Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-573/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı-nin nümayəndələri X19, X10 və X11, Cavabdeh və onun vəkili X14, Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh qarşı “ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi məhkəməsinin 2-2(087)-34/2014 saylı, 17.12.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65000 manat əsas borc və həmin məbləğə hesablanmış 22949 manat faiz borcunun, ümumilikdə 87949 manat məbləğində kredit borcunun, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7%-lə hesablanacaq faizlərin və 30 manat dövlət rüsumunun, həmçinin cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X3) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1024.84 kv.m olan qeyri-yaşayış sahəsinə və Şərur rayonu, Zeyvə kəndində 0.1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinə ilkin satış qiyməti təyin edilməklə onların açıq hərracdan satılması, ipoteka predmeti satıldıqdan sonra əmlakların 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X12 cavabdeh İddiaçı-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X7 arasında bağlanmış 18.06.2009-cu il tarixli, 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2018 saylı, 08.06.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi rədd, müstəqil tələb irəli sürən üçüncü şəxs Z.Hüseynovanın iddia tələbi isə təmin edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-407/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Məhkəməsinin 08.06.2018-ci il tarixli, 2(005)- 532/2018 nömrəli qətnaməsinin ilkin iddiaya aid hissədə qismən ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qeyd həmin hissədə təmin edilməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğində kredit borcu, bu borcun qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlər və 30 manat dövlət rüsumu, həmçinin, cari iddia üçün ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh (əvvəllər X3) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 126.040 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti vermiş və şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-407/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi üçüncü şəxsin iddiasının təmin olunması və həmin hal üzrə ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri Ə.Yusubov, E.Hüseynli və L.Talıbova ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, ipoteka müqaviləsinin Naxçıvanda bağlandığını, ipoteka predmetinin Şərurda olduğu və ipoteka müqaviləsinin bağlanması üçün lazımi razılığın alındığını bildirdilər. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edərək göstərdi ki, mərhum atası iş adamı olmuş, təbiət etibarı ilə bir qədər sərt xasiyyətli olmuşdur, öz iş planları və problemləri barədə ailədə danışmamış, anası evdar qadın olmaqla ərinin işlərinə heç vaxt qarışmamış, atası tərəfindən kreditin alınması və ipoteka müqavilələrinin bağlanmasından tam məlumatsız olmuş, atası öldükdən sonra bütün mirası o özü qəbul etmiş, yalnız bank ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra anasına məlum olmuşdur ki, mərhum atası tərəfindən birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlaklar anasının razılığı olmadan ipoteka qoyulmuşdur, bunu bildikdən dərhal sonra anası üçüncü şəxs kimi prosesə qoşularaq ipotekanın etibarsızlığına dair iddia irəli sürmüşdür, rayon məhkəməsi də haqlı olaraq onun iddiasını təmin etmişdir, çünki onun birgə nikah dövründə əldə olunmuş əmlakın ipoteka qoyulmasına dair qanunun tələb etdiyi qaydada yazılı, həm də notariat qaydasında təsdiq olunmuş razılığı alınmamışdır. Cavabdeh vəkili X.Musayev apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş edərək, bildirdi ki, iddiaçı ilə X7 arasında öhdəliyin təmini üsulu kimi ipoteka müqaviləsi bağlanan zaman H.Hüseynovun arvadının notariat qaydasında razılığı alınmamış, həmçinin iddiaçının iddia tələbinin yönəldilməsini xahiş etdiyi fərdi yaşayış evi mövcud deyildir. Bu səbəbdən də, bankın şikayətinin təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürən üçüncü şəxs Z.Hüseynovanın nümayəndəsi və vəkili S.Məmmədov apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Həmçinin kassasiya instansiyasının hazırkı iş üzrə qərarında qeyd olunan hallarla bağlı bildirdi ki, mərhum H.Hüseynov ağır təbiətli olub, gördüyü işlər barəsində Z.Hüseynovanın məlumatı olmamışdır, yalnız bankın hazırkı iddası zamanı ona məlum olmuşdur ki, mərhum əri onun məlumatı və razılığı olmadan birgə əmlaklarını ipoteka ilə yüklü etdirmişdir. Mülki qanunvericiliyin məcburi göstərişləri baxımından ipoteka müqaviləsi bağlanan zaman H.Hüseynovun arvadı- üçüncü şəxs Z.Hüseynovanın notariat qaydasında razılığı alınmalı idi. Üçüncü şəxs Z.Hüseynovanın yalnız bir müqavilənin etibarsızlığını tələb etməsinə gəldikdə isə, nümayəndə bildirdi ki, ipoteka qoyulmuş fərdi yaşayış evi bankın hazırkı iddasından öncə yerli icra orqanı tərəfindən qanunsuz olaraq tam sökülmüş və artıq movcud deyildir, bu səbəbdən də həmin fərdi yaşayış evinə dair ipoteka müqaviləsinin etibarsızlığının mübahisələndirilməsinə lüzum qalmamışdır, rayon məhkəməsi bütün bu halları araşdırmış, nəticədə də tam qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən də, bankın apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Sübutların tədqiqi: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 2(108)- 02/2016 nömrəli, 25 iyul 2016-cı il tarixli qərardadı ilə X3 apellyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinin iddiaçının iddiasının təmin edilməklə, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcunun ipoteka predmetlərinə yönəldilməsi və həmin girovların açıq hərracda satılaraq kredit borcunun ödənilməsinə dair hissəsi ləğv edilmiş, iddia həmin hissədə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 360/2016 saylı, 26.10.2016-cı il tarixli qərarına əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(108)-02/2016 saylı iş üzrə 25 iyul 2016cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətinə əsasən X3 mülkiyyətində olan Şərur rayonu, Zeyvə kəndində 0.1013 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 8 otaqlı, 110,4 k.v.m yaşayış, -- kv.m qeyri-yaşayış, 168,36 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi mülkiyyət hüququ ilə dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində 23.09.2009-cu ildə qeydiyyata alınmışdır. NMR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışa əsasən X5 məxsus Şərur rayonu, Zeyvə kəndində 0.1013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 278,76 kv.m olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə İddiaçı-nin 12- saylı Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 21/1 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində 31.01.2012-ci ildə qeydiyyata alınmışdır. NMR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, X3 mülkiyyətində olan Şərur rayonu, Zeyvə kəndində 0,1235 ha torpaq sahəsində yerləşən –nömrəli, 5 girişli, 1024,84 kv.m ümumi, 1024,84 kv.m əsas, --kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (tövlə) mülkiyyət hüququ ilə dövlət reyestrində 5/1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 26.05.2009-cu ildə qeydiyyata alınmışdır. NMR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın sürətindən görünür ki, X5 məxsus Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1024.84 kv.m olan qeyri-yaşayış binası (tövlə) daşınmaz əmlakın dövlət reyestrində 5/1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 01.02.2012-ci ildə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən X5 ünvanlanmış 05 dekabr 2016-cı il tarixli, 2976 nömrəli bildirişə əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin 7 gün müddətində Banka ödənilməsi tələb olunmuş, əks halda ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən X3 vərəsəsi Cavabdeh ünvanlanmış 05 dekabr 2016-cı il tarixli, 2976 nömrəli bildirişə əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin 7 gün müddətində Banka ödənilməsi tələb olunmuş, əks halda ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 20 sentyabr 2017-ci il tarixli, 2618 nömrəli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair ərizənin surətinə əsasən X3 vərəsəsi Cavabdeh ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınması xahiş edilmişdir. Nərimanov rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli sorğusuna əsasən, Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat şöbəsi tərəfindən Şərur rayon ikinci dövlət notariat kontorunda İddiaçı-i ilə X7 arasında rəsmiləşdirilmiş 12.10.2009-cu iltarixli, 217 nömrəli ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində olan 12.10.2009-cu il tarixli 217 №-li ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanmış 506/F-12 nömrəli, 18.06.2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyətində olan Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi (reyestr nömrəsi: 0201ЗЭ01087-10301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0013927) ipoteka predmeti kimi Banka Təqdim edilmiş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. 18.06.2009-cu il tarixli 169 №-li ipoteka müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanmış 506/F- 12 nömrəli, 18.06.2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi X5 məxsus, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşər ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi (tövlə) (reyestr nömrəsi: **********45- 06301, qeydiyyat nömrəsi: **********, seriya nömrəsi: 0012508) ipoteka predmeti kimi Banka Təqdim edilmiş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsinin 04.05.2018-ci il tarixli sorğusuna cavab olaraq bildirilir ki, mərhum X5 məxsus Şərur rayonu, Zeyvə kəndində yerləşən 1024/84 kv.m olan qeyriyaşayış sahəsi (tövlə) sökülməmişdir. Lakin mərhum X5 məxsus Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evi sökülmüşdür. Əlavə olaraq bildirilir ki, Şərur rayon İcra Hakimiyyətinin başçısı və müavinləri yeni təyin oldunduğundan mərhum X4 məxsus fərdi yaşayış evi hansı qərar və ya əsasla sökülməsi məlum deyil. Birinci instansiya məhkəməsinin 27.04.2018-ci il tarixli sorğusuna əsasən, 12.06.2017ci il tarixdə Şərur rayon ikinci DNK-da bağlanmış 2V01-16 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və əsas olunmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində olan 12.06.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Şərur rayon ikinci dövlət notariat kontorunun dövlət notariusu R.M.Əliyev təsdiq edir ki, 26.04.2017-ci ildə vəfat etmiş X3 bütün daşınmaz əmlakına vərəsəsi xx.xx.1980-ci il təvəllüdlü Cavabdehdur. 16.05.2017-ci il tarixli X8 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 26.04.2017-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan Cavabdeh xeyrinə imtina edir. 18.05.2018-ci il tarixli X13 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 26.04.2017-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakdan Cavabdeh xeyrinə imtina edir. 06.06.2018-ci il tarixli X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 26.04.2017-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 miras qalmış əmlakı qəbul etməmiş, əmlakdan oğlu Cavabdeh xeyrinə imtina etmişdir. Notariat işində olan iş materiallarına əlavə edilmiş 07.10.1977-ci il tarixli, l-ЖГ № 410324 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X9 nikahları 07.10.1977-ci il tarixdə bağlanmış, bu bcrədə akt qeydləri kitabında 07.10.1977-ci il tarixdə 60 №-ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. 01.05.2017-ci il tarixli AZ-İ № 596240 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26.04.2017-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 01.05.2017-ci il tarixdə 09 №-ilə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsinin 17.05.2018-ci il tarixli sorğusuna əsasən, Naxçıvan şəhər birinci notariat dövlət kontorunda İddiaçı-İ ilə X7 arasında rəsmiləşdirilmiş 18.06.2009-cu il tarixli 3/M-122 reyestrli ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan notariat işində - “Bank of Azerbaijan" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh X7 arasında bağlanmış 18.06.2009-cu il tarixli, 169№-li ipoteka müqaviləsi, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, X5 məxsus Naxçıvan Muxtar Respublikası Şərur rayorıu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi (tövlə) daşınmaz əmlakın dövlət reyestrində 5/1 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 26.05.2009-cu ildə qeydiyyata alınmışdır. "xxxx" MMC Qiymətəndirmə Şirkətinin 24 iyun 2021-ci il tarixli, 14/0822 saylı ekspert rəyinə əsasən, X5 məxsus Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1024.84 kv.m olan qeyri-yaşayış sahəsinin (tövlənin) torpaq sahəsi (istehsalat sahəsi hasara alınmış) ilə birlikdə hazırkı dövrə bazar dəyəri 40.000 manat və likvid dəyəri 36.000 manat müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə təkrar apellyasiya qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 407/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi üçüncü şəxsin iddiasının təmin olunması və həmin hal üzrə ilk iddianın rədd olunması hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən üçüncü şəxsin iddiasının təmin olunması və həmin hal üzrə ilk iddianın rədd olunması hissəsində tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X12 iddia tələbi ilə məhkəməyə müraciət edərkən tərtib etdiyi iddia ərizəsində hər iki ipoteka predmetinin ipoteka ilə yüklü edilərkən onun məlumatı və razılığının olmadığını bildirsə də, yalnız 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş, digər ipoteka müqaviləsinin etibarsızlığını tələb etməməsinin səbəbi ilə bağlı iddia tələbində heç nə göstərməmiş, həmin ipoteka müqaviləsinə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, kredit müqaviləsi üzrə yaranmış borcun təminatı kimi 12.10.2009-cu il tarixli 217 №-li ipoteka müqaviləsi üzrə yüklü edilmiş mərhum X5 məxsus Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi artıq mövcud olmadığından üçüncü şəxs Z.Hüseynova həmin evə münasibətdə bağlanmış ipoteka müqaviləsini mübahisləndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya kollegiyası 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsi bağlanan zaman X7 ilə birgə nikahda olan X6 Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsinə notariat qaydasında yazılıq razılıq ərizəsinin olmamasına istinad edərək, 3-cü şəxsin iddiasını, yəni 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsini etibarsız hesab etsə də, iş materiallarını tam araşdırmamışdır. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs Hacıisa Hüseynovun arvadı olmaqla onlar birgə yaşamışlar və fərdi yaşayış evi sökülən zaman Hacıisa Hüseynovun müxtəlif orqanlara ünvanlandığı ərizədən 3-cü şəxs də məlumatlı olmuş və qeyd edilən ərizələrin məzmunu ilə də fərdi yaşayış evinin ipoteka ilə yüklü olduğunu bilmiş olmuşdur. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu bəndinə əsasən Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərarvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun. Kollegiya qeyd olunan Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsi ilə bağlı hissədə iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-1943/2020 saylı, 03.06.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya tərəfindən aparılan araşdırmalarla müəyyən olunmuşdur ki, üçüncü şəxs Z.Hüseynova hazırkı məsələdən bank tərəfindən oğluna qarşı iddia qaldıran vaxt xəbər tutmuş və dərhal da hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən iddia müddəti ötürülməmişdir, çünki müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 277.1.). Beləliklə də, Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində, iddiaçının şikayətinin dəlilləri öz təsdiqini tapmadığından və rayon məhkəməsinin qətnaməsinin həmin hissədə qanuni və əsaslı olduğu müəyyən edildiyindən, apellyasiya şikayəti təmin edilə bilməz. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, üçüncü şəxsin iddiasının təmin olunması və həmin hal üzrə ilk iddianın rədd olunması hissəsində qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat bank hesabı "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına ödənilsin iddiaçıdan tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-573/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-573/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver