Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5720/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, tərcüməçi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında 03.11.2018-ci il tarixdə kredit müqaviləsi bağlandığını, həmin müqavilədə Cavabdeh ona 7000 manat borc verməsinin göstərilməsinə baxmayaraq əslində 5000 manat fazilə pul aldığını, Cavabdeh bu məbləğdən 600 manat götürüb ona 4400 manat verdiyini və faizi gecikdirdiyi təqdirdə ondan müqaviləyə əsasən tələb edə bilməsi üçün müqavilədə borcun məbləğini 7000 manat yazdırdığını, Cavabdeh pulu bankın kamerası altında aldığı üçün həmin halın kamera görüntüsü vasitəsilə aşkarlana biləcəyini, borcu aldığı gündən aylıq faizlərini ödədiyini, Allaya əsas borcdan 1000 manat qaytardığını, məcbur qalıb imzaladığı müqaviləyə əsasən icra məmurunun ona hədə-qorxu gəlməsinin psixologiyasını pozduğunu bildirmiş, buna görə də Cavabdeh ilə arasında bağlanmış 03.11.2018-ci il tarixli 3M-881 reyestrli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək 6000 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı qonşusu kimi tanımış, sonuncu ondan müxtəlif vaxtlarda borc pul almış, ləğv edilməsini tələb etdiyi müqavilə isə 03.11.2018-ci il tarixdə bağlanmışdır. Həmin müqavilənin şərtlərindən də göründüyü kimi o, İddiaçı pulu borca vermiş, borc verdiyi zaman heç bir faizdən söhbət getməmiş, notariusun icra qeydinə əsasən işə Nərimanov Rayon icra şöbəsində baxılarkən Aynur ona olan 7000 manat borcundan 1000 manatını qaytarmışdır. Artıq Nərimanov Rayon icra şöbəsində olan icra qeydi də geri qaytarılmışdır və buna görə də ilkin iddia tələbi rədd edilməli, 6000 manat borc və 30 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi, 6000 manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi obyektiv araşdırmadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumatlandırılmış İddiaçı (nümayəndəsi) məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş (MPM-in 376.2-ci maddəsinə əsasən), kollegiyanın iclasında iştirak edən Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında notariat qaydasında bağlanmış 03.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 7000 manat borc vermiş, İddiaçı borcu 03.06.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, müqavilə Bakı şəhərinin 21 saylı Dövlət notariat kontorunun notariusu X4 tərəfindən təsdiq edilmiş, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə notariusun depozit hesabına 7000 manat köçürülmüşdür. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, həmin borc müqaviləsi ilə əlaqədar 24.12.2019-cu il tarixdə notarius tərəfindən icra qeydi verilmiş, icra qeydinə əsasən İddiaçı Cavabdeh 1000 manat ödəmiş, sonradan icra qeydi notariusa qaytarılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və qarşılıqlı iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, qarşılıqlı iddiaçının tələbi tərəflər arasında bağlanılmış 03 noyabr 2018-ci il tarixli kredit (borc) müqavilələsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı Cavabdeh 7000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqaviləsinin bağlandığı, İddiaçı həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, ilkin iddiaçıların həm iddia tələbi, həm də apellyasiya şikayəti Cavabdeh 7000 manat deyil, 5000 manat borc aldığı arqumenti ilə əsaslandırılmışdır; hansı ki, həmin arqumentin əsaslı hesab olunmasına imkan verəcək hər hansı hal müəyyən olunmamışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyə görə müqavilənin ləğv olunması üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir və ilkin iddiaçı ilə bağlanmış kredit müqaviləsinin tərəfi olan Cavabdeh müqaviləni pozması ümumiyyətlə iddia olunmamışdır. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv olunması halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir. Göründüyü kimi ilkin iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-737/2021 saylı iş üzrə 16 fevral 2021-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5720/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5720/2021
17.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver