Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5695/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, geçikdirilmiş əmək haqqına görə ödəncin və məzuniyyət pulunun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-196/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Körpü Tunel Tikinti” MMC-yə qarşı "əmək haqqı və gecikdirilmiş günlər üçün ödəncin tutulması” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 196/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh "Körpü Tunel Tikinti” MMC-dən 1778 manat məbləğində ödənilməmiş əmək haqqı və 1778 manat məzuniyyət pulu cəmi 3556 manat məbləğində əmək haqqı və əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla 10579,10 manat ödənc, 50 (əlli) manat mediasiya xərci, ümumilikdə 14185,10 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki Kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2023-cü il saat 10:00-a təyin edilmiş və sonradan icraat zamanı Nərimanov Rayon Məhkəməsindən xx.xx.2023-cü il tarixində məktub daxil olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (005)-196/2023 saylı işi üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti daxil olduğundan mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayətinin məzmun tələblərinə riayət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün cavabdehin apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 384.0.6-ci maddəsinə əsaasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 288, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5695/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, İddiaçı apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5695/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5695/2023
31.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver