslərinə təsir göstərmişdir. Tərəfindən təqdim ediləm müxtəlif (dövlət və özəl) tibb müəssisələrinin rəyləri ilə birlikdə digər sübutlar qiymətləndirilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(006)-4812/2024 nömrəli qərar ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bəraət verici əsasla (İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə) xitam verilmişdir. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılan zaman xx.xx.2024-cü il tarixində işə “maraqlı şəxs qismində tanınma” barədə ərizə təqdim etmişdir. Lakin məhkəmə onun ərizəsini qəbul etməmişdir. Bundan başqa, Cavabdeh xx.xx.2025-ci il tarixində AR Prezidentinə, Prezidentin Administrasiyasının rəhbərinə, AR X25, MHŞ-nin sədrinə və digər vəzifəli şəxslərə şikayətlər ünvanlayaraq, barəsində tərtib edilmiş protokola yenidən baxılması və Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun intizam tənbehi verilməsini xahiş etmişdir. Bu şikayət ərizəsi təsdiq edir ki, iddiaçı barəsində tərtib olunmuş protokola Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(006)-4812/2024 nömrəli qərar ilə bəraətverici əsasla xitam verilməsindən Cavabdeh məlumatlı olmuşdur. Lakin Cavabdeh tərəfindən onun işgüzar nüfuzuna xələl gətirən əsassız, həqiqətə uyğun olmayan, sübuta yetirilməyən məlumatlar yaymağa başlanılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixindən bu günədək AR Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunda vəkil köməkçisi vəzifəsində çalışır. Cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna xələl gətirərək,onun barəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına şikayət etmişdir, onun şikayət ərizəsi xx.xx.2024-cü il tarixində 272 daxil olma nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin şikayət ərizəsində barəsində tərtib edilmiş protokola bəraətverici əsasla xitam verilməsini bilə-bilə narkotik istifadəçisi olduğu qeyd edilir və bu səbəblə işdən azad olunmağı xahiş edilir. Cavabdeh əsassız şikayəti iddiaçının işgüzar nüfuzuna birbaşa xələl gətirərək, AR Vəkillər Kollegiyasının rəhbərliyində və Büroda iş yoldaşları arasında ona qarşı mənfi fikirlər formalaşdırılmış və nəticəsi olaraq, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun müdirinin müvafiq əmri ilə iddiaçıya intizam tənbehi verilmişdir. Həmçinin hazırda iş yerində təzyiqlərə məruz qalır. Onun və ailəsinin yeganə qazanc yeri olan iş yerini itirmək təhlükəsi ilə üz-üzədir. İntizam tənbehinin verilməsi barədə əmr Büro tərəfindən bu günədək ona təqdim edilməmişdir. Rəsmi qaydada “esocial.gov.az” üzərindən həmin əmrin surətini elektron qaydada Bürodan tələb etmişdir. Eyni zamanda həmin əmrin mübahisələndirmək məqsədilə mediasiya prosesinə başlamışdır. Bundan başqa, Cavabdeh onun barəsində daha bir əsassız şikayəti AR DİNnə göndərmişdir. Həmin şikayət ərizəsində qeyd etmişdir ki,iddiaçı guya silah saxlayır, silahı vardır. Həmin şikayət ərizəsi baxılması üçün uşaqlığının keçdiyi, hazırda ailəsinin və valideyninin, qohumlarının əksəriyyətinin yaşadığı rayonun polis şöbəsinə - Samux Rayon Polis Şöbəsinə göndərilmişdir. Həmin şikayət əsasında o, polis şöbəsinə dəvət olunmuşdur. Araşdırma aparıldıqdan sonra müəyyən edilmişdir ki, şikayət əsasızdır. Həmin şikayət ərizəsinin və şikayət əsasında qəbul edilmiş qərarın surətinin ona verilməsi məqsədilə iddiaçı tərəfindən şöbənin dəftərxanasına xx.xx.2025-ci il tarixində ərizə təqdim edilmişdir. Həmin ərizəyə cavab olaraq,iddiaçıya şifahi bildirdilər ki, həmin şikayət ərizəsi və qəbul edilmiş qərarı yalnız məhkəmə sorğusu əsasında təqdim edilə bilər. Uşaqlığının keçdiyi, hazırda ailəsinin və valideyninin, qohumlarının əksəriyyətinin yaşadığı Samux rayonunda əsasız yerə silah saxlamaqla və ya silahının olması ilə adının hallandırılması onun üçün utancvericidir. Artıq Samux rayonunda cəmiyyət arasına çıxa bilmir.Bundan başqa, Cavabdeh xx.xx.2024-cü il tarixində iddiaçı barəsində şikayət ərizəsi ilə Nərimanov RPİ 18- ci PŞ-nə ərizə ilə müraciət edərək ona məxsus “Toyota Camry” markalı 77GA766 dövlət nömrə nişanlı avtomobilinin arxa alın şüşəsinin iddiaçı tərəfindən sındırıldığını bildirmiş və ondan şikayətçi olmuşdur. Onun şikayəti üzrə 18-ci PŞ-nə çağırılmış və izahatı alınmışdır. Müəyyən edilmişdir ki, həmin tarixdə o, Bakı şəhərində deyil, Samux rayonunda olmuşdur. Nərimanov RPİ 18-ci PŞ-nin təhqiqatçısı Elmar Xəlilov tərəfindən xx.xx.2024- cü il tarixində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı qəbul edilmişdir. Lakin qərarda iddiaçının izahat verilməyi qeyd edilməmişdir. O, Nərimanov RPİ 18-ci PŞdən Cavabdeh şikayət ərizəsinin surətini, izahatının surətini tələb etsə də, yalnız ona qərar verildi və bildirildi ki, istədiyi sənədlər yalnız məhkəmə sorğusu əsasında verilə bilər. Cavabdeh tərəfindən yayılan bu məlumatlar həqiqətə uyğun deyil və onun işgüzar nüfuzuna, həmçinin peşəkar fəaliyyətinə ciddi zərər vurmuşdur. Nəticədə, iddiaçının işinə və nüfuzuna ciddi təsir göstərilmiş, reputasiyama xələl gəlmiş və mənəvi ziyan çəkmişdir. Həmçinin, bu hadisələr iddiaçıya, ailəsinə və xəstə anasına mənəvi sarsıntı yaşatmış, psixoloji narahatlıq yaratmışdır.
18. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olaraq onunla əsaslandırılmışdır ki, X19 onun barəsində şər-böhtan xarakterli ərizələr yazaraq ona maddi və mənəvi zərər vurmuş, o guya cavabdeh tərəfindən onu ölümlə hədələdiyi və öz iş yoldaşları Xətai rayonu, Nəsrəddin Tusi 21 ünvanında yerləşən “Medika Hospital”-da həkim-radioloq vəzifəsində işləyən Elşən Qasımov və "Sabunçu” Tibb Mərkəzində lor həkimi vəzifəsində çalışan Nicat Şəfi ilə əlbir olaraq guya onun burnunu sındırmağı barədə saxta arayışlar hazırlayaraq dəfələrlə müxtəlif vaxtlarda şikayətlər etmişdir. Halbuki, heç kimi döyməsə də və heç kimin burnunu sındırmasa da bunu bəhanə edərək cavabdeh ilə rəsmi boşanmışdır. Sonradan cavabdehə məlum olmuşdur ki, keçmiş həyat yoldaşı Aysel cavabdehdən ayrıldıqdan sonra əmlakını ələ keçirmək məqsədilə iddialar qaldırmışdır. xx.xx.2024-cfi il tarixində polis tərəfindən əlavə ekspertiza və xx.xx.2025-ci il tarixində komisyon məhkəmə-tibbi ekspertiza təyin edilmiş və burnunun heç vaxt sınmadığı aşkar edilmişdir. Hal-hazırda həkim-radioloq Elşən Qasımov və lor həkimi Nicat Şəfi barələrində hüquqmühafizə orqanlarında araşdırmalar aparılır. X19 öz vəkili X5 ilə birlikdə dəfələrlə Polisə müraciət ediblər ki, əgər Cavabdeh cinayət işi açmırsızsa onda heç olmasa İXM-im 157-ci maddəsini tətbiq edin. Sadəcə Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(005)-l122/2025 nömrəli qərarı onları qane etmədiyindən apellyasiya şikayəti veriblər. Bundan əlavə bildirir ki, keçmiş həyat yoldaşı Əlizadə (əvvəllər Mirzəliyeva) Aysel Dilən qızı, onun qardaşı İddiaçı və vəkili X5 ilə aralarında gedən “əmlak bölgüsü” prosesini pozmaq məqsədiiə bir ildən artıqdırki onun barəsində bütün qurumlara (polis, prokurorluq, məhkəmə) şikayət edərək onu hədələyərək həbs etdirmək istəyirlər. Belə ki, qardaşıkeçmiş qaynını 6 saylı Vəkil Bürosunda vəkil köməkçisi işləyən İddiaçı (vəkil X1) Nərimanov Rayon Məhkəməsinin 14.11,2024-cü il tarixli 2(005)-3132/2024 saylı məktubu əsasında nikah dövründə əldə edilmiş obyektə qiymətləndirmə məqsədilə gəlmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin işini pozduğu üçün cavabdehin şikayəti əsasında Polisə aparılmış, orada polislərə hədəqorxu gələrək hay-küy salmış, davranışı polislərdə şübhə yaratdığından onun sərxoşluq vəziyyətinin yoxlanılması barədə qərar verilmiş və nəticədə narkotik istifadəçisi olduğu müəyyən edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsində cavabdehi təhqir edib hədə-qorxu gəldiyinə görə Ayselin vəkili 6 saylı Vəkil Bürosunda çalışan X4 AR Vəkillər X7 tərəfindən töhmət verilmiş və hal-hazırda cavabdehin şikayəti əsasında Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında icraata başlanılmış və təqsirləndirilən şəxs kimi tanınmışdır.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X6)
20. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, şikayət ərizələri müxtəlif qurumlara dəfələrlə göndərilmiş, Cavabdeh şikayəti əsasında cinayət iinin başlaması rədd edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə iddiaçı barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 3(005)-4812/2024 saylı Qərarda göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsinə qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə qeyd edir ki, həmin işin icraatı prosesində cavabdeh üçüncü şəxs qismində işə maraqlı şəxs qismində tanınma barədə ərizə təqdim etmiş, lakin məhkəmə həmin ərizəni təmin etməmişdir. İnzibati iş üzrə qəbul edilmiş yekun qərar qanuni qüvvəyə minmişdir. Eyni zamanda iddiaçıya töhmət verilməsi barədə işəgötürənin əmri də məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Bəzən vətəndaş dövlət orqanlarına ərizə ilə müraciət edərək, bu və ya digər məlumatları göstərir (məsələn, onun fikrincə törədilmiş və ya hazırlanan cinayət barəsində məlumatla hüquq – mühafizə orqanlarına müraciət edir), amma həmin məlumatlar yoxlanma zamanı öz təsdiqini tapmır. Bu hərəkət özüözlüyündə həmin şəxsin Mülki Məcəllədə nəzərdə tutulmuş mülki-hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz, mülki-hüquq delikti sayıla bilməz, çünki bu halda vətəndaş özünün Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində əksini tapmış hüququndan istifadə edərək, həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayımlanmasını deyil, daxil olmuş informasiyanı yoxlamaq vəzifəsi daşıyan orqanlara müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı barədə cavabdeh tərəfindən təqdim edilmiş şikayət ərizələrində əks edilmi məlumatlar onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlar olması və həmin məlumatların yayılmış olması öz təsdiqini tapır. Cavabdeh şikayət ərizələrində iddiaçı barədə qeyd edilən məlumatların həqiqətə uyğun olmasını sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin inzibati xəta barədə xitam qərarının ekspert rəyini ləğv etməməsi dəlili ilə razılaşmır. Belə ki, ekspert rəyi übut növlərindən biridir. Həmin ekspert rəyi ilə iddiaçının qanında narkotik vasitəsini aşkar edilməsi təsdiq olunsa da, nəticə etibarilə məhkəmə həmin rəyi zəruri və yetərli mötəbər sübut kimi qəbul etməmiş və təkrar ekspertiza təyin etmişdir. Və nəhayət, şəxs barədə inzibati xəta barədə icraata xitam verilmişdir. İddiaçının evində silah saxlaması barədə şikayət ərizəsi də öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin hüquq-mühafizə orqanlarına müraciət etməkdə məqsədi öz pozulmuş hüquqlarının müdafiəsi deyil, məhz iddiaçıya ziyan vurmaq, onu nüfuzadan salmaq olmuşdur. Cavabdeh də izahatında bu halı təkzib etməyərək, yaydığı məlumatların həqiqi olduğu fikrini müdafiə etmişdir. İddiaçıya işəgötürəni tərəfindən töhmət verilməsi, izahatlarının alınması və s. nəticəsində onun mənəvi iztirablar çəkməsini də ağlabatan mühakimə əsasında inandırıcı hesab edir. Məhkəmə, iddiaçının ona dəymiş mənəvi zərərə görə 10.000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə hesab etmişdir ki, cavabdehdən on min manat məbləğində pulun tutulması ədalərli və mütənasib hesab edilə bilməz. Belə ki, iddiaçının iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsi onun əsassı varlanması ilə nəticələnməməlidir. Məhkəmə cavabdehdən 1000 manat məbləğində pulun tutulmasını ədalətli və qanuni hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin xüsusi qərardad çıxarılması barədə vəsatəti də təmin oluna bilməz.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097-ci, 1115-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin birinci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı verilən etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməyərək qeyd olunan prosessual hüquq norması iş üzrə tətbiq edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi şəxsin narkotik maddə istifadəçisi olmaması barədə nəticəyə gələrkən, mövcud sübutlara deyil, öz şübhə, ehtimal və mülahizələrinə istinad etmişdir. Belə ki, Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7475 №-li rəyi, Məhkəmə-tibbi ekspertiza və X8 xx.xx.2024-cü il tarixli, 4138/K №-li ekspert rəyi, onun narkotik istifadəçisi olduğunu təsdiq etsə də, xx.xx.2024-cü il tarixdə “SağlamAilə” Tibb Mərkəzində və xx.xx.2024- cü il tarixdə “Referans” kilinikasında verilən analizlərdə onun THC və s. göstəriciləri neqativ olmuşdur. Bu da məhkəmənin qərarını şübhə altına alır. Çünki Nəsimi Rayon Məhkəməsi özü Məhkəmə-tibbi ekspertiza və X9 əlavə ekspertiza təyin etmiş, ekspertizanın nəticəsinə əsasən İddiaçı narkotik istifadəçisi olduğu müəyyən edilmiş, lakin buna baxmayaraq hakim özəl tibb müəssisələrinin rəylərini nəzərə alaraq qərar vermişdir.
24. Qətnamədən İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin qarşı verilən etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdehin hərəkətləri nəticəsində o ciddi psixoloji stress, mənəvi sarsıntı keçirmiş, iş yerində nüfuz itirmiş, cəmiyyət qarşısında reputasiyası zədələnmişdir. Bu hallar məhkəmədə təqdim edilmiş sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərinin davamlılığını, mənəvi ziyanın ağırlığını və doğurduğu nəticələri yetərincə qiymətləndirməmiş, nəticədə mənəvi zərərin məbləğini həddindən artıq az – cəmi 1.000 manat müəyyən etmişdir. Bu məbləğ çəkdiyi mənəvi ziyana uyğun deyil.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iddiaçı öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında cavabdeh öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində narkotik vasitə istifadə etməsi haqqında o, şikayət verməmişdir. Ekspertlərlə obyektə baxmağa gedəndə onları qovmuşdu, o da 102-ə zəng etmişdir. İddiaçı polis bölməsində hay-küy saldığına görə, hərəkətləri şübhə yaratdı. Buna görə də onun sərxoşluğunun müəyyən edilməsi məqsədilə ekspertizaya göndərdilər. Ekspertizanın nəticəsində spirtli içki çıxmasa da, narkotik maddə çıxıb. İki ekspet rəyi alındıqdan sonra o Vəkillər Kollegiyasına yazmışdır ki, tədbir görsünlər. Həmçinin, Nəsimi Rayon Məhkəməsi də polisin protokolunu ləğv edib, ekspertizaların nəticələri ləğv edilməyib. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin; 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; 23.4-ci maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır;
e) Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırkı apellyasiya şikayətlərində qətnamənin həm iddia tələbinin təmin edilən, həm də təmin edilməyən hissələrində ləğv olunması xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ərizəsindən aydın olur ki, iddiaçını tələbi cavabdehin həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli, onun işinə və nüfuzuna ciddi xələl yetirmiş və mənəvi istirab keçirməyinə səbəb olmuş məlumatları yaymaqla ona vurduğu 10000 manat mənəvi ziyanın ödənilməsini tələb edir. İddiasının əsası kimi ona istinad edir ki, cavabdeh tərəfindən müxtəlif təşkilatlara– Nəsimi Rayon Polis İdarəsinə, Yasamal Rayon Polis darəsinin 28—ci PŞ-nə, Samux Rayon Polis Şöbəsinə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nə, Dövlət Təhlükəsizlik Xidmətinə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu 6 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, və s. ünvanlanmış şikayət ərizələrinin məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “marixuana istifadəçisi” olduğu, kimi ifadələr işlədilmişdir. Cavabdeh isə onun tərəfindən iddiaçı barəsində işlədilən ifadələrin polis və məhkəmə tərəfindən əldə edilmiş ekspert rəyinə istinad etməklə ünvanladığını və şər böhtan xarakteri daşımadığını bildirirərək iddia tələbinin rədd edilməsini xahiş edir.
36. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iddiaçı barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 3(005)-4812/2024 nömrəli qərara əsaslanmaqla ona istinad etmişdir ki, ekspert rəyi ilə iddiaçının qanında narkotik vasitəsini aşkar edilməsi təsdiq olunsa da, nəticə etibarilə məhkəmə həmin rəyi zəruri və yetərli mötəbər sübut kimi qəbul etməmiş və təkrar ekspertiza təyin etmişdir. Və nəhayət, şəxs barədə inzibati xəta barədə icraata xitam verilmişdir. İddiaçının evində silah saxlaması barədə şikayət ərizəsi də öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin hüquq-mühafizə orqanlarına müraciət etməkdə məqsədi öz pozulmuş hüquqlarının müdafiəsi deyil, məhz iddiaçıya ziyan vurmaq, onu nüfuzdan salmaq olmuşdur. Cavabdeh də izahatında bu halı təkzib etməyərək, yaydığı məlumatların həqiqi olduğu fikrini müdafiə etmişdir. İddiaçıya işəgötürəni tərəfindən töhmət verilməsi, izahatlarının alınması və s. nəticəsində onun mənəvi iztirablar çəkməsini də ağlabatan mühakimə əsasında inandırıcı hesab etmişdir.
37. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.
38. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə isə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymətdir. Şəxsin nüfuzu dedikdə, şəxsin cəmiyyətdə, işəldiyi kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.
39. İddiaçı tələbinin əsası kimi cavabdehin onun barəsində işlədiyi orqana və digər təçkilatlara həqiqətə uyğun olmayan, ləkələyici məlumatlar verməsi, nəticədə iddiaçının şərəf və ləyaqətinin alçalması ilə yanaşı, işdən də həmin səbəbdən çıxarılmasına istinad etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X14” X27 xx.xx.2024-cü il tarixli, 4138/K saylı rəyin surətindən görünür ki, İddiaçı götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitəsi hesab edilən Kannabinoid aşkar edilmişdir.
40. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji X23 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli,7475 nömrəli rəyindən də görünür ki, İddiaçı sidik nümunəsində THC (+) aşkar edilmiş, kannabinoidlərdən epizodik istifadə etmə halları olub.
41. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyləri eyni zamanda birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-4812/2024 nömrəli qərarında da işin halları kimi sadalanmış və həmin inzibati iş üzrə icraata isə İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir.
42. Belə olan halda isə başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı barəsində əldə edilmiş mövcud ekspert rəylərinə istinadən orqanlara iddiaçı barədə ərizələr ünvanlamışdır.
43. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.
44. Beləliklə, məhkəmə araşdırması zamanı da müəyyən edildiyi kimi, iddiaçının barəsində məlumatların yayılması halı sübuta yetirilsə də, iddiaçı barəsində yayılan məlumatların doğruluğu işin halları ilə, yəni iş materiallarına əlavə edilmiş ekspert rəyləri ilə təsdiq edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin müraciətində göstərilən şəxsi həyatla bağlı olsa da, həmin məlumatı verərkən iddiaçı yalnız inzibati xəta haqqında işə baxılarkən iş üzrə əldə edilmiş ekspert rəylərinə istinadən etmişdir. Belə olan halda kollegiya hesab edir ki, işin bu halına istinad etməklə cavabdehdən hər hansı mənəvi zərərin tutulması barədə qənaətə gəlinməsi qanuni və əsaslı hesab edilə bilməz.
45. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, cavabdehdən hər hansı bir mənəvi zərərin tutulmaması yuxarıda qeyd edilənlərə əsasən təsdiqini tapması iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurətini aradan qaldırmış olur.
46. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2210/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.