Məhkəmə qərarları › İş №2(103)-5733/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5733/2024

29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5733/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1248/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. 2 saylı Bakı “ASAN Xidmət” X21 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 317278 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə nikah haqqında akt qeydləri kitabında eyni tarixdə 564 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsi 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-47261/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 228 saylı fərdi yaşayış evi Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 4Ə/930 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-469 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi ünvan 2 R.Y.Qasımlı tərəfindən təsdiq edilmiş 4Ə-82 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 4Ə- 1637 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən X11 adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 3.0 ha torpaq sahəsi Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notarius R.K.Hümmətov tərəfindən təsdiq edilmiş 3M-114 reyestr nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsi üzərində icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə icarə hüququna əsasən qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 6 saylı Bakı notariat ofisinin xüsusi notariusu Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 3M-1756 reyestr nömrəli xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqısatqısı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 238 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamına, 238 nömrəli xx.xx.2016-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdə icarə hüquq qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi Ə.L.İmanov tərəfindən təsdiq edilmiş 3M1755 reyestr nömrəli xx.xx.2023-cü torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41A, 7 saylı mənzil “SKS“ MTK-nın 07 nömrəli xx.xx.2016-cı il tarixli protokolundan çıxarışa, xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 3 ünvanda yerləşən qeyri- yaşayış sahəsi “SKS“ MTKnın 07 nömrəli xx.xx.2016-cı il tarixli protokolundan çıxarışa, xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ünvan 5.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-61 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41A, 4 saylı mənzil ünvan 7.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-105 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 6 ünvanda yerləşən qeyriyaşayış sahəsi ünvan 7.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-60 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; ünvan 8 ünvanda yerləşən qeyriyaşayış sahəsi ünvan 7.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-241 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mükiyyətindədir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 9 ünvanında yerləşən 197.16 kv.m olan 4 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.

4. AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 Bakı şəhəri, Nəsimi rayonu, 307-ci məhəllə, ünvan 9 ünvanında yerləşən 197.16 kv.m olan 4 nömrəli mənzili 300.000 (üç yüz min) manata Cavabdeh satmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən 201.6 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.

6. AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X18 ünvan 10 ünvanında yerləşən 201.6 kv.m olan qeyri-yaşayış sahəsini 150.000 (yüz əlli min) manata Cavabdeh satmışdır

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X37 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-168505/2023 nömrəli məktubundan görünür ki, DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, X14 məxsus “Mercedes Benz GLE 43” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN BDYPİ mərkəzi informasiya sistemində məlumat mövcuddur.

8. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 2018-ci il buraxılışlı, ** UA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” minik markalı avtomobili Cavabdeh 68000 manata satmışdır.

9. Cavabdeh eyni tarixli ərizəsi ilə avtomobilin qeydiyyat nişanı ** XD *** nömrəsinə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-XD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtomobili X19 50.000 manata satmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 7 saylı mənzilin ½ hissəsi; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzilin ½ hissəsi; ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi; ünvan 3 qeyri-yaşayış sahəsinin ½ hissəsi; ünvan 6 ünvanda yerləşən qeyri yaşayış sahəsinin ½ hissəsi; ünvan 8 ünvanda yerləşən qeyriyaşayış sahəsinin ½ hissəsi üzərində onun payının müəyyən edilməsi, "Mercedes Benz GLE 43" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə X22 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mübahisəli avtomobilin ½ hissəsi üzərində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ev 41, 7 saylı mənzilin ½ hissəsi; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzilin ½ hissəsi; ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsi; ünvan 3 qeyriyaşayış sahəsinin ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi və “Mercedes Benz GLE43” markalı 90XD900 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş 50.000 manat məbləğin ½ hissəsinin, yəni 25.000 manat məbləğin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X23 dünyaya gəlmişdir. İddiaçı nikahdan sonra Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, Giriş 1, məh 307, ev 41 yerləşən fərdi yaşayış evinə gəlin köçərək 18 oktyabr 2023-cü il tarixədək uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamağa başlamışdır. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan bu münasibətlər pozularaq, aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. Tərəflərin ər-arvad münasibətləri faktiki olaraq pozulmuşdur. Hal-hazırda tərəfindən cavabdehə qarşı nikahın pozulması, aliment və uşağın ananın yanında saxlanılmasına dair iddia tələbi Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf heç bir üzrlü səbəb göstərmədən mediasiya prosesində iştirak etməmiş və barışıq əldə olunmamışdır. Qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində, sahibliyində, istifadəsində və ya icarəsində hər hansı bir daşınmaz əmlakın olub-olmaması, mövcud olduğu təqdirdə həmin əmlakın mülkiyyət sənədinin təsdiq edilmiş surətini və digər sənədləri əldə etmək məqsədilə 29 noyabr 2023cü ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ünvanlamışlar. Həmin sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh mülkiyyətində hazırda bu daşınmaz əmlaklar mövcuddur: Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 7 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzil; ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; ünvan 3 qeyri-yaşayış sahəsi; ünvan 6 ünvanda yerləşən qeyri yaşayış sahəsi; ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsi. Qeyd olunan əmlaklardan əlavə cavabdehin mülkiyyətində "Mercedes Benz GLE 43" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcud olmuşdur. Lakin, Cavabdeh tərəfindən "Mercedes Benz GLE 43" markalı 77- MB-056 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X12 adına alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Həmin müqavilədən sonra qısa zaman fərqi ilə məhkəmə mübahisələrinin baş verməsi onu təsdiq edir ki, alqısatqı müqaviləsi görünüş üçün bağlanmışdır. Belə ki, o, faktiki olaraq nəqliyyat vasitəsini satmaq niyyətində olmamışdır. Cavabdeh ilə onun aralarındakı ailə münasibətlərinin kəskinləşdiyi bir dövrdə mübahisəli nəqliyyat vasitəsinin alqı-satqısının həyata keçirilməsi uydurma əqdin bağlanılması ona dəlalət edir ki, Cavabdeh məhkəmə tərəfindən onun üzərinə qoyulacaq öhdəliklərdən yayınmaq və məhkəməni aldatmaq üçün bu addımları atmışdır. Buna görə də nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunan daşınmaz əmlaklar birgə nikah dövründə əldə olunduğuna görə onların ümumi mülkiyyəti hesab olunmalı və bununla əlaqədar tərəflər həmin əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam vermə hüquqlarına bərabər şəkildə malik olduqlarına görə onlar həmin əmlakların ümumi birgə mülkiyyətçiləri tanınmalıdırlar. Belə ki, hər-hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlaklar məhz nikah müddətində ər-arvadın birgə təsərrüfat aparması nəticəsində ümumi qazancları hesabına əldə edilmiş olmalıdır. Qanunvericiliyin tələbinə görə ər-arvadın birgə ümumi əmlaka mülkiyyət hüququ əmlakın kimin adına və ya əmanətin kim tərəfindən qoyulmasından asılı deyildir. Bu halda əmlakın nikah dövründə alınması faktı ər-arvadın birgə ümumi mülkiyyət hüququnun təkzibedilməz sübutudur. Mübahisəli əmlaklar birgə nikah dövründə əldə edilərək cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin əmlakların ona münasibətdə payının naturada ayrılması mümkün olmadığından Cavabdeh həmin əmlaklara müvafiq olaraq ½ nisbətdə kompensasiya verməli, bu mümkün olmadığı təqdirdə əmlakların satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməlidir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1248/2024 saylı 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzilin ½ hissəsində, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ½ hissəsində və “Mercedes Benz GLE43” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 50.000 (əlli min) manat pulun ½ hissəsində İddiaçı payının tanınması; Cavabdeh 25.000 (iyirmi beş min) manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, qeyd olunan əmlaklardan (Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ev 41, 7 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzil; ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; ünvan 3 qeyri-yaşayış sahəsi) Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzil və ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh adına qeydiyyata alınmasına əsas olan sənədlərdən müəyyən edilmişdir ki, hər iki əmlak müvafiq olaraq AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və AN-İ seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əvəzli şəkildə əldə edilmişdir. Tərəflərin xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla birgə təsərrüfat aparmalarını nəzərə alaraq məhkəmə həmin əmlaklar üzərində tərəflərin paylı mülkiyyətinin tanınmasını əsaslı hesab edir. Belə ki, həmin əmlakların nikah dövründə birgə vəsait hesabına əldə edilməsinin əksini sübuta yetirən hal müəyyən edilməmişdir. Həmçinin həmin əmlaklar üzərində payların qeyri-bərabər şəkildə müəyyən edilməsinə əsaslar da mövcud deyildir.

15. Məhkəmə digər iki əmlak - Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi ev 41, 7 saylı mənzil və ünvan 3 qeyri-yaşayış sahəsi ilə bağlı bildirmişdir ki, həmin əmlaklara dair Cavabdeh adına aparılan qeydiyyat müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərə aid olsa da, məhkəmə araşdırması zamanı həmin əmlaklar tərəflərin birgə nikaha daxil olmasından bir neçə il əvvəl müvafiq olaraq xx.xx.2013-cü il tarixli 19 saylı müqavilə və xx.xx.2014-cü il tarixli 43 saylı müqavilə əsasında əvəzi ödənilməklə əldə edilmişdir. Məhkəmə həmin əmlaklara dair cavabdehin adına aparılmış qeydiyyatı deyil, məhz bağlanmış müqavilələri əsas götürür o baxımdan ki, aparılmış qeydiyyat sənədlərində də məhz Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış müvafiq olaraq 19 saylı və 43 saylı müqavilələrə istinad olunmuşdur və həmin müqavilələr isə müvafiq olaraq xx.xx.2013-cü və xx.xx.2014-cü il tarixlərində bağlanmışdır. Həmin müqavilələr üzrə aparılmış ödənişlər və eyni tarixlərdə kassa mədaxil orderlərinə əsasən müəyyən olunur. Həmin müqavilələr üzrə daşınmaz əmlak üzərində hüquqların müqavilələrin bağlanması tarixindən bir neçə il sonra bağlanmasına dair məsələ ilə bağlı həm məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MTK-nın həmin dövrdə sədri olmuş Şahid bildirdiklərinə əsasən, həmçinin də mənzil tikinti kooperativlərindən əldə edilmiş mənzillərin rəsmi dövlət reyestrində qeydiyyatına alınması proseslərinə dair mövcud təcrübə nəzərə alınmaqla məhkəmə bu qənaətə gəlir ki, mübahisəli əmlakların tərəflərin rəsmi nikahından əvvəl Cavabdeh tərəfindən əldə edilməsi və həmin əmlakların birgə mülkiyyətə aid olmaması öz təsdiqini tapır. Belə ki, Cavabdeh həmin əmlakların dəyərini nikaha daxil olmamışdan əvvəl tam şəkildə ödəmişdir, sonradan dövlət reyestrində qeydiyyatın aparılması tarixinin birgə nikah dövrünə təsadüf etməsi həmin əmlakların birgə nikah dövründə əldə edilməsinə əsas verən hal deyildir. Həmçinin, tərəflərin xx.xx.2016-cı il tarixdə nikaha daxil olduqdan sonra müvafiq olaraq xx.xx.2019-cu il tarixli qeydiyyata əsaslanmaqla 4 otaqlı mənzili və xx.xx.2019-cu il tarixli qeydiyyata əsaslanmaqla qarajı birgə formalaşmış vəsait hesabına əldə etmələri də ağlabatan hesab edilə bilməz.

16. Məhkəmə iddia tələbində qeyd edilən Cavabdeh mülkiyyətində olmuş **-XD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtomobili X19 50.000 manata satışından əldə edilmiş vəsait üzərində tərəflərin birgə mülkiyyətinin müəyyən edilməsi və həmin vəsaitin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı bildirmişdir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, aparılmış araşdıma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh həmin avtomobili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 68000 manat ödəməklə əldə etmiş və artıq tərəflərin münasibətlərinin pozulduğu xx.xx.2023-cü il tarixdə isə 50000 manata satmışdır. Cavabdeh mübahisəli avtomobilin nikahdan daha əvvəl malik olduğu bu və ya digər avtomobil hesabına əldə edilməsi və ya avtomobilin satışından əldə edilmiş vəsaitin ailənin məsrəflərinə xərclənməsinə dair sübutlar təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin avtomobilin satışından əldə edilmiş vəsait üzərində tərəflərin bərabər payları müəyyən edilməklə müvafiq məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.2, 33.1 , 36.1, 36.3, 36.5, 37.1 və 37.3-cü maddələri; “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

18. İddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1248/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi qənaətə görə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41, 4 saylı mənzili, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və “Mercedes Benz GLE43” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş və bu səbəbdən həmin əmlaklara tərəflərin bərabər paylı hüququ tanınmalıdır. Qeyd edir ki, nikaha daxil olduqdan sonra tərəflərin həmin əmlakları almaq üçün heç birinin rəsmi və ya qeyri-rəsmi gəlirləri olmayıb. Tərəflər birgə nikah dövründə özləri tərəfindən qazanılmış vəsait hesabına əmlak almamışdırlar və həmin əmlaklar cavabdehin atası tərəfindən Cavabdeh adına alınmışdır. Qeyd edilən hal məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbində qeyd edilən Cavabdeh mülkiyyətində olmuş **-XD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GLE 43” markalı avtomobili X19 50.000 manata satışından əldə edilmiş vəsait üzərində tərəflərin birgə mülkiyyətinin müəyyən edilməsi və həmin vəsaitin ½ hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı bildirir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, aparılmış araşdıma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh həmin avtomobili xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 68000 manat ödəməklə əldə etmiş və artıq tərəflərin münasibətlərinin pozulduğu xx.xx.2023-cü il tarixdə isə 50000 manata satmışdır. Cavabdeh mübahisəli avtomobilin nikahdan daha əvvəl malik olduğu bu və ya digər avtomobil hesabına əldə edilməsi və ya avtomobilin satışından əldə edilmiş vəsaitin ailənin məsrəflərinə xərclənməsinə dair sübutlar təqdim etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, həmin avtomobilin satışından əldə edilmiş vəsait üzərində tərəflərin bərabər payları müəyyən edilməklə müvafiq məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edir ki, iddiaçı mənzili tərk edərkən evdə olan bütün qiymətli əşyaları, o, cümlədən pul və qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Belə ki, iddiaçı məhz avtomobilin satışını gözləmiş, avtomobil satıldıqdan sonra həmin məbləği o evə qoyduqdan sonra iddiaçı bir müddət sonra evdən getmiş, bundan sonra mediasiya və məhkəməyə müraciət etmişdir. Hesab edir ki, avtomobilin satışından əldə edilən məbləğ bölünə bilməz.

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qarşı tərəf apellyasiya şikayətinin dəlillərinə uyğun heç bir sübut əlavə etməmişdir. Bu məsələ ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən geniş araşdırma aparılmış və yekunda ədalətli qətnamə qəbul olunmuşdur. Qarşı tərəf apellyasiya şikayəti verməklə sadəcə prosessual hüquqlarından sui-istifadə edir və onların mülkiyyət hüquqlarının üzərində sərəncam vermək hüquqlarını təxirə salmaq istəyirlər.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, Ali Məhkəmənin Plenum Qərarına əsasən əksi sübut olunmayana qədər nikah müddətində ər və arvad tərəfindən əldə olunmuş əmlak ümumi birgə mülkiyyət hesab olunur. Bundan əlavə Ali Məhkəmənin Plenum Qərarına əsasən əvəzsiz əqd əsasında əldə olunmuş əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesab olunması üçün belə əqdin yazılı forması olmalıdır. Müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da nikah dövründə əldə olunmuş əmlakın nikah dövründə məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə olunma əsası ilə ər və arvadın birgə mülkiyyəti kimi deyil, ər və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün ilk növbədə bağışlanmanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların olması zəruridir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 30.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 34.37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

35.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 saylı Qərarında əks olunan hüquqi mövqeyə görə, reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

36.Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 37.Daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

38.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci və Mülki Məcəlləsinin 225.1-ci maddələri əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərt nəzərdə tutmaqla yanaşı, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyanı nəzərdə tutmuşdur. Qanuni prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun. Başqa sözlə, əksi sübuta yetirilməyənədək, birgə nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

42. Baxılan işdə də mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 41A, 4 saylı mənzil xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Mübahisəli əmlakarın tərəflərin birgə nikah müddətində əldə edilməsi işin mübahisələndirilməyən halıdır və buna görə həmin əmlakların tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi qəbul edilir.

43. Cavabdeh iddiaya etirazı kimi, müəyyən edilənlərin əksini sübut etmək məqsədilə müvafiq dəlillərə istinad etmiş, lakin qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin istinad etdiyi yanakı sübutlar isə daşınmaz əmlak barədə reyestrin məzmununun natamam və qeyri-dəqiq olmasına dəlalət edə bilməz.

44. Belə ki, Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını maraqlı şəxsin bunu sübut etməsi ilə əlaqələndirilmişdir. Maraqlı şəxs reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.

45. Bundan başqa işin hallarından göründüyü kimi “Mercedes Benz GLE 43” markalı **- MB-*** dövlət qeydiyyat nişanlı avtomobil da tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakdır. Cavabdeh nikah münasibətləri pozulan ərəfədə (həmin dövrdə tərəflərin məhkəmə çəkişmələri artıq mövcud olmuşdur) iddiaçının razılığı olmadan mübahisəli avtomobili xx.xx.2023-cü il tarixdə X19, o, isə öz növbəsində avtomobili xx.xx.2023-cü il tarixdə X2. Sonuncu, alqı-satqı müqaviləsinin səhərsi günü (xx.xx.2023-ci il) Cavabdeh avtomobilə dair öz adından etibarnamə vermişdir. Beləliklə cavabdeh mübahisəli əmlakı satmaq niyyətində deyildir, əsas məqsədi isə digər şəxslərin (alıcıların) avtomobilin üzərində hüquqlu olması görünüşü yaratmaqdan ibarət idi. İş materiallarından görünür ki, “Mercedes Benz GLE 43” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil daha sonra xx.xx.2024-cü il tarixində X1.

46. Cavabdehin iddiaçını aldadaraq qanunvericiliyə zidd şəkildə davrandığını əks etdirən bu hallara əsasən müəyyən edilir ki, cavabdeh tərəflərin birgə mülkiyyəti olan avtomobildən ailəni məhrum etmişdir. Başqa sözlə, avtomobil üzərindəki ümumi mülkiyyət hüququ aradan qalxmış, həmin əmlak iddiaçıya aid hissədə onun əmlak aktivindən çıxmışdır. Belə ki, “Mercedes Benz GLE 43” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindəki hüquqların qeydiyyatı müqavilə əsasında X19, daha sonra X3 də, cavabdeh - Cavabdeh, bu əmlakdan sərbəst istifadə və sahiblik edirdi. Avtomobili sonuncu əldə edən X13 istisna olmaqla, X25 və X12 vicdanlı davranması da iş materiallarına əsasən müəyyən edilmir.

47. Hazırda da iddiaçı cavabdeh ərin bağladığı əqdlər əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini ondan tələb edir, həmin pul vəsaitinə olan hüquq əmlakının qanuni rejimindən çıxış edir. Bununla əlaqədar kollegiya qeyd edir ki, avtomobilin satışından əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək yükünü, bu vəsaitin əldə olunmasında və xərclənməsində bilavasitə iştirak etdiyindən cavabdeh daşıyır. O, qarşı tərəfdən fərqli olaraq, həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün müvafiq dəlilləri əldə etmək imkanına malikdir.

48. Yuxarıda qeyd edilənlərədən göründüyü kimi, birgə mülkiyyət hüququ ilə tərəflərə məxsus olan avtomobilin satışından əldə olunmuş vəsaitin cavabdeh tərəfindən ailənin ümumi təsərrüfatına xərcləndiyi müəyyən edilmir. Həmçinin avtomobilin ümumi əmlak aktivindən həqiqətən çıxarılması tərəflərin faktiki nikah münasibətlərinin pozulduğu, bu barədə məhkəməyə müraciət edildiyi tarixlərə təsadüf etdiyinə kifayət qədər sübutlar mövcuddur.

49. Beləliklə “Mercedes Benz GLE 43” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixində vicdanlı üçüncü şəxs tərəfindən əldə edildiyindən və avtomobilin satışından əldə olunmuş və tərəflərin birgə mülkiyyəti hesab edilən vəsaitin cavabdeh tərəfindən ailənin ümumi təsərrüfatına xərcləndiyi müəyyən edilmədiyindən, hüququ pozulmuş iddiaçının düşdüyü zərərin əvəzini tələb etməkdə haqlıdır.

50. İş materiallarına əlavə edilmiş cavabdeh - Hacıyev X16 Aqil İman oğlu arasında xx.xx.2023-cü il tarixində bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən də görünür ki, mübahisəli avtomobilin qiyməti 50.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh, tərəf olduğu alqı-satqı müqaviləsində bu məbləği göstərməklə avtomobilin real qiymətinin bu həddə olmasını qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçının xeyrinə 25.000 manat məbləğində pulun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, iddiaçının düşdüyü zərərin əvəzi həqiqətən də 50.000 manatın ½ hissəsi təşkil edir. 51.Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 52.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1248/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar