Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5699/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5699/2022 (Açar sözlər: “beh müqaviləsinin ləğvi və behin qaytarılması”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2022 saylı 16 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 oktyabr 2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin: 1.1-ci maddəsinin İ hissəsinə əsasən, tərəflər 31 yanvar 2020-ci il tarixədək ********* qeydiyyat nömrəli. **********47- 06301 reyestr nömrəli. xx.xx.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürür. 1.1-ci maddəsinin İİ hissəsinə əsasən. Cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Orazi İdarəsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli, **********47-06301 reyestr nömrəli. 20 iyun 2006-cı il tarixli çıxarışa əsasən Baı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixə kimi İddiaçı satmağı. İddiaçı isə həmin tarixədək almağı öhdəsinə götürür. İ.İ -ci maddəsinin İİİ hissəsinə əsasən, “Beh verən" gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi “beh alana" 50.000 manat notariusun depozit hesabı vasitəsilə ödəyir. İ.İ-ci maddəsinin İV hissəsinə əsasən, tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa o digər tərəfə behin iki mislini ödəməlidir. l.l-ci maddəsinin V hissəsinə əsasən. Beh verən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkon və girovdan azad olunduqdan sonra qalan ******* hissəsini xx.xx.2020-ci il taixədək satıcı Cavabdeh ödəməlidir. l.l-ci maddəsinin Vİİ hissəsinə əsasən, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı Ohməd oğlu tərəfindən ödənilir.
2. Müqavilə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi iddiaçı notariusun depozit hesabı vasitəsilə cavabdehə 50.000 (əlli min) manat ödəniş etməklə, Beh müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir.
3. İş materiallarından görünür ki, Müqavilənin rəsmiləşdirilməsi üçün notariata 92 (doxsan iki) manat xərc ödəmişdir.
4. Lakin cavabdeh iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamaqdan yayınmışdır.
5. Cavabdehlə sonrakı danışıqlar zamanı yaxın qohumu ilə bağlı ciddi problemlər yarandığını, özünün çətin durumda qaldığını və bir qədər də gözləməyi təvəqqe etmişdir.Bundan sonra cavabdehlə və onunla əlaqədar şəxslərlə əlaqə yaratmaq və onlarla danışmaq mümkün olmamışdır.
6. İddiaçı cavabdehin qeyri-yaşayış sahəsini başqa şəxsə satıb-satmadığını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq 20 fevral 2020-ci il tarixli, 05/0-22-15 nömrəli məktubla bildirilmişdir ki, 15 yanvar 2020-ci ildə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır.
7. Araşdırmanın davamı olaraq iddiaçı cavabdehin rəsmi qeydiyyat ünvanını əldə etmiş və qeyri-yaşayış sahəsinin vəziyyəti ilə maraqlandıqda həmin sahənin başqasına satıldığını öyrənmiş və aldanıldığını başa düşmüşdür.
8. Cavabdehə ünvanlanmış 22 oktyabr 2021-ci il tarixli Pretenziya ilə Müqavilə şərtlərinə riayət etmədiyi üçün razılaşmaya müvafiq olaraq ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir.
9. 16 noyabr 2021-ci il tarixli Pretenziya ilə cavabdehə bir daha müraciət edərək, 3 gün müddətində arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli Beh müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb etmişdir.
10. Cavabdeh müqavilənin ləğv edilməsi təklifinə qoyulmuş müddət ərzində cavab verməmişdir.
11. xx.xx.2020-cı il, xx.xx.2021-ci il tarixli pretenziyaların surətindən görünür ki, məktubda qeyd edilmişdir: “15 yanvar 2020-ci ildə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair aramızda beh müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə Sizə tərəfimdən 50.000 (əlli min) manat ödənilmişdir. Müqavilə üzrə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixədək mənə satmağı (alqısatqı müqaviləsini rəsmiləşdirməyi) öhdənizə götürsəniz də, sizə ünvanlanmış müraciətlərimə baxmayaraq, bu günədək həmin müqavilənin bağlanması üçün sənədləri notariat orqanına təqdim etməmisiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492-ci maddəsinə və Beh Müqaviləsinin 5-ci bəndinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Odur ki, bir daha müraciət edərək, 15 yanvar 2020-ci il tarixli beh müqaviləsi üzrə Sizə ödənilmiş 50.000 (əlli min) manat behin iki mislini, yəni 100.000 (bir yüz min) manat pulu 3 (üç) gün ərzində geri qaytarmağınızı tələb edirəm. Əks halda hüquqi müdafiə tədbirlərindən istifadə etmək məcburiyyətində qalacağımı nəzərə almağınız xahiş olunur.”
12. Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna əsasən Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X5 mülkiyyətinə verir.
13. Həmin müqavilənin 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan Arayışa əsasən müqavilə bağlanan anda daşınmaz əmlak X1 xeyrinə ipoteka ilə yüklüdür.İpoteka saxlayan X1 Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu Məmmədov İ.A.tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8 İ/3466 reyestr nömrəli ərizəsinə əsasən kredit kredit müqavilələri üzrə Cavabdeh X3 qarşısında 1.300.450,0 (bir milyon üç yüz min dörd yüz əlli ) manat məbləğində ödənilməli olan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış sahəsinin satılmasına və ipotekadan azad olunmasına razılıq verib .
14. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddianın verilməsi üçün 390 (üç yüz doxsan) manat dövlət rüsumu ödəmişdir..
15. İş materiallarından görünür ki, iddiaçı hazırkı mübahisənin həlli üçün hüquqi yardıma görə 1010 (bir mir on) manat vəkilə ödəniş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh müqaviləsinin ləğv edilməsi, iddiaçının xeyrinə 100.000 (bir yüz min) manat beh məbləğinin, 92 (doxsan iki) manat notariat xərcinin, 390 (üç yüz doxsan) manat dövlət rüsumunun, 1010 (bir mir on) manat hüquqi yardım üçün ödənilmiş haqqın, cəmi 101492 (bir yüz. bir min dörd yüz doxsan iki) manatın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinə görə, 31 yanvar 2020-ci il tarixədək ********* qeydiyyat nömrəli, **********47-06301 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata iddiaçıya satılması barədə alqı-satqı müqaviləsi bağlamağa razılaşmışdılar. Müqavilə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi notariusun depozit hesabı vasitəsilə Cavabdehə 50.000 (əlli min) manat ödəniş etməklə, Beh müqaviləsi üzrə öhdəliyini tam icra edib. Müqavilənin rəsmiləşdirilməsi üçün notariata 92 (doxsan iki) manat ödəyib. Cavabdeh qeyri-yaşayış sahəsinin tarixi və mədəniyyət əhəmiyyətli olduğundan onun özgəninkiləşdirilməsi üçün tələb olunan müvafiq icazələri almaq və əmlakın girovdan azad edilməsindən ötrü vaxt lazım olduğunu və gözləməyi xahiş etdi. Xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh həmin qeyri-yaşayış sahəsinə dair sənədləri notariat orqanına təqdim etmədi və iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamaqdan yayındı. Cavabdehlə sonrakı danışıqlar zamanı yaxın qohumu ilə bağlı ciddi problemlər yarandığını, özünün çətin durumda qaldığını və bir qədər də gözləməyi təvəqqe etdi. Lakin yeni gözlənti də fayda vermədi. Onunla və onunla əlaqədar şəxslərlə əlaqə yaratmaq və onlarla danışmaq mümkün olmadı. Bəlli ünvanlara baş çəkmələr onu tapmaqla nəticələnmədi, yazılı müraciətləri qəbul etməkdən imtina etdi. Araşdırmanın davamı olaraq onun rəsmi qeydiyyat ünvanını əldə etdi və qeyri-yaşayış sahəsinin vəziyyəti ilə maraqlandıqda həmin sahənin başqasına satıldığını öyrəndi və aldanıldığını başa düşdü. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi müraciətinə cavab olaraq 20 fevral 2020-ci il tarixli, 05/0-22-15 nömrəli məktubla bildirmişdir ki, 15 yanvar 2020-ci ildə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır. Cavabdehə ünvanlanmış 22 oktyabr 2021-ci il tarixli Pretenziya ilə Müqavilə şərtlərinə riayət etmədiyi üçün razılaşmaya müvafiq olaraq ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb etsə də, cavabdeh tərəfindən hər hansı münasibət bildirilməmişdir. 16 noyabr 2021-ci il tarixli Pretenziya ilə cavabdehə bir daha müraciət edərək, 3 gün müddətində arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli Beh müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş beh məbləğinin iki mislinin qaytarılmasını tələb etdi. Cavabdeh müqavilənin ləğv edilməsi təklifinə qoyulmuş müddət ərzində cavab verməmişdir. Beləliklə, cavabdeh daşınmaz əmlakın alqı-satqısına dair ilkin razılaşmaya əməl etmədiyindən aralarında bağlanmış Beh müqaviləsi ləğv edilməli və 100.000 (bir yüz min) manat beh məbləğinin, 92 (doxsan iki) manat notariat xərcinin, 390 (üç yüz doxsan) manat dövlət rüsumunun və 1010 (bir min on) manat hüquqi yardım üçün ödənilən haqqın cavabdehdən tututalaraq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmalıdır. Tərəflər arasında notariat qaydasında bağlanılmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin: 1.1-ci maddəsinin İ hissəsinə əsasən, tərəflər 31 yanvar 2020-ci il tarixədək ********* qeydiyyat nömrəli. **********47-06301 reyestr nömrəli. xx.xx.2006cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürür. 1.1-ci maddəsinin İİ hissəsinə əsasən. Cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Orazi İdarəsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli, **********47-06301 reyestr nömrəli. 20 iyun 2006-cı il tarixli çıxarışa əsasən Baı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixə kimi İddiaçı satmağı. İddiaçı isə həmin tarixədək almağı öhdəsinə götürür. İ.İ -ci maddəsinin İİİ hissəsinə əsasən, “Beh verən" gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi “beh alana" 50.000 manat notariusun depozit hesabı vasitəsilə ödəyir. İ.İ-ci maddəsinin İV hissəsinə əsasən, tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa o digər tərəfə behin iki mislini ödəməlidir. l.l-ci maddəsinin V hissəsinə əsasən. Beh verən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkon və girovdan azad olunduqdan sonra qalan ******* hissəsini xx.xx.2020-ci il taixədək satıcı Cavabdeh ödəməlidir. l.l-ci maddəsinin Vİİ hissəsinə əsasən, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı Ohməd oğlu tərəfindən ödənilir.
18. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izhat verib, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edərək, iddia ərizəsinə etirazla bağlı bildirmişdir ki, etiraza əsasən guya İddiaçı xx.xx.2020-ci il tarixə kimi müqavilə bağlamağa gəlmədiyi üçün onunla müqavilə bağlanması baş tutmamışdır. Bununla bağlı bildirir ki, xx.xx.2020-ci il tarixli beh müqaviləsi cavabdehə məxsus girovda olan əmlakla bağlı bağlanmış və müqavilənin şərtinə görə girovda olan əmlakı xx.xx.2020-ci il tarixdə girovda azad edilməli idi və bundan sonra qalıq vəsait cavabdehə ödənilməli idi. Əmlak girovdan azad edilməyib, edilibsə bununla bağlı sənədləri cavabdeh məhkəməyə təqdim edilməyib. Başqa bir tərəfdən isə cavabdeh məhudiyyətləri götürməsi, əmlakın müqavilənin bağlanmasına hazır olması ilə bağlı iddiaçıya ya telefon, ya da yazılı şəkildə müracit etməsini sübut edə bilmir. Əmlak müqavilənin bağlanmasına hazır deyildisə, müqavilə necə bağlana bilərdi? Bu haqda işdə hər hansı sənəd yoxdur. Cavabdeh məhkəməni çaşdırmağa çalışır ki, guya iddiaçı əmlakı almadığı üçün onu daha ucuz qiymətə satmışdır. Bununla bağlı bildirir ki, beh müqaviləsinə əsasən iddiaçı əmlakı girovdan azad vəziyyətlə alırdı, onun girovda olan əmlakı almaq niyyəti olmamışdır. Cavabdehin həmin əmlakı satdığı şəxs onu hansı vəziyyətdə almışdır? Girovdan azad, yoxsa girovda ola- ola? Ümumiyyətlə əmlakın həqiqətən daha ucuz qiymətə və ya girovdan azad edilmiş vəziyyətdə satılması baıədə işdə hər hansı sübut yoxdur. Bəlkə həmin alıcıya girovu saxlamaqla ucuz qiymətə almaq sərf edib, bu onun və cavabdehin şəxsi işləridir. Cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtini pozubsa buna görə cavabdehlik daşıyır.
19. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
20. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd edir ki, iddiaçı öz iddia ərizəsində Cavabdeh arasında notarial qaydada bağlanmış 15 yanvar 2020-ci il tarixli beh müqaviləsinə görə 31 yanvar 2020-ci il tarixinədək ********* qeydiyyat nömrəli **********47-06301 reyestr nömrəli xx.xx.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-vaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata ona satılması barədə alqı-satqı müqaviləsi bağlamağa razılaşdırıldığı qeyd edilmişdir. İddia ərizəsində iddiaçı müqavilə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi notariusun depozit hesabı vasitəsilə cavabdehə 50.000 (əlli min) ödəniş etməklə, beh müqaviləsi üzrə öhdəliyini tam icra etdiyini, müqavilənin rəsmiləşdirilməsi üçün notariusa 92 (doxsan iki) manat ödədiyini bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində cavbdeh Cavabdeh qeyri-yaşayış sahəsinin tarixi və mədəniyyət əhəmiyyətli olduğundan onun özgəninkiləşdirilməsi üçün tələb olunan müvafiq icazələri almaq və əmlakın girovdan azad edilməsindən ötrü zaman lazım olduğunu və bunun gözləməyi xahiş etdiyini bildirmişdir. Bidirmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin heç bir əsası yoxdur. Belə ki. tərəflər arasında mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı oğlıı ilə Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixində beh müqaviləsi imzalanmışdır. Həmin beh müqaviləsinin 1-ci maddəsinin şərtlərinə əsasən tərəflər 31 yanvar 2020-ci il tarixinə qədər ********* qeydiyyat nömrəli **********47-0631)1 reyestr nömrəli xx.xx.2006-cı il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cəmi 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Qeyd etmək istəyir ki, müqavilənin predmetindən və tərəflərin qarşılıqlı razılığından da göründüyü kimi tərəflər ən gec 31 yanvar 2020-ci il tarixində alqı-satqı müqaviləsini imzalamalı, Cavabdeh özünün mülkiyyətində olan qeyri-yaşayış sahəsini razılaşdırılmış olan məbləğin ona ödənilməsi müqabilində iddiaçı X4 təhvil verməli idi. Ancaq maraqlı haldır ki, iddiaçı 31 yanvar 2020-ci il tarixində qeyd edilən daşınmaz əmlakın alqısatqı müqaviləsinin bağlanması üçün notariat orqanına gəlməmişdir. Onunla əlaqə saxlanıldığında qeyri-yaşayış sahəsini birlikdə almaq istədiyi şəriki ilə anlaşmazlıq olduğunu, alqı-satqı müqaviləsinin yaxın günlərdə bağlanacağını cavabdehə bildirmişdir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində qeyri-yaşayış sahəsinin tarixi və mədəni əhəmiyyətli olması, bununla bağlı özgəninkiləşdirmə ilə bağlı müvafiq orqanlarıdan icazə alınması ilə əlaqədar qeyd etdiklərinin heç bir əsas yoxdur. Belə ki, hər nə qədər qeyri-yaşayış sahəsi İçərişəhər adlandırılan yerdə yerləşsə də, həmin qeyri-yaşayı sahəsi X10-Memarlıq Qoruğunun sahəsinə düşməməkdədir. Dolayısı ilə bunun üçün hər hansı bir orqandan icazə almağa ehtiyac da yox idi. Həmçinin iddia ərizəsində cavabdehin iddiaçı ilə danışıqlar zamanı vaxın qohumu ilə ciddi problemlər yaranması və özünün çətin durumda qalması və bir qədər gözləməsi ilə bağlı təvəqqe etdiyinə dair qeyd edilənlərin də əsası yoxdur. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi cavabdehin özünün şəxsi mülkü olduğu üçün onun satışının hər hansı bir qohumu ilə probleminin olmasının qeyd edilən alqı-satqı əməliyyatına nə kimi aidiyyəti olduğu anlaşılmamaqdadır. Yəni tərəfin özünün mülkiyyətində olan əmlakına sərəncam ve məçi qohumu ilə olan münasibətlərin düzəlməsinə nə aidiyyəti ola bilərdi? O zaman ortaya haqlı olaraq bir sual çıxmaqdadır: Əgər qohumlarla hər hansı bir problem varsa, niyə o zaman 15- 20 gün əvvəlcədən 50.000 manat məbləğində beh alınmaqdadır? İddia ərizəsində qeyd edilənlərin əsassızlığı ilə bağlı bir digər məqam mdan ibarətdir ki, İddiaçı sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş, sorğuya verilən cavabda ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2020-ci il tarixdə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat “Elektron notariat” informasiya sistemində aşkar olunmadığı ona bildirilmişdir. Bildirmək istəyir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilərək gözlənilmiş, iddiaçı özü də AR ədliyyə Nazirliyindən 20 fevral 2020-ci il tarixində 05/Q-22-13 saylı cavab məktubu almış, həmin məktubda qeyd edilən əmlakın özgəninkiləşdirilməməsi ilə bağlı qeydlə tanış olmuş, ondan sonra daşınmaz əmlakın alqı-satqısı üçün notariat orqanına gəlməmiş, həmçinin daşınmaz əmlakın alqı-satqısının rəsmiləşdirilməsi üçün heç bir tədbir görməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh tərəfindən qeyd edilən qeyri-yaşayış sahəsi 23 iyul 2020-ci il tarixində özgəninkiləşdirilmişdir. Belə ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 2.500.000 (iki milyon beş yüz min) manata üçüncü şəxslərə özgəninkiləşdirilmişdir. Belə ki, beh müqaviləsinin bağlandığı tarixdən etibarən 6 aydan artıq bir müddət keçdikdən sonra beh müqaviləsi imzalanan tarixdə razılaşdırılmış olan məbləğdən (3.200.000 manat) 700.000 (yeddi yüz min) manat daha ucuz qiymətə satılmışdır. Bu isə birbaşa Cavabdeh həmin əmlakın satışı zamanı zərərə məruz qaldığına əyani sübut təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddənin tələblərindən də göründüyü kimi müqavilənin icra edilməməsi üçün beh verən tərəf məsuliyyət daşıyırsa, o zaman beh, digər tərəfdə qalır. İşdə olan materiallardan da göründüyü kimi iddiaçı beh müqaviləsinin bağlandığı tarixdən 6 aydan artıq bir müddət keçmnəyinə baxmayaraq alqı-satqı müqaviləsinin bağlanması üçün niyə notariat orqanına gəlmədiyini əsaslandıra bilməmişdir. Həmçinin maraqlı olan haldır ki, 50.000 manat kimi yüksək bir məbləği ödəyən tərəf həmin məbləğin alınması üçün alqı-satqının aparıldığı dövrə qədər (23 iyul 2020-ci il tarixinə qədər) cavabdehə bir dəfə də olsun pretenziya (və ya xəbərdarlıq) xarakterli məktub göndərməmişdir. Sadəcə beh müqaviləsinin bağlandığı tarixdən 2 ilə yaxın bir müddət keçdikdən sorna həmin vəsaitin geri qaytarılması üçün pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Bunun özü İddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması üçün Cavabdeh notariat orqanına gəlməməsi ilə bağlı qeyd etdiklərinin əsassız olduğunu sübut edir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)- 559/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “beh müqaviləsinin ləğvi və behin qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması məqsədilə 50000 manat beh vermişdir. İddiaçı Cavabdeh xx.xx.2020-cı il, xx.xx.2021-ci il tarixli pretenziyalar göndərmiş, ödənilmiş 50.000 (əlli min) manat behin iki mislini, yəni 100.000 (bir yüz min) manat pulu 3 (üç) gün ərzində geri qaytarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli 05/Q-22-13 saylı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2020-ci il tarixdə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra xx.xx.2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat «Elektron notariat» informasiya sistemində aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixli sorğusuna əsasən Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X2 ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini “alıcı” X5 mülkiyyətinə verir.
23. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, mülki işin araşdırılması zamanı iş üzrə təqdim edilmiş sübutlarla mübahisəli qeyri-yaşayış sahəsinin tarixi və mədəni əhəmiyyətli olması müəyyən edilməmişdir. İkinci bir tərəfdən məhkəmə əmlakın girovdan azad edilməsindən ötrü cavabdehin iddiaçıdan vaxt istəməsi ilə bağlı iddia tələbinin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki işdə olan 23 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin 4-cü bəndindən göründüyü kimi ipoteka saxlayan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış binasının satılmasına və ipotekadan azad olunmasına razılıq vermişdir. Belə olan təqdirdə isə məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak satılan anda girovdan azad edilməklə, özgəninkiləşdirilmişdir. Həmçinin də məhkəmə bildirmişdir ki, mübahisəli beh müqaviləsinin 1-ci maddəsinin şərtlərinə əsasən tərəflər 31 yanvar 2020-ci il tarixinə qədər ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini cəmi 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Belə olan halda isə beh müqaviləsinin qüvvədə olduğu təxminən 1 aylıq müddətində müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı beh müqaviləsinin bağlandığı tarixdən iki ildən çox müddət keçdikdən sonra həmin vəsaitin geri qaytarılması üçün pretenziya məktubu ilə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı (“beh verən”) bu razılaşmanı pozmuş və daşınmaz əmlakın alqı-satqısı üçün notariat kontoruna gəlməmişdir. Bundan sonra cavabdeh həmin müqavilədən 6 ay sonra mübahisəli qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır.
24. Beləliklə işin mübahisəsiz hallarından müəyyən olunur ki, İddiaçı həmin müqavilənin şərtlərini pozaraq alqı-satqı müqaviləsini beh müqaviləsində göstərilən 31 yanvar 2020-ci il tarixinə qədər bağlamaq üçün lazımi hərəkətlər etməmiş, nəticədə cavabdeh həmin əmlakı başqa şəxsə satmışdır. Belə ki, əmlak özgəninkiləşdirildikdən sonra tərəflər arasında hər hansı hüquqi münasibətlər qalmayıb. Bu səbəbdən də məhkəmə qeyd etmişdir ki, mövcud olmayan hüquq münasibətlərinin ləğvindən də söhbət gedə bilməz. Üstəlik əqd üzrə lazımi hüquqi hərəkətlər xx.xx.2020-ci il tarixədək icra edilməli olduğu halda, iddiaçı bunu etməmiş, iddiaçı tərəfindən müqavilənin şərtləri pozulmuş və tərəflər arasında mövcud olmuş münasibətlər artıq davam etmədiyi üçün müqavilənin ləğvi üçün əsaslar da qalmamışdır.
25. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 14.2.1-ci maddəsinə, 324.1-ci maddəsinə, 324.4-cü maddəsinə əsasən, 389.1-ci maddəsinə, 567-ci maddəsinə, 491.1-ci maddəsinə, 491.2-ci maddəsinə, 491.3-cü maddəsinə, 425.1-ci maddəsinə, 425.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-559/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
27. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında notariat qaydasında bağlanılmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin: 1.1-ci maddəsinin İ hissəsinə əsasən, tərəflər 31 yanvar 2020-ci il tarixədək ********* qeydiyyat nömrəli, **********47-06301 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürür. 1.1-ci maddəsinin İİ hissəsinə əsasən, Cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli, **********47-06301 reyestr nömrəli, 20 iyun 2006-cı il tarixli çıxarışa əsasən Baı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixə kimi İddiaçı satmağı, İddiaçı isə həmin tarixədək almağı öhdəsinə götürür. İ.İ-ci maddəsinin İİİ hissəsinə əsasən, “Beh verən" gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi “beh alana" 50.000 manat notariusun depozit hesabı vasitəsilə ödəyir. l.l-ci maddəsinin V hissəsinə əsasən, Beh verən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən və girovdan azad olunduqdan sonra qalan ******* hissəsini xx.xx.2021-ci il taixədək satıcı Cavabdeh ödəməlidir. l.l-ci maddəsinin Vİİ hissəsinə əsasən, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı tərəfindən ödənilir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin İ.İ-ci maddəsinin İV hissəsinə əsasən, tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa o digər tərəfə behin iki mislini ödəməlidir. Cavabdeh müqavilə şərtlərini icra etmədiyi üçün qeyd edilən məsuliyyətdən yayına bilməz. Məhkəmə onun müqavilə şərtlərini pozduğunu göstərsə də, bunu, eyni zamanda iddianı hansı səbəbdən rədd etdiyini əsaslandırmamışdır. Ümumiyyətlə əmlakın girovdan azad edilmiş vəziyyətdə satılması barədə işdə hər hansı sübut yoxdur. Bəlkə həmin alıcıya girovu saxlamaqla ucuz qiymətə almaq sərf edib, bu onun və cavabdehin şəxsi işləridir. O, belə bir riskə gedə bilməzdi. Məhkəmə sorğusuna əsasən Notariat ofosi tərəfindən təqdim edilən sənədlər sübuta yetirir ki, ondan sonrakı alıcı Lütfi Qılıncla 23 iyul 2021-ci il tarixdə müqavilə bağlanarkən belə əmlak girovdan azad edilməmiş, və sonrakı alıcı əmlakı bankın razılığına əsasən girovda ola-ola aşağı qiymətə satmışdır. Cavabdeh onunla bağlanmış müqavilənin şərtini pozubsa buna görə cavabdehlik daşıyır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
31. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
32. 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
35. 567-ci maddəsinə əsasən, alqı-satqı muqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində muəyyənləşdirilmiş pul məbləğini (qiyməti) odəməyi öhdəsinə götürür.
36. 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
37. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
38. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
39. 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.
40. 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
41. 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
42. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır.
43. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
44. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
45. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasım təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
56. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
57. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
59. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin: 1.1-ci maddəsinin İ hissəsinə əsasən, tərəflər 31 yanvar 2020-ci il tarixədək ********* qeydiyyat nömrəli. **********47-06301 reyestr nömrəli. xx.xx.2006-cı il tarixli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 3.200.000 (üç milyon iki yüz min) manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürür. 1.1-ci maddəsinin İİ hissəsinə əsasən. Cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhəri Orazi İdarəsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli, **********47-06301 reyestr nömrəli. 20 iyun 2006-cı il tarixli çıxarışa əsasən Baı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 31 yanvar 2020-ci il tarixə kimi İddiaçı satmağı. İddiaçı isə həmin tarixədək almağı öhdəsinə götürür. İ.İ -ci maddəsinin İİİ hissəsinə əsasən, “Beh verən" gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi “beh alana" 50.000 manat notariusun depozit hesabı vasitəsilə ödəyir. İ.İ-ci maddəsinin İV hissəsinə əsasən, tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa o digər tərəfə behin iki mislini ödəməlidir. l.l-ci maddəsinin V hissəsinə əsasən. Beh verən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkon və girovdan azad olunduqdan sonra qalan ******* hissəsini xx.xx.2020-ci il taixədək satıcı Cavabdeh ödəməlidir. l.l-ci maddəsinin Vİİ hissəsinə əsasən, müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər İddiaçı Ohməd oğlu tərəfindən ödənilir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, Müqavilənin l.l-ci maddəsinin V hissəsindən göründüyü kimi, qeyri-yaşayış sahəsi girovdan azad olunduqdan sonra Beh verən alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən iddiaçı qalan ******* hissəsini xx.xx.2020-ci il taixədək satıcı Cavabdeh ödəməlidir.Yəni Müqaviləyə əsasən cavabdeh xx.xx.2020ci il taixədək qeyri-yaşayış sahəsini yüklülükdən azad edərək alqı-satqı müqaviləsini rəsmiləşdirməli, iddiaçı isə yüklülükdən azad edilmiş qeyri-yaşayış sahəsinin dəyərindən qalan 3.150.000 manat hissəsini ödəməklə alqı-satqı müqaviləsi rəsmiləşdirməlidir.
61. Həmçinin, Müqavilə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təminatı kimi iddiaçı notariusun depozit hesabı vasitəsilə cavabdehə 50.000 (əlli min) manat ödəniş etməklə, Beh müqaviləsi üzrə öhdəliyini tam icra etmişdir.
62. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, nəinki cavabdeh xx.xx.2020-ci il taixədək qeyri-yaşayış sahəsini yüklülükdən azad etməmiş, o cümlədən alqı-satqı müqaviləsini rəsmiləşdirməmiş, hətta iddiaçının onunla əlaqə saxlamasına da şərait yaratmamışdır.
63. Bundan sonra iddiaçı cavabdehin qeyri-yaşayış sahəsini başqa şəxsə satıbsatmadığını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq 20 fevral 2020-ci il tarixli, 05/0-22-15 nömrəli məktubla bildirilmişdir ki, 15 yanvar 2020ci ildə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır.
64. Araşdırmanın davamı olaraq iddiaçı qeyri-yaşayış sahəsinin vəziyyəti ilə maraqlandıqda həmin sahənin başqasına satıldığını öyrənmiş və aldanıldığını başa düşmüşdür.
65. Belə ki, iş materiallarına əsasən Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X2 ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini “alıcı” X5 mülkiyyətinə verir.
66. Həmin müqavilənin 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan Arayışa əsasən müqavilə bağlanan anda daşınmaz əmlak X1 xeyrinə ipoteka ilə yüklüdür.İpoteka saxlayan X1 Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu Məmmədov İ.A.tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8 İ/3466 reyestr nömrəli ərizəsinə əsasən kredit kredit müqavilələri üzrə Cavabdeh X3 qarşısında 1.300.450,0 (bir milyon üç yüz min dörd yüz əlli ) manat məbləğində ödənilməli olan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış sahəsinin satılmasına və ipotekadan azad olunmasına razılıq verib .
67. Beləliklə, iş materialları ilə sübut olunur ki, tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin şərlərini iddiaçı vaxtında və lazımı qaydada icra edib, yəni cavabdehə 50.000 (əlli min) manat ödəniş etməklə, Beh müqaviləsi üzrə öhdəliyini tam icra edib.Cavabdeh isə həmin Müqavilə üzrə öhdəliyini icra etməmişdir, yəni:
68. 1) xx.xx.2020-ci il taixədək qeyri-yaşayış sahəsini yüklülükdən azad etməmiş; (Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X5 mülkiyyətinə verərkən də daşınmaz əmlak yüklü olub və X1 xeyrinə ipoteka ilə yüklüdür.İpoteka saxlayan X1 Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu Məmmədov İ.A.tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8 İ/3466 reyestr nömrəli ərizəsinə əsasən kredit kredit müqavilələri üzrə Cavabdeh X3 qarşısında 1.300.450,0 (bir milyon üç yüz min dörd yüz əlli ) manat məbləğində ödənilməli olan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış sahəsinin satılmasına və ipotekadan azad olunmasına razılıq verib.)
69. 2) Cavabdeh nəinki xx.xx.2020-ci il taixədək qeyri-yaşayış sahəsini yüklülükdən azad etməmiş, o cümlədən alqı-satqı müqaviləsini rəsmiləşdirməmiş, hətta iddiaçının onunla əlaqə saxlamasına da şərait yaratmamışdır.Bundan sonra iddiaçı cavabdehin qeyri-yaşayış sahəsini başqa şəxsə satıb-satmadığını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq 20 fevral 2020-ci il tarixli, 05/0-22-15 nömrəli məktubla bildirilmişdir ki, 15 yanvar 2020-ci ildə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır.
70. Beləliklə, də iddiaçı beh müqaviləsinin bağlandığı tarixdən 6 aydan artıq bir müddət keçməyinə baxmayaraq alqı-satqı müqaviləsinin bağlanması üçün notariat orqanına gəlmədiyi ilə bağlı cavabdehin dəlilləri əsassızdır və heç bir sübuta söykənmir, əksinə işin yuxarıda sadalanan halları ilə təkzib olunur.
71. 3) Nəhayət, tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin şərlərinin pozmaqla cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya deyil, başqa şəxsə satmışdır.
72. Cavabdehin daşınmaz əmlakı 3-cü şəxsə (X6) ucuz satması dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Bakı şəhəri 11 saylı dövlət notariat kontoru tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixində 4Ə-277 reyestr ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə notariat işinin təsdiq edilmiş kserosurətindən müəyyən edilir ki, “Satıcı” X2 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “alıcı” X5 mülkiyyətinə verərkən də daşınmaz əmlak yüklü olub və X1 xeyrinə ipoteka ilə yüklüdür.İpoteka saxlayan X1 Bakı şəhəri 11 saylı notariat ofisinin notariusu Məmmədov İ.A.tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 8 İ/3466 reyestr nömrəli ərizəsinə əsasən kredit kredit müqavilələri üzrə Cavabdeh X3 qarşısında 1.300.450,0 (bir milyon üç yüz min dörd yüz əlli ) manat məbləğində ödənilməli olan kredit məbləğinin ödənilməsi şərti ilə qeyri-yaşayış sahəsinin satılmasına və ipotekadan azad olunmasına razılıq verib.
73. Odur kİ, cavabdehin yüklü vəziyyətdə olan daşınmaz əmlakını 3-cü şəxs -X6 nisbətən ucuz qiymətə satması iddiaçının 15 yanvar 2020-ci il tarixli Beh Müqaviləsinin icrasından yayınmasının təsdiqinə yönələn dəlil kimi dəyərləndirilməsi iş materialları ilə təsdiq edilməməklə yanaşı, məntiqə də uyğun deyildir.
74. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.(MPM-in 14.2, 77.1, 88, 217.3.-cü maddələri).
75. Cavabdehin vəkili və nümayəndəsinin “əgər iddiaçı qeyri-yaşayış sahəsini almaqda israrlı idisə niyə uzun müddət gözləyirdi?” dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və iddiaçının vəkili və nümayəndəsinin izahatı ilə təsdiq olunur ki, iddiaçı qeyri-yaşayış sahəsini almaqda israrlı olmuş, 31 yanvar 2020-ci il tarixdə Beh müqaviləsi cavabdeh tərəfindən icra olunmadığından narahat olmuş, lakin cavabdeh iddiaçının onunla əlaqə saxlamasına da şərait yaratmamışdır.Bundan sonra iddiaçı cavabdehin qeyri-yaşayış sahəsini başqa şəxsə satıb-satmadığını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq 20 fevral 2020-ci il tarixli, 05/0-22-15 nömrəli məktubla bildirilmişdir ki, 15 yanvar 2020-ci ildə ünvan 4tariat ofisində beh müqaviləsinin rəsmiləşdirilməsindən sonra 19 fevral 2020-ci il tarixədək sözügedən əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin təsdiq edilməsi haqqında məlumat Elektron notariat informasiya sistemində aşkar olunmamışdır.İddiaçı bu cavab məktubundan sonra bir qədər rahat olmuş, lakin cavabdehlə əlaqə yaratmağa çalışmış və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına nə maneə olmasını öyrənməyə cəhd etmişdir, beləliklə xeyli müddət keçmişdir.
76. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı 15 yanvar 2020-ci il tarixli Beh müqaviləsinin ləğv edilməsi, iddiaçının xeyrinə 100.000 (bir yüz min) manat beh məbləğinin (behin iki misli) tutulması tələbi əsaslıdır və təmin olunmalıdır.
77. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin tərəflər arasındakı müqavilənin şərtlərini pozması nəticəsində iddiaçıya dəymiş zərəri ödəməli olmasını nəzərə alaraq hesab edir ki, 92 (doxsan iki) manat notariat xərcinin cavabdehdən tutulması hissədə də tələb əsaslıdır.
78. Eyni zamanda Kollegiya MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, 390 (üç yüz doxsan) manat dövlət rüsumu və 1010 (bir mir on) manat hüquqi yardım üçün vəkilə ödənilmiş xərc də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. 79.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(005)- 559/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi təmin olunsun. Tərəflər arasında xx.xx.2020-ci il tarixində bağlanılmış beh müqaviləsi ləğv olunsun. Cavabdeh 100.000,0 (bir yüz min) manat beh məbləği, 92 (doxsan iki) manat notariat xərci, 390 (üç yüz doxsan) manat dövlət rüsumu, 1010 (bir min on) manat hüquqi yardım üçün ödənilmiş haqq, cəmi 101.492,0 (bir yüz bir min dörd yüz doxsan iki) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.