Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5711/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı “aliment tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə tərəflər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Qeyd edilən maddənin mənasından göründüyü ki, “aliment tələbi barədə” iddialara dair işlər üzrə qəbul olunmuş qətnamələrdən şikayət verilən zaman cavabdehlər dövlət rüsumunu ödəməkdən azad deyildirlər. İş materiallarından isə görünür ki, apellyasiya şikayəti vermiş cavabdeh apellyasiya şıkayətinin verilməsi üçün dövlət rüsumu ödəməmişdir. Dövlət rüsumunun ödənilməsindən cavabdehin azad edilməsini təsdiq edə biləcək sənədlər isə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. İş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in tələblərinə və “MPMə əlavə 3”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada, habelə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməklə verilsə də, yuxarıda qeyd edilən hala görə bu apellyasiya şikayətinin hazırki mərhələdə icraata qəbul edilməsi qeyrimümkündür. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5711/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5711/2024
16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver