Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5718/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(008)- 3062/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq onun himayəsinə verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 onun yanında və himayəsində saxlanmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili vəsatət verərək, mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(008)- 3062/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Cavabdeh mülki iş üzrə icraata xitam verilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilmiş, qanunvericiliyin tələbinə əsasən həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığı üçün verilmiş şikayəti geri qaytarmalı olduğu halda, həmin şikayətə baxaraq təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(008)- 3062/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5718/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5718/2022
26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver