Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5730/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı “hüquqların pozuntularının tanınması, daşınmaz əmlakın məhv edilməsi ilə bağlı dəymiş ziyana görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən iddiaçının mənzilinin məhv edilməsinin onun mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 130.000 manat kompensasiya, gecikdirilməyə görə 41328,35 manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 130.000 manat məbləğinə illik 5 faizə bərabər kompensasiya, əsassız varlanmaya görə 60398,70 manat və iddia ərizəsi verilən gündən 130.000 manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uygun kompensasiya, iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 26.400 manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 300 manat), mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 50.000 manat məbləğində kompensasiya, ödənilmiş dövlət rüsumu, habelə vəkil xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən İddiaçı xeyrinə maddi zərərə görə 130.000 (yüz otuz min) manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə 38.910 (otuz səkkiz min doqquz yüz on) manat, əsassız varlanmaya görə 59297,60 (əlli doqquz min iki yüz doxsan yeddi manat altmış qəpik) manat, ödənilməmiş kirayə haqqı üçün 19.300 (on doqquz min üç yüz) manat, mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manat kompensasiya, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, vəkil xərci olaraq 500 (beş yüz) manatın tutulması, qalan hissədə iddia təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manatın Cavabdeh2ndən tutularaq “X2” MMC-nin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7354/2024 saylı, 27 dekabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan iddiaçının vəkili tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7354/2024 saylı, 10 yanvar 2025-ci il tarixli qərardadı ilə qaytarılması qərara alınmışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(103)-7354/2024 saylı qərardadından verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-753/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2025-ci il tarixli, 2(103)- 7354/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1190/2024 saylı 25 aprel 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5730/2025 saylı, 03 oktyabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün təyin edilmişdir. Apellyasiya baxışı zamanı Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə ilə Məhkəmə Kollegiyasına müraciət edərək, iddiadan imtina etdiyini bildirərək, iddiadan imtinanın qəbul edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh, iddiaçı ilə razılığa gəlindiyini və iddiaçının iddia tələbindən imtinasına etiraz etmədiyini, eyni zamanda tərəflərindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, İddiaçı iddia tələbindən imtina barədə ərizəsi qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər-hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, tərəflər arasında olan mübahisələrə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Həmçinin tərəflərə izah olunmalıdır ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq “X2” MMC-nin aşağıdakı hesabına (VÖEN:**********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod: 513489, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22) köçürülməlidir. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384, 400, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı iddia tələbindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1190/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə qarşı “hüquqların pozuntularının tanınması, daşınmaz əmlakın məhv edilməsi ilə bağlı dəymiş ziyana görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2ndən tutularaq “X2” MMC-nin aşağıdakı hesabına (VÖEN:**********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod: 513489, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22) köçürülsün. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5730/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5730/2025
03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver