Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5709/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı/cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-cı il tarixli, 2(005)-1518/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsiə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının yataq mebeli: 1 ədəd çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumboçka, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd yorğan (iki nəfərlik), 1 ədəd taxt üçün nazik döşək, 6 ədəd yastıq, 2 ədəd nazik yorğan, 1 ədəd pled (nazik odeyal), 1 ədəd nazik pokrıval, 2 ədəd böyük xalça, 4 ədəd balaca xalça, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd suşelka, 16 ədəd dəsmal (böyük, balaca), qutuda balaca dəsmal, 3 dəst postel komplekti, 2 ədəd süfrə, çəngəl-qaşıq naboru, 1 ədəd obedniy servis, 1 ədəd toster, 1 ədəd su termosu, qazan naboru, 1 ədəd padnos, 1 ədəd aş süzən, pol yuyan vedrə, quru ədəvalar üçün qablar, 6 ədəd çay stəkanı, 6 ədəd nəlbəki, 6 ədəd stəkan, 2 ədəd xrustal qrafin, 2 ədəd mürəbbə qabı, 6 ədəd su stəkanı, 1 ədəd lampa (svetelnik), yumşaq oyuncaqlar, 1 ədəd pərdə, 1 ədəd uşaq odeyalı, 1 ədəd yolka suvenir, kartoşka-soğan üçün qab, suvenirler, göz muncuqları, 3 ədəd plasmas ləyənlər, 1 ədəd tək qazan, 1 ədəd kulonka, 1 ədəd elektrik çayniki, 1 ədəd böyük çaynik, 2 ədəd balaca dəm çayniki, yaşıl saxsı servis, taxta nabor, çay dəsmalları, dəftər, kitabların Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaş Mas, 9döngə, 168 saylı evdən çıxarılması və vəkilə çəkdiyi 101 manat xərcin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaş Mas, 9-döngə, 168 saylı evin uzun müddətdir ki, sahibidir. Azərbaycan Respublikasının ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 14.07.2020-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********57-10301 nömrəli reyestr kitabında qeydiyyata alınmışdır. Cavabdeh oğlu X6 31 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan bir uşaq 22 oktvabr 2019-cu il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçının oğlu ailə həyatı qurduqdan sonra ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaş Mas, 9-Döngə, 168 saylı evə cavabdehin cehiz əşyaları yerləşdirilmişdir. Həmin evdə oğlu cavabdehlə qısa müddətdə yaşamış, hətta toydan bir müddət sonra onlar birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsindəki olan mənzilə köçərək orda yaşamışlar. Sonradan oğlu ilə arvadı arasında olan ailə münasibətləri korlanmış, gəlini Cavabdeh oğluna qarşı "nikahın pozulması və aliment" tələbi ilə məhkəməyə müraciət etmiş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(005)-3183/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında olan nikah pozulmuş, azyaşlı uşaq cavabdehin himayəsinə verilməsi, azyaşlı uşağın saxlanması üçün oğlundan ay 170 manat və ananın saxlanması 50 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin oğlu ilə olan nikahı məhkəmə qaydasında pozulduqdan sonra ona məxsus evdən cehiz əşyalarının çıxardılması barədə cavabdehə xəbərdarlıq etsə də, müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı xüsusi mülkiyyətində olan evdən cavabdeh özünə məxsus cehiz əşyalarının boşadılmamasını bildirmişdir. Onun iradəsinə zidd olaraq cavabdehə məxsus həmin əşyaların evdən boşadılmaması, həmin əşyaların bugünki dövrədək otaqlarda qalmasını, cavabdehin istədiyi zamanda və icra məmurun iştirakı ilə cehiz əşyalarının çıxarmasını ona sərt formada bildirmişdir. Cavabdehin bu cür hərəkəti evində cehiz əşyalarının əsassız saxlamaqla iddiaçı olaraq iddiaçının mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı oğlu X2 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2- ci Yaşayış massivi, 9-cu döngə, ev 168 yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, onun və azyaşlı oğlu 22.10.2019-cu ildə doğulmuş X2 birgə cavabdeh X7 istifadəsində, birgə cavabdeh İddiaçı istifadəsində və mülkiyyətində olan ünvan 1 ünvanındakı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 30 dekabr 2018-ci ildə cavabdeh X6 rəsmi nikaha daxil olub, cavabdehin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 2 ünvanındakı yaşayış sahəsinə gəlin köçmüşdür. Birgə nikahdan bir övladları - 22.10.2019-cu ildə doğulmuş X10 anada olmuşdur. Nikah bağlandıqdan sonra ilk vaxtlar cavabdehlə aralarındakı normal ailə münasibətləri yaransa da, sonradan, yəni nikah bağlandıqdan üç ay sonra münasibətlər tamamilə pozuldu və həmin vaxtdan sonra cavabdeh evə gəlməməyə başladı. 22 oktyabr 2019-cu ildə oğlu X10 anadan olduqdan sonra o cavabdehdən ayrı, azyaşlı oğlu ilə birlikdə valideynlərinin evində, onların himayəsində yaşayır. Nikahları Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3183/2020 nömrəli, 05.10.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı oğlu 22.10.2019-cu ildə doğulmuş X10 onun yanında saxlanılmışdır. Onun valideynləri heç bir yerdə işləmir, onlar mövcud vəziyyəti nəzərə alınaraq cavabdeh X7 qeydiyyatda olduğu eyni zamanda cavabdehin anası cavabdeh İddiaçı qeydiyyatda olduğu və mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ təmin olunmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(009)-721/2021 saylı qərardadı ilə, iddiaçı Cavabdehlər İddiaçı və X3rşı "yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə köçürülmə” tələbinə dair 2(009)-721/2021 saylı mülki işin Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə 2(005)-1518/2021 saylı mülki iş ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-cı il tarixli, 2(005)-1518/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, Cavabdeh məxsus cehiz əşyaları yataq mebeli: 1 ədəd çarpayı, 1 ədəd şkaf, 1 ədəd tumboçka, 1 ədəd paltaryuyan maşın, 1 ədəd tozsoran, 1 ədəd ətçəkən maşın, 1 ədəd yorğan (iki nəfərlik), 1 ədəd taxt üçün nazik döşək, 6 ədəd yastıq, 2 ədəd nazik yorğan, 1 ədəd pled (nazik odeyal), 1 ədəd nazik pokrıval, 2 ədəd böyük xalça, 4 ədəd balaca xalça, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd suşelka, 16 ədəd dəsmal (böyük, balaca), qutuda balaca dəsmal, 3 dəst postel komplekti, 2 ədəd süfrə, çəngəl-qaşıq naboru, 1 ədəd obedniy servis, 1 ədəd toster, 1 ədəd su termosu, qazan naboru, 1 ədəd padnos, 1 ədəd aş süzən, pol yuyan vedrə, quru ədəvalar üçün qablar, 6 ədəd çay stəkanı, 6 ədəd nəlbəki, 6 ədəd stəkan, 2 ədəd xrustal qrafin, 2 ədəd mürəbbə qabı, 6 ədəd su stəkanı, 1 ədəd lampa (svetelnik), yumşaq oyuncaqlar, 1 ədəd pərdə, 1 ədəd uşaq odeyalı, 1 ədəd yolka suvenir, kartoşka-soğan üçün qab, suvenirler göz muncuqları, 3 ədəd plasmas ləyənlər, 1 ədəd tək qazan, 1 ədəd kulonka, 1 ədəd elektrik çayniki, 1 ədəd böyük çaynik, 2 ədəd balaca dəm çayniki, yaşıl saxsı servis, taxta nabor, çay dəsmalları, dəftər, kitabların Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaş Massivi, 9-döngə, 168 saylı evdən çıxarılması, Cavabdeh 101 (yüz bir) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqının alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd olunması, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və azyaşlı oğlunun mövcud vəziyyəti nəzərə alınaraq cavabdeh X7 qeydiyyatda olduğu eyni zamanda cavabdehin anası cavabdeh İddiaçı qeydiyyatda olduğu və mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüquqları təmin edilməlidir. Bundan başqa qətnamədə sadalanan cehiz əşyaların siyahısı tam deyildir və cehiz əşyalarının sırasına daxil olan mebel dəsti iddiaçı tərəfindən tam olaraq istifadəyə yararsız hala salınmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qisməntəmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli, 2(005)-3183/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X3rşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X12 ilə X13 arasında 30 dekabr 2018-ci il tarixdə 3 saylı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində 4564 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 22 oktyabr 2019-cu il təvəllüdlü X10 anası Cavabdeh yanında saxlanılması və X4 22 oktyabr 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, X4 22 oktyabr 2019-cu il təvəllüdlü X2 üç yaşınadək, yəni 22 oktyabr 2022-ci il tarixə kimi hər ay 50 (əlli) manat tutulub Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 2 saylı Vəkil Bürosunun sorğusuna 29.10.2020-ci il tarixli cavab məktubuna əsasən ünvan 3 fərdi yaşayış evi Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 14.06.2013-cü il tarixli, 4Ə- 1-150 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən 05.07.2013-cü il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Birinci instyansiya məhkəməsinin mövqeyinə görə, Mülki Məcəllənin 228.5-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə “ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, Cavabdeh İddiaçı münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdeh Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh ünvan 3 ünvanında yerləşən evdə istifadə hüququ yaranmamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh tələbində istinad etdiyi halı, yəni cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilmiş hər hansı hüquqi tədbir görmədən qeydiyyata alınmaqla yaşaması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn tanınması və həmin mənzilə köçürülməsi tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlsə də, Cavabdeh mübahisəli mənzilə köçürülməsi barədə iddia tələbini rədd edərkən maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırkı mübahisə üzrə tərəflər 30.12.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanmış nikah 05.10.2020-cu il tarixdə pozulmuşdur. Belə olan halda tərəflər arasında olan hüquq münasibətlərinin 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıbyaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, iddiaçının mülkiyyətində olmuş və hazırda cavabdeh iddiaçının ailə üzvü hesab edilmir. Bundan başqa cavabdehin iddiaçının oğlu ilə olan nikahı pozulmuşdur. Belə olan halda isə cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən onun həmin mənzildən istifadə hüququ saxlanılmır. Bundan başqa kollegiya qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən cavabdehə məxsus cehiz əşyaların çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alındığından, onun cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını tələb etmək hüququ var və bu tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-cı il tarixli, 2(005)-1518/2021 nömrəli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-cı il tarixli, 2(005)-1518/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5709/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5709/2021
22.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver