Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5747/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-275/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.08.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia-Optima” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə 7281 AZN məbləğində vurulmuş zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-275/21) iddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC-dən 4476 (dör min dörd yüz yetmiş altı) manat, Cavabdeh1 531 (beş yüz otuz bir) manatın tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən vəkilə ödənilmiş 300 (üç yüz) manat və 31 (otuz bir) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Sözügedən qətnamədən Cavabdeh2 Sığorta Şirkəti ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə mülki işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-275/2021 saylı, 05 avqust 2021-ci il tarixli məktubla müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 qətnamədən apellyasiya şikayəti verməsi ilə əlaqədar olaraq mülki işin Səbail Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və qətnamədən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-275/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə müvafiq prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5747/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5747/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver