Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5698/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qızıl-zinət əşyalarının qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi dəyəri 139.500 manat olan 4 ədəd hər biri 100 qramlıq qızıl külçələrini, 9 ədəd qızıl pul sikkəsini (keçmiş rus pul vahidi), 2 ədəd brilyant sırğa-üzük dəstini, 2 ədəd ərəb qızıl dəstini (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon), 2 ədəd qızıl qolbaq və 1 ədəd qızıl brilyant qolbağın Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin 2(011)-3596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Şəhriyar Əliyev) ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus 4 ədəd hər biri 100 qramlıq qızıl külçə (hər bir külçənin qiyməti 18.000 manat, cəmi 72.000 manat); 9 ədəd qızıl pul sikkəsi (keçmiş rus pul vahidi) (hər birinin qiyməti 1.500 manat, cəmi 13.500 manat); 2 ədəd brilyant sırğaüzük dəsti (dəstin birinin qiyməti 15.000 manat, cəmi 30.000 manat), 2 ədəd ərəb qızıl dəsti (2 ədəd boyunbağı, 4 ədəd qolbaq, 2 ədəd üzük, 2 ədəd klon) (hər dəstin qiyməti 7.000 manat, cəmi 14.000 manat), 2 ədəd qızıl qolbaq (hər bir qiyməti 3.500 manat, cəmi 7.000 manat), 1 ədəd qızıl brilyant qolbağ (3.000 manat), qızıllar olmadıqda isə onların ümumi dəyərini təşkil edən 139.500 (yüz otuz doqquz min beş yüz) manat pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 430 manatın Cavabdeh alınaraq İddiaçı verilməsi qərara alınmışdır.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi cavabdehin keçmiş əri Natiq Mehdiyevin, onun tərəfindən məhkəməyə təqdim edilmiş Nərimanov rayon Polis idarəsi, 18-ci polis bölməsinin baş təhqiqatçısı Vüqar Ələkbərli və cinayət axtarışı üzrə əməliyyat müvəkkili Qələndər Cabbarov, eyni zamanda ticarət mərkəzində qızıl satan Nazım Kazımov məhkəmə iclasında şahid kimi dindirilmişlər. Həmin şahidlərin yalan ifadələrinə əsaslanaraq, məhkəmə artıq bir dəfə barələrində qərar verilmiş qızıl zinət əşyalarının yenidən, olmadıqları təqdirdə isə onların ümumi dəyərini təşkil edən yüz otuz doqquz min beş yüz manat pul vəsaitinin cavabdehdən alınaraq, qızı Leyla Mehdiyevaya verilməsi barədə əsassız qətnamə çıxarmışdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən əsassızdır və ləğv edilməli, iddia rədd edilməlidir.Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki:
5. Aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir: 1). Apellyasiya şikayətinin artıq bir dəfə barələrində qərar verilmiş qızıl zinət əşyalarının yenidən, olmadıqları təqdirdə isə onların ümumi dəyərini təşkil edən yüz otuz doqquz min beş yüz manat pul vəsaitinin cavabdehdən alınaraq, qızı Leyla Mehdiyevaya verilməsi barədə dəlili tamamilə əsassız və yalan məlumatlara əsaslanır. Belə ki, birincisi, nə sözügedən barışıq sazişində, nə də bu sazişi təsdiq edən məhkəmə qərardadında “tərəflərin evində olan bütün qızıl zinət əşyalarının Cavabdeh verilməsi barədə” qeyd olmamışdır. Keçmiş əri Natiq Mehdiyev Cavabdeh qarşı birgə nikah müddətində əldə etdikləri qızıl-zinət əşyalarının bölünməsi barədə iddia ərizəsi vermis, daha sonra bu iddia tələbindən imtina etmişdir. Keçmiş ərinin Cavabdeh qarşı qızıl-zinət əşyalarının bölünməsi tələbi üzrə predmet olan qızıl-zinət əşyalarının hazırkı mübahisədə iddia predmeti olan qızıl-zinət əşyalarına hər hansı aidiyyatı yoxdur. 2).Hazırkı tələbdə cavabdehin qızı İddiaçı atası tərəfindən müxtəlif vaxtlarda ona hədiyyə edilən qızıl-zinət əşyalarını anası Cavabdeh tələb edir. Habelə bildirməliyəm ki, hazırkı iddia ərizəsi üzrə tələb edilən qızıl-zinət əşyalarından qızıl onluqlar (keçmiş rus pul sikkəsi) və ərəb qızıl-dəstləri əvvəlki iddia ərizəsində (keçmiş əri tərəfindən Cavabdeh qarşı qaldırılan və sonradan barışıq sazişi ilə bitən) tələb edilən qızıl-zinət əşyaları ilə oxşar ola bilər. Ancaq işin bu halına dair birinci instansiya məhkəməsində müəyyən olundu ki, atası qızıl onluqları və ərəb qızıl-dəstini ev üçün almaqla yanaşı, İddiaçı aid özəl günlər, o cümlədən doğum günü, beynəlxalq qadınlar günü, orta məktəbi bitirmə və sair tədbirlərdə hədiyyə olaraq təqdim etmişdir. Və həmişə də bu hədiyyə əşyaları evdə cavabdeh X.Mehdiyavanın istifadə etdiyi qızıl-zinət əşyalarından ayrı, lakin açarı cavabdehdə olan xüsusi dolabda saxlanılmışdır. 3).2024-cü ilin yanvar ayında cavabdeh iddiaçı ilə birgə daimi yaşadıqları Bakı şəhəri Nizami rayonu Şərq küçəsindəki evlərindən Bakı şəhəri Gənclik ərazisindəki mənzilə köç edərkən evdə çəkidə yüngül, qiymətdə isə bahalı olan nə varsa, o cümlədən İddiaçı məxsus və hazırkı mübahisənin predmeti olan qızıl-zinət əşyalarını da özləri ilə aparmışlar. Daha sonra iddiaçı ilə cavabdeh köç etdikəri yeni mənzildə mehriban şəraitdə yaşamış, evdə dəyərli olan hər şey, o cümlədən həm iddiaçıya məxsus, həm də özünə məxsus bütün qızıl-zinət əşyaları və pul ev təsərrüfatını idarə edən şəxs kimi Cavabdeh olmuşdur. Başqa sözlə, mənzildəki bütün qızıl-zinət əşyalarının və pulun saxlandığı dolab və onun açarı daima olaraq cavabdehdə olmuşdur. Beləliklə iddiaçı ilə birgə yaşayan cavabdeh mənzildə olan və iddiaçıya da məxsus bütün əmlakı (habelə bütün ev təsərrüfatını) idarə etmiş, 2025-ci ilin yanvar ayında aralarında bağışlanma müqaviləsinin ləğvi ilə bağlı mübahisə yaranmış, cavabdeh iddiaçının qarşısına bağışlama müqaviləsinin ləğvi üçün onunla birgə notariat ofisinə getməli olduğu tələbini qoymuş, əks halda qızıl-zinət əşyalarını qaytarmayacağı vədini vermişdir. Bu konteksdə onların arasında münaqişə yaranmış və polis müdaxilə etmişdir. 4).Apellyasiya şikayətində göstərilir ki, “göründüyü kimi, Vüqar Ələkbərli və Qələndər Cabbarov “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarda göstərilənlərdən tamamilə fərgli, həqiqətə uyğun olmayan, yalan məlumatları hansısa səbəbdən məhkəmədə verilən ifadələrində bildirmişlər ki, bu ifadələrə əsaslanaraq, məhkəmə iddianın təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bu dəlili də tamamilə əsassız və yalandır ona görə ki, əvvəla, təhqiqatçının adı çəkilən qərarının özü deməyə əsas verir ki, tərəflərin arasındakı münaqişə və hər ikisinin polisin 102 xidmətinə məlumat verməsi məhz qızıl-zinət əşyalarına görə olmuşdur. İkincisi, məhkəmə iclasında ifadə verməzdən öncə yalan danışmamağa görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilən polis məmurunu və digər şahidləri yalan ifadə verməkdə suçlamağın özü absurdur. Görəsən şikayəti yazan peşəkar vəkil polis məmurunun və digər şahidlərin yalan ifadə verməsini sübut edə bilərmi? Əlbətdə ki yox! 5).Apellyasiya şikayətinin guya birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halların iş üzrə tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi, sübutlar arasında olan ziddiyyətlərin məhkəmə tərəfindən araşdırılmaması və aradan qaldırılmaması, nəticədə məhkəmənin qeyri-mötəbər sübutlara əsaslanıb səhv nəticəyə gəlməsi tamamilə əsassız və təkzibediləndir. Belə ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar işdə olan sübutlarla təsdiqini tapmış, heç bir sübut arasında ziddiyyət olmamış, məhkəmə qətnamə ilə gəldiyi nəticəni mötəbər və təkzib edilməyən sübutlarla əsaslandırmışdır. 6).Apellyasiya şikayətinin Xətai Rayon Məhkəməsinin e-2(011)-4352/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə daşınmaz, daşınar əmlaklar və qızıl-zinət əşyaları ilə bağlı tərəflərin iddialarına son qoyan barışıq sazişinə qiymət verməməsi dəlilinə gəldikdə isə bildirir ki, bu dəlil də əsassızdır, ona görə ki, həmin barışıq sazişində hazırkı mübahisənin predmeti olan əmlaklar olmamışdır. 7).Cavabdeh tərəfinin istinad etdiyi və barışıq sazişi ilə bitən məhkəmə prosesində hazırkı iş üzrə cavabdeh olan Cavabdeh tamam başqa dəyərdə və növdə qızıl-brilyant əşyaları tələb edilmişdir. Buna görə də o işdəki faktiki halların bu işə hər hansı aidiyyatı ola bilməz. Odur ki apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirdi ki, hazırkı iddia onun keçmiş ərinin, iddiaçının atasının onun qızını öyrətməsi nəticəsində qaldırılıb, elə qızı da atasının öz tərəfindən olan biri ilə nişanladı, qızı da özünün tərəfinə keçirib, qızını polis çağırmaq üçün də atası öyrədib, onun qızı ilə bir evə köçüb yaşaması barədə qərarı özü verib, həmin evdə əvvəllər qızı ilə mühriban yaşamışlar, bir il yarım qızı ilə birgə yaşayıb, qızı sadəlövh və uşaq olduğundan atası onu idarə edir, əri ilə mübahisə olanda onlar əri ilə razılaşmışdır ki, bahalı evdə olan paylarını qızına bağışlayacaqlar, o, həmin razılığa əsasən öz payını qızına bağışlamış, lakin keçmiş əri onu aldadaraq öz payını qızına deyil, kürəkəninə bağışlamış, bundan sonra o başa düşmüşdür ki, əri onu aldadıb, hesab edir ki, keçmiş əri kürəkəninin əli ilə həmin evi öz əlinə keçirmək istəyir. Bundan sonra o, qızından bağışlamanın ləğvini istəmiş, bu zəmində aralarında münaqişə və mübahisələr olmuşdur, bu iddianı əslində keçmiş əri təşkil edib, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavadehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək bildirdi ki, hazırkı iş üzrə sübutlar əsassızdır, belə ki, polislərin şahid kimi ifadələrində bildirdikləri ilə “Cinayət işinin rədd edilməsi” barədə qərar arasında uyğunsuzluq var. İfadələrdə deyilənlər öyrədilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, tələb edilən əşyaların mövcud olması və onların iddiaçıya aid olması mübahisəsizdir, hazırkı işin hallarından göründüyü kimi, iddiaçının atası, cavabdehin isə keçmiş əri həm qızı, həm də arvadı üçün mütəmadi olaraq qızıl-zinət əşyaları alaraq ad günləri, bayram günləri və sair əlamətdar günlərdə onlara hədiyyə etmişdir, iddiaçı atanın yeganə qızıdır, lakin cavabdeh ziddiyyətli izahatlar verir, gah deyir ki, qızıllar lap əvvəldən keçmiş ərində qalıb, sonra da deyir ki, münaqişədən sonra evdən gedərkən həmin qızıllar qızı ilə birgə yaşadıqları evdə qalıb, həqiqətdə isə cavabdeh qızından ona bağışlanmış evin geri qaytarılmasını tələb edib, qızı buna etiraz etdikdə isə qızına aid olan qızılları ona verməyəcəyini bildirib, evdən gedərkən də bütün əşyalarını, o cümlədən də iddiaçıya məxsus qızıl əşyalarını da yığıb aparmışdır, cavabdeh özü də bildirir ki, qızı sadəlövh uşaqdır, yaşadıqları evdə evin idarə olunması ilə bağlı, eləcə də qiymətli əşyaların saxlanılması ilə bağlı bütün məsələlər cavabdehin əlində olmuşdur, cavabdehin qızına qarşı bağışlama müqaviləsinin məhkəmə qaydasında mübahisələndirməsi də təsdiq edir ki, cavabdeh iddiaçının qızıllarını bağışladığı evin geri qaytarılmasına nail olmaq üçün özü ilə aparmışdır, bu hal şahidlərin ifadələri ilə də üst-üstə düşür, cavabdeh bildirir ki, polisin gəlməsi və sair bunlar hamısı uydurmadır, amma işdən məlum olur ki, cavabdehin qızını döydüyü gün, yəni xx.xx.2025-ci il tarixində cavabdehin özü 102-yə zəng vuraraq polis çağırmışdır, demək ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
9. Nərimanov RPİ 18-ci PŞ-nin polis kapitanı E.Kərimovun HK1№593 saylı xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:29 radələrində İddiaçı anası tərəfindən döyülməsi barədə AR DİNnin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir.
10. Nərimanov RPİ 18-ci PŞ-nin polis kapitanı E.Kərimovun HK2№849 saylı Raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:26 radələrində Cavabdeh qızı Leyla evinin qapısını bağlayaraq onu evə buraxmaması barədə AR DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir.
11. Mehdizadə X10 RPİ-nin 18-ci PŞ-yə “xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığımız ünvanda anam Cavabdeh atamın mənə verdiyi qızıl-zinət əşyalarını istədikdə vermədi və qoluma, bədənimə vuraraq məni döydü. Xahiş edirəm baş vermiş hadisə ilə bağlı qanuni tədbir görəsiniz” məzmunda ərizə ilə müraciət etmişdir.
12. Nərimanov rayon RPİ-nin NH-nın polis mayoru Ə.Məmmədovun xx.xx.2025-ci il tarixli 2_NK №3792/102-2032 saylı raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21:25-də DİN-nin 102 Xidməti zəng Mərkəzinə müraciət edən vət. Vəkil2 məlumat verərək, hüquqlarını müdafiə etdiyi Cavabdeh 20 yaşlı qızı İddiaçı ilə aralarında yaranmış münaqişə zəminində qızın 102 Xidmətinə verdiyi müraciət əsasında evə gələn Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşı kimi təqdim edən 2 nəfər əməkdaşın qadına evdən çıxmasını tələb etmələrinə narazılığını bildirmişdir.
13. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı X1 icraatında olan İddiaçı müraciəti əsasında toplanmış material nəzərdən keçirilib müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı DİN-in 102 xidmətinə zəng edərək və Nərimanov RPİ-nin 18-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə saat 17:30 radələrində yaşadığı ünvanda anası Cavabdeh atasının özünə verdiyi qızıl-zinət əşyalarını istədikdə verməmiş və qoluna, bədəninə vuraraq onu döymüşdür. Baş vermiş hadisə ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat mahiyyəti üzrə araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün Şöbənin 1 saylı "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı" kitabına 539 sayda qeydiyyata alınaraq icraatına daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə Cavabdeh DİN-in 102 xidmətinə zəng edərək qızı Leylanın evinin qapısını bağlayaraq onu evə buraxmaması barədə məlumat vermişdir. Araşdırma zamanı İddiaçı almış olduğu xəsarətlərlə bağlı ekspertizadan keçməsi üçün qərar qəbul edilmiş, ona təliqə verilmiş və Azərbaycan Respublikası CPMnin 140.0.1-ci maddəsinə əsasən aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasından keçməsi izah edilmişdir. İddiaçı təliqəni qəbul etmiş, lakin təhqiqat müddəti ərzində onun tibbi müayinədən keçmədiyi məlum olmuşdur. Odur ki, İddiaçı xəsarət dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanında mübahisə baş vermişdir. Lakin baş vermiş mübahisə zamanı orada heç bir ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, digər vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər-xuliqanlıq törədilməmişdir. Göründüyü kimi, İddiaçı ərizəsi əsasında toplanmış materialda çinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, eyni zamanda heç bir xəsarətin olmadığını nəzərə alaraq cinayət işinin başlanması rədd edilmişdir.
14. İş materiallarından görünür ki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh İddiaçı qarşı Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, mülki iş hazırda hakim Aynur Abdullayevanın icraatındadır.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4352/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X11 ilə Cavabdeh arasında barışıq sazişinin bağlanması ilə bağlı icraata xitam verilmiş,ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X3 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X6 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın bölünməsi tələbinə dair ilkin iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə “Birinci tərəf” X11, “İkinci tərəf” Cavabdeh və “Üçüncü tərəf” X12 arasında xx.xx.2024-cü il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: 2.İddiaçı X4 iddia tələbi üzrə əmlakların bölünməsi və mülkiyyət hüququnun müəyyən edilməsi: 2.1. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan İddiaçı adına rəsmiləşdirilmiş "xxxx" MMC-dən alınmış ünvan 2 ünvanında yerləşən B1 binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 171,0 kv.metr olan 4 otaqlı 2 saylı mənzilə görə İddiaçı ilə bağlanmış 29 iyun 2018-ci il tarixli Satış Müqaviləsi üzrə hüquqların ötürülməsinə dair 12 noyabr 2021-ci il tarixli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin iddiaçı X5 bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində "xxxx" MMC-yə yazılı müraciət edəcək. 2.2. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.1-ci bəndində göstərilən mənzil üzərində X4 tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmirlər. 2.3. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan İddiaçı adına rəsmiləşdirilmiş "xxxx" MMC-dən alınmış Bakı şəhəri Azadlıq prospekti 103 ünvanında yerləşən 1 saylı binanın A bloku, 12-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117,88 kv.metr olan 2 otaqlı mənzilə görə İddiaçı ilə bağlanmış 08 oktyabr 2021- ci il tarixli, 119 nömrəli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin iddiaçı X5 bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində "xxxx" MMC-yə yazılı müraciət edəcək. 2.4. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.3-cü bəndində göstərilən mənzil üzərində X4 tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.5. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına rəsmiləşdirilmiş "xxxx" MMC-dən alınmış Bakı şəhəri F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın A2 blokunun 9-cu mərtəbəsində ümumi sahəsi 120.13 kv. metr olan 39 saylı 3 otaqlı mənzilə görə iddia tələbindən imtina edir. 2.6. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.5-ci bəndində göstərilən mənzil üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.7. “Tərəflər” razılaşırlar ki, bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına "xxxx" MTK-dan alınmış Bakı şəhəri Xətai rayonu, Ağ şəhər Fəvvarələr meydanında yerləşən PLOTFS02 layihəsi üzrə tikilmiş binanın 8-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 129.7 kv.metr olan 3 otaqlı mənzilə görə bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 004 nömrəli müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi və eyni məzmunlu müqavilənin “Birinci tərəf”lə bağlanması üçün “Üçüncü tərəf” bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində "xxxx" MTK-ya yazılı müracit edəcək. 2.8. “İkinci tərəf” və “Üçüncü tərəf” bu Sazişin 2.7-ci bəndində göstərilən mənzil üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.9. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan daşınmaz əmlaklardan “Üçüncü tərəf”in adına rəsmiləşdirilmiş "KONSTRAKSİN KLASS” MTK-dan alınmış Bakı şəhəri Nəsimi rayonu, Mir Qasımov küçəsi, 972-ci məhəllədə inşa edilmiş binanın 7-ci mərtəbəsi, yaşayışın 3-cü mərtəbəsində ümumi sahəsi 120,02 kv.metr olan 3 otaqlı mənzilə görə iddia tələbindən imtina edir. 2.10. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.9-cu bəndində göstərilən mənzil üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun bu mənzilə mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.11. “Birinci tərəf” ünvan 4 ünvanında 19 saylı, ümumi sahəsi 50,80 kv.metr olan 1 otaqlı, ünvan 4 ünvanında 103 saylı, ümumi sahəsi 49.30 kv.metr olan 1 otaqlı və ünvan 4 ünvanında 43 saylı, ümumi sahəsi 50,80 kv.metr olan 1 otaqlı mənzillərə görə “Üçüncü tərəf”ə qarşı olan iddiasından imtina edir. 2.12. “Birinci tərəf” və “İkinci tərəf” bu Sazişin 2.11-ci bəndində göstərilən mənzillər üzərində “Üçüncü tərəf”in tam mülkiyyət hüququnu tanıyır. 2.13. “Üçüncü tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan ünvan 5 ünvanında 3 saylı evə dair “Birinci tərəf” in tələbini qismən etiraf etməklə Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-274 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin ləğvi və ya etibarsız hesab edilməsi, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, həmin ev üzərində ½ hissədə “Birinci tərəf”in, ½ hissədə isə “İkinci tərəf”in hüquqlarının qeydə alınması üçün bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində müvafiq icra hakimiyyəti orqanına müraciət və ya sözügedən qaydada bölgünün reallaşması üçün digər zəruri hərəkətlər edəcək. 2.14. “Üçüncü tərəf” bu Sazişin 2.13-cü bəndində göstərilən ev üzərində ½ hissədə “Birinci tərəf”in, ½ hissədə isə “İkinci tərəf”in mülkiyyət hüququnu tanıyır, adları çəkilən şəxslərin bu evə paylarına uyğun mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.15. “İkinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan mənzillər - AZ 1118, Bakı şəhəri Nizami rayonu, X13 küçəsi, 139, M9, m1 və AZ 1142, Bakı şəhəri Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, 15, M5, m6 üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır. 2.16. “İkinci tərəf” bu Sazişin 2.15-ci bəndində qeyd edilən mənzillər üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnun yaranması üçün bu Sazişin notariat, mediasiya və ya müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində özünün mülkiyyət hüququ haqqında müvafiq sənədlərinin ləğvi və “Birinci tərəf”in hüquqlarının qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət və ya digər zəruri hərəkətlər edəcək. 2.17. “Birinci tərəf” bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan AZ 1033, Bakı şəhəri Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 116, M10, m3 (mənzilinə), AZ 1052, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 79, M5, m3 (mənzilinə) və Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə 013 A/2020 saylı, 27 may 2020-ci il tarixli müqavilə əsasında 1-ci blok, ümumi sahəsi 78,19 kv.metr, 6-cı mərtəbədə 2 otaqlı 40 saylı mənzilə görə “İkinci tərəf”ə qarşı iddia tələbindən imtina edir. 2.18. “Birinci tərəf” bu Sazişin 2.17-ci bəndində göstərilən mənzillər üzərində “İkinci tərəf”in tam mülkiyyət hüququnu tanıyır, onun həmin mənzillərə dair tam mülkiyyət hüququnun qeydə alınmasına etiraz etmir. 2.19. “İkinci tərəf” və "Üçüncü tərəf" bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0,057 ha və 0,13 ha torpaq sahələri (və üstündə tikilmiş, mülkiyyət hüququ qeydə alınmamış ev) üzərində “Birinci tərəf”in tam mülkiyyət hüququnu tanıyırlar. 2.20. “Üçüncü tərəf” bu Sazişin 2.19-cu bəndində göstərilən torpaq sahələrinin “Birinci tərəf”in tam mülkiyyətinə keçməsi üçün Qusar rayonu Çiləgir kəndində yerləşən 0,057 ha torpaq sahəsinin alınmasına dair 30 avqust 2016-cı il tarixli, AN 1-0575160 nömrəli müqavilənin və 0,13 ha torpaq sahəsinin alınmasına dair 30 avqust 2016-cı il tarixli, ******* nömrəli müqavilənin ləğv (və ya etibarsız hesab) edilməsi, həmin torpaq sahələrinin alınmasına dair müqavilələrin “Birinci tərəf”lə bağlanması üçün bu Sazişin müvafiq məhkəmə aktı ilə təsdiqindən sonrakı 5 (beş) gün müddətində müvafiq notariat orqanına müraciət edəcək və ya digər zəruri hərəkətlər edəcəkdir. 2.21. "Tərəflər" razılaşırlar ki, “Birinci tərəf”in və “İkinci tərəf”in ½ hissədə payları olan əmlakları, o cümlədən ünvan 5 ünvanında 3 saylı evin birgə satılmasına bir-birilərinə mane olmayacaq (bununla bağlı ixtilaf olarsa müvafiq qanunvericiliyə uyğun həll yolu seçiləcək), həmin əmlakdan birgə istifadəyə şərait yaradacaq, evdə olan məişət əşyalarının bərabər qaydada və könüllü bölünməsinə çətinliklər yaratmayacaqlar. 3. İddiaçı X4 həmin iş üzrə digər iddia tələblərindən imtina etməsi: 3.1. “Birinci tərəf” “İkinci tərəf”ə qarşı bu Sazişdə qeyd edilən mülki iş üzrə iddia predmeti olan 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan 4 dəst "komplekt" ərəb qızıl dəstindən 3 “komplekt” qızıl dəstinin, yaxud onu əvəz edən 30.000 manatın, 1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan 3 dəst "komplekt" qızıl-brilyant dəstinin 2 ədəd “komplekt”ini, yaxud onu əvəz edən 50.000 manatın, 6 ədəd tək brilyant üzüyün 4 ədədinin, yaxud onu əvəz edən 16.000 manatın, 21 (iyirmi bir) ədəd qızıl onluğun (keçmiş rus pul vahidinin) 14 ədədinin, yaxud da onu əvəz edən 14.000 manatın, 445.000 (dörd yüz qırx beş min) manat pul vəsaitinin 2/3 hissəsinin, cəmi 296.667 manatın, həmçinin 01 dekabr 2023-cü il tarixdən hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini alana və icra edilən tarixədək aylıq 2.950 manat olmaqla cəmi məbləğin Cavabdeh alınaraq ona verilməsi tələbindən imtina edir. 4. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbi üzrə əmlakların bölünməsi və mülkiyyət hüququnun müəyyən edilməsi: 4.1. "Birinci tərəf" və "İkinci tərəf" razılaşırlar ki, aşağıda adları sadalanan 99TL761 dövlət qeydiyyat nişanlı "Ford Cargo" 3430D Yük avtomobili, 99ST761 dövlət qeydiyyat nişanlı "Ford Cargo" Yük avtomobili, 99RP542 dövlət qeydiyyat nişanlı "Mersedes Benz 208" Mikroavtobus, 99UD505 dövlət qeydiyyat nişanlı "Toyoto Corolla" Minik avtomobili, 10N783 dövlət qeydiyyat nişanlı EO-912 markalı, 92011065 Ban nömrəli nəqliyyat vasitəsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci KM qəsəbəsi, 4085-ci Məhəllənin qərb ünvanında yerləşən torpaq sahəsi və ünvan 8rləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə "Birinci tərəf"in, 1/2 hissədə isə "İkinci tərəf"in mülkiyyət hüququnu tanıyırlar.
16. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, qərardaddan şikayət verilməmiş, barışıq sazişi qanuni qüvvəyə minərək icra olunması üçün icra şöbəsinə göndərilmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4309/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X11 arasında xx.xx.2002-ci il tarixdə Xətai rayon Qeydiyyat şöbəsində 327 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.
18. Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşı V.Ələkbərli xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, F.Xoyski küçəsi ev 118, mənzil 44 ünvanda yaşayan İddiaçı izahat almışdır. İddiaçı izahatında bildirmişdir ki, “mənə verilən suallara cavab olaraq mahiyyəti üzrə aşağıdakıları göstərə bilərəm ki, yuxarıda göstərilən ünvanda anam Cavabdeh ilə birlikdə yaşayıram. Bildirirəm ki, valideynlərim boşanmışdır və atamın uşaq yaşımdan mənə hədiyyə verdiyi müxtəlif qızıl-zinət əşyalarımı anam saxlamışdır. Mən artıq evləndiyim üçün və anamdan ayrı yaşayacağım üçün qızıl-zinət əşyalarımı mənə qaytarmağını istədim. Lakin anam gah qızılları satıb pulunu xərclədiyini, gah da özündə olduğunu, lakin verməyəcəyini bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Anamın əsəbləri yerində olmadığı üçün tez özündən çıxır. Mübahisə zamanı anam əli ilə qoluma və bədənimə bir neçə dəfə vurdu. Anam çölə çıxdıqda isə mən qapını bağladım və ona açmadım. Sonra DİN-in 102 xidmətinə zəng edib məlumat verdim. Sual: Həmin vaxt mübahisə nə qədər davam etmişdir? Ətrafda kim var idi? Cavab: Mübahisə təxminən 15 dəqiqə çəkdi, mübahisə zamanı evdə başqa heç kəs yox idi. Sual: Siz mübahisə zamanı xəsarət almısınızmı? Cavab: Xeyr, mən xəsarət almamışam. Sual: Siz mübahisə zamanı qarşı tərəfə xəsarət yetirmisinizmi? Cavab: Xeyr, mən heç kəsə xəsarət yetirməmişəm.
19. xx.xx.2025-ci il tarixli Məhkəmə tibbi ekspertiza təyin edilməsi barədə Nərimanov rayon RPİ-nin 18-ci PŞ tərəfindən qəbul edilmiş Qərarın surətindən görünür ki, İddiaçı bədən xəsarətlərinin olub-olmadığı, olduğu təqdirdə həmin xəsarətlərin ağırlıq dərəcəsini və yerinə yetirilmə predmetini müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizanın təyin edilməsi qərara alınmışdır.
20. Nərimanov rayon RPİ-nin 18-ci PŞ-nin polis kapitanı V.Ələkbərlinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, İddiaçı şikayəti ilə əlaqədar anası Cavabdeh izahatını almaq üçün ***-***-**-** saylı nömrəsinə tərəflərindən zəng edilmiş, lakin zəngə cavab verən olmamışdır. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmişdir.
21. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə Protokolun surətindən görünür ki, hal şahidlərinin iştirakı ilə vətəndaş İddiaçı şikayəti ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, vətəndaş İddiaçı anası Cavabdeh qonaq otağında onu döydüyünü bildirmiş, hadisə yerinə baxış axşam vaxtı süni işıqlanma şəraitində keçirilmişdir.
22. Səhiyyə Nazirliyinin məhkəmə tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi Birliyin Nərimanov rayon MTE şöbəsində müayinədən keçməyib. Birinci instansiya məhkəməsinin:
23. 02.07.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1961-ci il təvəllüdlü X11 şahid qismində ifadə verərək bildirdi ki, iddiaçının atasıyam. Həmin qızılları mən qızıma hədiyyə olaraq almışam. Cavabdehə də qızıllar almışam, lakin onları gizlədir, amma iddia tələbində qeyd olunan qızıllar sırf mənim tərəfimdən qızım Leyla üçün alınıb, əlavə bizneslə məşğul olmuşam deyə hər dəfə qazancımdan qızıma qızıl alırdım. Müxtəlif yerlərdən, Laçın Ticarət Mərkəzindən, Moskva Univermağından qızıllar almışam, amma qeyd olunan qızılların 90%-ni Laçın Ticarət Mərkəzində işləyən Nazimdən almışam, cavabdeh də onu çox gözəl tanıyır, onun yanında dəfələrlə olub, satıcı köhnə qonşumuzdur, onu dəvət etsəniz təsdiq edər ki, həmin qızıllar qızım Leylanın adına alınırdı.
24. 25.07.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1961-ci il təvəllüdlü X15 şahid qismində ifadə verərək bildirdi ki, Laçın Ticarət Mərkəzində qızıl satıram. X20 ilə də, qızı ilə də gəlib, ən çox tək gəlib. Kislata alıb Leyla gələndə. Xalidə ilə gələndə komplekt alıb. Qızına alanda özü deyib ona alıram. 2 il sinif yoldaşı olmuşam Natiqlə. Xalidəni təqribi 10 ildən çox tanıyıram. 3-cü mərtəbədə 105-ci polkada işləmişəm, yoldaşım da işləyib mənimlə. 2023-cü ilə kimi Laçında işləmişəm. 10 dənə 10- luq qızıl alıb qızına ad gününə, 30-35 dənə 10-luq qızıl, 4-5 külçə, 2 komplekt 750 əyar, 2 dənə ərəb qızılı, 2 qızıl qolbaq, 1 brilyant qızıl qolbaq alıb məndən alıb (təsdiqləyir ki, hamısını alıb), bunların qiymətlərini dəqiq demək mümkün deyil, ancaq təxmini bazar qiymətlərinə uyğun deyə bilər ki, 4 ədəd hər biri 100 qramlıq qızıl külçənin hər birinin qiyməti 18.000 manat, 9 ədəd qızıl pul sikkəsinin hər birinin qiyməti 1.500 manat, 2 ədəd brilyant sırğaüzük dəstin hər birinin qiyməti 15.000 manat, 2 ədəd ərəb qızıl dəstinin hər birinin qiyməti 7.000 manat, 2 ədəd qızıl qolbağın hər birinin qiyməti 3.500 manat, 1 ədəd qızıl brilyant qolbağın qiymtəi 3.000 manat olar, hazırkı bazar qiymətləri ilə bağlı baxılsa, bəzilərinin qiyməti daha baha olar, qızıllar ona təqdim edilsə, dəqiq qiymətləri deyə bilər, ancaq dediyi qiymtələrdən az ola bilməz, Ərəb qızılını, Leninqrad antikvar olan boyunbağını Xalidənin üstündə görmüşəm.
25. 25.07.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1994-cü il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirdi ki, 19 fevral 2025-ci il tarixində axşam saat 20 radələrində bölmənin növbətçi hissəsindən mənə zəng etdilər ki, işlədiyimiz Nərimanov rayonunun F.Xoyski va Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın "39 saylı mənzilinə getmək lazımdır ona görə ki, həmin mənzildən 102 xidmətinə 2 zəng olub. Mən ve digər polis əmakdaşı Qələndər qeyd edilən ünvana getdik. Mənzilə yaxınlaşanda gördük ki, orda bizdən başqa bir neçə nəfər da var. Mənzilə daxil olub soruşduq ki, 102 xidmətinə kim zəng-edib və nə səbəbə? Məlum oldu ki, sonradan adini öyrəndiyim Xalidə xanım daha əvvəl 102 xidmətinə zəng edib ona görə ki, qızı Leyla evin giriş qapısını bağlayıb onu mənzilə buraxmir. Bunun səbəbini sonradan adını öyrəndiyim Leyladan soruşanda o dedi ki, anam məni döyürdü deyə qorxudan 102- e zəng etdim. Təbii ki biz hər ikimiz Leyla ilə sorgu-suala başladıq ki nəyə görə anası onu döyürmüş, Leyla da cavabında dedi ki, ona məxsus xeyli sayda qızıl-zinət əşyaları anasındadır, o bu qızılları istəyəndə anası verməyib və ondan tələb edib ki, notariusa gedib ona bağışlanan evin müqaviləsini ləğv etmək lazımdır. Leyla bundan imtina edəndə anası Xalidə də onun qızı-zinət əşyalarını mənzildə saxladığı yerdən götürüb və qaytarmır. Mən Leyladan soruşdum ki, ananın qaytarmadığı nə qızıllardır? Leyla da cavabında dedi ki, 4 ədəd hər biri 100 qramlıq qızıl külçə, 2 ədəd brilyant sırğa-üzük dəsti, 9 ədəd qizil pul sikkəsi (keçmiş rus pul vahidi), 1 ədəd qizil brilyant qolbağ, 2 ədəd ərəb qizil dəsti və 2 ədəd qızıl qolbağ ona məxsusdur və anası onlari qaytarmir ona. Bundan sonra mən və digər əməkdaş Xalidəni sorğu suala tutduq va soruşduq ki, niyə qızının qızıllarını qaytarmır. Xalidə hirsli halda cavabında dedi ki, əcəb edib qaytarmır, Leyla nə vaxt onunla notariusa gedib müqaviləni ləğv etsə, onda da qaytaracaq. Xalidədən soruşduq ki, Leyla düzmü deyir, onun indi bizə sadaladığı 4 ədəd qızıl külçə, 9 ədəd qızıl onluq, ərəb qızıl dəsti və digər qızıllar səndədirmi? Xalidə cavabında dedi ki, “bəli məndədir”, ancaq nə qədər ki, Leyla onunla notariusa gedib bağışlama müqaviləsini ləğv etməyib, o da qızıl va brilyantları qaytarmayacaq. Bundan sonra biz hər iki tərəfə bildirdik ki, bu qızıl falan məsələsi polislik deyil, bundan ötrü məhkəməyə müraciət etməlidirlər. Və çağırışla bağlı Leyladan izahat aldıq, Xalidə izahat vermədi ki, özünə məxsus əşyaları yığışdırıb köçür, Biz də digər rəsmi işlərimizi görüb və hər iki tərəfi sakitləşdirib onlara bir daha məsləhət etdik ki, dava qizil-brilyant davasadırsa bundan ötrü polisə yox, məhkəməyə müraciət etməlidirlər. Budan sonra isə mənzili tərk edib bölməyə qayıtdıq.
26. 25.07.2025-ci il tarixli məhkəmə iclasında xx.xx.1973-cü il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirdi ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkiliyəm. Müraciət daxil olub ki, anası deyir evə girə bilmirəm, qızı da deyir ki, anam məni döyür. Evdə Xalidə, onun bacısı, Natiq, Leyla və qayınatası olub. Leyla dedi ki, anam qoyduğum yerdən qızılları götürüb vermir. Soruşdum Leyladan ki, nə qədər qızıldır, dedi ki 100000- dən çox qızıldır, atamın mənə aldığı qızıllardır. Xalidə dedi ki, qızıllar məndədir, bir azını satmışam, qalanı məndədir. Leyla mənə saydı qızılları, külçə, qızıl onluqlar və sair. Dedik ki, qızıllar mülki işdir, bizə aidiyyatı yoxdur. Xalidənin bacısı dedi yığış gedək, Xalidə də özü ilə bir iki şey götürdü getdi. Xalidəni izahat verməyə dəvət elədik.
27. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” ilə bağlı iddia tələbləri təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:
28. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Hazırkı tələbində iddiaçı ərizəsində göstərilən əşyaların ona məxsus olduğunu və həmin əşyaların cavabdehdə qaldığını iddia edərək onların qaytarılmasını tələb edir.
48. Məhkəmə Kollegiyası xatırladır ki, mülki mübahisənin düzgün həlli ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən asılıdır. Hazırkı halda iddiaçı özünə məxsus əşyaların cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edir və bir halda həmin əşyaların iddiaçıya aid olmadığını, digər halda isə tələb edilən əşyaların iddiaçının özündə qaldığına istinad edir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 152.1.,157.1., 157.2. maddələri təşkil edir.
49. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Belə olan halda məlum olur ki, oxşar hallarda qızıl-zinət əşyaları da daxil olmaqla əşya tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: birincisi, tələb olunan əşya mövcuddur; ikincisi, tələb olunan əşya iddiaçıya məxsusdur; üçüncüsü, tələb olunan əşya cavabdehdədir; dördüncü, tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir.
51. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir.
52. Bu baxımdan qeyd olunan qaydanın hazırkı işə tətbiq edilməklə tərəflərin təqdim etdikləri sübutlar araşdırılmalı və müvafiq olaraq da qiymətləndirilməlidir.
53. Birinci mərhələdə tələb olunan əşyaların mövcudluğu yoxlanılır ki, hazırkı işdə bu hal mübahisələndirilmir. Cavabdeh həmin əşyaların gah iddiaçıya aid olmadığını, gah da onların iddiaçıda (onun yaşadığı evdə) qaldığını bildirir.
54. Demək ki, hazırkı mərhələdə tələb olunan əşyaların iddiaçıya məxsusluğu yoxlanılmalıdır. İddiaçı bununla bağlı məhkəməyə öz izahatından başqa şahid ifadələri və polisdə aparılmış araşdırma materiallarını təqdim etmişdir. Həmin sübutlarla əşyaların iddiaçıya aid olduğu müəyyən olunur. Lakin cavabdeh buna etiraz etdiyindən onun etiraz dəliləri araşdırılmalıdır. Cavabdeh etirazında yalnız keçmiş əri Natiq Mehdiyevlə əmlak mübahisəsi üzrə Xətai Rayon Məhkəməsində əldə olunmuş və həmin məhkəmənin iş № e-2(011)-4352/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinə istinad edərək göstərmişdir ki, həmin razılaşmaya əsasən ərinin aldığı bütün qızıl əşyaları ona verilmişdir. İddiaçı tərəf cavabdehin bu etiraz dəlilinə etiraz edərək bildirmişdir ki, cavabdehlə N.Mehdiyev arasında olan barışıqda belə bir şərt yoxdur, cavabdeh həmin barışığın şərtini təhrif edir, orada yalnız həmin iddiada istənilən əşyalardan bəhs olunur ki, həmin əşyalarla hazırkı iddiadakı əşyalar tam fərqlidir.
55. Məhkəmədə tədqiq edilən Xətai Rayon Məhkəməsinin iş № e-2(011)-4352/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin 3.1-ci bəndindən görünür ki, həmin işdə iddiaçı olan N.Mehdiyev öz iddiasında tələb etdiyi əşyaların qaytarılmasına dair tələbindən imtina etmişdir. Demək ki, həmin razılaşmada cavabdehin istinad etdiyi kimi ailəyə məxsus bütün qızıl-zinət əşyalarından deyil, yalnız həmin iddiada istənilən əşyalardan imtina edilmişdir. Məhkəmə həm də xüsusi olaraq qeyd edir ki, həmin mülki işdəki tərəflərlə hazırkı işdəki tərəflər fərqlidir. Bundan başqa, cavabdeh rayon məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “...qızılları evdə qoyub çıxmışam”. (bax, iş vərəq 166, ikinci abzas) Bununla da müəyyən olunur ki, cavabdehin iddiaya etiraz edərkən hazırkı iddiada istənilən əşyaların iddiaçıya aid olmaması barədə bildirdikləri əsassızdır. Cavabdeh həmin hala dair məhkəməyə hər hansı başqa sübut təqdim edə bilməmişdir.
56. Bundan öncəki mərhələdə iddiaçının tələb etdiyi əşyaların ona məxsusluğu müəyyən olunduğundan, növbəti mərhələdə həmin əşyaların cavabdehdə olub-olmaması yoxlanılmalıdır. Bu halın təsdiqi kimi, iddiaçı öz izahatı ilə yanaşı şahid ifadələrinə istinad etmişdir. Həmin sübutlarla əşyaların cavabdehdə olduğu qənaətinə gəlinir. Lakin cavabdeh bu hala da etiraz edərək ondan tələb olunan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını, özü ilə aparmadığını bildirmişdir. Belə olan halda cavabdehin həmin dəlili yoxlanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdehlə iddiaçının atasının arasında mübahisə, o cümlədən əmlak bölgüsünə dair mübahisə olmuş, həmin vaxt iddiaçı anasının qərarına əsasən anası ilə birlikdə, əvvəllər ataları ilə birgə yaşadıqları Nizami rayonu, Şərq küçəsi 118-də olan evdən özlərinə aid olan bütün əşyalarını götürərək Nərimanov rayonu F.Xoyski küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binadakı məzilə (39) köçmüşlər, orada il yarımadək birlikdə mehriban yaşamışlar, iddiaçı həmin vaxt tələbə olmuş, evin idarə edilməsi bütünlüklə cavabdehin istək və iradəsinə bağlı olmuş, o cümlədən də əşyaların, xüsusən də qiymətli əşyaların harada və necə saxlanması da cavabdehin sərəncamında olmuş, sonra cavabdehin iddiaçıya bağışladığı evin qeri qaytarılması zəmnində iddiaçı ilə cavabdehin arasında münaqişə baş vermiş, bu münaqişə davaya çevrilmiş, xx.xx.2025-ci il tarixində mənzildə olarkən cavabdeh qızına “əl qaldırmış”, qızı isə fürsətdən istifadə edərək anası çölə çıxarkən qapını bağlamış və anasını mənzilə buraxmamış, baş vermiş hadisə ilə bağlı hər iki tərəf 102 xidmətinə müraciət etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, polis əməldaşları tərəfləri sakitləşdirməyə və münaqişəni yatırmağa çalışmışlar, baş vermiş bu münaqişədən sonra cavabdeh bütün əşyalarını yığaraq birdəfəlik həmin mənzildən getmişdir. Yuxarıda da qeyd edildiyi ki, cavabdeh rayon məhkəməsində verdiyi izahatında ondan tələb edilən qızılları mənzildə qoyub getdiyini bildirmişdir. İddiaçının tələb etdiyi qızılların qeyd edilən münaqişəyədək tərəflərin birgə yaşadıqları və iddiaçının adına qeydə alınmış Nərimanov rayonu F.Xoyski küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binadakı məzildə (39) olması müəyyən olunduğundan, həmin qızılların cavabdeh tərəfindən aparılmasına dair sübutlar müqayisəli şəkildə dəyərləndirilməlidir.
57. Cavabdeh iddiaçıya məxsus qızıl əşyalarının onda olması və onun tərəfindən aparılmasına dair iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrini şübhə altına alır və onların “öyrədilmiş” olduğunu bildirir. Düzdür, rayon məhkəməsində dindirilmiş şahid (polis əməkdaşı) V.Əkbərlinin ifadəsində iddiaçının tələb etdiyi qızıllar barədə çox müfəssəl məlumat verməsi müəyyən suallar doğura bilər, lakin nəzərə alsaq ki, o polisin təhqiqatçısı kimi tərəflər arasında baş vermiş münaqişənin araşdırmasını aparmışdır, onda məlum olur ki, onun həmin məlumatları bilməsi anlaşılandır. Bununla belə, iddiaçı ilə cavabdeh arasında baş vermiş münaqişəni, onun hətta ananın doğma qızına “əl qaldırması”, qızın isə mənzilin qapısını bağlayıb öz anasını mənzilə buraxmaması, hər iki tərəfin yardım üçün 102-xidmətinə- polisə müraciət etməsinə qədər kəskinləşməsi zəmnində cavabdehin mənzildən yığışıb birdəfəlik gedərkən özünə məxsus hər şeyi apardığı halda, iddiaçıya məxsus qızılları ayırıb orada qoyması məntiqli və ağlabatan görünmür və inandırıcı da deyildir. Bu zaman nəzərə alınır ki, həmin mənzilə köçərək orada yaşamaq qərarını məhz cavabdeh qəbul etmiş, yaşadıqları müddətdə də evin idarə olunması, mənzildə əşyaların harada və necə yerləşdirilməsinin də sərəncamçısı cavabdeh olmuşdur. Demək ki, iddiaçıya məxsus qızıl əşyaların cavabdehdə olmasına dair iddiaçı və şahidlərin bildirdikləri işin müəyyən olunmuş hallarına uyğundur.
58. Belə olan halda yoxlanılmalı növbəti mərhələ cavabdehin sahibliyinin qanuni olub-olmaması ilə bağlıdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, bu mərhələnin yoxlanılması o halda zəruri olur ki, cavabdeh bundan əvvəlki halları - əşyanın mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, eləcə də tələb edilən əşyanın cavabdehin sahibliyində olmasını mübahisələndirmir, əksinə, bunları təsdiq edir, lakin özgə əmlakının saxlanmasının qanunsuz olmadığını, saxlamanın qanuni əsaslarının olduğunu (məsələn, hansısa öhdəliyin təminatı olan girov hüququna əsasən (MM.maddə 276), saxlanc müqaviləsinə əsasən (MM, maddə 468), ləngitmə hüququ (MM, maddə 562) və qanunda və müqavilədə nəzərdə tuulmuş digər əsaslarla) bildirmiş olsun. Hazırkı işdə belə bir hal mövcud deyildir. Demək ki, iddiaçının əşyalarının cavabdehdə qalmasının hər hansı qanuni əsası yoxdur, deməli cavabdeh həmin əşyalara münasibətdə qanunsuz sahibdir.
59. Belə olan halda məlum olur ki, iddiaçı öz əmlaklarını tələb etmək hüququna malikdir, cavabdehin isə özgəsinin qanunsuz saxladığı həmin əşyaları qaytarmağa borcludur.
60. Məhkəmə xüsusi olaraq qeyd edir ki, cavabdeh tərəf iddiaya etiraz etsə də, ondan tələb edilən əşyaların dəyərini nə rayon məhkəməsində iş baxılarkən, nə də apellyasiya icraatı zamanı mübahisələndirməmişdir.
61. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
64. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Nəticə:
65. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
67. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3596/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.