Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5695/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı və Cavabdeh1 MMC-nin Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və xxxxxxxxxxxxxxxxxxxnə xitam verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4085/2019 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı və Cavabdeh1 MMC (MMC) Cavabdeh2 ASC-yə (bank) qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla “X6” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 100183-1-12776 saylı “xxxxxxxxxxxxxxxxxxxxxx”na əsasən öhdəliklərin icrasının təyin edilməsi barədə MMC ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100183-NEDVİJ-179 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin bağlanmamış hesab edilməsi və İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2014cü il tarixli 1240006-7-8171 saylı “xxxxxxxxxxxxxxxxxxx”nə xitam edilməsi; ipoteka ilə yüklü edilmiş MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yüklülüyünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, banka “X6” MMC arasında xx.xx.2014-cü il tarixdə 100183-1-12776 saylı “xxxxxxxxxxxxxxxxxxxxxx” bağlanmış, razılaşmaya əsasən həmin MMC-yə 120 ay müddətinə 15 000 000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, bankla Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə görə isə, “xxxxxxxxxxxxxxxxxxxxxx” üzrə “X6” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 MMC-nin mülkiyyətində olan Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bankla İddiaçı arasında xx.xx.2014-cü il tarixli 124006-7-8171 saylı “xxxxxxxxxxxxxxxxxxx” bağlanmış, həmin müqaviləyə əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxx” üzrə “X6” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı zamin durmuşdur. Bu müqavilələrdən təxminən 1 il sonra zaminə və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırılmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən bank “X6” MMC-yə xx.xx.2015-ci il tarixli 100183-1-12776/6 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən illik 15.5 faiz hesablanması şərti ilə 12 ay müddətinə 5 000 000 manat, xx.xx.2015-ci il tarixli 100183-1-12776/7 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən illik 15.5 faiz hesablanması şərtilə 24 ay müddətinə 2 791 804 manat məbləğində kredit vermişdir. Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün xxxxxxxxxxxxxxxxxxxxxxxndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. xxxxxxxxxxxxxxxxxxxxxxxndə faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zamini və ya ipoteka qoyanın razılığı alınmalıdır. Lakin bankla borcalan arasında bağlanmış hər iki “xxxxxxxxxxxxxxxxxxxxxxx” sadəcə iki nüsxədə tərtib edilmiş, nə ipoteka qoyan, nə də zaminlə razılaşdırılmamışdır. Həmçinin Qərarda qeyd edilir ki, MM-nin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1240006-7- 8171 saylı “xxxxxxxxxxxxxxxxxxx”nə xitam verilməsi, Cavabdeh2 ASC ilə “X6” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 100183-1-12776 saylı “xxxxxxxxxxxxxxxxxxxxxx”na əsasən öhdəliklərin icrasının təyin edilməsi barədə Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 100183-NEDVİJ-179 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş iddiaçı Cavabdeh1 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yüklülüyünün ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxxxxxxxxxxxxxxxxxnə xitam verilməsi həmin xitam tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda mümkündür. Mülki iş üzrə həmin kredit alan, həm də ipoteka qoyan və zamin eyni şəxsdir. İddiaçı həm “X6” MMC-nin, həm də Cavabdeh1 MMC-nin təsisçisidir. Nəticədə, eyni şəxs olan kredit alan, ipoteka qoyan və zamin öz iradəsini (razılığını) tərəflər arasında bağlanılmış “Baş kredit raşılaşmasında” ifadə etmişlər. xxxxxxxxxxxxxxxxxxxndə “Baş kredit raşılaşmasından” irəli gələn öhdəliklərin zaminə yaxşı məluk olduğu və zaminliklə təmin edilmiş öhdəliyin dəyişdirilməsinə əvvəlcədən etiraz etmədiyi barədə qeyd əks olunmuşdur. Bundan başqa, mülki iş üzrə iddia müddəti ipoteka və zaminlik müqavilələrinin bir nüsxəsinin “ipoteka qoyana” və “zaminə” təqdim edildiyi 2014-cü il tarixdən başlayır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4085/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı və Cavabdeh1 MMC-nin Cavabdeh2 ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və xxxxxxxxxxxxxxxxxxxnə xitam verilməsi” tələblərinin təmin edilməməsi, iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı iclasında iştirak edən iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyib, iddia ərizəsinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş İddiaçı apellyasiya baxışına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə alaraq, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdeh tərəfin, apellyasiya şikayətinin təmin edilməməsi barədə iddiaçı tərəfin izahatlarını və çıxışlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbləri rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz hallarına görə, Cavabdeh2 ASC ilə “X6” MMC arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanılmış “xxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən həmin MMC-yə 120 ay müddətinə 15 000 000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmış, həmin müqavilənin 2.1-ci bəndində kredit(lər)in “kredit müqaviləsi” və “bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanacaq müqavilələr və razılaşmalar əsasında veriləcəyi, 2.3-cü bəndində verilən hər bir kreditin məbləğinin, faiz dərəcəsinin, müddətinin, məqsədinin və digər şərtlərinin hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan Kredit müqaviləsi(ləri) ilə müəyyən ediləcəyi təsbit olunmuş, bankla Cavabdeh1 MMC arasında eyni tarixdə bağlanmış “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxx” üzrə “X6” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmiş, bankla İddiaçı arasında bağlanmış eyni tarixli xxxxxxxxxxxxxxxxxxxnə görə isə sonuncu, “xxxxxxxxxxxxxxxxxxxxxx” üzrə “X6” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə zamnin qismində üzərinə öhdəlik götürmüşdür. İşdə olan xx xxxxxxx 2015-ci il tarixli, “təsisçilərin növbəti iclasının qərarlarından” görünür ki, “X6” MMC-nin təsisçiləri İddiaçı və X3 xx xxxxxx 2014-cü il tarixdə bağlanılmış “xxxxxxxxxxxxxxxxxxxxxx” çərçivəsində 2 791 804 (iki milyon yeddi yüz doxsan bir min səkkiz yüz dörd) AZN və ya ABŞ dolları ekvivalenti məbləğində və 5 000 000 (beş milyon) AZN və ya ABŞ dolları məbləğində kreditin əldə olunması üçün Cavabdeh2 ASC-yə müraciət olunması qərara alınmışdır. Təsisçilərin iclasının xx xxxxxxx 2015-cü il tarixli həmin qərarları, xxxxxxxxxxxxxxxxxxx İddiaçı əvəzindən etibarnamə əsasında onun nümayəndəsi Vahabov Rövşən Vəkil oğlu tərəfindən imzalanmışdır və bu hal mülki iş üzrə mübahisə doğurmur. “X6” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100183-112776/6 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən həmin MMC-yə illik 15,5 faiz hesablanması şərti ilə 12 ay müddətinə 5 000 000 manat, xx.xx.2015-ci il tarixli 100183-112776/7 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxx”nə əsasən isə illik 15,5 faiz hesablanması şərtilə 24 ay müddətinə 2 791 804 manat məbləğində kredit verilmişdir. İddiaçılar xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqavilələrinin bağlanması zamanı onların razılıqlarının alınmamış olmasına əsaslanaraq və Konstitusiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarına istinad edərək müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi də həmin halın müəyyən olunması barədə əsassız nəticəyə gələrək iddia tələblərinin təmin edilməsini qət etmişdir. Kassasiya instansiya məhkəməsi iş üzrə öz qərarında qeyd etmişdir ki, hazırki işdə İddiaçı həm kredit borclusu olan “X6” MMC-nin, həm də ipoteka qoyan Cavabdeh1 MMC-nin təsisçilərindən biri olması onun kredit müqaviləsinin şərtləri barədə, o cümlədən öhdəliyin miqdarı, müddəti, valyutası və faizləri barədə məlumatları olması kimi başa düşülə bilməz, eyni zamanda zaminlik və ipoteka müqavilələrində qeyd olunanlar barədə razılıq verməsini ifadə edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarındakı müddəaları tətbiq edərkən onları düzgün şərh və tətbiq etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi iddiaçıların və birinci instansiya məhkəməsinin istinad etdikləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün xxxxxxxxxxxxxxxxxxxxxxxndə mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. xxxxxxxxxxxxxxxxxxxxxxxndə faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası xxxxxxxxxxxxxxxxxxxxxxxndə nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, xxxxxxxxxxxxxxxxxxx məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq xxxxxxxxxxxxxxxxxxxndə aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi xxxxxxxxxxxxxxxxxxxxxxx ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. xxxxxxxxxxxxxxxxxxxxxxxndə faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları,tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. ...Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də xxxxxxxxxxxxxxxxxxxxxxxndə zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir”. Beləliklə işin faktiki hallarından göründüyü kimi, Bankla Cavabdeh1 MMC arasında bağlanmış sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi, eləcə də “xxxxxxxxxxxxxxxxxxxxxx” üzrə “X6” MMC-nin öhdəliklərinin yerinə yetirilməsinə görə Bankla İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanılmış xxxxxxxxxxxxxxxxxxxnin olması mübahisə doğurmur, tərəflər həmin müqavilələr barədə məlumatlı olmuşlar. Bankla Cavabdeh1 MMC arasında bağlanılmış, həmin MMC-nin mülkiyyətində olan Yasamal rayonu, 3166-cı məhəllə, Həsənbəy ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hipoteka ilə yüklü edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli hipoteka müqaviləsi barədə də tərəflər məlumatlı olmuşlar, bu hal da mübahisə doğurmur. Həmçinin, xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə verilmiş kreditlərin məbləğlərinin (5 000 000 AZN və 2 791 804 AZN) “X6” MMC-nin təsisçiləri İddiaçı və X4 tərəfindən qəbul edilmiş təsisçilərin iclasının xx xxxxxxx 2015-cü il tarixli qərarlarında göstərilən məbləğlərlə məhz eyni məbləğlərdə olması, fiziki şəxs kimi zamin olan və eləcə də ipoteka qoyan Cavabdeh1 MMC-nin təsisçilərindən biri kimi İddiaçı sözügedən xx.xx.2014-cü il tarixli kredit müqavilələri barədə məlumatlı olmasını təsdiq edir. Həmçinin işin mübahisəsiz hallarından görünür ki, zamin İddiaçı həm kredit alan, yəni xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə tərəf olan “X6” MMC-nin, həm də ipoteka qoyan “xxxxxxxxxxxxxx” MMC-nin təsisçilərindən biridir. Beləliklə, Kollegiya belə yekun qənaətə gəlir ki, mülki iş üzrə ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və zaminliyə xitam verilməsi üçün qanunvericilikdə, habelə Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında nəzərdə tutulan dispozitiv şərtlər müəyyən olunmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə iddianı təmin etməklə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh2 ASC-nin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 4085/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçılar İddiaçı və Cavabdeh1 MMC-nin Cavabdeh2 ASC-yə qarşı verdikləri “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və xxxxxxxxxxxxxxxxxxxnə xitam verilməsi” barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5695/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5695/2020
27.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver